Məhkəmə qərarları › İş №2(102)-6897/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6897/2021

15.12.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6897/2021 15.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Xaçmaz rayon Xaçmaz Bələdiyyəsinin cavabdeh X2 qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: torpaq sahəsinin alqı-satqısına dair aktın ləğv edilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2281/2021 nömrəli iş üzrə 22 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdeh X3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 15 dekabr 2021-ci il tar ixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: Xaçmaz Bələdiyyəsinin 10 aprel 2003-cü il tarixli 05 saylı qərarı ilə rayonun Hacıəhmədoba kəndinin sakini Cavabdeh1 ictimai-iaşə obyektinin tikintisi üçün Bələdiyyənin mülkiyyətində olan Xaçmaz Konserv zavodunun qarajı ilə həmsərhəd zonadan 0,30 ha torpaq sahəsinin satılması qərara alınmış və 15 iyul 2003-cü il tarixdə Bələdiyyə ilə Cavabdeh1 arasında alqı-satqı aktı bağlanmışdır. 02 iyun 2007-ci il tarixdə X1 0,30 torpaq sahəsinə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış və adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir. Xaçmaz Bələdiyyəsinin 08 sentyabr 2020-ci il tarixli 10 №-li qərarı ilə həmin Bələdiyyənin 10 aprel 2003-cü il tarixli 05 saylı qərarının Cavabde h1 torpaq sahəsinin satılmasına dair hissəsi ləğv edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2020-ci ilin oktyabr ayında Xaçmaz Bələdiyyəsi Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 59-cu maddəsinin 2-ci hissəsində ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, park və əhalinin tələbatının ödənilməsinə xidmət edən digər yerlərdə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə hüquqi və fiziki şəxslərin yalnız icarəyə verilməsinin nəzərdə tutulmasına baxmayaraq parkın yerləşdiyi ərazidən 0,30 ha ölçüdə torpaq sahəsinin Cavabdeh1 satılmasını əsas göstərməklə Bələdiyyənin 10 aprel 2003-cü il tarixli 05 saylı qərarının 3-cü bəndinin 2-ci abzasının, torpaq sahəsinin alqı-sa tqısına dair aktın və onun adına verilmiş Reyestrdən Çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-272/2021 saylı, 23 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim: A.B.Sadıqov) iddia qismən təmin edilərək torpaq sahəsinin alqısatqısı aktının və Reyestrdən Çıxarışın ləğv edilməsi və Cavabdeh1 istifadəsində olan 0,2454 ha torpaq sahəsinin boşaldılması, iddianın qalan hissəsinin təmin olunmaması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə cavabdeh X3 apellyasiya şikayəti verərək mübahisə predmeti olan torpaq sahəsinin müvafiq səlahiyyətli orqanların rəyinin nəzərə alınmaqla ona satılmasını, müqavilənin bağlandığı vaxtdan 17 il keçdikdən sonra onun ləğv edilməsi üçün qanuni əsasların olmamasını, torpaq sahəsin in 2007-ci ildən onun mülkiyyətində olmaqla mülkiyyət hüququnun qanunla qorunmasını və s. əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2281/2021 saylı, 22 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – L.M.Məmmədova (sədrlik edən və məruzəçi), T.O.Quliyev və G.F.Tağızadə) apellyasiya şikayəti təmin edilməmiş, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-272/2021 saylı, 23 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə cavabdeh X3 qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmədən baxılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 423.1 Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Müqavilənin d əyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. (423.2) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmi n Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası məhkəməsi mübahisə predmeti olan torpaq sahəsinin cavabdehə satılmasının qanunsuz sayılmasını əsaslı hesab edərkən, cavabdehə ictimai iaşə obyektinin tikintisi məqsədi ilə satılmış torpaq sahəsinin parkda yerləşməsini və bunun Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 59-cu maddəsinin 2-ci hissəsinin və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunun 7.2-ci maddəsinin tələblərinə zidd olmasını ə sas göstərmiş, alqı-satqı müqaviləsini və Reyestrdən Çıxarışın ləğv edilməsini qanuni saydıqda isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421, 422 maddələrinə əsaslanmışdır. Kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin və cavabdehin adına verilmiş Reyestrdən Çıxarışın ləğv edilməsi qanunun tələblərinə uyğun əsaslandırılmadığından qətnamə qanuni sayıla bilməz. Məhkəmə kollegiyasının qanuni əsas kimi istinad etdiyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. (421.1) Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. (421.2) Həmin Məcəllənin 422-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdıla r. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. (422.1) Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər. (422.2) Mülki Məcəllənin müqavilənin dəyişdirilməsi və ləğv edilməsinin qaydasını müəyyən edən 423-cü maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. (423.1) Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ni tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. (423.2) İşdən görünür ki, torpaq sahəsinin alqı-satqısına dair akt Xaçmaz Bələdiyyəsinin 10 aprel 2003-cü il tarixli qərarına əsasən bağlanmış və bununla əlaqədar cavabdeh tərəfindən bələdiyyəyə 10.800.000 manat məbləğində pul ödənilmişdir. Məhkəmə alqı-satqı aktını ləğv edərkən onun bağlanması üçün əsas olmuş Bələdiyyənin qərarının ləğv edilməsini əsas göstərmiş, lakin bu zaman Bələdiyyənin öz qərarını ləğv etmək səlahiyyətinə malik olmasını əsaslandırmamış və işin həmin halına qanunun tələbləri baxımından heç bir qiymət verməmişdir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin bələdiyyənin torpaq üzərində mülkiyyət hüququnu müəyyən edən 47-ci maddəsində və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunda Bələdiyyənin özünün qəbul etdiyi qərarını (başqalarının hüququna toxunan) ləğv etmək səlahiyyəti nəzərdə tutulmamışdır. Mülki Məcəllənin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Tərəflər arasında bağlanmış alqı-satqı aktı hər iki tərəf üçün hüquq və vəzifələr yaratmış və həmin aktın nəticəsi olaraq iddiaçı dəyərini ödəməklə torpaq sahəsi almaqla həmin əmlaka mülkiyyət hüququ əldə etmişdir. Belə bir vəziyyətdə həmin aktın bağlanması üçün əsas olmuş qərarın ləğv edilməsi son nətic ədə cavabdehin hüquqlarını pozmuşdur. İşdən görünür ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin dəyişdirilməsi və ləğv edilməsi təklifi ilə Bələdiyyə tərəfindən cavabdehə müraciət olunmamış, həmin müraciət və cavabdehin müqavilənin dəyişdirilməsindən və ləğvindən imtina etməsi müvafiq qaydada rəsmiləşdirilməmişdir. Göstərilən vəziyyətdə məhkəmə alqı-satqı müqaviləsinin ləğv edilməsinin mümkünlüyünü yalnız Mülki Məcəllənin 421, 422-ci maddələrində müəyyən olunmuş əsasların mövcud olub-olmamasından asılı olaraq həll edə bilərdi. Məhkəmə kollegiyası qanunun həmin normalarına istinad etsə də, orada müəyyən olunmuş hansı əsasların müqavilənin ləğv edilməsi üçün əsas verməsini göstərməmiş və nəticəni həmin normaların tələbləri baxımından əsaslandırmamışdır. Cavabdehin müqaviləni əhə miyyətli dərəcədə pozmasını, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişilməsini təsdiq edən sübutların müəyyən olunmamasına baxmayaraq tərəflər arasında bağlanmış müqavilə ləğv edilmişdir. Göstərilən vəziyyətdə kollegiya alqı-satqı aktının ləğv edilməsini Mülki Məcəllənin 421423-cü maddələrinin tələblərinə uyğun saymır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qanunun həmin normalarının qüvvəsini tətbiq edərkən gəldiyi nəticəni qanunun tələblərinə uyğun əsaslandırmamışdır. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticəni əsaslandırarkən eyni zamanda Mülki Məcəllənin mülkiyyət hüququnun anlayışını və məzmununu müəyyən edən 152.1 və 152.5-ci maddələrinə və mülkiyyətin müdafiəsini müəyyən edən 157.1, 157.2, 157.4, 157.5 və 157.9-cu maddələrinə əsaslanmışdır. Qətnamədən həmin normalara hansı səbəblərdən istinad olunması görünmür. Bununla belə, kollegiya hesab edir ki, əgər apellyasiya instansiyası məhkəməsi həmin normalara Bələdiyyənin ona məxsus torpaq sahəsi üzərində istədiyi kimi sərəncam vermək hüququnu, hazırkı vəziyyətdə Bələdiyyənin torpaq sahəsinin cavabdehə satılmasına dair öz əvvəlki qərarını ləğv etmək və ona məxsus əmlakı tələb etmək hüququna malik olmasını əsaslandırmaq məqsədi ilə istinad etmişdirsə, həmin nəticə qanuni və əsaslı sayıla bilməz. Belə ki, Bələdiyyə özünə məxsus əmlak üzərində artıq sərəncam verdiyindən və bununla əlaqədar cavabdeh həmin əmlaka dair hüquq və vəzifələr əldə etdiyindən, mübahisənin həllinə qanunun həmin normalarının qüvvəsi tətbiq oluna bilməz. Əksinə, i şdən görünür ki, mübahisəli torpaq sahəsi hazırda cavabdehin mülkiyyətində olmaqla onun mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Bu isə, Bələdiyyənin qəbul etdiyi qərar əsasında mümkün olmuşdur. Cavabdeh tərəfindən həmin qərarın qəbul edilməsi üçün hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. Göstərilənlərlə əlaqədar, kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Cavabdeh X3 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2281/2021 nömrəli iş üzrə 22 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar