Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-693/2021 31.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikasının adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Oktay qızının Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-693/21 (Açar sözlər: pul tələbi, ekspert rəyi) Bakı şəhəri, 31 mart 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı Oktay qızının, onun vəkili Səmədov Müşfiq Ədalət oğlunun Cavabdeh, onun vəkili Vəkil iştirakı ilə, İddiaçı Oktay qızının Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Koll egiyasının 2(106)-1520/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Oktay qızı iddia ərizəsi ilə Şirvan şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 65000 (altmış beş min) manat məbləğində pulun və 30 manat dövlət rüsumunun öz xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılıb ki, yaxından tanıdığı iş üzrə cavabdeh X1 xx xxxxxx 2018-ci ildə iddiaçının evinə gəlib, borc pul lazım olduğunu bildirərək iddiaçıdan 10000 (on min) manat borc pul istəmişdir. Cavabdeh tez bir zaman müddətində pulu qaytaracağını bildirmişdir. İddiaçı 10 000 manat pulu vermişdir.
3. Cavabdeh 13 gündən sonra, yəni xx xxxxxx 2018-ci ildə yenə iddiaçının evinə gələrək, İrandan mal alacağını və 20000 (iyirmi min) manat yenə borc pul istəmiş, iddiaçı həmin məbləği vermişdir.
4. Cavabdeh xx xxxxxx 2018-ci ildə yenə də iddiaçıgilə gəlib, İrandan 50000 (əlli min) manatlıq malı, 35000 (otuz beş min) manata sərfəli qiymətə alacağını bildirmişdir. İddiaçı cavabdehə həmin tarixdə 35000 manat vermişdir
5. İddiaçı ümumilikdə 65000 (altmış beş min) manat pulu cavabdehə borc kimi vermişdir.
6. Nəvəsi gəlin köçəndə İddiaçı cavabdeh X1 və onun qardaşından cehiz əşyalarını nağd pula almışdır. İddiaçının onlarla çox yaxın tanışlığı və bir-birilərinin toylarına gedişgəlişləri olub. İddiaçı cavabdehin anasını çox yaxşı tanıyır. Məhz bu səbəbdən iddiaçı cavabdeh ə 65000 manat pulu borc vermişdir.
7. Cavabdeh pulu alarkən 2 ay müddətinə qaytaracağını bildirmişdir. Amma iddiaçı pulu istəyəndə cavabdeh hər dəfə borcu qaytaracağını bildirmiş, ya da ümumiyyətlə zənglərinə cavab verməmişdir.
8. İddiaçı tələbinin faktiki halı kimi cavabdehlə bağladığı sadə yazılı əqdə, tələbinin hüquqi əsası kimi isə Mülki Məcəllənin 385.1, 425.1 və 442-ci maddələrinə istinad etmişdir.
9. Cavabdeh X1 onunla cavabdeh arasında bağlanmış 07 noyabr, 20 noyabr və xx xxxxxx 2018-ci il tarixli müqavilələrdəki imzanın ona məxsus olmamasını bildirmişdir. Həmin müqavilələr kiril əlifbasından istifadə edilərək tərtib edilmiş və boşluqlar doldurulmuşdur. Müqavilələrdəki yazı və imzalar ona aid deyildir, ümumiyyətlə iddiaçıdan müqavilələrdə qeyd olunan tarixlərdə həmin məbləğdə borc pul almamış və ona heç bir borcu yoxdur. Həmçinin kiril əlifbasından istifadə etmir, belə bir müqaviləni yazmış olsa idi, latın əlifbası ilə müqaviləni doldurardı. Müqavilə tarixlərindəki yaxınlıq və məbləğlər də iddiaçının ona verdiyini iddia etdiyi borcun ağlabatan olmadığını göstərir.
10. Birinci instansiya məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə müqavilədəki imzaların cavabdehə məxsus olub-olmamasını müəyyən etmək üçün iş üzrə xətşünaslıq ekspertizası təyin edilmişdir.
11. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 31526 nömrəli xətşünaslıq ekspertizasının rəyində qeyd edilib ki, ekspertizaya təqdim olunmuş xx xxxxxx 2018-ci il tarixli müqavilədə “10000 manat”, “on min manat pul aldım”, “1.Təhvil aldım”, “2.Təhvil aldım” və “7 Hojabp.2018” yazıları qarşısınd akı imzalar, xx xxxxxx 2018-ci il tarixli müqavilədə “20000 min”, “иjирми мин манат pulул алдым”, “1.Təhvil aldım”, “2.Təhvil aldım”, “20 noyabr.2018", “2018”, “сил” yazıları qarşısındakı imzalar, xx xxxxxx 2018-ci il tarixli müqavilədə “35.000 мин”, “Oтуз беш мин манат рuлуl aldım”, “1.Təhvil aldım” yazılarının qarşısındakı, “25 Hojabp.2018 il” yazılarının altındakı imzalar - Cavabdeh tərəfindən icra olunmuşdur.
12. Cavabdeh rəylə razılaşmayaraq komisyon xətşünaslıq ekspertizasının təyin edilməsi barədə vəsatət verib göstərmişdir ki, ekspertiza qarşısında təkcə imzalar yox, yaz xəttinin də kimə məxsus olması barədə sual qoyulmalıdır.
13. Şirvan şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli 2(032)-81/2020 nömrəli qətnaməsi ilə iddiа təmin edilmiş, Cavabdeh xx xxxxxx 2018-ci il tarixli borc müqaviləsi üzrə 10000 manat məbləğində, xx xxxxxx 2018-ci il tarixli borc müqaviləsi üzrə 20000 manat məbləğində, xx xxxxxx 2018-ci il tarixli borc müqaviləsi üzrə 35000 manat məbləğində, cəmi 65000 (altmış beş min) manat məbləğində pulun alınaraq İddiaçı Oktay qızına verilməsi, məhkəmə xərclərinin cavabdehə aid edilməsi, Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pulun alınaraq İddiaçı Oktay qızına verilməsi, Cavabdeh 126 manat ekspertiza xərcinin alınaraq dövlət nəfinə keçirilməsi qət edilmişdir. (hakim Elçin Qurbanov)
14. Məhkəmə toplanmış sübutlara, o cümlədən xətşünaslıq ekspertizasının rəyinə hüquqi qiymət verərək müəyyən etmişdir ki, Cavabdeh ilə İddiaçı xxx arasında xx xxxxxx 2018-ci il tarixdə 10000 manat məbləğində, xx xxxxxx 2018-ci il tarixdə 20000 manat mə bləğində, xx xxxxxx 2018-ci il tarixdə 35000 manat məbləğində borc müqavilələrinin bağlanması təqdim olunmuş yazılı sübut vasitəsi ilə təsdiq olunur.
15. Birinci instansiya məhkəməsi qeyd edib ki, tərəflər arasında ümumi 65000 (altmış beş min) manat məbləğində pulun borc verilməsinə dair müqavilələr xx xxxxxx 2018-ci il tarixdə, xx xxxxxx 2018-ci il tarixdə, xx xxxxxx 2018-ci il tarixdə imzalandığından, müqavilə imzalandığı andan yəni xx xxxxxx 2018-ci il tarixdən, xx xxxxxx 2018-ci il tarixdən, xx xxxxxx 2018-ci il tarixdən bağlanmış sayılmalıdır.
16. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq iddianın təmin edilməli olması nəticəsinə gəlmiş, mövqeyini də Mülki Məcəllənin 407.2, 739.1, 740.2, 743, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsas landırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
17. Cavabdeh Cavabdeh apelyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş edib.
18. Apellyasiya şikayəti belə əsaslandırılıb ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırılmasında maraqlı olmamış, işə obyektiv baxmadan, iş üzrə mövcud sübutlara düzgün hüquqi qiymət vermədən, əsaslı vəsatətlərini təmin etmədən əsassız qətnamə çıxarmışdır.
19. İddianın təmin edilməsi üçün məhkəmənin istinad etdiyi yeganə dəlil iddiaçı tərəfin təqdim etdiyi sadə yazılı formalı müqavilələr olmuşdur. Həmin müqavilələr əlyazma ilə doldurulmuş, tərtib edilmiş və kiril əlifbası ilə yazılmışdır. Halbuki o, kiril əlifbası ilə yazmır.
20. İddiaçıdan borca pul aldığı vaxtlar olmuşdur, hər dəfə də p ulunu qaytarmışdır. Lakin qeyd edilən tarixlərdə belə bir saxta müqavilələr ilə borc almamışdlr. Buna görə də müqavilələrdəki yazının və imzanın ona aid olmadığını müəyyən etmək üçün məhkəməxətşünaslıq ekspertizasının təyin edilməsi məhkəmədən xahiş etmişdir. Ekspertiza zamanı həm müqavilələrdəki xəttin(yazının), həm də imzanın ona aid olub-olmadığını yoxlamaq tələb edilmişdir. Lakin birinci instansiya məhkəməsi ekspertiza tədqiqatı qarşısında yalnız imzanın yoxlanılması üçün suallar qoymuşdur.
21. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1520/2020 nömrəli, 08 iyul 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Qəzənfər Kərimov (sədrlik edən və məruzəçi), Zəki Babayev və Nüsrət Mirzəyev)
22. Apellyasiy a instansiyasının mövqeyinə görə birinci instansiya məhkəməsi işin faktiki hallarını nəzərə alaraq iddianı təmin etməkdə haqlı olmuşdur. Çünki məhkəmənin qətnaməsi işin faktiki hallarını əks etdirməklə yanaşı, qanuni və əsaslı olmuşdur.
23. Apellyasiya instansiyası qeyd edib ki mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir.
24. Apellyasiya instansiyası birinci instansiya məhkəməsinin tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
25. Cavabdeh Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianının rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
26. Kassasiya şikayəti də apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılıb. b) Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazının əsasları
27. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
28. Məhkəmə kollegiyasının iclasında Cavabdeh, onun vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdilər.
29. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı xxx onun vəkili xxx kassasiya şikayətini qəbul etməyər ək, şikayətin təmin edilməməsini xahiş etdilər. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 407.2. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı,notariat qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Maddə 739.1. Borc müqaviləsinə görə,iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür,digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Maddə
743. Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə,bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa,borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdır ma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qəra rdadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
31. Hazırkı kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə k ollegiyası qətnaməni tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
34. İddia tələbi borc müqaviləsi üzrə pul tələbidir. İddiaçı tələbinin faktiki əsası kimi cavabdehlə bağlanmış üç ədəd sadə yazılı müqaviləyə istinad edib.
35. Cavabdeh iddiaya etiraz kimi həmin mü qavilələrdəki imzanın və yazıların ona məxsus olmamasını bildirsə də, məhkəmələr ekspert rəyinə əsasən imzaların cavabdeh tərəfindən icra edilməsini müəyyən etmişlər. Bununla da cavabdehin iddiaya etirazının əsası kimi istinad etdiyi hal təkzib edilmişdir.
36. Belə olan halda, apellyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə Mülki Məcəllənin yuxarıda qeyd edilən maddələrini düzgün tətbiq etmişdir. Tətbiq edilən maddi hüquq normalarının dispozitiv şərtləri işin müəyyən edilmiş hallarına uyğun olmaqla iddianın təmin edilməsinə əsas verdiyi üçün iddianın təmin edilməsi ilə bağlı gəlinən nəticə də düzgün olmuşdur.
37. Həmçinin apellyasiya instansiyası məhkəməsi sübutları, o cümlədən ekspert rəyini Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.
38. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətin dəlilləri əsassızdır.
39. Məhkəmə kollegiyası müqavilələrdəki yazı xəttinin ekspertiza tədqiqatının predmeti olmaması, bu barədə verdiyi vəsatətlərin təmin edilməməsi ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, ekspertiza zamanı imzaların cavabdehə məxsus olub-olmaması yoxlanmış və imzaların cavabdeh tərəfindən icra edilməsi təsdiq edilmişdir. İmzalara aid hissədə ekspert rəyinin əsassız olmasını cavabdeh işə mahiyyəti üzrə baxan məhkəmələrdə əsaslandıra bilməmişdir. Bu baxımdan, kasasiyanın bu dəlilləri əsassızdır.
40. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassas iya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda göstərilənləri, MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1520/2020 nömrəli, 08 iyul 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.