Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6930/2021 09.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğvi, işə bərpa və məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 vəkili Vəkil iştirakları ilə, Bakı Ap elyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6770/2021 nömrəli iş üzrə 05 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 09 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları “X5” X14 ilə İddiaçı arasında bağlanmış 10.08.2020-ci il tarixli əmək müqaviləsindən müəyyən edilir ki, İddiaçı 10.08.2020-ci il tarixdən X2 22 saylı Ərazi Məşğulluq Mərkəzi filialının sənədlərlə, müraciətlərlə iş və inzibati şöbəsində inzibatçı vəzifəsinə təyin edilmişdir. Müqavilə 3 ay müddətinə bağlanmışdır və işin birinci ayı sınaq müddəti hesab edilmişdir. “X5” İdarə Heyətinin sədri tərəfindən imzalanmış əmə k müqaviləsinə xitam verilməsi haqqında 10.09.2020-ci il tarixli, **********2 nömrəli əmrdən çıxarışa əsasən İddiaçı AR ƏM-nin 70-ci maddəsinin “d” bəndinə əsasən tutduğu vəzifədən 10.09.2020-ci il tarixdən azad edilmişdir. 0573026 №-li əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, iddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 10.08.1998-ci ildə №-738 əmrlə ödənilməklə Ağstafa rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin direktor müavini vəzifəsinə təyin edilmiş; 22.11.2000-ci ildə Ağstafa rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin Direktor müavini pensiya və müavinətlər şöbəsinin müdiri ilə bağlanmış, Əmək Müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsi ilə xitam verilmiş; 20.06.2001-ci ildə müvəqqəti olaraq mə rkəzə sahə mühasibi təyin edilmiş; 21.05.2003-cü ildə əvəz etdiyi sahə mühasibi işə qayıtdığı üçün 21 may 2003-cü il tarixdən işdən azad edilmiş; Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Baş Məşğulluq İdarəsi Ağstafa rayon X6 Müavinəti 27.06.2003-cü ildə təyin edilmiş; 14.07.2003-cü ildə işə göndərildiyi üçün müavinətin ödənilməsinə xitam verilmiş; 14.07.2003-cü il tarixdə Ağstafa rayon Əhalinin Sosial Müdafiəsi mərkəzi kompyuter üzrə mütəxəssis təyin edilmiş; 28.10.2003-cü ildə Dövlət qulluğu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 3-cü dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmiş; 01.03.2013-cü ildə Dövlət qulluğu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmiş; 01.09.2016-cı ildə Dövlət qulluğu ha qqında Azərbaycan Respublikası Qanunun 29.2-ci maddəsinin 2-ci hissəsinə əsasən Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin Ağstafa rayon X7 məşğulluq tədbirləri sektoruna məsləhətçi vəzifəsinə təyin edilmiş; 30.07.2020-ci il tarixdə Dövlət qulluğu haqqında Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinə əsasən tutduğu vəzifədən azad edilmiş; 10.08.2020-ci ildə Nazirlik tabeliyində X2 22 saylı ərazi Məşğuluq Mərkəzinin sənədlərlə, müraciətlərlə iş və inzibati şöbəsinin inzibatçı vəzifəsinə təyin edilmişdir. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında müayinəyə dair məlumatdan 27.05.2019-cu il tarixli çıxarışa əsasən 09.05.1985-ci il təvəllüdlü X8 05.05.2016-cı il tarixdə şizofreniya nəticəsində baş verən ağır psixi qüsur halı üzrə birinci dərəcəl i əlillik diaqnozu qoyulmuşdur. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Ekspert Komissiyasının 526497 saylı arayışından müəyyən olunur ki, 1989-cu il təvəllüdlü X10 569 №-li, 30.03.2015-ci il tarixli müayinə aktına əsasən ikinci dərəcəli əlil kimi qeydiyyata alınmışdır. Ağstafa rayon Qeydiyyat şöbəsi tərəfindən 14.02.2014-cü il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətinə əsasən X4 23.01.2014-cü il tarixdə vəfat etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh “X5” X11rşı “işə bərpa və əmək haqqı” tələbi ilə məhkəməyə müraciət edərək, “X5” X14 tərəfindən əmək müqaviləsinə xitam verilməsi haqqında verilmiş 10.09.2020-ci il tarixli, **********2 nömrəli əmrin etibarsız hesab edilməsi, onun işə bərpa olunması, ona məcburi iş buraxmaya görə əmək haqqı ödənilməklə əvvəlki vəzifəsinə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 01.03.2013-cü ildə Dövlət qulluğu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi 11/7-60-nömrəli əmrlə verilmişdir. 01.09.2016-cı ildə Dövlət qulluğu haqqında Azərbaycan Respublikası Qanunun 29.2-ci maddəsinin 2-ci hissəsinə əsasən Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin Ağstafa rayon X7 məşğulluq tədbirləri sektoruna məsləhətçi vəzifəsinə 09/11-594 nömrəli əmrlə təyin edilmişdir. 30.07.2020-ci il tarixdə Dövlət qulluğu haqqında Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. 10.08.2020-ci ildə **********3 nömrəli əmrlə Na zirlik tabeliyində X2 22 saylı ərazi Məşğuluq Mərkəzinin sənədlərlə, müraciətlərlə iş və inzibati şöbəsinin inzibatçı vəzifəsinə təyin edilmişdir. 10.09.2020-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə əsasən tutduğu vəzifədən azad edimişdir. Onu da bildirir ki, onun işdən azad olunmağı əsassız səbəblərdəndir. Onun 23 illik əmək stajını təqaüd yaşına 2 il qaldığı vaxta onu işdən azad etmək qanunvericiliyə ziddir. Fəaliyyəti dövründə bir çox müdirlərlə fəaliyyət göstərmişdir. Hər birinin qanuni tapşırıq və göstərişlərini vaxtında icra etmişdir. İşlədiyi müddətdə heç vaxt bir dəfə də, olsun qanun pozuntularına yol verməmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim G.Axundova, iş № 2(004)-1200/2021) iddia təmin edilərək, cavabdeh “X5” İdarə Heyətinin sədri tərəfindən imzalanmış əmək müqaviləsinə xitam verilməsi haqqında 10.09.2020-ci il tarixli, **********2 nömrəli əmrin etibarsız hesab olunması, İddiaçı “X5”–nin 22 saylı Ərazi Məşğulluq Mərkəzi filialının Sənədlərlə, müraciətlərlə iş və inzibati şöbəsinin inzibatçısı vəzifəsinə bərpa edilməsi, İddiaçı işdən çıxarıldığı 10 sentyabr 2020-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün orta aylıq əmək haqqının ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, sınaq müddəti işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyalarını icra etmək bacarığını yoxlamaq məqsədi daşıyır. Hazırki işin hallarından müəyyən olunur ki, işçi əvvəllər Ağstafa rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin d irektor müavini, sahə mühasibi, kompüter üzrə mütəxəssis, Ağstafa rayon Məşğulluq Mərkəzində məsləhətçi və digər vəzifələrdə çalışmışdır. Məhkəmə hesab edir ki, hazırki halda iddiaçı ilə sınaq müddəti müəyyən edilməklə əmək müqaviləsinin bağlanması qanunvericilikdə nəzərdə tutulmuş sınaq müddəti müəyyən edilməklə əmək müqaviləsinin bağlanmasının məqsədlərinə uyğun gəlmir. Bundan əlavə, iddiaçı ilə bağlanmış əmək müqaviləsində sınaq müddəti müəyyən edilərkən həmin müddət ərzində işçinin sınaq zamanı özünü doğrultmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi şərti göstərilməmişdir. Habelə, əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə işçinin sınaq müddəti ərizində özünü doğrultmaması əsaslandırlmalıdır. Ən əsası isə odur ki, iddiaçının öhdəsində İ dərəcə əlilliyi olan övladı olduğundan onunla əmək müqaviləsinə Əmək Məcələsinin 70-ci maddəsi ilə xitam verilməsi qadağan olunduğu halda işəgötürən tərəfindən əmək müqaviləsi Əmək Məcələsinin 70-ci maddəsinin «d» bəndinə əsasən ləğv edilmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Cavabdeh “X5” apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən həmin maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İddia ərizəsindən görünür ki, həmin ərizə 14 yanvar 2021-ci il tarixdə daxil olmuşdur. Qətnamədə gös tərilir ki, iddiaçı ilə sınaq müddəti müəyyən edilməklə əmək müqaviləsinin bağlanması qanunvericilikdə nəzərdə tutulmuş sınaq müddəti müəyyən edilməklə əmək müqaviləsinin bağlanmasının məqsədlərinə uyğun gəlmir. “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 912 nömrəli Fərmanına uyğun olaraq əhalinin məşğulluğu sahəsində göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, habelə sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin davam etdirilməsi məqsədilə yaradılmış X5 X14in fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartları tətbiq edilir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 n ömrəli Fərmanı ilə təsdiq edilmiş “X2 Nizamnaməsi”nə əsasən Agentlikdə işə qəbul və başqa işə keçirilmə sözügedən idarəetmə standartlarına uyğun olaraq aparılır. Bu konteksdə Əmək Məcəlləsinin 51-ci maddəsinə uyğun olaraq əmək müqaviləsinin işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə sınaq müddəti müəyyən edilməklə bağlanılması qanuni hesab edilir. Digər tərəfdən qətnamədə göstərilir ki, işçinin sınaq müddəti ərzində özünü doğrultmaması əsaslandırılmalıdır. Halbuki, X2 10.09.2020ci il tarixli **********2 nömrəli əmrinin Əsas hissəsində işçinin sınaq müddəti ərzində özünü doğrultmaması ilə aidiyyəti vəzifəli şəxslərin təqdimatına istinad edilmişdir. Göründüyü kimi işçinin sınaq müddəti ərzində özünü doğrultmaması qanunamüvafiq qaydada əsaslandırılmışdır. Qətnamənin qət hissəsində bir sıra maddi və prosessual hüquq pozuntularına yol verilmişdir. Belə ki, qət hissəsinin 2-ci abzasında X2 10.09.2020-ci il tarixli **********2 nömrəli əmrinin etibarsız hesab edilməsi qərara alınmışdır. Halbuki, həmin əmrdə digər işçilərin vəzifədən azad edilməsi məsələləri də tənzimlənmişdir. Bununla da qətnamənin sözügedən hissəsi ilə hakimin işə baxılması üzrə səlahiyyətlərindən kənara çıxarılmışdır. Bununla yanaşı iddiaçının işə bərpa olunduğu “inzibatçı” vəzifəsi Agentliyin Ərazi Məşğulluq Mərkəzləri filiallarının ştat cədvəlinin 22 dekabr 2020-ci il tarixində təsdiq edilmiş redaksiyasına daxil edilməmiş, yəni ləğv edilmişdir. Qeyd edilməlidir ki, hazırda 22 saylı Ərazi Məşğulluq Mərkəzində orta ixtisas təhsilli şəxsə uyğun vakant vəzif ə mövcud deyildir. Belə olan halda iddiaçının mövcud olmayan vəzifəyə bərpası və həmin şəxs orta ixtisas təhsilli olduğundan ali təhsil tələb edən vəzifəyə təyini qeyri-mümkündür. Qət hissəsinin 3-cü hissəsində də kobud yalnışlığa yol verilmişdir. Belə ki, həmin hissədə iddiaçının işdən çıxarıldığı tarixdən işə bərpa olunduğu günədək məcburi işburaxma müddəti üçün orta aylıq əmək haqqının ödənilməsi müəyyən edilir. Bu halda nəzərə alınmamışdır ki, iddiaçının əmək müqaviləsi 3 aylıq müddətli müqavilə olmuşdur və son müddət 10 noyabr 2020-ci ildə bitməli idi. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.Kazımov (sədrlik edən və məruzəçi), hakimlər A.İsgəndərov və İ.Kərimli, iş № 2(103)-6770/2021) cavabdeh “X5” tərəfindən verilmiş apel lyasiya şikayəti təmin edilməmiş, hazırkı iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)1200/2021 saylı 15 fevral 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, həqiqətən Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən həmin maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İddia ərizəsi cavabdehin şikayətində göstərdiyi kimi 14 yanvar 2021-ci il tarixdə deyil, 14 dekabr 2020-ci ildə məhkəməyə daxil olmuşdur. İddiaçı iddia ərizəsində əmrin surətinin 12.09.2020-ci ildə aldığını, lakin himayəsindəki 2 xəstə övl adına baxdığı üçün nazirə və nazirliyin Xüsusi Şərtlərlə təyinat idarəsinə müraciətlər etdiyi üçün müddəti üzrlü səbəbdən buraxıdığını göstərir. Həqiqətən də iş materialları ilə təsdiq olunur ki, İddiaçı övladları 09.05.1985-ci il təvəllüdlü X8 05.05.2016-cı il tarixdə şizofreniya nəticəsində baş verən ağır psixi qüsur halı üzrə birinci dərəcəli əlillik təyin edilmiş, 1989-cu il təvəllüdlü X10 isə 30.03.2015-ci il tarixdə eyni xəstəliyə görə ikinci dərəcəli əlil kimi qeydiyyata alınmışdır. Buna baxmayaraq, qeyd olunan müddət iddia müddəti olduğundan cavabdeh bu barədə, yəni iddia müddətinin tətbiqi barədə ərizə ilə də məhkəməyə müraciət etməmişdir. Bu cür vəziyyətdə məhkəmə öz təşəbbüsü ilə iddia müddətini tətbiq edərək iddianı rədd edə bilməzdi. Cavabdeh fəaliyyətində və idarəetmədə mütər əqqi korporativ idarəetmə standartları tətbiq etməsi o demək deyil ki, bu cür standartları tətbiq edərkən əmək qanunvericiliyinin imperativ tələblərini pozmalıdır. Agentlikdə işə qəbul və başqa işə keçirilmə sözügedən idarəetmə standartlarına uyğun olaraq aparılması işçinin əmək hüquqlarını pozmamalıdır. Əmək Məcəlləsinin 51-ci maddəsində əmək müqaviləsinin işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilməsi nəzərdə tutulmuşdur. Yəni, əmək müqaviləsini sınaq müddəti ilə bağlamaq işəgötürənin vəzifəsi kimi deyil, hüququ kimi nəzərdə tutulmuşdur. Lakin işdən görünür ki, iddiaçının ümumilikdə 40 ildən artıq əmək stajı var, o cümlədən 20 ildən artıq cavabdeh qurumda müxtəlif vəzifələrdə işləmişdi r. Buna görə də iddiaçı ilə hazırki əmək müqaviləsi onun peşəkarlıq səviyyəsini yaxud müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə sınaq müddəti müəyyən edilmədən də bağlanıla bilərdi. X2 10.09.2020-ci il tarixli **********2 nömrəli əmrinin Əsas hissəsində işçinin sınaq müddəti ərzində özünü doğrultmaması ilə aidiyyəti vəzifəli şəxslərin təqdimatına istinad edilməsi də qeyd olunan əmrin iddiaçıya aid hissədə əsaslı olduğuna dəlalət etmir. Çünki, cavabdeh tərəfindən məhkəməyə nə həmin təqdimat təqdim edilmiş, nədə ki, iddiaçının sınaq müddəti ərzində özünü doğrultmamasına dair işdə heç bir sübut yoxdur. Bununla yanaşı, Əmək Məcəlləsinin 53-cü maddəsinin 3-cü bəndinin imperativ tələbinə əsasən əmək müqaviləsində sınaq müddəti müəyyən edilərkən həmin müddət ərzində işç inin sınaq zamanı özünü doğrultmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi şərti göstərilməlidir. Ancaq tərəflər arasında bağlanmış bu müqavilədə belə bir şərt nəzərdə tutulmamış və bu fakt da əmək müqaviləsini bu əsasla xitam verilməsini istisna edirdi. Əmrdə iddiaçının sınaq müddəti ərzində özünü doğrultmaması nəinki qanunamüvafiq qaydada əsaslandırılmış, ümumiyyətlə bu barədə əmrdə heç bir əsas göstərilməmişdir. Apellyasiya instansiyası məhkəməsi vurğulayır ki, məhkəmə işə baxarkən “məhkəmə iddia tələbinə bağlıdır” prinsipinin mahiyyətini özü üçün düzgün müəyyən etməlidir. Belə ki, iddia ərizəsinin nəticə hissəsində iddiaçının “X5”nin 10.09.2020-ci il tarixdə verdiyi **********2 nömrəli əmrin verildiyi andan etibarsız hesab edilərək ləğv edilərək” göstərməsi, yalnız ona görə ki, həmin əmrdə başqa şəxslərin də əmək müqaviləsinə xitam verilmişdir əsası ilə rədd olunması üçün əsas ola bilməz. Çünki, məhkəmə özü də iddiaçının bu tələbinin faktiki əsasını, əslində həqiqi niyyətinin və istəyinin nə olduğunu müəyyənləşdirə bilər. Bunun üçün məhkəmə tərəfə prosessual hüquqlarının həyata keçirilməsində köməklik göstərməlidir (MPM. Mad.14.1). Çünki, mülki prosessual qanunvericilik məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Məhkəmənin tələblə bağlı olması prinsipi onu iddiaçının iddia tələbinin termin olaraq hansı hərfi mənanı ifadə etməsindən asılı etməməlidir. Belə ki, məhkəmənin tələblə bağlı olması prinsipi onun iddiaçının istədiyindən çoxunu yaxud istədiyindən başqa bir tələbi təmin etməyəcəyi ilə bağlıdır. Ona görə də iddiaçı nın istəyinin nə olması təkcə iddia ərizəsinin nəticə hissəsindəki termin və sözlərin hərfi mənasına görə deyil, bütövlükdə iddia ərizəsinin məzmunu əsas götürülməklə iradə ifadəsinin həqiqi mənasına görə müəyyənləşdirilməlidir. Məhkəmənin yalınz tələbə bağlılıq prinsipini əsas götürüb bu cür iddiaları rədd etməsi yaxud təmin etməsi isə məhkəmə müdafiəsi ilə bağlı konstitusion prinsiplərə zidd olmaqla yanaşı, həm ədaləti təmin etmir, həm də açıq-aşkar prosessual qənaət prinsipinə ziddir. Apellyasiya baxışı zamanı da iddiaçının həqiqi istəyinin qeyd olunan əmrin yalnız özünə aid hissəsini mübahisələndirdiyi və ona aid hissədə əmrin etibarsız hesab edilməsinə nail olmaq olduğu müəyyən edilmişdir. Buna görə də qətnamənin nəticə hissəsində də X2 10.09.2020-ci il tarixli **********2 nömrəli əmr inin etibarsız hesab edilməsinin qət edilməsi məhkəmənin işə baxılması üzrə səlahiyyətlərindən kənara çıxması kimi qiymətləndirilə bilməz. Çünki, qətnamənin bütövlükdə məzmunundan, o cümlədən nəticə hissəsindən də aydın olur ki, mübahisələndirilən əmr yalnız iddiaçıya aid hissədə etibarsız hesab edilmişdir. Cavabdeh iddiaçının işə bərpa olunduğu “inzibatçı” vəzifəsinin Agentliyin Ərazi Məşğulluq Mərkəzləri filiallarının ştat cədvəlinin 22 dekabr 2020-ci il tarixində təsdiq edilmiş redaksiyasına daxil edilməməsini, yəni ləğv edildiyini göstərsə də əvvəla buna dair məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Sübut təqdim etmiş olsa belə bu halda iddianın rədd edilməsi üçün əsas ola bilməzdi. Hazırda 22 saylı Ərazi Məşğulluq Mərkəzində orta ixtisas təhsilli şəxsə uyğun vakant vəzifən in mövcud olmaması, iddiaçının mövcud olmayan vəzifəyə bərpası və həmin şəxs orta ixtisas təhsilli olduğundan ali təhsil tələb edən vəzifəyə təyini qeyri-mümkün olduğu barədə dəlillər də iddianın təmin olunmamasına əsas vermir. Mərkəzdə orta ixtisas təhsilli şəxsə uyğun vakant vəzifənin mövcud olmaması da inandırcı və ağlabatan deyildir. Bununla belə, məhkəmənin qərarı dövlətin adından çıxarılır və icrası məcburidir. Qətnamənin nəticə hissəsinin 3-cü hissəsində yanlışlığa yol verilməmişdir. Çünki, əmək müqaviləsinin ləğv edilməsi əsassız və əmək qanunvericiliyinin tələblərinə zidd olduğundan iddiaçının işdən çıxarıldığı tarixdən işə bərpa olunduğu günədək məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsinin təmin edilməsi Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinin imperativ tələbinə uyğun olmuşdur. İddiaçı ilə əmək müqaviləsi 3 aylıq müddətə bağlansa və son müddət 10 noyabr 2020-ci ildə bitməli olsa da müqavilənin əsassız və qanunsuz ləğv edilməsi cavabdehin təqsiri üzündən baş vermişdir. Bu halda iddianın həmin hissəsinin məhz o cür təmin edilməli olması da qanuni olmuşdur. Bundan başqa, Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinin tələblərinə görə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Göründüyü kimi, hazırki işdə müqavilənin müddətli bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində nəzərdə tutulan hallar müəyyə n edilməmişdir. Eyni zamanda, yuxarıda qeyd olunduğu kimi iddiaçı cavabdeh qurumda 20 ildən artıq müddətdə müxtəlif vəzifələrdə işləmişdir. Bu cür vəziyyətdə cavabdeh fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartları tətbiq edib işə qəbul və başqa işə keçirilməni həmin idarəetmə standartlarına uyğun olaraq aparması xarakterinə görə müddətsiz bağlanması tələb edilən işlərə görə müddətli əmək müqaviləsi bağlamamalı idi. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 (Vəkil) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 iyul 2021-ci il tarixli 2(103)-6770/2021 nömr əli qətnaməsinin ləğv edərək, iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyası İddiaçı izahatını dinləməmişdir. Kassasiya ba xışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməs indən cavabdeh kassasiya şikayəti vermişdir. Bu səbəbdən kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi tam yoxlanır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi 2-ci maddəsinin üçüncü bəndinə əsasən Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsipinə əsaslanır. 70-ci maddəsinin «d» bəndinə əsasən sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 53-cü maddəsinin 3-cü bəndinə əsasən əmək müqaviləsində sınaq müddəti müəyyən edilərkən həmin müddət ərzində işçinin sınaq zamanı özünü doğrultmadığına görə işəgötürən tərəf indən əmək müqaviləsinə xitam verilməsi şərti göstərilməlidir. 53-cü maddəsinin 4-cü bəndinə əsasən sınaq müddətində özünü doğrultmamış işçinin əmək müqaviləsinə işəgötürənin əsaslandırılmış əmri ilə xitam verilə bilər. 79-cu maddəsinə əsasən işəgötürən tərəfindən öhdəsində İ qrup əlilliyi olan ailə üzvü olan işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutlar ı qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəx slərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1.-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şika yəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün q anuni əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6770/2021 nömrəli iş üzrə 05 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6930/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-6930/2021
09.12.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver