Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-691/2025 05.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmlak və pul tələbi, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əşyaların, olmadıqda isə dəyərlərinin verilməsi və pul tələbinə” dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 oktyabr 2024-cü il tarixli, 2(103)-5563/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmi ş kassasiya şikayətinə 5 mart 2025-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. İddiaçı, Cavabdeh1 və X6 doğma bacı qardaşdırlar. 2. "xxxx" QSC tərəfindən İddiaçı verilmiş xx.xx.2022-ci il tarixli arayışda göstərilmişdir ki, QSC-nin Həzi Aslanov filialında xx.xx.2021-ci il tarixə AZ51ACAB******************** saylı 20000 manat məbləğində əmanət hesabı açılıb, xx.xx.2021-ci il tarixində qeyd olunan əmanət 7E12040 reyestr nömrə ilə İddiaçı tərəfindən etibarnamə əsasında Cavabdeh1 tərəfindən bağlanıb. Hazırda onun adına heç bir əmanət hesabı mövcud deyildir.
3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2(011)-2082/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin e dilərək iddiaçılar Cavabdeh1, X4, Cavabdeh2 və X2 Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 18, 30 saylı mənzilin üzərində hər birinin 1/10 hissədə məcburi payı tanınmış, iddia tələbi qalan hissədə rədd edilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-503/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apelyasiya şikayətlərinin qismən təmin edilməsi, miras qalmış əmlak - Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 18, 30 saylı mənzilin dəyəri 123500 manat, 1 ədəd 4 qramlıq 750 əyarlı qızıldan olan qızıl üzüyün dəyəri 280 manat, 1 ədəd 583 əyarlı qızıl onluğun dəyəri 700 manat və Cavabdeh1 Tağı qızına verilmiş 5000 ABŞ dollarından sonuncuya qalmış 1000 manat məbləğində pul olmaqla, ümumi dəyəri 125480 manat müəyyən edilməsi, iddiaçıların hər birinin payı 1/10 hissədə olmaqla, iddi açı X1 12548 manat, Cavabdeh2 700 manat dəyərində qızıl onluq qalması nəzərə alınmaqla 11848 manat, X5 280 manat dəyərində qızıl üzük qalması nəzərə alınmaqla 12268 manat məbləğində pul vəsaiti cavabdeh İddiaçı tutularaq onlara ödənilməsi, iddiaçı Cavabdeh1 aid hissədə iddia tələbinin rədd olunması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əşyaların, olmadıqda isə dəyərlərinin verilməsi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 1 ədəd dəyəri 2000 (iki min) manat olan 120 kvadrat metrlik “E.C.A” markalı kombinin, Cavabdeh1 1 ədəd dəyəri 6000 (altı min) manat olan 1,3x2,4 metr ölçüdə Quba “Qımıl” əl xalçasının və 1 ədəd 21 qramlıq 750 əyarlı, dəyəri 2 100 (iki min yüz) manat olan qızıl boyunbağının, olmadıqda isə onların dəyərinin və Cavabdeh1 8452 (səkkiz min dörd yüz əlli iki) manatın alınaraq ona verilməsinə dair müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia belə əsaslandırılmışdır ki, cavabdehlər doğma bacı qardaşdırlar. Cavabdehlər atalarının ölümündən sonra onun mənzildə olmadığından istifadə edərək, oradan ona məxsus əşyaları icazəsi olmadan aparmışlar. Həmin əşyalardan cavabdeh X3 apardığı 1 ədəd dəyəri 2000 manat 120 kvadrat metrlik “E.C.A” markalı kombidən və Cavabdeh1 apardığı 1 ədəd dəyəri 6000 manat 1,3x2,4 metr ölçüdə Quba “Qımıl” əl xalçasından ibarətdir. Bundan başqa, Cavabdeh1 daha əvvəl iddiaçının ailəsinə məxsus, onlara toylarında hədiyyə olunmuş 1 ədəd 750 əyarlı, çəkisi 21 qram, dəyəri 2100 manat olan qızıl boyunbağını analarına məxsus qızıllarla birgə götürüb özü ilə aparmışdır. Onun tərəfindən Cavabdeh1 mirasdan pay əvəzi kimi digər vərəsələrlə bölüşmək üçün 20000 manat məbləğində pul verilmış. Lakin sonradan məlum olmuşdur ki, cavabdeh həmin pulun hamısını özündə saxlamışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-503/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, iddiaçının verdiyi etibarnamə əsasında Cavabdeh1 Tağı qızı ona məxsus olan 20000 manat depozit pulu götürüb və ona çatmalı olan məcburi pay dəyəri həmin puldan çıxılıb. Bu səbəbdən də, həmin 20000 manatdan məcburi pay dəyəri olan 11548 manat çıxıldıqdan sonra qalan 8452 manat, digər əşyalarla cavabdehlərdən alınaraq ona verilməlidir. xx.xx.2023-cü il tarixli qətnamənin 80-86-cı abzaslarında qeyd edilib ki, “miras kütləsinə daxil olan 1000 manat pul Cavabdeh1 qalıb. Ona görə də, ona düşən məcburi payın tamamlanması üçün ödənilməli olan məbləğ 11548 (12548-1000) manat müəyyən edilməlidir (80). Bununla belə, müəyyən edilib ki, cavabdehin verdiyi etibarnamə əsasında Cavabdeh1 cavabdehə məxsus olan 20000 manat depozit pulu götürmüşdür (81). Belə ki, “Hazırda onun adına heç bir əmanət hesabı mövcud deyildir (82). Cavabdeh göstərib ki, ataları öləndən sonra iddiaçı Cavabdeh1 etibarnamə verib ki, ona məxsus 20000 manat məbləğində əmanəti götürüb, mənzildən olan paylarının əvəzi olaraq digər iddiaçılarla bölüşsün. Lakin məlum olmuşdur ki, Cavabdeh1, nəinki götürdüyü puldan digər iddiaçılara verməyib, onlara hətta pulu götürməsi barədə məlumat da verməyib (83). İddiaçı Cavabdeh1 isə həmin pulun ö zünə məxsus olduğunu, xaricdə yaşadığı üçün cavabdehin adına depozitə qoyulduğunu bildirib (84). Kollegiya iddiaçının bu dəlilini əsaslı hesab etməyərək, qeyd etmişdir ki, işin halları ilə bu hal təkzib edilir, belə ki, iddiaçının atası xx.xx.2021-ci il tarixdə ölmüş, qısa zaman sonra - xx.xx.2021-ci il tarixdə iddiaçı Cavabdeh1 tərəfindən cavabdehə məxsus depozit hesabından 20000 manat məbləğində pul götürülüb. Sonuncu istinad etdiyi halları, yəni həmin pulun özünə məxsus olmasını sübut edə bilməyib, halbuki bunu sübut etmək yükü məhz onun üzərinə düşmüşdür. Odur ki, kollegiya cavabdehin dəlillərini əsaslı hesab etmişdir (85). Göründüyü kimi iddiaçı Cavabdeh1 çatası məcburi payın həcmi 12548 manat olub, o isə 20000 manat məbləğində cavabdehə məxsus depozit məbləğini götürdüyü üçün ona çat malı olan məcburi pay dəyəri artıq ona verilib, yəni hazırda tamamlanmamış hissə qalmayıb”. Odur ki, ona münasibətdə iddia tələbi rədd edilməlidir (86). Odur ki, iddiaçı ona məxsus cavabdehlərdə olan əşyaların, onlar olmadıqda isə onların dəyərlərinin cavabdehlərdən alınaraq iddiaçının xeyrinə tutulması xahiş etmişdir.
7. Cavabdeh1 iddia tələbinə qarşı etirazı verərək qeyd etmişdir ki, iddiaçının irəli sürdüyü xalça, qızıl və sair əmlak tələbləri tərəflər arasında əvvəlki məhkəmə mübahisəsində müəyyən edilmiş miras əmlakın tərkibinə daxil edilmədiyindən həmin hissələrə ətraflı münasibət bildirilməsinə zərurət olmamış. Belə ki, qanuni qüvvəsini almış olan Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi çıxarılan zaman, sədrlik edən hakim tərəfindən dəfələrlə həmin iş üzrə cavabdehə miras əmlaka dax il olan digər əmlaklar varmı sualına xeyr cavabı verilib. Əgər həmin əmlaklar var idisə, onlar miras əmlaka daxil ola və qanun üzrə vərəsələrin payı müəyyən edilərək onlara çatası pay tamamlanardı. Həmin iş üzrə bu qeyd edilən əmlakların bildirilməməsi hazırkı iş üzrə iddiaçının bu tələblərinin təmin olunması imkanından məhrum etmiş. Çünki miras əmlaka dair qanuni qüvvəsini almış bir qətnamə mövcuddur və həmin iş üzrə müəyyən edilmiş hallar təkrarən sübut edilmir. Hesab edirlər ki, hazırkı qaldırılmış olan iddia iddiaçı tərəfindən vərəsələrə tanınmış olan məcburi payın tamamlanmasından boyun qaçırmaq üçün bir vasitədir. Eyni zamanda, əgər iddiaçının qeyd etdiyi kimi oğurluq hadisəsi mövcud idisə, bununla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilməli idi. Hazırkı işdə isə bu cür müraci ətin olması görünmür. İddiaçının depozit hesabından götürülmüş 20000 manatlıq tələbi ilə bağlı qeyd etmişdir ki, elektron məhkəmə sisteminə əlavə etmiş olduğu Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-503/2023 nömrəli qətnaməsinin 12-ci səhifəsində qeyd edilmişdir ki, "xxxx" QSC-nin Həzi Aslanov filialında xx.xx.2021-ci il tarixində AZ51ACAB******************** saylı 20000 AZN məbləğində əmanət hesabı açılıb, xx.xx.2021-ci il tarixində qeyd olunan əmanət 7E12040 reyestr nömrəli etibarnamə əsasında Cavabdeh1 tərəfindən bağlanıb. Göründüyü kimi, əmanət hesabından 20000 manatlıq pul xx.xx.2021-ci il tarixdə götürülüb. Hərçənd, həmin mülki işdə Cavabdeh1 tərəfindən 20000 manat pulun özünə məxsus olduğu bildirilsə də, o hissədə sübutetmə mümkün olmayıb və həmin pul vəsaitin in Cavabdeh1 çatmalı olan məcburi payın miqdarından artıq olması səbəbi ilə ona hər hansı pul vəsaitinin ödənilməməsi qət edilib. Hazırda isə iddiaçının qaldırmış olduğu iddianın müddətin ötürülməsi ilə verilməsini ilahi ədalətin bir təcəssümü hesab etmək olar. Belə ki, hazırkı iddia tələbinin 8452 manatlıq hissəsi ilə bağlı əsassız varlanmaya dair normalar nəzərə alınaraq, müddətin ötməsi səbəbindən iddia tələbi rədd edilməlidir. Belə ki, 8452 manata münasibətdə iddia müddəti keçmiş. xx.xx.2021-ci il tarixdə Cavabdeh1 depozit hesabından pulu çəkməsindən iddianın qaldırıldığı, yəni xx.xx.2024-cü ilədək iki illik müddət keçmişdir. İddaçının qızıl, xalça və s. tələbləri ilə bağlı miras əmlakın həcmi müəyyənləşdirilərkən həmin əmlakların mövcudluğu ilə bağlı hər hansı fikir bildirmədiklərin dən həmin hissədə də iddiası əsassız hesab olunmalı və iddia tələbləri tam olaraq rədd edilməlidir. Qeyd edilənlərə əsasən iddiaçının iddia tələbləri əsassız olduğundan həmin tələblərin Cavabdeh1 münasibətdə rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 iyul 2024-cü il tarixli, e-2(007)1408/2024 saylı qətnaməsi ilə (hakim Qumru Əliyeva) iddia qismən təmin edilmiş, Cavabdeh1 8452 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir.
9. Məhkəmə iddianın Cavabdeh2 1 ədəd dəyəri 2000 (iki min) manat olan 120 kvadrat metrlik “E.C.A” markalı kombi tələbi hissədə iddia tələbinin sübuta yetirilməməsi, 1 ədəd dəyəri 6000 (altı min) manat olan 1,3x2,4 metr ölçüdə Quba “Qımıl” əl xalça sı və 1 ədəd 21 qramlıq 750 əyarlı, dəyəri 2100 (iki min yüz) manat olan qızıl boyunbağı tələbi hissədə iddiaçının subyektiv hüququnun olmaması, həmin əşyaların iddiaçıya deyil, onun arvadına məxsus olması əsası ilə rədd etmişdir.
10. Cavabdeh1 8452 manatın alınması tələbi ilə bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh həmin hissədə iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə versə də, iddiaçı tərəfindən MM-in 1095-ci maddəsinə nəzərədə tutulan müddət ötürülməsi müəyyən olunmamışdır.
11. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında daha əvvəllər məhkəmə mübahisələri olmuş və həmin işlər üzrə müəyyən edilmiş hallar hazırkı iş üzrə preyudisial əhəmiyyətə malikdir, həmçinin həmin mübahisələr üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmiş faktlar yoxlan ılmadan sübut kimi qəbul olunmalıdır. Həmin qərarlara əsasən Cavabdeh1 düşən məcburi payın tamamlanması üçün ödənilməli olan məbləğ 11548 manat müəyyən edilmiş, lakin Cavabdeh1 tərəfindən İddiaçı məxsus depozit hesabından 20000 manat məbləğində pul götürüldüyündən ona aid hissədə iddia təmin olunmamışdır. Hazırda isə İddiaçı həmin puldan (20000 manatdan) qalan 8452 manatın Cavabdeh1 tərəfindən ona ödənilməsini xahiş edir ki, bu tələbində də iddiaçı haqlıdır.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7, 135.1, 135.2., 157.2, 372.1, 372.2, 375.1, 375.2, 1091, 1091.1, 1091.1.2, 1092.1 və 1095- ci maddələrinə, eləcə də Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 54.1, 54.2, 77, 82.3, 88, 119.1 və 217-ci maddələrinə istinad etməklə əsaslandı rmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
13. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edilərək iddia ərizəsinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh bir ailə üzvüdürlər. İddiaçının hazırkı tələblə çıxış etməsi üçün zəruri olan müddət axımına riayət etməsi gərəklidir. Lakin əsassız varlanmaya dair işlərə baxarkən məhkəmə qanunvericiliyin tələbindən irəli gələn 2 il müddət axımına riayət etmədən iddia tələbinin müvafiq hissədə təmin edilməsini qət etmişdir. Birinci instansiya məhkəməsi qətnaməsində müddətin keçmədiyini əsaslandırarkən ancaq "xxxx" QSC-nin verdiyi açılan və bağlanan hesab haqqında məlumatı əks etdirən arayışa istina d etmiş. Halbuki bu arayışa işdə ehtiyac belə yoxdur, belə ki iddiaçı müvafiq etibarnaməni Cavabdeh1 verməyində məqsəd onsuzda pulun oradan çıxarılması idi, yəni pulun çıxarılacağından xəbəri olmuşdur. Həmçinin mübahisələndirilən əşyaların iddiaçının yoldaşına məxsus olması faktını məhkəmənin təsbit etməsi cavabdehin hüquqlarının birbaşa pozuntusudur. Ümumiyyətlə, məhkəmə hansı sübuta, hansı dəlilə əsasən qeyd edilən əşyaların Nümayəndə məxsusluğunu müəyyən etdiyini qeyd etməmişdir. Bu halları təsdiq edən heç bir sübut olmamasına baxmayaraq məhkəmə qanunsuz olaraq qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 oktyabr 2024-cü il tarixli, 2(103)- 5563/2024 nömrəli qətnaməsi ilə (hakim Fuad Babayevin sədrliyi və məruzəsi ilə, hakimlər Cəmilə Musayeva və Fuad Abdiyev) cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilərək iddia qismən - Cavabdeh1 8452 manat məbləğində pul alınaraq İddiaçı” verilməsi hissəsi təmin edilərək iddia qalan hissədə təmin edilməmişdir.
16. Kollegiya iddia tələbi ilə bağlı ilk növbədə qeyd etmişdir ki, iddia tələbi iki hissədən ibarətdir: 1) əşyaların qaytarılması, bu mümkün olmadıqda dəyərinin ödənilməsi; 2) iddiaçıya məxsus puldan ona qaytarılmalı olan 8452 manat pulun ödənilməsi.
17. Əşyaların qaytarılması, bu mümkün olmadıqda dəyərinin ödənilməsi ilə əlaqədar kollegiya hesab etmişdir ki, həmin hissədə işin digər halları il ə yanaşı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-503/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsində göstərilən hüquqi mövqelər nəzərə alınmalıdır.
18. Kollegiya qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı qeyd edilən hissədərədd edərkən iddiaçının qaytarılmasını tələb etdiyi əşyaların ona məxsus olmadığını bildirmiş və buna görə də hazırkı iddianı qaldırmaqda subyektiv hüququnun olmaması qənaətinə gəlmişdir. Lakin kollegiya birinci instansiya məhkəməsinin qeyd edilən mövqeyi ilə razılaşmamışdır.
19. Kollegiya qeyd etmişdir ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Birinci instansiya məhkəməsi öz q ətnaməsini əsaslandırarkən iddianın “Cavabdeh1 1 ədəd dəyəri 6000 (altı min) manat olan 1.3*2.4 metr ölçüdə Quba “Qımıl” əl xalçasının və 1 ədəd 21 qramlıq 750 əyarlı, dəyəri 2100 (iki min yüz) manat olan qızıl boyunbağının, olmadıqda isə onların dəyərinin alınaraq ona verilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, adıçəkilən əşyalar iddiaçıya deyil, iddiaçının arvadı Nümayəndə məxsus olmuşdur. Məhkəmə iddiaçıya əsl iddiaçı ilə əvəz edilməsi ilə bağlı təklif edilsə də, iddiaçı bununla razılaşmamışdır.
20. Nəticədə məhkəmə hesab etmişdir ki, iddiaçının hazırkı tələblə cavabdehə qarşı iddia qaldırmaq hüququ yoxdur.
21. Məhkəmə kollegiya öz mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi mübahisəli əşyaların iddiaçıya de yil, onun arvadına məxsus olduğunu bildirsə də, bu hal özünü heç bir mötəbər sübuta əsaslanmamış, yalnız sonuncunun məhkəmə iclasında şahid qismində verdiyi ifadəsində göstərilmiş və həmin fakt işdəki digər hər hansı dəlillə öz təsdiqini tapmamışdır. Cavabdeh də öz apellyasiya şikayətində mübahisəli əşyaların iddiaçının arvadına məxsus olduğunu qəbul etməmiş, heç bir tərəf bu halı mübahisələndirmədiyi halda birinci instansiya məhkəməsi sadəcə şahid ifadəsi ilə belə bir nəticəyə gəlmişdir.
22. Məhkəmə kollegiyası iddiaçının iddia tələbində qeyd etdiyi 1 ədəd dəyəri 2000 (iki min) manat olan 120 kvadratmetrlik “E.C.A” markalı kombinin, 1 ədəd dəyəri 6000 (altı min) manat olan 1.3*2.4 metr ölçüdə Quba “Qımıl” əl xalçasının və 1 ədəd 21 qramlıq 750 əyarlı, dəyəri 2100 (iki min yüz) manat olan qızıl boyunbağının ona məxsus olmasını, eləcə də adıçəkilən əşyaların cavabdehlərdə olmasına münasibətdə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən sözügedən əsassız varlanma halının mövcudluğu göstərilsə də, nəzərə alınmamışdır ki, həmin məfhumun yaranma əsası məhz tərəflər arasındakı tapşırıq müqaviləsinin tələblərinin icra edilməməsindən qaynaqlanmış, əsassız varlanma epizodu isə iş üzrə məcburi pay haqqı çıxıldıqdan sonra yerdə qalan 8452 manatın tapşırığın lazımi qaydada icra edilməməsi nəticəsində mənimsənilməsində ehtiva olunmuşdur.
23. Əlavə olaraq məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı özünə məxsus pul vəsaitinin tam formada cavabdeh tərəfindən mənimsənilməsini tapşıra bilməzdi və bu cür mənimsənilmə qanunvericiliyin normalarına görə əsassızdır. Bu isə o de məkdir ki, cavabdehə etibarnamə verilməsi və ona məxsus pulun məxaric edilməsi ilə bağlı iddiaçının tapşırığı həmin pul vəsaitinin cavabdehə düşən pay çıxıldıqdan sonra qalan hissəsinin onun özünə qaytarılması olmuş, bu tapşırıqdan kənaraçıxmaya icazə verilməsi barədə isə cavabdeh tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Cavabdeh də həmin pulun iddiaçıya verilmədiyini məhkəmə proseslərinin heç birində danmamış, sadəcə bu tələblə məhkəməyə müraciət edilməsi ilə bağlı iddia müddətinin ötürüldüyünü bildirmişdir.
24. Kollegiya hesab etmişdir ki, cavabdeh iddiaçı tərəfindən ona verilmiş səlahiyyət əsasında şifahi tapşırıq müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, tapşırığın icrası nəticəsində əldə etdiklərini vəkalət verənlərə vermədiyindən və bununla da müqavilənin şərtlərini pozduğundan, iddiaçı qeyd olunan məbləği tələb etməkdə haqlı olmuşdur.
25. Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 iddia müddətinin tətbiqi barədə ərizəsində Cavabdeh1 xx.xx.2021-ci il tarixdə iddiaçının depozit hesabından pulu çəkdiyini və iddiaçının bundan məlumatlı olduğunu, həmçinin Bakı şəhəri Xətai Rayon Məhkəməsində aparılan məhkəmə araşdırması zamanı onun pulun çıxırılmasından təkrar məlumat əldə etdiyini qeyd etmişdir
26. Kollegiya öz mövqeyini onunla əaslandırmışdır ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 8452 manat məbləğində pul alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir.
27. Apellyasiya i nstansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəllənin 14.2.7, 135.1, 135.2, 152, 157.2, 372.1, 372.2, 375.1, 375.2, 425.1, 777.1, 777.2, 778.1, 778.3, 779.1, 1091.1, 1091.2, 1092.1, 1095-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217 və 384.0.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
28. Cavabdeh1 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 oktyabr 2024-cü il tarixli, 2(103)-5563/202 nömrəli qətnaməsini ləğv edərək, iddia tələbinin tam rədd olunmasına dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsinin qətnaməsi maddi prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır, məhkəmə sübutlara, qanuni qüvvədə olan məhkəmə aktları ilə müəyyən hallara düzgün qiymət verməmiş, Mülki Məcəllənin 37, 339.6, 346.1, 354, 377.1, 777.1-cü, Mülki Prosessual Məcəllənin 217-ci maddələrinin tələbləri pozulmuşdur.
30. Belə ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsində qeyd olmuşdur ki, İddiaçı etibarnamə verməsində səbəb atalarından qalmış miras əmlaka münasibətdə 20000 manatı digər vərəsələrlə bölüşdürmək məqsədi olmuşdur. Burada pulun qalan hissəsini İddiaçı qaytarmaq və s. kimi istək və razılaşma olmamışdır. Bu halın özü məhkəmənin işin hallarını yanlış müəyyən etdiyini təsdiq edir. 20000 manatın cavabdehə məcburi payı bölüşdürməsi üçün verilməsi özü də məntiqli olmamışdır. Çünki məhkəmə qətnamələri ilə müəyyən edilmişdir ki, bir nəfərə düşən məcburi payın 12268 manat müəyyən edilmişdir. Ramiz, V ahid, Zərimə, Çimnazın cəmi payı 12268x4=49072 manat olmuşdur. Tərəflər arasındaki münasibətlərin əsassız varlanma olması aşkardır.
31. Məhkəmənin istinad etdiyi tarixin önəmi şəxsin pulunun məhz o tarixdə bankdakı hesabdan çıxarıldığını bilməsi olsa da, məhkəməyə iddianın daxil olması barədə rəsmi məlumat İddiaçı daha əvvəl verilmişdir. Burada məsələ iddia müddətinin keçməsidir və bizə lazım olan iddia müddətinin nə vaxtdan hesablanmağa başlandığıdır.
32. İddiaçının hüquq pozuntusu guya ona aid olan pulun Cavabdeh1 tərəfindən digər iddiaçılara verilməyib özündə saxlanmasını öyrənməsi anıdır. Lakin ona qarşı məhkəmədə Cavabdeh1 daxil olmaqla bütün məcburi payçıların iddia qaldırdığını öyrənməsi artıq o deməkdir ki, Çimnaz tərəfindən kiminsə məcburi payının həmin pulla tamamlanmadığını öy rənmişdir. Bundan başqa mübahisələr zamanı pulun cavabdeh tərəfindən götürülməsinin əvvəlki işdə məhkəməyə müraciətdən əvvəl İddiaçı məlum olmaması qeyri-mümkündür. Nəticə olaraq məhkəmənin iddiaçının hüquq pozuntusundan xəbər tutma anını ən pis ehtimal məcburi payçıların ona qarşı iddia qaldırması barədə rəsmi məlumatlandırıldığı anı deyil də, "xxxx" tərəfindən depozit hesabının bağlandığına dair arayışın iddiaçıya təqdim edilməsi anını hesab etməsi qanunsuz olmuşdur. Ən azından məcburi payın tamamlanması ilə bağlı mülki iş hakimin icraatında olarkən İddiaçı tərəfindən pulun depozit hesabından çıxarıldığını dəfələrlə məhkəmə iclaslarında səsləndirməsi nəzərə alınmalı idi. Həmin iclaslar isə arayışın ona təqdim olunduğu tarixdən əvvəllər olmuşdur.
33. Hətta həmin məhkəmə çəkişməsindən əvvə l pulun cavabdeh tərəfindən götürülməsi İddiaçı məlum olması anı kimi qəbul edilməlidir. Məhkəmə tərəflər arasındakı münasibətləri yanlış olaraq tapşırıq münasibətləri kimi qiymətləndirmiş, əsassız varlanmaya dair 2 illik müddətin başlanğıc anını yanlış müəyyən emtiş və bu hallar da yekunda qanunsuz qətnamə çıxarılması ilə nəticələnmişdir.
34. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
35. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmama sını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Apellyasiya instansiyası məhkəməsi tərəfindən Cavabdeh1 8452 manat məbləğində pul alınaraq İddiaçı verilməsi tələbi yoxlanıldığından, iddia tələbinin rədd olunması hissəsi apellyasiya baxışının predmeti olmadığından apellyasiya məhkəməsinin qətnaməsi tam yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
37. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
38. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.
39. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir.
40. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.
41. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin;
42. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir;
43. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.
44. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il son ra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
47. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 4
8. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
49. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
50. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
51. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi t ərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
53. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
54. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
55. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul e dilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
56. Cavabdeh1 kassasiya şikayətinin dəlilləri iddiaya etirazda və apellyasiya şikayətində irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmişdir, kassasiya instansiyası məhkəməsi bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
57. Kassasiya şikayətinin işin f aktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hal larına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
58. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5563/2024 nömrəli iş üzrə 16 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.