Məhkəmə qərarları › İş №2(102)-689/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-689/2023

23.01.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-689/2023 23.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 Cümə qızının Cavabdeh qarşı ilk, Cavabdeh İddiaçı1 və İddiaçı2 Cümə qızına qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7716/2022 nömrəli mülki iş üzrə 10 noyabr 2022-ci il tarixli qərardadından İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətin ə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, ev 7/19, mənzil 50 (yeni qaydalarla ünvan 1 ünvanda yerləşən ümumi mülkiyyətlərində olan mənzildən çıxarılması və mənzil boşaldılaraq onlara təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər.

2. Sonradan iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X1 tərəfindən 9 saylı notariat kontorunda rəsmiləşdirilmiş 20 avqust 2014-cü il tarixli vəsiyyətnamənin tələbinə əsasən Bakı şəhəri Aşıq Alı kü çəsi 7/19 mənzil 50-də yerləşən evin satılaraq pulun onun övladları İddiaçı1 Cuma qızı, İddiaçı2, Cavabdeh arasında üç yerə bölünməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 və İddiaçı2 adına verilmiş Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, ev 7/19, mənzil 50, yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 37, M9, 2 saylı mənzilə dair 1/3 hissədə, İddiaçı2 adına isə 1/3 hissədə pay hüququ üzrə mülkiyyət hüququna dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən 2265 nömrəli reyestr kitabının 21076 nömrəli vərəqində ********** nömrə altı nda 1 mart 2019-cu il tarixdə qeydə alınmış RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Gültəkin Əsədova) 2(005)19/2022 saylı, 27 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə hər iki iddia rədd edilmişdir.

5. Həmin qətnamədən narazı qalan İddiaçı1 və İddiaçı2 Cümə qızı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-19/2022 saylı, 27 sentyabr 2022-ci il tarixli qətnaməsinin ilkin iddia tələbinin rədd edilməsi hissəsində təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi hissəsində isə dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. b) Apellyasiya instansiyası məhkəməsində icraat

6. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 noyabr 2022-c i il tarixli, 2(103)-7716/2022 nömrəli qərardadı ilə (hakim Xumar Mərdanova sədrlik edən və məruzəçi), Elnur Həsənov və Vahid Sadıqov) ilkin iddia üzrə iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır.

7. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, şikayət MPM-in 361.1-ci maddəsinin tələblərinə cavab vermir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlillər, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillər və birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutla r və onların təqdim edilməsinin əsaslandırılmasına dair dəlillər də aydın şəkildə izah edilməli və hər bir dəlil əsaslandırılmalıdır. Lakin apellyator tərəfindən verilmiş apellyasiya şikayətində şikayətin dəlilləri, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər sıralanmaqla göstərilməmişdir. Həmçinin, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillər, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlillər və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillər sıralanmamaqla, onların aydın şəkildə izahları verilməmişdir.

8. Həmçinin qeyd edilmişdir k i, Azərbaycan Respublikası MPM-ə 2 saylı Əlavəyə əsasən apellyasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi və prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir.

9. Məhkəmə kollegiyası gəldiyi nəticəni MPM-in 361.1, 363.1.1-1, 366.1 və 366.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

10. İlkin iddia üzrə iddiaçılar (Vəkil) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsini n Mülki Kollegiyasının 10 noyabr 2022-ci il tarixli, 2(103)-7716/2022 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişlər.

11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya şikayəti vəkil tərəfindən iki nüsxədə qaralama və ağlama nüsxələrində tərtib edilmişdir, vəkil köməkçisi səhvən şikayətin qaralama nüsxəsini PDF-lə yükləyərək elektron məhkəmə portalına yerləşdirərək məhkəmənin ünvanına göndərmişdir.

12. Eyni zamanda, apellyasiya şikayəti üzrə məhkəmə kollegiyası tərəfindən müəyyən edilmiş prosessual pozuntuları qəbul edərək, etiraf edirlər ki, həmin pozuntuları təkzib edəcək dəlilləri yoxdur, qeyd edilən qərardadı çıxararkən məhkəmə kollegiyası haqlı olmuşdur. Kassatorlar kassasiya şikayətində MPM-də mülki məhkəmə icraatının vəzifələrini müəyyən 2.1-ci və həmin məcəlləni n müdafiə üçün məhkəməyə müraciət etmək hüququnu təsbit edən 4.1-ci maddələrinə istinad etmişlər. Hesab edirlər ki, formal səbəbə görə şikayətlərinə apellyasiya instansiyası məhkəməsində baxılmadığı halda Konstitusiyada, mülki qanunvericilikdə və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş hüquq və mənafelərini məhkəmədə təsdiq etmək imkanından və qanunla qorunan hüquq və maraqlarını qorumaq üçün məhkəmə müdafiəsindən məhrum olurlar. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

14. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər.

15. Maddə 361.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar, şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar göstərilməlidir.

16. Maddə 363.1.1-1. Apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.

17. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.

18. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.

19. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

20. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

21. Kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyi şdirilməsi üçün əsas yoxdur.

23. Belə ki, apellyasiya məhkəməsi ilkin iddia üzrə iddiaçıların şikayəti üzrə apellyasiyanı qeyri-mümkün sayarkən mövqeyini belə əsaslandırmışdır ki, MPM-in 361.1ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir, lakin apellyasiya şikayəti MPM-ə əlavə olunmuş 2 saylı Əlavənin normalarının tələblərinə cavab vermir. Belə ki, şikayətin dəlilləri, yəni maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər sıralanmaqla göstərilməmişdir.

24. Apellyasiya şikayətinin forması haqqında Mülki Prosessual Məcəlləyə 2 nömrəli Əlavənin 7-ci hissəsinə (Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər) əsasən, şikayət edilən qətnamə və ya qərardad çıxarıl arkən düzgün tətbiq edilmədiyi iddia olunan hər bir prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir.

25. Kassasiya şikayətindən də göründüyü kimi kassator iş üzrə verilmiş apellyasiya şikayətinin MPM-in tələblərinə cavab vermədiyini etiraf edərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının qanunvericiliyin tələblərinə uyğun qəbul edildiyini bildirir. Məhkəmə kollegiyası hesab edir ki, elektron məhkəmə portalına apellyasiya şikayətinin qaralama nüsxəsinin səhvən yerləşdirilməsi barədə kassasiya şikayətinin dəlilləri hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilm əz.

26. Ona görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

27. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7716/2022 nömrəli mülki iş üzrə 10 noyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar