Məhkəmə qərarları › İş №2(102)-689/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-689/2025

05.03.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-689/2025 05.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Cəlilabad rayonu Cavabdeh*ə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işə bərpa, əmrin ləğvi (Əmək Məcəlləsi 70-ci maddəsinin “ç” bəndi ilə), məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Cəlilabad rayonu Cavabdeh*ə qarşı Cəlilabad rayonu Cavabdeh* direktoru Cavabdeh2 06 mart 2024-cü il tarixli, *8 saylı əmrini ləğv edib, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqq ının ödənilməsi tələbinə dair Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(*06)- *693/2024 nömrəli iş üzrə 30 oktyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh Cəlilabad rayonu Cavabdeh* direktoru Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə 05 mart 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra – iddiaçı) *5 sentyabr 2023-cü il tarixdən Zopun kənd E.Qasimov adına tam orta məktəbin (bundan sonra – Məktəb və ya cavabdeh) fiziki tərbiyə müəllimi vəzifəsinə müddətsiz olaraq təyin olunmuş və onunla əmək müqaviləsi bağlanılmışdır.

2. İddiaçının fəaliyyəti dövründə onun barəsində Məktəbin rəhbərliyi tərəfindən əmək funksiyasını keyfiyyətsiz yerinə yetirdiyinə, əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduğuna görə 22 sentyabr 2023-cü il tarixli təqdimat yazılmış, 2023-cü ilin 26, 27, 29, 30 dekabr, 2024-cü ilin 23, 24, 25, 29, 30 yanvar və *, *4, *6, 20 fevral tarixlərində aktlar tərtib olunmuş, həmçinin *2.0*.2024-cü il tarixdə töhmət, 3*.0*.2024-cü il tarixli şiddətli töhmət elan edilmişdir.

3. Məktəbin İlk Həmkarlar Təşkilatının 22 fevral 2024-cü il tarixli, 02 saylı protokoluna əsasən məktəbin direktoru Cavabdeh2 Qulu oğlunun *6 fevral 2024-cü il tarixli, 0* saylı təqdimatı nəzərə alınmaqla, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin məqsədəmüvafiq hesab edilməsi qərara alınmışdır.

4. Məktəb tərəfindən verilmiş 6 mart 2024-cü il tarixli, *8 saylı əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci mad dəsinin “ç” bəndinə və məktəbin ilk Həmkarlar Təşkilatının 22 fevral 2024-cü il tarixli qərarına əsasən xitam verilməklə, ona son haqq hesab ödənilməsi əmr edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məktəbin direktoru Cavabdeh2 6 mart 2024-cü il tarixli, *8 nömrəli əmrini ləğv edib, işə bərpa edilməsinə və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. İddiaçı tələbini işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən belə əsaslandırmışdır ki, işdən azad edilməyinə dair əmri qanunsuz və əsassız sayır. Belə ki, o, *5 sentyabr 2023-cü il tarixdən məktəbin fiziki tərbiyə müəllimi vəzifəsinə müddətsiz olaraq təyin olunmuş v ə onunla əmək müqaviləsi bağlanılmışdır. Cavabdeh məktəbin direktoru Cavabdeh2 onun şərəf və ləyaqətini alçaltdığına görə və hər ay ondan dərs hissə müdiri vasitəsi ilə pul qismində rüşvət tələb etdiyinə görə Cəlilabad rayon Prokurorluğuna şikayət ərizəsi ilə müraciət etmiş və şikayət ərizəsinə məktəbin UBTR-i Dilbər Ələkbərovanın və dərs hissə müdiri olan Xalid Məmmədovun rüşvət alınması ilə bağlı səs yazısını əlavə etmişdir. Bundan sonra cavabdeh Məktəbin direktoru Cavabdeh2 ona qarşı qərəzli münasibət göstərərək ona əsassız olaraq sonuncu xəbərdarlıqla şiddətli töhmət vermiş və 22 fevral 2024-cü il tarixdə məktəbin həmkarlar təşkilatının üzvlərini toplayaraq rəyini alacağını və onu AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən çıxaracağını söyləyərək, ona məlumat verməd ən 06 mart 2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilməsi barədə əmr imzalamışdır. Onun işdən azad edilməsi barədə məlumat ona 06 mart 2024-cü il tarixdə verilməklə, həmin gün əmək kitabçası ona qaytarılmış, lakin 06 mart 2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilməsi barədə əmr ona təqdim olunmamışdır. Əmək kitabçasının ona verilməsindən 34 gün sonra o, Cəlilabad rayon Məhkəməsinə müraciət etmiş və oradan ona bildirilmiş ki, əmrin surətini aldıqdan sonra məhkəməyə müraciət oluna bilər. Bundan sonra o, Zopun kənd E.Qasimov adına tam orta məktəbin təşkilat işləri üzrə ikinci müavini Səməd Ağayevdən əmrdən çıxarışın ona verilməsini xahiş etmiş və ondan sonra əmrdən çıxarış ona verilmişdir. Həmin vaxt 06 mart 2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilməsi barədə əmrlə tanı ş olduqda görmüşdür ki, cavabdeh Zopun kənd E.Qasimov adına tam orta məktəbin direktoru Cavabdeh2 əmrdə göstərmişdir ki, o, məktəbə müəllim təyin olunan gündən əmək müqaviləsinə xitam verilən günə kimi əmək müqaviləsi üzrə üzərinə düşən əmək funksiyasını və müəssisə daxili intizam qaydalarını kobud şəkildə pozmuşdur. Dərs saatları zamanı şagirdləri sinif otağında və ya idman zalında qoyub üzrsüz səbəbdən məktəbi tərk etmişdir. Sonradan məktəbdə dövlət əleyhinə ifadələr işlətmiş, siniflərdə ixtisası üzrə dərsi tədris etmək əvəzinə dini radikalizmi təbliğ etmiş, dərs zamanı sinfi tərk edib məktəbdə dəstamaz almış və namaz qılmışdır, üzrsüz səbəbdən işə çıxmamışdır. Bununlada qanunvericiliyi tələblərini pozmuşdur. 06 mart 2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilməsi barədə əmrin mətni ndən aydın görünür ki, cavabdeh Məktəbin direktoru X3 qanunsuz hərəkətlərindən Prokurorluğa şikayət etdikdən sonra ona qarşı intiqam hissləri baş qaldırmış, ona qarşı qəzəb və nifrətini gizlədə bilməyərək əmək müqaviləsinə xitam verilməsi barədə əmrin mətnində belə onu cinayətdə ittiham etmiş və bu qəzəbini gizlədə bilməmişdir. Cavabdehlə aralarında yaranmış mübahisəni yoluna qoymaq cəhdləri nəticə verməmişdir. Belə ki, cavabdeh Məktəbin direktoru Cavabdeh2 onun tərəfindən Mediasiya prosesinin tətbiqi barədə təklif göndərilsə də, təklifə cavab verməmiş, ilkin mediasiya sessiyasında səbəbsiz olaraq iştirak etməmişdir.

7. Məhkəmə iclasında cavabdeh Məktəbin nümayəndəsi, həmçinin direktoru Cavabdeh2 iddianı etiraf etməyərək verdiyi izahatında bildirdi ki, iddiaçı məktəbə gəldiyi ilk gün, yəni *5 sentyabr 2023-cü il tarixdə onun iş otağında onunla konflikt yaratmış, səbəb isə ona şərt qoymuş ki, o həftənin müəyyən günləri dərsə gəlməyəcək, bəzi günləri məktəbdən tez gedəcək, belə ki, o iş qurmaq istəyir, dönər obyekti işlətməyi planlaşdırır və ona imkan yaradılmalıdır, həmçinin sonralar da əmək müqaviləsi üzrə üzərinə düşən əmək funksiyasını və müəssisə daxili intizam qaydalarını kobud şəkildə pozmuşdur. Belə ki, iddiaçı dəfələrlə dərsə gecikmiş və dərs saatlarını bitirmədən, şagirdləri nəzarətsiz qoyub dəstəmaz almağa, namaz qılmağa çıxıb getmiş, özbaşına məktəbdən ayrılıb öz şəxsi işlərinin arxasınca getmişdir. Əsas da onu gətirmişdir ki, onun əsas iş yeri “Dönərxanadır” və lazım olan vaxtlar orada olmalı və sifarişlərini vaxtında çatdırmalıdır. Soruşduqda niyə belə edirsən, deyir ki, “bunu mənə Allah deyir”, niyə əsassız narazılıq yaradırsan soruşduqda, deyir ki, “İmam Əlinin davamçısıyam”. Hamının dini, etiqadı var, amma bu əsasla iş rejimini pozmaq və ya ətrafdakılara şər, böhtan atmaq, hörmətsizlik etmək olmaz. Bu dini dəyərləri öz məqsədləri üçün istismar etməkdir. İddiaçı ilə üzərinə düşən əmək funksiyasını və müəssisə daxili intizam qaydalarını pozduğuna görə dəfələrlə söhbətlər aparılmış və şifahi xəbərdarlıqlar edilmişdir. Bu səbəbdən də, iddiaçının işdən azad olunması barədə əmr imzalanmışdır.

8. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Lənkəran-Astara Regional Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə2 iddiaya münasibət bildirərək verdiyi izahatında bildirmişdir ki, o, Azərbaycan Respublikası Elm və Təhsi l Nazirliyi Lənkəran-Astara Regional Təhsil İdarəsinin inzibati təşkilat sektorunun baş məsləhətçisi vəzifəsində işləyir. İddiaçı əmək müqaviləsi üzrə üzərinə düşən əmək funksiyasını və müəssisə daxili intizam qaydalarını kobud şəkildə pozmuşdur.

9. Məhkəmə iclasında şahid qismində dindirilmiş Məktəbin dərs hissə müdiri X* verdiyi izahatında bildirmişdir ki, iddiaçı işə başladıqdan bir neçə gün sonra, yəni 22 sentyabr 2023-cü il tarixdə işə gəlmədiyi üçün onun barəsində təqdimat hazırlayıb məktəbin direktoruna vermişdir. Lakin sonradan ona verilən məlumatın düzgün olmadığını başa düşdükdən sonra, yazdığı təqdimata görə peşman olmuşdur. İddiaçı yaxşı müəllimdir, ona qarşı haqsızlığ olmuşdur.

10. Məhkəmə iclasında şahid qismində dindirilmiş Məktəbin Uşaq birliyi təşkilatının rəhbəri X2 ver diyi izahatında bildirmişdir ki, o, onun işlədiyi dövrlərdə bütün direktorlar müəllimləri nəzərə alırdılar, lakin hazırki direktor Cavabdeh2 nəzərə almır. Belə ki, iddiaçının uşağı xəstə olduğu üçün müəyyən tarixlərdə işə gəlməmiş və ya işdən tez çıxıb getmişdir. Bundan başqa iddiaçı məktəbdə imkan olmadığından, namaz qılmaq üçün məscidə getmişdir. Hazırkı direktor Cavabdeh2 isə onları nəzərə almamışdır. İddiaçıya qarşı məktəbdə çox haqsızlıqlar olmuşdur.

11. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 Məktəb direktoru ilə eyniməzmunlu izahat vermişdir.

12. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 verdiyi izahatında bildirmişdir ki, o, *997-ci ildən Cəlilabad rayonu Mikayıllı kənd tam orta məktəbində, əvvəl rəhbər vəzifədə, 2009-cu ildən isə müəllim işləyir. İddiaçı məktəbə gəld iyi ilk gündən məktəbin rəhbərliyi ilə söz-söhbət yaratmışdır. O, bir ağsaqqal kimi rəhbərlikdən və müəllimlərdən xahiş etmiş ki, iddiaçının dərs saatların elə bölüşdürsünlər ki, iddiaçı işlətdiyi dönər obyektini də idarə etməyə vaxtı olsun. Bundan sonra iddiaçının dərs saatlarını qaydasına qoymuşlar. Sonradan dəfələrlə eşitmiş, həmçinin görmüş ki, iddiaçı dərs zamanı şagirdləri sinifdə qoyub, dəhlizdə çay içmiş və dəstnəmaz almaq üçün dərs zamanı sinifdən çıxmışdır. O, bir ağsaqqal müəllim kimi iddiaçı ilə söhbət elədikdə, iddiaçı ondan soruşmuş ki, “bilirsən mən nə məktəbi keçmişəm”, o, da təəcüblü halda bildirmiş ki, yox bilmirəm hansı məktəb keçmisən. İddiaçı bildirmiş ki, “mən İmam Hüseyn məktəbi keçmişəm”. O, bildirmiş ki, bizlərin hamımızın dinimizə qarşı böyük hörmətimiz vardır, hə mçinin aramızda namaz qılan, oruc tutan və ibadət edənlər də vardır. İddiaçı dəfələrlə əmək müqaviləsi üzrə üzərinə düşən əmək funksiyasını və müəssisə daxili intizam qaydalarını kobud şəkildə pozmuşdur. İddiaçı ilə üzərinə düşən əmək funksiyasını və müəssisə daxili intizam qaydalarını pozduğuna görə dəfələrlə söhbətlər aparılmış və şifahi xəbərdarlıqlar edilmişdir.

13. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 verdiyi izahatında bildirmişdir ki, o, Məktəbdə gözətçi işləyir. İddiaçı bir müəllim kimi hərəkətlərinə və danışığına diqqət yetirmir. Hətta bir dəfə iddiaçı onun nəvəsinin dərs keçdiyi sinifdə onun barəsində bildirmişdir ki, “çöldə it kimi hürüşürlər”. İddiaçı hər yerdə müəllimə yaraşmayan ifadələrdən və cümlələrdən istifadə etmişdir.

14. Cəlilabad Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2* iyun 2024-cü il tarixli, 2(073)-*277/2024 saylı qətnaməsi ilə (hakim Elxan Əmirəliyev) iddia təmin edilməmişdir.

15. Məhkəmə qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd etmişdir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Qanunvercilikdə işəgötürənin işçilərlə əmək müqaviləsi bağlamaq və ona xitam vermək hüquqları eyni zamanda işçinin əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək vəzifələri, işçinin həmin vəzifələri icra etmədikdə isə əmək müqaviləsinə xitam verilməsi əsasları müəyyən edilmişdir. Qanunun tələbindən də göründüyü kimi əmək müqaviləsi ilə müəyyən edilmiş əmək f unksiyası vicdanla yerinə yetirmək əmək intizamına və müəssisədaxili intizam qaydalarına əmək etmək işçinin vəzifəsidir, lakin iddiaçı məktəbin fiziki tərbiyə müəllimi vəzifəsində işlədiyi dövrdə əmək müqaviləsində müəyyən edilmiş əmək funksiyasını lazımi səviyyədə yerinə yetirməmiş, nəticədə iş yerində işin, əmək və icra intizamının normal ahəngini pozmuş, işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan vurmuşdur.

16. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü hissəsinə, *0-cu maddə (“a” bəndi), 70-ci maddəsinin “ç” bəndinə, 72-ci maddəsinin “a” bəndinə, 296-cı maddəsinin 2-ci hissəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

17. İddiaçı apellyasiya şikayəti verərək, qət namənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun olaraq onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır.

19. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(*06)-*693/2024 nömrəli, 30 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər T.X.Heydərov (sədrlik edən və məruzəçi), M.A.Əsədli və A.N.Novruzova) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəb ul edilərək, iddia tələbi təmin olunmamışdır.

20. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, işəgötürən Cavabdeh2 Əmək Məcəlləsinin *87.*-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, əgər o, doğrudan da, əmək funksiyası üzrə vəzifələrini icra etməmişdirsə, onda işəgötürən olaraq Cavabdeh2 ən azından ondan izahat almalı, imtina etdiyi halda isə bu barədə akt tərtib etməli idi, göründüyü kimi aktda göstərilənlər direktorun ona qarşı qərəzli davranması nəticəsində baş vermişdir. Onun işdən azad edilməsi barədə *6 fevral 2024-cü il tarixdə həmkarlar ittifaqı təşkilatına təqdimat vermiş və həmkarlar ittifaqı təşkilatı da 22 fevral 2024-cü il tarixdə işçinin işdən azad olunması barədə razılıq vermişdir. Lakin 06 mart 2024-cü il tarixli, *8 saylı əmrdə işçinin işdən azad edilməsi üçün göstərilən əsas, yəni 28 fevral 5 mart tarixlərində idman həftəsinin işçi tərəfindən təşkil edilməməsinə görə həmkarlar ittifaqı təşkilatı hər hansı münasibət bildirməmişdir. Həmkarlar İttifaqı təşkilatının razılığı, yəni öz qərarında göstərdiyi hallar idman həftəsinin işçi tərəfindən təşkil edilməməsi deyildi.

21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri əmək münasibətinə girən tərəflərinin iradəsi əsasında razılaşdırılmaqla müəyyən edilir. Əmək münasibətləri üzrə tərəflər öz üzərlərinə götürmüş olduqları öhdəlikləri lazımınca icra etməklə, əmək münasibətləri sahəsində intizama riayət etməlidir. Bu intizama riayət edilməm əsi əmək münasibətlərinin davam etdirilməsini mümkünsüz edir. Cavabdeh iddiaçının əmək funksiyasını pozması əsasına görə ona *2 və 3* yanvar 2024-cü il tarixlərdə ayrı-ayrılıqda töhmət vermişdir. Bundan sonra da 06 mart 2024-cü cavabdeh təşkilatın direktoru iddiaçının əmək funksiyalarının kobud şəkildə pozulması əsası ilə işdən azad edilməsinə dair əmr vermişdir. Əmək münasibətlərinə kobud surətdə pozulması əsası ilə xitam verilərək, həmkarlar təşkilatının razılığı alınmalı olduğu halda, belə bir razılıq əldə edilmədən iddiaçı ilə olan əmək münasibətlərinə xitam verilməsi barədə qərar qəbul etmişdir. Cavabdeh pedaqoji şuranın qərarının qəbul edildiyini göstərsə də, həmin qərarların eyni tarixli olması işçiyə intizam tənbehi kimi töhmət və sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsini ş übhə altına alır.

22. Bundan başqa, işəgötürən Cavabdeh2 işçi İddiaçı ilk dəfə *2 yanvar 2024-cü il tarixli, 0* saylı əmrlə töhmət vermiş və həmin töhmətin əsası kimi məktəbin pedoqoji şurasının *2 yanvar 2024-cü il tarixli qərarına istinad etmişdir. Lakin işəgötürən Cavabdeh2 Əmək Məcəlləsinin *87.*-ci maddəsinə əsasən işçiyə tənbeh verməmişdən əvvəl onun izahatını almamış, ümumiyyətlə İddiaçı izahat verməkdən imtina etməsi barədə akt tərtib etməmiş, beləliklə işçinin töhmət almamışdan əvvəl izahat vermək yolu ilə “dinlənilmək” hüququnu pozmuşdur.

23. Daha sonra işəgötürən Cavabdeh2 3* yanvar 2024-cü il tarixli, 05 saylı əmr imzalayaraq həmin əmrlə, İddiaçı *2 yanvar 2024-cü il tarixdə verilmiş intizam tənbehi “töhmət” dən nəticə çıxarmadığı üçün təkrarən intizam qaydalarını pozduğu üçü n “töhmət”i sonuncu xəbərdarlıqla şiddətli töhmətlə əvəz etmiş və əsas kimi yenə də məktəbin pedoqoji şurasının *2 yanvar 2024-cü il tarixli qərarını əsas götürmüşdür. Qeyd edilməlidir ki, Əmək qanunvericiliyində tənbeh növünün əvəzləşdirilməsi ilə bağlı norma nəzərdə tutulmuşdur. Əmrdən də görünür ki, işəgötürən töhmət növündə tənbehi əvəzləşdirmək yolu sonuncu xəbərdarlıqla şiddətli töhmət növündə tənbehə çevirmişdir. Bundan başqa işəgötürən həmin əmrində əsası kimi yenə pedoqoji şurasının *2 yanvar 2024-cü il tarixli qərarını əsas götürmüşdür. Burdan belə nəticə hasil olur ki, pedoqoji şura *2 yanvar 2024-cü il tarixdə qərar qəbul edərkən həm də, bilirdi ki, işçi İddiaçı 3* yanvar 2024-cü il tarixdə yenidən əmək funksiyası üzrə vəzifəsini yerinə yetirməyəcək və ona intizam tənbehi növü kimi sonuncu xəbərdarlıqla şiddətli töhmət veriləcəkdir. Pedoqoji şura işçinin əmək və icra intizamına riayət edib-etməməsini müzakirə etmiş və işəgötürən işçinin cəzalandırılması ilə bağlı təklif vermiş və həmin təklif əsasında da işəgötürən İddiaçı ilk dəfə *2 yanvar tarixində tənbeh vermişdir. Yəni işəgötürənin 3* yanvar tarixli əmrində istinad etdiyi pedoqoji şuranın qərarı *2 yanvar tarixli qərarı həmin tarixli 0* saylı əmrlə bağlı əmək və icra intizamının pozulması hallarını əks etdirirdi. Burdan isə belə nəticəyə gəlinir ki, işə götürən ilk dəfə tənbeh verərkən istinad etdiyi əmək və icra pozuntularına 3* yanvar 2024-cü il tarixli əmrində təkrar istinad etmiş və nəticədə dolayı yollar işçiyə bir intizam xətasına görə yalnız bir tənbeh verilə bilər normasını kobud surətdə pozmuşdur. Halbuki, Əmək Maddə *89.*-ci maddəsinə əsasən bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz.

24. Göründüyü kimi işə götürən 3* yanvar 2024-cü il tarixli 5 nömrəli əmrdə əsas kimi göstərdiyi *2 yanvar 2024-cü il tarixli pedoqoji şuranın qərarına görə əslində *2 yanvar tarixli * nömrəli əmrlə işçiyə töhmət növündə tənbeh verilmişdir. Bu isə onu göstərir ki, işə götürən eyni intizam pozuntusu ilə bağlı işçiyə 2 dəfə fərqli tənbeh növü vermişdir. Bundan başqa işəgötürən Cavabdeh2 Əmək Məcəlləsinin *87.*-ci maddəsinə əsasən işçiyə yenidən tənbeh verməmişdən əvvəl onun izahatını almamış, ümumiyyətlə İddiaçı izahat verməkdən imtina etməsi barədə akt tərtib etməmiş, bununla da əmək müna sibətlərində iqtisadi cəhətdən zəif tərəf olan işçi ilə əmək müqaviləsinə xitam verərkən, bunun işçi, habelə onun ailəsi üçün yarada biləcəyi maddi çətinlikləri azaltmaq, gəlirdən tamamilə məhrum olmalarının qarşısını almaq əvəzinə onu çətin və dözülməz məhrumiyyətlə məruz qoymuşdur. Halbuki əmək münasibətləri üzrə tərəflər öz üzərlərinə götürmüş olduqları öhdəlikləri lazımınca icra etməklə, əmək münasibətləri sahəsində intizama riayət etməlidir.

25. Daha sonra işə götürən Cavabdeh2 hadisələrin inkişafı mexanizmində işçinin işdən azad edilməsi barədə Həmkarlar təşkilatına müraciət etmiş və Həmkarlar Təşkilatının 22 fevral 2024-cü il tarixli, 02 saylı protokoluna əsasən Cəlilabad rayon E.Qasımov adına Zopun kənd tam orta məktəbinin direktoru Cavabdeh2 Qulu oğlunun *6 fevral 2024-cü il tarix li, 0* saylı təqdimatı nəzərə alınmaqla, Cəlilabad rayon E.Qasımov adına Zopun kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi İddiaçı əmək müqaviləsinə xitam verilməsinin məqsədəmüvafiq hesab edilməsi qərara alınmışdır. İşə götürən həmkarlar ittifaqı təşkilatının 22 fevral 2024-cü il tarixli qərarını əsas götürmüş və 06 mart 2024-cü il tarixli, *8 saylı əmr imzalayaraq həmin əmrlə, İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam vermişdir. Həmin əmrin məzmununda işçinin verilmiş tənbehlərdən nəticə çıxarmaması və xx.xx.2024-cü il tarixli *5 nömrəli əmrlə məktəbdə martın 5-də məktəbdə bədən tərbiyyəsi və idman gününün qeyd edilməsi ilə əlaqədar olar 28 fevral 5 mart tarixlərində idman həftəsinin işçi tərəfindən təşkil edilməməsini göstərmişdir. Yuxa rıda qeyd edilən maddi hüquq normalarından da görünür ki, işəgötürən işçinin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verərkən həmkarlar ittifaqı təşkilatının razılığını almalıdır. Hadisələrin inkişaf mezanizmindən də görünür ki, işəgötürən Cavabdeh2 işçi İddiaçı işdən azad edilməsi barədə *6 fevral 2024-cü il tarixdə həmkarlar ittifaqı təşkilatına təqdimat vermiş və həmkarlar ittifaqı təşkilatı da 22 fevral 2024-cü il tarixdə işçinin işdən azad olunması barədə razılıq vermişdir. Lakin 06 mart 2024-cü il tarixli, *8 saylı əmrdə işçinin işdən azad edilməsi üçün göstərilən əsas, yəni 28 fevral 5 mart tarixlərində idman həftəsinin işçi tərəfindən təşkil edilməməsinə görə həmkarlar ittifaqı təşkilatı hər hansı münasibət bildirməmişdir. Həmkarlar İttifaqı tə şkilatının razılığı, yəni öz qərarında göstərdiyi hallar idman həftəsinin işçi tərəfindən təşkil edilməməsi deyildi. Buna baxmayaraq işəgötürən həmin əmrdə əsas kimi göstərdiyi hala görə Həmkarlar İttifaqı təşkilatının razılığını almadan işçini işdən çıxarmış, nəticədə işçinin Konstitusiya və qanunlardan irəli gələn əmək hüquqlarının kobud surətdə pozulmasına yol verməklə, onun uzun müddətdən işdən kənarda qalmasına, maddi təminatının azalmasına gətirib çıxarmışdır.

26. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi, 7*, 72, 80.*, 80.2, *86.2, *87.*, *89.*-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

27. Cavabdeh Cəlilabad rayonu Cavabdeh* direktor u Cavabdeh2 (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

28. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə istinadən onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, cavabdehin məhkəmə müdafiəsi hüququnu pozaraq, onun mövqeyinə qərəzli yanaşmış, məhkəmə iclaslarında təqdim etdiyi sübutlara, faktlara, heç bir əhəmiyyət verməmişdir.

29. Bundan başqa, apellyasiya məhkəməsinin qətnaməsi ilə cavabdehin konstitusyon hüquqları pozulmuş, mülki işə baxarkən məhkəmə qanunu düzgün tətbiq etməmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin *87.*-ci maddəsində qeyd edilən tələblər cavabdeh tərəfindən yerinə y etirilsə də, apellyasiya məhkəməsi əsassız yerə həmin qanunun tələbinin pozulmasını qeyd etmişdir. Həmçinin, iddiaçının işdən azad olunması üçün qeyd edilən əsaslardan biri üzrə həmkarlar ittifaqının razılığı olduğu təqdirdə, apellyasiya məhkəməsi həmin xüsusatı nəzərə almamışdır. Belə ki, iş materiallarında üç akt mövcuddur ki, iddiaçının izahat verməkdən imtinası rəsmiləşdirilmişdir. Cavabdeh tərəfindən qanunvericiliyin tələbinə əsasən, bütün addımlar atılmış, daha sonra müvafiq əmr verilmişdir. Şirvan Apellyasiya Məhkəməsi isə, cavabdehin qanuni əməllərini görməzdən gəlmiş, öz mülahizəsinə əsasən qanunsuz və ədalətsiz qətnamə qəbul etmişdir.

30. Məhkəmə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin tələbini əsassız yerə nəzərə almayaraq, cavabdehin hüquqlarını əhəmiyyətli d ərəcədə pozmuşdur. Həmin maddədə işçinin “c” bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması, “e” bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi əmək vəzifələrinin kobud şəkildə pozulması kimi qeyd olunmuşdur. Cavabdeh də qeyd edilən normaya uyğun addımlar atmışdır. Apellyasiya məhkəməsi isə bu xüsusatları nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

32. Maddə 70, «ç» bəndi. İşçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmə məsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır.

33. Maddə 7*, 2-ci və 3-cü bəndləri. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hans ı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

34. Maddə

72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması.

35. Maddə 80, *-ci və 2-ci hissələri. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddən in *- ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

36. Maddə *86, 2-ci hissə. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin *0-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nə zərdə tutulmuşdursa, aylıq əmək haqqının */4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.

37. Maddə *87.*. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.

38. Maddə *89.*. Bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

39. Maddə *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 40.Maddə 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istina d etdiyi halları sübut etməlidir. 41.Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 42.Maddə 2*7.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 43.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 44.Maddə 4*6.*. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillə r üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

46. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

48. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi iş materiallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, iddiaçının əmək funksiyası və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi əsası ilə vəzifəsindən azad edilməsi barədə əmr əmək qanunvericiliyinin tələblərinə uyğun olmamışdır.

49. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

50. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

52. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

53. Göstərilənlərə əsasən və MPM-in 4*6, 4*7 və 4*9-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(*06)-*693/2024 nömrəli, 30 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar