Məhkəmə qərarları › İş №2(102)-69/2023

Ali Məhkəmə Qərardad — İş №2(102)-69/2023

02.02.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-69/2023 02.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı “İddiaçı” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin baxışdan çıxarılması) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri X1 (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, iddiaçı “İddiaçı” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı müqavilənin ləğv edilməsi, mənzilin boşaldılması və təhvil verilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1423/2017 saylı, 06 iyun 2017-ci il t arixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək aşağıdakı qərarı qəbul etdi İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı “İddiaçı” ASC ilə Cavabdeh arasında Abşeron rayon, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi, 7-ci km, bina 1, blok 17, 5-ci mərtəbə, 17 saylı (təzə nömrəsi 18) mənzilə dair bağlanmış 14 oktyabr 2006-cı il tarixli 000101 saylı müqavilənin ləğv edilməsi, Abşeron rayon, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi, 7-ci km, bina 1, blok 17, 5-ci mərtəbə, 17 saylı (təzə nömrəsi 18) mənzilin boşaldılması və mənzilin iddiaçı “İddiaçı” ASC-yə təhvil verilməsi və Cavabdeh iddiaçı “İddiaçı” ASC-nin xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul olun masını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat.

2. Abşeron Rayon Məhkəməsinin 2(012)-8198/2016 saylı, 27 dekabr 2016-cı il tarixli qətnaməsi ilə (hakim Sevinc Quliyeva) iddia təmin edilmiş, “İddiaçı” ASC ilə Cavabdeh arasında bağlanmış 14 oktyabr 2006-cı il tarixli, 000101 saylı mənzilin alqı-satqı müqaviləsinin ləğv edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 7 km-də inşa edilmiş bina 1, blok 17, 5-ci mərtəbə, 17 (təzə nömrəsi 18) saylı 3 otaqdan ibarət, ümumi sahəsi 85,2 kv.metr olan mənzilin boşaldılması və həmin mənzilin “İddiaçı”ASC-yə təhvil verilməsi, iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya verilməsi qət edilmişdir.

3. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat.

4. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1423/2017 saylı, 06 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Aqil Abbasov (sədrlik edən və məruzəçi), Şəmsəddin Abasov və Telman Məmmədov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, iddia təmin edilmişdir.

5. Həmin qətnamədən cavabdeh (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv olunması və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi;

6. M addə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

7. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.

8. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

9. Maddə 405.0.1. kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər.

10. Maddə 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

11. Azərbaycan Respublikası MPM-nin 409-cu maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndər ilir.

12. Maddə 417.1.7. kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

13. Cavabdehin (Vəkil) kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5917/2022 nömrəli 24 oktyabr 2022-ci il tarixli qərardadı ilə icraata qəbul edilmiş və məhkəmə baxışına təyin edilmişdir.

14. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh (Vəkil) kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə zidd olaraq icraata qəbul edilmişdir.

15. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 405.0.1-ci maddəsinə əsasən apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilmə müddətinin axımı qətnamənin “rəsmi qaydada verildiyi” gündən başlandığına görə, müddətin axımını hesablamaq üçün məhkəmə aktının “rəsmi qaydada verilməsi” anlayışının nəyi ifadə etməsi müəyyən olunmalıdır. Bu anlayışın izahı MPM-nin 135.5-ci maddəsində verilərək göstərilir ki, bu Məcəllənin 135.2, 135.3, 135.6 və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

16. Bu qaydaların birindən bəhs edən MPM-nin 135.2-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sə nədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir.

17. İş materiallarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1423/2017 saylı, 06 iyun 2022-ci il tarixli qətnaməsinin surəti Cavabdeh 16 iyun 2017-ci il tarixli poçt vasitəsi ilə rəsmi qaydada göndərilmiş, lakin qətnamənin olduğu zərf poçt vasitəsi ilə məhkəməyə geri qaytarılmış və zərfin üzərində “İlahə qapı bağlıdır” qeydi yazılmışdır.

18. Bundan sonra cavabdeh 24 oktyabr 2017-ci il tarixdə qətnamənin surətini almaq üçün apellyasiya məhkəməsinə ərizə ilə müraciət etmiş, məhkəmə qətnaməsinin surəti cavabdehin ərizəsində qeyd etdiyi ünvana 03 noyabr 2017-ci il tarixdə təkrarən göndərilsə də, cavabdehin hə min qətnaməni nə vaxt əldə etməsi barədə iş materiallarında heç bir məlumat yoxdur.

19. Daha sonra cavabdeh 24 avqust 2017-ci il tarixdə məhkəmə qətnaməsinin surətini almaq üçün apellyasiya məhkəməsinə ərizə ilə müraciət etmiş, qətnamənin surəti 13 sentyabr 2022-ci il tarixdə cavabdehə rəsmi olaraq təqdim edilmişdir. Cavabdeh qətnamənin surətini rəsmi qaydada alarkən, apellyasiya məhkəməsinə veriyi ərizəsinin sonunda “Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1423/2017 saylı, 06 iyun 2022-ci il tarixli qətnaməsini dövlət rüsumunu ödəməklə təkrar aldım” qeydini yazaraq imzalamış, məhkəməyə qətnamənin surətini təkrar alması ilə bağlı xx.xx.2022-ci il tarixdə 10 manat dövlət rüsumunu ödəməsi barədə qəbzi təqdim etmişdir. (iş vərəqəsi 143-144)

20. Göründüyü kimi cavabdeh ərizə sində qətnamənin surətini təkrar aldığını qeyd edərək, bununla bağlı dövlət rüsumunu ödəməklə, qətnaməni əvvəllər almasını etiraf etmiş, lakin qətnamənin qanuni qüvəsini almasından beş ilə yaxın müddət keçdikdə sonra, xx.xx.2022-ci il tarixdə qətnamədən kassasiya şikayəti verərkən məhkəməyə prosessual müddətin bərpa edilməsinə dair vəsatət verməmişdir.

21. Məhkəmə kollegiyasının mövqeyinə görə apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti daxil olduqda onu vermiş şəxsin kassasiya şikayəti vermək hüququna malik olmasını, kassasiya şikayətinin qanunla müəyyən olunmuş müddətdə verildiyini, kassasiya şikayətinin qanunla nəzərdə tutulmuş forma və məzmun tələblərinə cavab verdiyini yoxlamalı, həmin qaydalara riayət olunduğu halda kassasiya şikayətini baxılması üçün göndərməli, göstəril ən tələblərə cavab vermədiyi halda isə, kassasiya şikayətinin geri qaytarılması barədə əsaslandırılmış qərardad çıxarmalıdır. Lakin hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi bu tələblərə əməl etməmişdir.

22. Kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olmaması, apelyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur. Kassasiya şikayətinin geri qaytarılması apellyasiya instansiyasının səlahiyyəti olduğuna görə, verilmiş kassasiya şikayətinin geri qaytarılması üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

23. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, cavabdehin kassasiya şikayətinin icraata qəbul edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2( 102)-5917/2022 nömrəli 24 oktyabr 2022-ci il tarixli qərardadı ləğv edilməli, kassasiya şikayəti məhkəmə baxışından çıxarılaraq geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir

24. Məhkəmə kollegiyası həmçinin izah edir ki, müddət ötürüldüyü hallarda, proses iştirakçısının Azərbaycan Respublikası MPM-nin 133.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbinin üzürlü hesab edilərək, buraxılmış müddətin bərpa olunması barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququ vardır.

25. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 408 və 417-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1423/2017 saylı, 06 iyun 2017-ci i l tarixli qətnaməsindən verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)5917/2022 nömrəli 24 oktyabr 2022-ci il tarixli qərardadı ləğv edilsin. Mülki iş məhkəmə baxışından çıxarılsın. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar