Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-691/2021 03.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh Üçüncü şəxslər: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi İddia tələbi: zəbt olunmuş torpaq sahəsində inşa edilmiş hasarın sökülməsi, zəruri yol və keçidin ayrılması Açar sözlər: yolun açılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, Kassator İ ddiaçı və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları XXX massivində yerləşən 0.032 ha torpaq sahəsi İddiaçı, qonşuluqda yerləşən 0.025 ha torpaq sahəsi isə Cavabdeh xüsusi mülkiyyətindədir. Birinci instansiya məhkəməsində icraat xx xxx 2017-ci il tarixdə İddiaçı iddia ərizəsi ilə, sonrdan isə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Maştağa qəsəbəsi, Savalan y/m 5-ci kvartal, 08 saylı sahədə yerləşən onun mülkiyyətində olan torpaq sahəsində yerləşən tikiliyə məcburi servit utla zəruri yol yerinin 2,8 m olmaqla verilməsi, qanunsuz tikililərin sökülməsi bölgü sxeminin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, cavabdeh onun qonşuluğunda ərazidə yerləşən torpaq sahəsində tikdirdiyi fərdi yaşayış evində 2016-cı ildən yaşayır. Onun qanunsuz hərəkətləri nəticəsində xüsusi mülkiyyətində olan torpaq sahəsindən istədiyi şəkildə istifadə və öz evinə rahat girişi qeyri-mümkündür. Belə ki, cavabdeh torpaq sahəsinə bitişik olan torpaq sahəsinin bir hissəsini, təxminən 2 metr sahəni müvafiq hüquqmüəyyənedici sənədləri olmadan zəbt edərək öz torpaq sahəsinə əlavə etmiş və hasarlamışdır. Nəticədə onun küçəyə çıxışı olan 3.50 metr olan torpaq sahəsindən küçəyə çıxışı üçün yalnız 1.50 metr sahə qalmı şdır. Bu səbəbdən, onun həyətinə avtomobilin daxil olması mümkün deyil. Cavabdehin inşa etdiyi hasar bütün bunları, eləcə də onun evinə gediş-gəlişini məhdudlaşdırır. Birinci instansiya məhkəməsi tərəfindən alınmış xx xxxxxx 2017-ci il tarixli ekspert rəyi ilə müəyyən edilir ki, iddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinə yerində baxış keçirilib torpaq sahəsinin koordinatları müəyyən edilməklə ölçülmüş və araşdırılmışdır. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin yerləşmə mövqeyi ilə mülki işə əlavə edilmiş, iddiaçının adına verilmiş sahəsi 0.0320 hektar olan torpaq sahəsinə dair çıxarış və plan-ölçü sənədi (koordinatları) fərqli olduğu üçün iş üzrə müvafiq rəyin verilməsi mümkün olmamışdır. İddiaçı və cavabdehin texniki sənədləri naturaya uyğun təqdim edild ikdən sonra iş üzrə müvafiq rəyin verilməsi mümkün olacaqdır. Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2019-cu il tarixli məktubda göstərilmişdir ki, Xidmətin 1 saylı Bakı İrazi İdarəsinin mütəxəssisləri tərəfindən XXX massivi, 5-ci kvartal, 08 saylı sahəyə baxış keçirilmişdir. Texniki baxış zamanı Cavabdeh torpaq sahəsinin yola paralel tərəfinin plan-ölçüdə 12,7 metr göstərildiyi halda faktiki olaraq 13.0 metr təşkil etdiyi (0,2 metr enində hasarın 0,1 metr hissəsinin qonşuya, 0,1 metr hissəsinin isə ərizəçiyə düşməli olduğunu nəzərə alınmaqla) müəyyən olunmuşdur. Bundan əvvəlki mülkiyyətçilər X2 ilə X1 arasında notarial qaydada təsdiq olunmuş bölgü sxeminə əsasən İddiaçı Xozeyn qızının mülkiy yətində olan sahəyə 1,70 metr enində keçid yolu nəzərdə tutulmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-133/2019 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim İ.R.Burcayev) iddia qismən təmin edilmiş, iddiaçının mülkiyyətində olan XXX massivi, 5-ci kvartal, 08 saylı sahənin bir hissəsində yerləşən 0,032 ha torpaq sahəsinə keçid yolunun (1,70 metr enində) təmin edilməsi məqsədilə cavabdeh tərəfindən iddiaçıya məxsus evə gedən yol boyu inşa edilmiş (0,1 metr) hasarın sökülməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi Mülki Məcəllənin 157.2, 157.8-ci, Torpaq Məcəlləsinin 55-ci maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsində iddiaçının mülkiyyətində olan torpaq sahəsinə 1,70 me tr enində keçid yolu nəzərdə tutulmuşdur. Sonuncu qeyd olunan sahəni alarkən həmin əraziyə gedən yolun 1,70 metr olmasını qəbul etmişdir. Cavabdehin torpaq sahəsinin yola paralel tərəfinin plan-ölçüdə 12,7 metr göstərildiyi halda faktiki olaraq 13.0 metr təşkil etdiyi (0,2 metr enində hasarın 0,1 metr hissəsinin qonşuya, 0,1 metr hissəsinin isə ərizəçiyə düşməli olduğunu nəzərə alınmaqla) müəyyən olunmuşdur. Ona görə də iddia qismən təmin edilməli və iddiaçının yaşadığı evə 1,70 metr enində keçid yolun təmin edilməsi məqsədilə cavabdeh tərəfindən iddiaçıya məxsus evə gedən yol boyu inşa edilmiş hasar 0,1 metr sökülməlidir. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yen i qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırılmışdır ki, onun sözügedən torpaq sahəsinə xüsusi mülkiyyət hüququ xx.xx.2009-cu il tarixdə, cavabdehin isə torpaq sahəsinə xüsusi mülkiyyət hüququ xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. Göründüyü kimi onun mülkiyyət hüququ cavabdehdən əvvəl qeydiyyata alınmış və o, torpaq sahəsini alan zaman torpaq sahəsindən avtomobil üçün çıxış nəzərdə tutulmuşdu. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-490/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Ə.Hüseyn, V.Ə.Baxışova, İ.Ə.Kərimli) apelyasiya şikayəti təmin edilməmiş, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi Mülki Məcəllənin 255-ci maddəsinə istinad edərək iş üzrə gəldiyi nəticə ni onunla əsaslandırmışdır ki, servitut hüququnun əsasını zərurət təşkil edir. Yəni yolun olmaması, su, elektrik, qaz xəttinin çəkilməsi zərurəti, suvarma zərurəti və s., hansı ki, digər daşınmaz əşya mülkiyyətçisinin mülkiyyətindən istifadə olunmadan mümkün deyil. Hazırkı halda iş materialları ilə müəyyən edilir ki, iddiaçıya məxsus torpaq sahəsinə getmək üçün iddiaçıya məxsus torpaq sahəsinin plan və ölçüsünə əsasən 1,72 metr enində yol ayrılmışdır. ƏMDK yanında DƏDRX-nin xx.xx.2019-cu il tarixli məktubunda bu hal öz əksini tapmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsinə əsasən də həmin yolun eninin hasarın sökülməsi hesabına torpaq sahəsinin plan və ölçüsündə nəzərdə tutulmuş ölçüyə uyğunlaşdırıması qərara alınmışdır. İkinci bir məsələ isə hazırda iddiaçının tələb etdiyi ümumi 2, 8 metr enində olan yolun verilməsi zərurəti ilə bağlıdır. Kollegiya qeyd edir ki, mülki qanunvericilikdə servitut hüququnun torpaq sahəsindən piyada və avtomobillə keçidin təmin olunması üçün təyin edilməsi nəzərdə tutulmuşdur. Cavabdeh iddiaçının yol verilməsini tələb etdiyi hissədə, özünə məxsus torpaq sahəsində tikinti işi aparmışdır. Yəni iddiaçının tələb etdiyi sahənin bir hissəsi torpaq sahəsi deyil tikilidir. Həmçinin, cavabdehə məxsus tikili daxil olmaqla ümumi torpaq sahəsinin ölçüsü 225 kv.m. təşkil edir və torpaq sahəsinin enli tərəfi 12,7 metrdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbinin - torpaq sahəsində yerləşən tikiliyə məcburi servitutla zəruri yol yerinin verilməsi hissəsini rədd etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya ş ikayətinin dəlillərinə münasibətdə isə qeyd edilmişdir ki, iddiaçının özünə məxsus torpaq sahəsinin cavabdehdən daha tez alması, həmin torpaq sahəsində ev tikməsi, ev tikdiyi zaman hasarın olmaması kimi hallar cavabdehə məxsus mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas deyil. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, istinad edilən DƏDRX-in Bakı şəhər Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən keçid yolunun 1.70 metr enində nəzərdə tutulmasının müəyyən edilməsi ekspert rəyini əv əz edə bilməz. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansi yası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllənin 255.1-ci maddəsinə əsasən, servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı- ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması v ə ya dəyişdirilməsi üçün əsas yoxdur. İddiaçının kassasiya şikayətinin dəlili iş üzrə verilmiş mütəxəssiz rəyinin əsassız olması ilə bağlıdır. Nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdığından kassasiya şikayətinin bu cür dəlili yalnız ekspertizanın təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulduğu və ya ekspert rəyi ilə bağlı tərəflərin əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilmədiyi halda araşdırıla və məhkəmə aktının ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər. Baxılan iş üzrə iddiaçı işdə olan rəylə bağlı bu cür hallara istinad etməmiş, işə baxarkən belə pozuntular aşkar edilməm işdir. İddiaçının hazırda da mübahisələndirdiyi, məzmunca apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən dəlillərinə apellyasiya məhkəməsi tərəfindən hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Proessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-691/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-691/2021
03.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver