Məhkəmə qərarları › İş №2(102)-693/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-693/2023

13.03.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-693/2023 13.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi hakim), Hüseynov Abiddin Qabil oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1014/2022 saylı mülki iş üzrə 04 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Göyçay şəhəri H.Əliyev Prospekti ev 48, 12 nömrəli mənzil xx.xx.2017-ci il tarixdə RX ******* saylı çıxarışa əsasən daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyatına alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin hər birinə 5.000 manat məbləğində kompensasiya verilməklə cavabdehlər Cavabdeh1, X1 Göyçay şəhəri H.Əliyev prospekti ev 48 mənzil 12-dən istifadə hüququna xitam verilməsi, onların həmin evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, sözügedən mənzildə heç kəs yaşamır. Cavabdehlərə məhkəmə qətnaməsi ilə mənzilə yaşamaq hüququ verilmişdir. Həmin mənzilin b azar qiyməti 18000-20000 manat dəyərindədir. İddiaçı mülkiyyətçi olaraq həmin mənzildə yaşayış hüququ olan Cavabdeh1 və Cavabdeh2 hər birinə 5000 manat kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsini xahiş etmişdir.

4. Cavabdeh1 iddianı qəbul etməyərək bildirmişdir ki, qeyd edilən mənzil onun olmuşdur. Lakin rəsmiləşdirməni keçmiş arvadı İddiaçı adına etdirmişdir. Həmin mənzildə yaşamaq hüququ var. Hazırda mənzilin 60.000 – 70.000 manat qiyməti var. İddiaçının təklif etdiyi 5000 manat kompensasiya ilə heç bir yerdə mənzil ala bilməz. Buna görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

5. Göyçay Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə əmlakın qiymətləndirilməsi barədə ekspertiza təyin edilmiş, Əmlakın Qiymətləndirilməsi MMC-ni n xx.xx.2020-ci il tarixli rəyinə əsasən, qiymətləndirmə obyekti olan Göyçay şəhəri H.Əliyev prospekti 48 saylı evin 12 saylı mənzilin bazar dəyəri 45.000 manat, aylıq kirayə haqqı 200 manat müəyyən edilmişdir.

6. Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə təkrar məhkəmə əmtəəşünaslıq ekspertiza təyin edilmiş, "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli 22-21 saylı rəyinə əsasən, qiymətləndirmə obyekti olan Göyçay şəhəri H.Əliyev prospekti 48 saylı evin 12 saylı mənzilin bazar dəyəri 40.000 manat, aylıq kirayə haqqı 100 manat müəyyən edilmişdir.

7. Göyçay Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 26 aprel 2022-ci il tarixli, 2(046)-21/2022 saylı qətnaməsi ilə (İ.Fəttahov) iddia təmin edilməmişdir.

8. Məhkəmə hesab etmişdir ki, 10.000 manat kompensas iya məbləği kifayət qədər yetərli deyil və həmin məbləğ mübahisəli mənzildən cavabdehlərin istifadə hüquqlarına xitam verilməsi üçün ağlabatan olmamaqla, işin həqiqi hallarına uyğun deyildir. Çünki, qeyd olunan normanın mənasına görə, mülkiyyətçi istifadə hüququna xitam verilməsi haqqında iddia qaldırarkən öz iddiasında kompensasiya məbləğini göstərə və ya göstərməyə bilər. Lakin iddia ərizəsində kompensasiya məbləğinin göstərilibgöstərilməməsindən asılı olmayaraq, işə baxan məhkəmə hər bir halda Mülki Məcəllənin 228.2-ci maddəsinin və MPM-nin tələblərinə müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidir. Buna görə də məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının yaşayış sahəsindən cavabdehlərin istifadə hüququna xitam verilməsinin əvəzi kimi təklif olunan 10.00 0 manat məbləğdə kompensasiya sonuncuların davamlı sürətdə və müəyyən müddət daxilində, Göyçay şəhərinin ərazisində başqa yerdə əvvəlki yaşayış sahəsində olmuş şəraitlə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı vermir və cavabdehlərin evdən istifadə hüququnun itirilməsi üçün yetərli və qənaətbəxş deyildir.

9. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarına, “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarına, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarına, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli və "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli və "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarlarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin MPM-nin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcə lləsinin 14.2, 77.1, 78.1, 80, 81, 217 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

10. İddiaçı apelllyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə əsassızdır. Məhkəmə sübutlara düzgün qiymət verməmişdir. Ekspert rəyi hakim üçün məcburi qüvvəyə malik olmasa da real bazar qiymətinin öyrənilməsi baxımından iş üçün mötəbər sübut hesab olunmalı idi. Çünki məhkəmə bazar qiymətini mütəxəssis rəyi olmadan öyrənə bilməzdi. Nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçini n öz əmlakı üzərində hüquqlarının istifadəsi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitam ı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Bildirir ki, mənzilin kirayə haqqı 150 manat təşkil edir. Həmin mənzil təmirsizdir. Bunu iddiaçıda təsdiq edir. Bu barədə "xxxx" MMC-nin mütəxəssis rəyi də var. Həmin rəylə də bu təsdiq olunur. Belə olan halda hər bir cavabdeh üçün kompensasiya məbləği 5400 manat təşkil edir. İddiaçıda bu məbləği ödəməkdən yayınmır. Yəni real bazar qiymətinə uyğun kompensasiya ödənilir. Yəni hazırda yaşadığı mənzilə uyğun mənzildə 3 il yaşaması üçün normal kompensasiyadır. Həm in ərazidə mübahisəli mənzilin şəraitində normal yaşaması üçündür. Nəzərə almaq lazımdır ki, kompensasiya verilməsi mənzilin dəyərinin yarısına almaq deyildir. Məhkəmə heç bir halı düzgün qiymətləndirməmişdir. Məhkəmə tətbiq olunan normaları tətbiq etməmişdir. Belə ki, ekspert rəyi ilə müəyyən olunmuş real bazar qiymətinə uyğun kompensasiya təqdim etməklərini nəzərə almamışdır. Hətta sonuncu məhkəmə iclasında 5400 manat təklif etdiklərini bildirsələr də buna əhəmiyyət verməmişdir. Hər bir cavabdeh üçün 10800 manat kompensasiya təklif edirlər. Hətta iddialarında göstərdikləri cavabdehlər üçün 10000 manat normal kompensasiyadır. Məhkəmə faktiki halları nəzərə almamışdır.

12. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, o, məhkəmə qərarı ilə həmin evə köçürülmüşdür. İddiaçı tərəfindən təklif olunan kompensasiya məbləği ilə razı deyil. Əgər iddiaçı tərəf onlara 25000 manat kompensasiya ödəyərsə, onda iddianı qəbul edər. Hazırki halda iddianı və apellyasiya şikayətini qəbul etmir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.

13. Məhkəmə iclasında iştirak edən cavabdeh X1 nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, Vüqar onun əri olmaqla hazırda başqa ünvanda kirayədə yaşayırlar. Vüqar hazırda Türkiyə Respublikasındadır. Əgər iddiaçı tərəf onlara ümumilikdə 25000 manat məbləğində pul ödəyərsə iddianı qəbul edərlər, əks halda iddia tələbinə etiraz edirlər. Təklif olunan 11000 manatla Göyçayda ev almaq mümkün deyil.

14. Şəki Apellyasiya Məhkəməs inin (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 04 oktyabr 2022-ci il tarixli, 2(107)-1014/2022 nömrəli qətnaməsi (hakimlər X5 (sədrlik edən və məruzəçi), X3 və X4) ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamənin qəbul edilərək, iddiaçı tərəfindən cavabdehlər Cavabdeh1 və X1 hər birinə 5500 manat olmaqla, cəmi 11.000 manat məbləğində pul kompensasiyası ödənilməklə onların Göyçay şəhəri H.Əliyev Prospekti ev 48, mənzil 12-dən istifadə hüquqlarına xitam verilməsi və cavabdehlərin mənzildən çıxarılması, yaşayış binasının tərkib hissəsindən cavabdehlərin istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılmaları pul kompensasiyasının verilməsi ilə eyni vaxtda icra olunması qət edilmişdi r.

15. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, mülki qanunvericilikdə mülkiyyətçinin üzərinə istifadə hüququ olan şəxsi daimi olaraq yaşayış sahəsi ilə təmin etmək öhdəliyi qoyulmamışdır. Mövcud qanunvericilikdə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün istifadəçiyə ödənilməli olan kompensasiyanın məbləğinin həddi barədə hər hansı norma yoxdur. Qanunvericilikdə həmin kompensasiya məbləğinin bazar qiymətləri ilə, yalnız məhkəmə tərəfindən tənzimlənməsi təsbit olunmuşdur. Ona görə də iddiaçının cavabdehlərə təklif edildiyi sonuncu məbləğ, yəni hər birinə 5500 manat kompensasiya məbləği mübahisəli mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün əhəmiyyətli maddi dəstəkdir və bu, işin hallarına və mülkiyyətçi kimi iddiaçını n qanunla qorunan hüquqlarının təmin edilməsi baxımından hər iki tərəfin mənafeyinə uyğundur. Mənzilin dəyəri və ya aylıq kirayə haqqı ilə bağlı arayışın birinci instansiya məhkəməsinə təqdim edilməsi, cavabdehlərin həmin sübutun araşdırılmasında iştirakının olmaması və ya razılaşmaması ilə bağlı qeyd etmişdir ki, hazırkı tələbin təmin olunması üçün həmin arayışlar müstəsna əhəmiyyət kəsb etmir. Çünki hazırkı işdə işin halları aşkardır. Belə ki, mülkiyyətçi Göyçay şəhərində yerləşən 73.8 kv.m.dən ibarət yaşayış sahəsinə görə cavabdehlərə kompensasiya təklif etməklə istifadə hüquqlarına xitam verilməsini tələb edir.

16. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1, 27.2, 228.1, 228.2, 228.5-ci maddələrinə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına, R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şər h edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 iyul 2016-cı il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 372.1, 372.6, 372.7, 385.1.4, 390cı maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh1 kassasiya şikayəti verərək, Apellyasiya Məhkəməsinin qətnaməsinin ləğv edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə qalması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi qanuni və əsaslı olmalıdır, lakin apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin bu tələbinə əməl etmədən qanunsuz və ədalətsiz qətnamə qəbul etmişdir. Məhkəməyə iddianın təmin e dilməməsi üçün kifayət qədər sübut təqdim edilmişdir, lakin məhkəmə bu sübutlara heç bir qiymət verməmişdir. Mənzilin birgə nikah dövründə 1973-cü ildə əldə edilməsinə, mənzilin birgə mülkiyyətdə olmasına, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatda olmasına, başqa yerdə yaşamağa yerlərinin olmamasına və təklif olunmuş cüzi kompensasiyadan imtina edilməsinə baxmayaraq apellyasiya instansiyası məhkəməsi bütün bunları nəzərə almamışdır.

19. Kassator şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 13.1, 129, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1, 218.3, 217.1-217.3, 220.4, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 228.5, 228.1- 228.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b)Kassasiya şikayətinə qa rşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

21. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər.

22. Maddə 228.1-228.2. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazıl ı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

23. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən i stifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

28. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.

31. Kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiy a instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə, kompensasiyanın yetərliliyi qənaətinə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə raz ılaşır.

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

35. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1014/2022 nömrəli mülki iş üzrə 04 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar