Məhkəmə qərarları › İş №2(102)-6903/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6903/2021

13.12.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6903/2021 13.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: yaşayış sahəsindən çıxarma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı zəbt edilmiş fərdi yaşayış evlərindən məcburi çıxarılma barədə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1535/2021 nömrəli iş üzr ə 03 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 13 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Ağsu rayonu, Kirdə kəndində yerləşən 77.90 kv.metr olan fərdi yaşayış evi və 0.1197 hektar torpaq sahəsi, 70.5 kv.metr olan fərdi yaşayış evi və 0.12 hektar torpaq sahəsi, 103.20 kv.metr olan fərdi yaşayış evi və 0.20 hektar torpaq sahəsi İddiaçı (bundan sonra iddiaçı) məxsusdur (14.07.2020-ci il tarixli, **********, ********** və ********** qeydiyyat nömrəli çıxarışlara əsasən). Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Əşrəfova X1 rayonundan məcburi köçkün düşməklə, 1997-ci ildən hal-hazıra kimi müvəqqəti olaraq Ağsu rayonu, Girdə kəndində yaşayırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ona məxsus Ağsu rayonunun Kirdə kəndində yerləşən mülkiyyətindəki 3 fərdi yaşayış evinin qanunsuz olaraq zəbt etmiş cavabdehlər tərəfindən boşaldılmasını və onların oradan çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, evlərin hər üçünü bir ailə - Kəlbəcər rayonunun Ağcakənd kəndindən olan cavabdehlər 2002-ci ildən qanunsuz olaraq zəbt edərək orada yaşayırlar. Qanuni sahibin razılığı olmadan onlar evlərin bir neçəsini malqara üçün tövləyə, ot və yem anbarına çevirməklə yararsız hala salmış, həyətdəki ağacları doğrayıb yandırmışlar. Evlərin və həyətyanı sahələrin illik 1.500 manatlıq vergiləri də qanuni sahib tərəfindən ödənilmişdir. Həm in ailənin Bakı şəhəri, Xəzər rayonundakı Qala kəndində fərdi həyət evi olmasına və Kürdəmir rayonu ərazisində məcburi köçkünlər üçün tikilmiş evlərdən onlara mənzil təklifinə baxmayaraq, ona məxsus olan evləri boşaldıb getmələrinə dair dəfələrlə edilmiş təkliflərinə məhəl qoymayaraq həmin evləri qanunsuz olaraq zəbt etməkdə davam edirlər. Ağsu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(016)296/2021 nömrəli iş üzrə 06 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.Əsgərov) iddia təmin edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı Ağsu rayonu, Girdə kəndində yerləşən yaşayış evlərinin mülkiyyətçisi olduğundan o, öz mülahizəsinə görə mübahisəli yaşayış evlərinə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Həmin fərdi yaşayış evlərin ə hər hansı bir hüquqları mövcud olmayan cavabdehlərin bu mübahisəli fərdi yaşayış evlərindən istifadə etmələri nəticəsində iddiaçı göstərilən hüquqlarını həyata keçirə bilməmişdir. İddiaçı mübahisəli fərdi yaşayış evlərinin mülkiyyətçisi olduğundan, cavabdehlərin həmin evlərdən çıxarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə qeyd etmişdir ki, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının Nazirlər Kabineti, Qaçqınların və X2 üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində) tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidir. Qanunun mənasından aydın müəyyən olunur ki, məcburi köçkünlərin müstəqil o laraq müvəqqəti məskunlaşmasına digər şəxslərin hüquqlarının və qanuni maraqlarının pozulmadığı halda yol verilir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.1, 157.2-ci maddələrinə, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə istinadla əsaslandırmışdır. Həmin qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikay əti onunla əsaslandırılmışdır ki, məhkəmə onların məcburi köçkün olduqlarını nəzərə almamışdır. Həmçinin onların məskunlaşdığı binalar olduğu Girdə kəndində digər məcburi köçkünlər də var ki, onlarda o evlərdə yaşayır, çox sayda boş evlər də vardır ki, məhkəmə evlərin kimlərin tərəfindən zəbt edilməsini müəyyən etmək üçün ya yerində baxış keçirməli, ya da texniki ekspertiza təyin etməklə həqiqətən də sözügedən evdə onların məskunlaşmasını yerində müəyyən edilməli idi. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-1535/2021 nömrəli iş üzrə 03 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.Mahmudov (sədrlik edən və məruzəçi), Ə.Məcidov və M.Əsədli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnamə si dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə qiymət verərək qeyd etmişdir ki, şikayətin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Belə ki, şikayətdə göstərilən dəlillər, eləcə də həmin əmlakın neçə illərdir onlar tərəfindən istifadə edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas vermir. Çünki, qeyd edilən əmlaklar tam mülkiyyət hüququ ilə iddiaçıya məxsus olmasına baxmayaraq, cavabdehlər tərəfindən istifadə olunur ki, bu da mülkiyyətçi kimi iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir. Məhkəmə, həmçinin qeyd etmişdir ki, mübаhisəsi gedən yaşayış sahəsinin cavabdehlər tərəfindən istifadə olunması qarşılıqlı razılıq və ya hər hansı müqavilə əsasında bаş verməmiş və iddiaçı tərəfin irаdəsinə uyğun оlmamışdır. Göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, iddiaçının göstərilən əmlaklara mülkiyyət hüququna malik olmaqla cavabdehlərin çıxarılmasını tələb etmək hüququ var. Ona görə də iddianı təmin etməklə birinci instansiya məhkəməsi işin faktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, İş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübah isə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə öz mövqeyini birinci instansiya məhkəməsinin istinad etdiyi eyni normalara, əlavə olaraq Mülki Məcəllənin 157.4-cü maddəsinə istinadla əsaslandırmışdır. Cavabdeh2 (Vəkil xxoğlu) qətnamədən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsasla rı apellyasiya şikayətinin əsasları ilə eyni olan kassasiya şikayətində işin faktiki halları sadalanmış əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Kassasiya şikayətinə görə, apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməsində işdə olan sübutları sadalamaqla kifayətlənmiş, işin müəyyən edilmiş hansı halına hansı hüquq normasının tətbiq etdiyini və bununla da, hansı hüquqi nəticəyə gəldiyini qətnaməsində göstərməmişdir. Məhkəmə işə mahiyyəti üzrə baxarkən prosessual hüquq normalarının tətbiq və təfsirində yanlışlığa yol vermiş və bununla da iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) M əhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəməyə teleqram göndərərək xəstəliyi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəciyini qeyd etmiş, kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh4 qızı və Vəkil məhkəməyə teleqram göndərərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişlər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə digər cavabdehlər gəlmədiyi üçün və gəlməmələrinin səbəbləri barədə məlumat verilmədijlərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədlər i Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Baxılan iş üzrə qətnamədən yalnız Cavabdeh1 kassasiya şikayəti versə də, şikayətdə qətnamənin tam ləğvi xahiş edildiyindən və şikayətin dəlillərinə əsasən mübahisənin predmeti bölünməz olduğundan apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Tətbiq edilə n hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə

13. İ Hissə. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz; Mülki Məcəllə: Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd e dəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (bundan sonra - MPM) Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmam asına istinad etməyə yol verilmir (maddə 407.2). Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1535/2021 nömrəli iş üzrə 03 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar