Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-690/2023 09.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs) iş üzrə QƏRARİ iş № 2(102)-690/2023 Açar sözlər: torpaq sahəsinin qanunsuz sahiblikdən geri alınması və torpaq sahəsinə gedən gediş-gəliş yolunun açılması, torpaq sahəsində və yol üzərində inşa edilmiş tikililərin sökülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və X3 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (mübahisə predmeti barəsində müstəq il tələb irəli sürməyən üçüncü şəxs Masallı rayon Kosakül Bələdiyyəsi cəlb edilməklə) “torpaq sahəsinin qanunsuz sahiblikdən geri alınması və həmin torpaq sahəsinə gedən gediş-gəliş yolunun açılması, həmin torpaq sahəsində və yol üzərində inşa edilmiş tikililərin cavabdehlərin vəsaiti hesabına sökülməsi” tələbinə dair iddiası üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-43/2022 nömrəli, 21 sentyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 09 mart 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi; İşin halları
1. Masallı rayon Kosakül Bələdiyyəsinin 27 iyul 2007-ci il tarixli qərara əsasən bələdiyyə mülkiyyətinə aid alqı-satqı predmeti olan torpaq sahəsindən Kosakül kənd sakini İddiaçı ev tikmək üçün 0,06 hektar həyətyanı torpaq sahəsinin alqı-satqı qaydasında satılması qərara alınmışdır.
2. Torpaqların alqı-satqısına dair Akta əsasən Kosakül Bələdiyyəsinin ərazisində 0,06 hektar torpaq sahəsinin satılması müqabilində İddiaçı tərəfindən müvafiq hesaba əvvəlcədən 132 manat torpaq haqqı ödənilmişdir. Akt Masallı rayon Torpaq və Xəritəçəkmə şöbəsi tərəfindən 30 iyul 2007-ci il tarixdə qeydə alınmışdır. 3. 30 iyul 2007-ci il tarixli seçim aktına əsasən İddiaçı satılmış 0,06 hektar torpaq sahəsi kəndin şimal-şərqində yerləşir. Sahə şimal-şərqdən Ziyadxan Təhməzovun istifadə etdiyi bələdiyyə torpağı ilə, şimal-qərbdən bələdiyyə mülkiyyəti ilə, şərqdən yol ilə, qərbdən X4 istifadə etdiyi torpaq sahəsi ilə həmsərhəddir.
4. Reyestr nömrəsi **********05, qeydiy yat nömrəsi ********** olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0,06 hektar torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2021-ci il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı rayon Kosakül bələdiyyəsinin 27 iyul 2007-ci il tarixli qərarı ilə ona satılmış, 30 iyul 2007-ci il tarixli seçim aktı ilə ona verilmiş 0,06 ha torpaq sahəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qanunsuz sahibliyindən geri alınması, həmin torpaq sahəsinə gedən gedişgəliş yolunun açılması, torpaq sahəsində və yol üzərində inşa edilmiş tikililərin cavabdehlərin vəsaiti hes abına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bələdiyyə qərarı ilə torpaq aldıqdan sonra bir müddət diqqətdənkənar qaldığından həmin torpaq sahəsi iddiaçının qonşuları tərəfindən zəbt edilmiş və həyətinə gedən gediş-gəliş yolunu cavabdehlər öz həyətlərinə qataraq ona yol verməmişlər. Bir neçə dəfə cavabdehlərlə danışıq apararaq məsələni həll etməyə çalışsa da, bunun heç bir nəticəsi olmamışdır. Hazırda o, Kosakül bələdiyyəsindən aldığı torpaq sahəsinə çıxarış əldə etmək istəyir, lakin cavabdehlər ona məxsus torpaq sahəsini zəbt etdiklərindən və həyətə gedən gediş-gəliş yolunu bağladıqlarından iddiaçı mülkiyyət hüququnu dövlət qeydiyyatından keçirə bilmir.
7. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasında eyni m əzmunlu izahat verərək iddiaçının özünə məxsus olduğunu iddia etdiyi torpaq sahəsini zəbt etmədiklərini bildirmişlər.
8. Masallı Rayon Məhkəməsinin 5 sentyabr 2019-cu il tarixli, 2(050)-2001/2019 saylı qərardadına əsasən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, mütəxəssis rəyinin verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilmişdir.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4628 nömrəli, 01 iyun 2020-ci il tarixli ekspert rəyindən görünür ki, mülki iş üzrə mübahisə predmeti olan Masallı rayon Kosakül kəndində ilkin hüquqmüəyyənedici torpaqayırma sənədlərinə əsasən iddiaçıya satılmış düzbucaqlı konfiqurasiyal ı 0,06 hektar həyətyanı torpaq sahəsi Cavabdeh3 istifadə etdiyi bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin cənub-qərb istiqamətində hüdudları daxilində yerləşir. Masallı rayonunun Kosakül kəndində yerləşən, iddiaçıya satılmış həyətyanı torpaq sahəsinə ilkin hüquqmüəyyənedici torpaqayırma sənədlərinə görə nəzərdə tutulmuş gediş-gəliş yolunun mübahisəli hissəsinin çəpər daxilində bələdiyyə mülkiyyətində olan torpaq sahələri kimi istifadə etdiyi müəyyən olunmuşdur. Masallı rayonunun Kosakül kəndində yerləşən, iddiaçıya satılmış həyətyanı torpaq sahəsinə ilkin hüquqmüəyyənedici torpaqayırma sənədlərinə görə nəzərdə tutulmuş gediş-gəliş yolunun mübahisəli hissəsi çəpər daxilində bələdiyyə mülkiyyətində olan torpaq sahəsi kimi cavabdehlər Cavabdeh3 və Cavabdeh2 faktiki istifadəsindədir. Mas allı rayonunun Kosakül kəndində yerləşən, iddiaçıya satılmış həyətyanı torpaq sahəsinə ilkin hüquqmüəyyənedici torpaqayırma sənədlərinə görə nəzərdə tutulmuş gediş-gəliş yolunun mübahisəli olan hissəsində hər hansı tikililər inşa olunmadığı müəyyən edilmişdir. Masallı rayonunun Kosakül kəndində yerləşən, iddiaçıya satılmış həyətyanı torpaq sahəsinə ilkin hüquqmüəyyənedici torpaqayırma sənədlərinin cizgisinə görə gediş-gəliş yolunun davamı kimi nəzərdə tutulmayan, naturada şimal-qərb istiqamətində müəyyən uzaqlıqda olan başqa yolun mövcud olması müəyyənləşdirilmişdir. Aparılmış tədqiqatların dəyəri 292,10 manat və 50 manat təşkil etmişdir.
10. Masallı Rayon Məhkəməsinin 2(050)-88/2020 saylı, 10 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim Ayaz Səlimov) iddia qismən təmin edilmiş, iddiaç ı X9 ilkin hüquqmüəyyənedici torpaqayırma sənədləri əsasında verilmiş 0,06 hektar torpaq sahəsinin Cavabdeh3 qanunsuz sahibliyindən geri alınaraq iddiaçı X9 verilməsi, iddiaçı X9 ilkin hüquqmüəyyənedici torpaqayırma sənədləri əsasında verilmiş 0,06 hektar torpaq sahəsinə getmək üçün nəzərdə tutulmuş gediş-gəliş yolunun cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən çəpərlənərək tutulmuş hissələrinin çəpərlərinin sökülməsi və yolun açılaraq bərpa edilməsi, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 50 manatın X1 və mütəxəssis rəyinin dəyərinə görə 292,10 manatın "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir.
11. Masallı Rayon Məhkəməsinin 2(050)-88/2020 saylı, 08 oktyabr 2020-ci il tarixli qərardadı i lə Masallı Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli, 2(050)-88/2020 nömrəli qətnaməsində mətn üzrə “X13” sözlərinin “İddiaçı” kimi oxunması qərara alınmışdır.
12. Məhkəmə torpaq sahəsinin qanunsuz sahiblikdən geri alınması tələbinə münasibətdə qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi cavabdehlərdən yalnız Cavabdeh3 qanunsuz sahibliyində olmaqla sonuncu, iddiaçıya məxsus torpaq sahəsini tam şəkildə çəpərləyərək istifadə etdiyi bələdiyyə mülkiyyətində olan torpaq sahəsinə qatmışdır.
13. Məhkəmə torpaq sahəsinə gedən gediş-gəliş yolunun açılması tələbinə münasibətdə qeyd etmişdir ki, iddiaçının torpaq sahəsinə gedən yolun mübahisəli hissəsini çəpər daxilində bələdiyyə mülkiyyətində olan torpaq sahəsi kimi cavabdehlər Cavabdeh3 və Cavabdeh2 faktiki istifadə etməsi müəyyən edilmişdir.
14. Məhkəmə torpaq sahəsi və yol üzərində inşa edilmiş tikililərin cavabdehlərin hesabına sökülməsi tələbinə münasibətdə qeyd etmişdir ki, iddiaçı tərəfinədn mübahisələrndirilən sahələrdə hansısa tikililərin olması sübut edilməmişdir.
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47.1, 47.2, 47.3, 103, 110 və 111-ci maddələrinə, Mülki Məcəllənin 152.1, 157.4, 239.1, 170.1170.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
16. Cavabdeh2 apellyasiya şikayəti verərək Masallı Rayon Məhkəməsinin 2(050)88/2020 saylı, 10 sentyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkə n düzgün araşdırma aparmamış, ekspertiza düzgün rəy verməmişdir. O, özünə məxsus torpaq sahəsini uzun müddətdir ki, istifadə edir, heç vaxt iddiaçı ilə aralarında narazılıq olmamışdır. İddiaçının torpaq sahəsinə gedən yol isə başqa yerdən nəzərdə tutulmuşdur, o, həmin yolu zəbt etməmişdir. Ekspertiza zamanı torpağa baxış keçirilərkən ekspertlər yolun onun həyətindən keçmədiyini bildirmişlər. Lakin sonradan ekspertin verdiyi rəy fərqli olmuşdur. O, öz torpaq sahəsini çəpərə almış, ona xərc çəkmişdir. Odur ki, yenidən ekspertizanın keçirilməsi zəruridir.
18. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 mart 2021-ci il tarixli, 2(106)-663/2021 saylı qərardad ilə əlavə tikinti-texniki və torpaqşünaslıq ekspertizası təyin edilmiş, mütəxəssis rəyinin verilməsi "xxxx" Məhdud Məsuliyy ətli Cəmiyyətinə həvalə edilmişdir. 19. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 09 dekabr 2021-ci il tarixli, 468/Mİ/21 saylı mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, Cavabdeh3 məxsus 0,06 hektar torpaq sahəsi ilə Cavabdeh2 məxsus 0,06 hektar torpaq sahəsi faktiki və sənəd üzrə üstüstə düşmür. Mübahisəli torpaq sahələri bir-birinə qonşudur. Mübahisəli torpaq sahələrinin hər birinə hal-hazırda gediş-gəliş yolu mövcuddur. Layihə üzrə isə ümumi istifadədə olan 6 metr enində gediş-gəliş yolu Cavabdeh2 tərəfindən zəbt olunaraq hasara alınmışdır. Nəticədə İddiaçı öz torpaq sahəsinə gedən yol bağlanmışdır. Cavabdeh3 Masallı rayonu, Kosakül kəndində ilkin torpaqayırma sənədləri üzrə satılmış 0,06 hektar torpaq sahəsinə gediş-gəliş yolu hal-hazırda mövcuddur. Həmin yol Cavabdeh2 tərəfindən z əbt olunmamışdır. Cavabdeh3 Masallı rayonu, Kosakül kəndində ilkin torpaqayırma sənədləri üzrə satılmış 0,06 hektar torpaq sahəsinə başqa yerdən gediş-gəliş yolu mövcud deyil. Tikinti-texniki və torpaqşünaslıq sahəsində ekspertizaların keçirilməsi səlahiyyətinin yoxlanılması zamanı "xxxx" MMC-yə özəl məhkəmə eksperti şəhadətnaməsinin verilməsi halı müəyyən edilməmişdir. Həmçinin, "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyinə əlavə edilmiş sertifikatdan görünür ki, həmin sertifikat daşınmaz əmlakın qiymətləndirilməsi ilə bağlı verilmişdir.
20. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası "xxxx" MMC-nin 9 dekabr 2021-ci il tarixli mütəxəssis rəyini mötəbər sübut olaraq qəbul etməyərək 25 may 2022-ci il tarixli, 2(106)-43/2022 saylı qərardadı ilə yenidən əlavə məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizası təyin etmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin mütəxəssislərinin cəlb edilməsi qərara alınmışdır.
21. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 22 iyul 2022-ci il tarixli məktubuna əlavə edilmiş 15 iyul 2022-ci il tarixli akta əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinin X2 Yerquruluşu üzrə mühəndisləri X5, X15 və İddiaçı tərəfindən akt tərtib edilərək imzalanmışdır. Həmin aktda qeyd edilmişdir ki, 22 iyun 2022-ci il tarixli, 2(106)43/2022 nömrəli məktubla əlaqədar olaraq onlar Masallı rayonunun Kosakül kəndində olmuşlar. Dəfələrlə zəng vurulmasına baxmayaraq, cavabdehlərlə əlaqə saxlamaq mümkün olmamış və qapılarının bağlı olması səbəbindən torpaq sahələrinə baxış keçirmək mümkün olmamışdır.
22. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-43/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – X10 (sədrlik edən, məruzəçi), X7 və X6) Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Masallı Rayon Məhkəməsinin 2(050)-88/2020 saylı, 10 sentyabr 2020-ci il tarixli qətnaməsinin verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
23. Məhkəmə kollegiy ası bildirmişdir ki, apellyasiya şikayətində yenidən məhkəmə ekspertizasının keçirilməsinin zəruri olduğunu qeyd edən Cavabdeh2 təyin edilmiş tarixdə mübahisəli əraziyə baxış keçirilməsi zamanı həmin əraziyə gəlməmiş, bununla da tədqiqatın aparılmasına mane olmuşdur. Bu səbəbdən məhkəmə kollegiyası MPM-in 97.5ci maddəsinə əsaslanaraq, Cavabdeh2 tədqiqatın aparılmasında iştirak etmək üçün mübahisəli əraziyə gəlməməsini İddiaçı ilkin hüquqmüəyyənedici torpaqayırma sənədləri əsasında verilmiş 0,06 ha torpaq sahəsinə getmək üçün nəzərdə tutulmuş gediş-gəliş yolunun mübahisəli hissəsinin Cavabdeh2 tərəfindən çəpərlənərək tutulması faktını təsdiq edən hal kimi qiymətləndirmişdir.
24. Məhkəmə kollegiyası bu nəticəyə gələrkən həm də Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanınd a Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin Cəlilabad Layihə Tədqiqat İdarəsinin 24 fevral 2020-ci il tarixli, C041 saylı mütəxəssis rəyinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4628 nömrəli, 01 iyun 2020-ci il tarixli ekspert rəyinə əsaslanır və bildirir ki, həmin mütəxəssis və ekspert rəyi mötəbər sübut edilməlidir. Belə ki, Cavabdeh2 apellyasiya şikayətində qeyd etdiyi formal mülahizələr həmin rəylərin mötəbər olmayan hesab edilməsi üçün əsas ola bilməz.
25. Həm Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin Cəlilabad Layihə Tədqiqat İdarəsinin 24 fevral 2020-ci il tarixli, C-041 saylı mütəxəssis rəyində, həm də Azərbaycan Respublikası Ədli yyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4628 nömrəli, 01 iyun 2020-ci il tarixli ekspert rəyində qeyd edilir ki, Masallı rayonunun Kosakül kəndində yerləşən, iddiaçıya satılmış həyətyanı torpaq sahəsinə ilkin hüquqmüəyyənedici torpaqayırma sənədlərinə görə nəzərdə tutulmuş gediş-gəliş yolunun mübahisəli hissəsi çəpər daxilində bələdiyyə mülkiyyətində olan torpaq sahəsi kimi Cavabdeh2 faktiki istifadəsindədir. Apellyasiya şikayətində Cavabdeh2 özünə məxsus torpaq sahəsini çəpərlədiyini qeyd etsə də, sözügedən rəylərdən göründüyü kimi, iddiaçının torpaq sahəsinə olan gediş-gəliş yolunun mübahisəli hissəsi məhz Cavabdeh2 faktiki istifadəsində olan və çəpərlədiyi torpaq sahəsindən keçir.
26. Məhkəmə hesab etmişdir ki, İddiaçı ona satılmış 0,06 hektar torpaq sahəsinə olan gediş-gəliş yolu nun Cavabdeh2 tərəfindən çəpərlənərək tutulmuş mübahisəli hissəsinin açılmasını tələb etmək hüququ olduğundan və həmin yolun mübahisəli hissəsinin sonuncu tərəfindən çəpərlənərək tutulması faktı təsdiq olunduğundan, birinci instansiya məhkəməsinin iş üzrə Cavabdeh2 münasibətdə gəldiyi nəticə düzgün olmuşdur.
27. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, Cavabdeh2 iddiaçıya satılmış torpaq sahəsinə olan gediş-gəliş yolunun mübahisəli hissəsini çəpərləyərək tutması faktı öz təsdiqini tapdığından birinci instansiya məhkəməsinin məhkəmə xərcləri üzrə həmin xərclərin cavabdehlər Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutulmasına dair gəldiyi nəticə düzgün olmuşdur.
28. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə, Mülki Məcəllənin 152.1, 15 2.5-ci və 157.4-cü maddələrinə və Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
29. Cavabdeh2 (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2(106)-43/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
30. Cavabdeh kassasiya şikayətini apelyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırmış və göstərilmişdir ki, cavabdehlərlə əlaqə saxlanılması və qapı bağlı olduğundan mütəxəssislər tərəfindən torpaq sahələrinə baxış keçirilməsinin mümkün olmaması barədə qeyd edilənlər əsassızdır. Yeni ekspertizanın keçiriməsini apellyasiya şikayətində istəmiş və yeni ekspertizanın keçirilməsinə ən çox o maraqlı olmuş, telefon həmişə işlək vəziyyətdə olmuşdur. Məhkəmə bu məsələni araşdırmamış, məhkəmə iclası barədə xəbər vermədən, təkrar yerli baxış təyin etmək əvəzinə tələsik işi yekunlaşdırmış, bununla da çəkişmə prinsipini pozmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
32. Maddə 13 Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
33. Maddə 29, İİ və İV hissə Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi
34. Maddə 139 -1.1 Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
35. Maddə 152.1 Mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
36. Maddə 157.4 Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
37. Maddə 152.5 Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin:
38. Maddə 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olun ur.
39. Maddə 111.2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
40. Maddə 111.3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
41. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən o lunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
43. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
46. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
47. Maddə 97.1. İ şə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
48. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
50. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
51. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
52. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma sı kimi qiymətləndirilməməlidir.
53. Apellyasiya məhkəməsinin qətnaməsi yalnız iddianın Cavabdeh2 münasibətdə yoxladığından hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iddiaçının torpaq sahəsinə gedən yoluna Cavabdeh2 tərəfindən çəpərlənərək tutulmuş hissəsinin açılmasına dair nəticəsi işin tam araşdırılmış hallarına uyğun olmamış, ekspert rəyinə digər sübutlarla yanaşı qiymət verilməmişdir.
55. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
56. İş üzrə birinci instansiya məhkəməsində keçirilmiş eks pertizadan sonra xx.xx.2021-ci il tarixdə Cavabdeh2 özünəməxsus 0,06 ha torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin plan və ölçüsünü almışdır.
57. Bununla əlaqədar olaraq apellyasiya məhkəməsi zamanı iş üzrə xx.xx.2022-ci il tarixli qərardadla cavabdehin mülkiyyətində olan torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi, iddiaçının torpaq sahəsinə gediş-gəliş yolunun koordinatlarının da müəyyən edilməsi və həmin yolun Cavabdeh2 mülkiyyətində yoxsa faktiki istifadəsində olan torpaq sahəsindən keçməsinin müəyyən edilməsi məqsədilə əlavə ekspertiza təyin etmişdir.
58. Lakin məhkəmə mütəxəssilərin cavabdehlərə dəfələrlə zəng vurulmasına baxmayaraq, əlaqə saxlamaq mümkün olmaması və və qapıların bağlı olması səbəbindən torpaq sahələrinə baxış keçirmək müm kün olmaması barədə aktına istinad edərək Mülki Prossesual Məcəllənin 97.5-ci maddəsinə əsasən bu halı ekspertizanın keçirilməsinə maneə kimi qiymətləndirmiş və cavabdehin bu məsələ ilə bağlı fikrini öyrənmədən iş üzrə məhkəmə baxışını yekunlaşdırmışdır.
59. Cavabdeh kassasiya şikayətində ekpertizanın keçirilməsində maraqlı olduğunu və ona ekspertlərə şərait yaradılması üçün müraciət edilmədiyini göstərmişdir. Həqiqətən də, iş materallarında ekspertin tədqiqat obyektinə baxış keçirilməsi üçün vaxt təyin edilməsi barədə bildirişin cavabdehlər tərəfindən alınmasına dair işdə hər hansı sübut mövcud deyildir.
60. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh torpaq sahəsinə dair yeni hüquqmüəyyənedici sənədlər təqdim etdiyindən (çıxarış və plan-ölçü) və torpaq sahəsinin statusunda dəyişiklik o lduğundan iddiaçının torpaq sahəsinə gedən yolun hal-hazırda cavabdehin mülkiyyətində olan torpaq sahəsinə düşüb-düşməməsini araşdırılması iş üçün əhəmiyyətli haldır. Çünki cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları həmin torpaq sahəsinə dair sənədlərdə göstərilən koordinatlar daxilində yerləşərsə və iddiaçının istədiyi yol mülkiyyətdə olan torpaq sahəsinə düşərsə, bu zaman hər hansı zəbt faktından söhbət gedə bilməz. Mülkiyyətdə olan torpaq sahəsindən başqa şəxsə yolun verilməsi artıq servitut qaydasında həll edilməli olan məsələdir və bu zaman iddiaçının torpaq sahəsinə başqa yolun olub-olmadığı da araşdırılmalıdır.
61. Apellyasiya məhkəməsinin ilkin ekspert rəyi ilə kifayətlənərək, əlavə ekspertiza keçirilməsi barədə qərardadının icrasını təmin etməməsi isə düz gün olmayan qətnamənin qəbuluna səbəb olmuşdur.
62. Həmçinin ilkin ekspertiza rəyində Masallı rayonunun Kosakül kəndində yerləşən, iddiaçıya satılmış həyətyanı torpaq sahəsinə ilkin hüquqmüəyyənedici torpaqayırma sənədlərinin cizgisinə görə gediş-gəliş yolunun davamı kimi nəzərdə tutulmayan, naturada şimal-qərb istiqamətində müəyyən uzaqlıqda olan başqa yolun mövcud olması müəyyənləşdirilmişdir. Məhkəmə tərəfindən iddiaçının həmin yoldan istifadəsinin mümkün olub-olmaması məsələsi də araşdırılmamış qalmışdır.
63. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət o vaxt qədər yüksək ola bilər ki, ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun. Yalnız bu halda həmin rəy iş üzrə mötəbər sübut növü kimi qəbul edilə bilər.
64. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının tam və hərtərəfli araşdırılmaması cavabdehin ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur.
65. Halbuki, «İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiə haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna ma likdir.
66. Hər kəsin ədalətli məhkəmə araşdırılması hüququna malikdir. Bu ifadə lazımi qaydada həyata keçirilən məhkəmə araşdırmasının bir çox aspektlərini, məsələn, məhkəməyə müraciət hüququnun, məhkəmə qərarının əsaslandırılması və sair məsələləri əhatə edir.
67. Ədalətli məhkəmə araşdırması hüququ tərəflərin bərabərliyi və işə çəkişmə prinsipi əsasında baxılması hüququnu da özündə ehtiva edir.
68. Kollegiya qeyd edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənm əməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir.
69. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən əsaslıdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsasdır.
70. Ona görə də qətnamə ləğv edilməli, iş yeni baxışa göndərilməli, kassasiya şiayəti qismən təmin edilməlidir.
71. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-43/2022 nömrəli, 21 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin, i ş yeni baxışa göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.