Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-694/2025 21.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARI Açar sözlər: fərdi yaşayış evinin sökülməsi, mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı tələblər, mülkiyyət hüququna müdaxilənin qanuni və mütənasib olması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakim Çingiz İsgəndər oğlu Əsgərovun məruzəsi ilə, Əhliman Mehman oğlu Xıdırov və Elşanə Rafiq qızı Vəliyevadan ibarət tərkibdə, İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra birlikdə – “cavabdehlər”) qarşı “fərdi yaşayış evi üzərində mülkiyyət hüququna xitam verilməsi, evin sökülməs i və əvəzində yeni mənzilin verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5525/2024 nömrəli 2024-cü il 15 noyabr tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxarmışdır. I. İŞİN HALLARİ
1. Bakı şəhər İcra Hakimiyyəti başçısının 2018-ci il 20 aprel tarixli 274 saylı sərəncamı ilə Bakı şəhəri, Yasamal rayonu, 623 saylı məhəllə, Z.Əhmədbəyov, M.Naxçıvani və F.İbrahimbəyov küçələrinin əhatəsində yerləşən torpaq sahəsində icarə əsasında yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün "xxxx" MMC-yə icazə verilmiş, 2021-ci il 24 iyun tarixli 150 saylı sərəncamla isə əvvəlki sərəncamın və aparılmış müvafiq sənədləşmə işlərinin eyni məqsədlər üçün iddiaçının adına rəsmiləşdirilməsi qərara alınmışdır.
2. Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 2022-ci il 2 dekabr tarixli 265 saylı sərəncamı ilə Bakı şəhəri, Yasamal rayonu, İ.İsmayılov, C.Məmmədquluzadə, İ.Əbilov, Z.Əhmədbəyov, S.Salayev, F.İbrahimbəyov, M.Naxçıvani və Ə.Abdullayev küçələrinin əhatə etdiyi 4.32 ha torpaq sahəsi yaşayış və qeyri-yaşayış binalarının tikintisi üçün icarə əsasında iddiaçının istifadəsinə verilmişdir.
3. Bakı Şəhər İcra Hakimiyyəti ilə iddiaçı arasında bağlanmış 2023-cü il 2 noyabr tarixli 1762 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə ilə Bakı şəhəri, Yasamal rayonu, 623 saylı məhəllə, Z.Əhmədbəyov, M.Naxçıvani və F.İbrahimbəyov küçələrinin ərazisində yerləşən 0,9746 ha torpaq sahəsi 49 il müddətinə iddiaçının icarəsinə verilmişdir.
4. Bakı şəhəri, B.Məmmədov (indiki M.Naxçı vani) küçəsində yerləşən 30 saylı evin 16 m2 yaşayış sahəsi olan 1 otaqlı mənzili X3 xüsusi mülkiyyətində olmuş (əsas: 1999-cu il 5 avqust tarixli 010537 nömrəli qeydiyyat vəsiqəsi), mülkiyyətçi 2023-cü il 1 fevral tarixində ölmüşdür. Cavabdehlər onun vərəsələridir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat 5. 2024-cü ilin 29 yanvar tarixində iddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin ünvan 1 ünvanında yerləşən onlara məxsus mənzilə dair mülkiyyət, sahiblik və istifadə hüquqlarına xitam verilməsi, ailə üzvləri ilə birlikdə fərdi yaşayış evindən çıxarılması, həmin evin tam olaraq boşaldılması və sökülməsi, sökülmüş mənzilin əvəzinə Bakı şəhəri, Yasamal rayonu, Ə.Abdullayev, C.Məmmədquluzadə, F.İbrahimbəyov və M.Naxçıvani küçələrinin kəsişməsində inşa ediləcək 7 nömrəli çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun yaşayış sahəsinin 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 45,80 m2 olan 1 ədəd 2 otaqlı yeni, tam təmirli mənzilin cavabdehlərə verilməsi, yeni mənzil təhvil verilənədək hər ay cəmi 350 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi işin yuxarıda qeyd edilən hallarına (bax yuxarıda §1-4) istinad edilməklə onunla əsaslandırılmışdır ki, mübahisəli mənzilin yerləşdiyi ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla yeni təmirli, abad yaşayış sahələrinin (mənzillərin) və yaşayış sahəsi verilən ədək hər bir ailəyə yaşayış otaqlarının sayından aslı olaraq 350-550 manat miqdarında kirayə haqlarının verilməsi şərti ilə qonşu fərdi yaşayış evlərindən 200-ə yaxın ailə köçürülmüşdür. Həmin fərdi yaşayış evlərində yaşayan əksər sakinlər öz əşyalarını çıxarmış və yaşayış evlərini boşaltmışlar. Lakin cavabdehlərlə qeyd edilən şərtlərlə razılıq əldə etmək mümkün olmamışdır. Razılıq əldə edilərək evləri sökülmüş sakinlər tezliklə binanın tikilməsini və yeni mənzillərə köçürülməni gözləyirlər. Cavabdehlərlə razılığın əldə edilməsi mümkün olmadığından həmin sakinlərin haqlı mənafeyi və mülkiyyət hüquqları kobud surətdə pozulmuşdur. İllərdir ki, öz yaşayış sahələrinin yaxşılaşdırılmasını gözləyən və artıq iddiaçı ilə müqavilə bağlamış şəxslər cavabdehlər kimi bir neçə sakin hüquqdan sui-isti fadə hallarına yol verdiyinə görə öz arzularına çata bilmirlər. İddiaçı Bakı şəhərinin görkəminə uyğun olmayan tikililərin sökülərək, yerində müasir tələblərə cavab verən yüksəkmərtəbəli binaların tikilməsi, şəhərin abadlaşdırılması və yaşıllaşdırılması barədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 2021-ci il 24 iyun tarixli 150 saylı sərəncamına uyğun olaraq tələbləri yerinə yetirir. Müasir binaların tikilməsi eyni zamanda yüzlərlə insanın işlə təmin edilməsi və hər tikilən yeni binaya görə dövlətə birbaşa milyonlarla verginin ödənilməsi deməkdir. Göründüyü kimi, qeyd edilən sərəncamın iddiaçı tərəfindən icra edilməsi iqtisadi cəhətdən səmərəli olmaqla yanaşı, insanların müasir tələblərə cavab verən mənzillərlə təmin olunması, eyni zamanda şəhərin abadlaşdırılması, gözəlləşdirilməsi de məkdir.
7. Cavabdehlər iddiaya qarşı etiraz edərək bildirmişlər ki, iddiaçının təklifi mübahisəli evə münasibətdə onun dəyərinə, yerləşdiyi əraziyə və digər əsaslara görə balanslı və ədalətli deyil. Mənzilin həyət də daxil olmaqla ümumi sahəsi 72 m2 təşkil edir. Həmçinin yeni mənzil təhvil verilənədək təklif olunan kirayə haqqının məbləği də mövcud bazar qiymətindən çox aşağıdır. Təklif olunan kirayə haqqının məbləği 2 nəfər üçün eyni ərazidə eyni şəraitli mənzil kirayəyə götürməyə imkan verməlidir. Cavabdehlərin mübahisəli mənzilə mülkiyyət hüququ texniki pasportla təsdiqlənir ki, bu sənəd reyestrdən çıxarışı əvəz edir, yəni cavabdehlər istənilən vaxt dövlət orqanına müraciət etməklə, evə və həyətə çıxarış ala bilərlər. Qeyd olunanlara əsasən iddia tələbi rədd edilməlidir.
8. Azərbaycan R espublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2024-cü il 17 may tarixli 10/1790-9/1804 nömrəli ekspert rəyi ilə sözügedən fərdi yaşayış evinin otaqları, xarici divarları, daxili arakəsmələr və həyətyanı sahə nəzərə alınmaqla, ümumi tikintialtı sahəsinin 72 m2, faktiki sahəsinin isə 39 m2 (daxili arakəsmələr və xarici divarlar nəzərə alınmadan) təşkil etdiyi müəyyən edilmişdir.
9. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin 2024-cü il 21 may tarixli mütəxəssis rəyinə əsasən mübahisəli fərdi yaşayış evi fiziki cəhətdən köhnəlmişdir və texniki cəhətdən yolverilməz vəziyyətdədir. Yaşayış evinin texniki cəhətdən yolverilməz vəziyyətdə (yükdaşıma qabiliyyətinin azalması) olması və evə yaxın ərazidə hal-hazırda söküntü və tikinti-quraşdırma i şlərinin aparıldığı nəzərə alınsa, yaşayış evinin istismarı təhlükəlidir.
10. İddiaçı tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin 2024-cü il 19 iyun tarixli qiymətləndirmə barədə hesabatı ilə mübahisəli fərdi yaşayış evinin bazar dəyəri 64.500 manat, təmir vəziyyəti və yerləşdiyi ərazi nəzərə alınmaqla orta aylıq kirayə haqqı isə 350 manat müəyyən edilmişdir.
11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1383/2024 nömrəli 2024-cü il 25 iyul tarixli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim: Kərim Xudayev).
12. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, cavabdehlərin istismar müddəti keçmiş, qəzalı mənzillərdə və evlərdə yaşamağa davam etməsi onların həyat və sağlamlıqlarına ciddi təhlükə olmaqla yanaşı, iddiaçının təklifini qəbul edərək yaşayış sahəsindən çıxmamaları ərazidə stan dartlara uyğun yeni yaşayış binasının tikilməsi ilə bağlı sərəncamın icrasına maneçilik yaradır. Bütün bunlar onu deməyə əsas verir ki, cavabdehlərin yaşayış üçün tam yararsız, insan həyatı üçün təhlükəli və qəzalı vəziyyətdə olan mənzillərdən çıxarılması ilk növbədə onlar üçün həyati vacib məsələdir. Göründüyü kimi, iddiaçı tərəfindən cavabdehlərin hüquqlarının pozuntusu hallarına yol verilməmişdir, əksinə iddiaçı cavabdehlərə istifadələrində olan əmlakın sökülməsinin əvəzinə ədalətli təkliflər edir. Yəni həmin mənzillərin qanuni sahələrindən 20% əlavə yaşayış sahəsi təqdim edilməklə onları həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış evində mənzillə təmin etmək və yeni mənzillərə köçürülənədək aylıq kirayə haqqı vermək niyyətindədir. Bu isə cavabdehlərin istifadəsində olan yaşayış sahə lərindən qanunsuz və əsassız olaraq çıxarılmaları kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bakı Şəhər İcra Hakimiyyətinin yuxarıda qeyd olunan sərəncamı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi nöqteyi-nəzərindən icra olunmalıdır.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 12, 13, 29, 43, 71-ci, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında “Konvensiyaya 1 saylı Əlavə protokolun 1-ci, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 6.3, 15, 16.1, 18, 152.1, 152.6, 560.1, 560.2-ci, Azərbaycan Respublikası Şəhərsalma və Tiki nti Məcəlləsinin 3.0.20, 4.1, 4.2, 17-ci maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Broniovski Polşaya qarşı”, “Skordino İtaliyaya qarşı”, “Kuşoğlu Bolqarıstana qarşı”, “Kozacıoğlu Türkiyəyə qarşı” və “L.Y.Siqunova və M.Y.Siqunova Rusiyaya qarşı” işlər üzrə qərarlarındakı və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 1075.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1, 5 və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli, "xxxx" MTK-nın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2019-cu il 11 oktyabr tarixli qərarının Azərbayca n Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2020-ci il 31 may tarixli qərarlarındakı hüquqi mövqelərə istinad edərək əsaslandırmışdır.
14. Cavabdehlər apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişlər. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2024-cü il 15 noyabr tarixli, 2(103)-5525/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələbi rədd olunmuşdur (sədrlik edən hakim: N.Cəfərov, hakimlər: İŞirinov və E.Kazımov).
16. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, bu mübahisələr həll edilərkən sökülməsi tələb olunan fərdi yaşayış evlərinə və çoxmənzilli binalara fərqli yanaşma olmalıdır. Fərqli yanaşmanın iki səbəbi var: ictimai maraqlar və fərdi maraqlar.
17. İctimai maraqlar barədə qeyd edilməlidir ki, hazırda Bakı şəhərində fərdi yaşayış evlərinin yerində çoxmənzilli yaşayış binalarının inşası ictimai maraqlara cavab vermir. Çünki 1 ailənin yaşadığı və 1 avtomobilin park edildiyi yerdə 10-larla ailənin yaşamağa başlaması və 10-larla avtomobilin park edilməsi şəhər əhalisinin sıxlığının normanı aşmasına, avtomobil tıxaclarına, ictimai nəqliyyatda sərnişin sıxlığına və s. bu kimi hallara səbəb olur. Fərdi yaşayış evlərinin yerində çoxmənzilli binaların inşa edilməsi yalnız kommersiya hüquqi şəxslərin maraqlarına xidmət edir, yəni onun tikinti fəaliyyəti daha rentabelli olur. Belə ki, tikinti fəaliyyətinin çoxmənzilli köhnə binanın yerində aparılması daha çox xərc tələb edir. Bundan fərqli olaraq tikinti fəaliyyəti fərdi yaşayış evinin yerində aparıldıqda yalnız 1 ailənin evinə görə kompensasiya verilir, nəticədə kommersiya hüquqi şəxsi həm də evin yerləşdiyi torpaq sahəsini əldə edir. Hazırkı işdə fərdi evin tikintialtı sahəsi 72 kv.m təşkil edir. Bu, ekspert rəyi ilə təsdiq olunub. Kommersiya hüquqi şəxsləri vətəndaşların evini əldə edəndə tikintialtı sahəni nəzərə almırlar, lakin vətəndaşlara ev satanda tikintialtı sahənin hər kvadrat metrinə görə onlardan pul alırlar.
18. Bundan başqa, yerli icra hakimiyyəti orqanlarının sərəncamlarında kommersiya hüquqi şəxslərinə yaşayış binalarının tikintisinə icazə verildiyi qeyd olunur, lakin həmin binaların əksəriyyətinin 1-ci mərtə bəsi, bəzən isə 2-ci və 3-cü mərtəbələri qeyri-yaşayış sahəsi kimi tikilməklə kommersiya məqsədləri üçün istifadə olunur. Ona görə də fərdi evləri sökən kommersiya hüquqi şəxslərin öz fəaliyyətini “köhnə tikililərin yerində yeni yaşayış binalarının tikintisi kimi” qələmə verməsi aldadıcıdır, onlar ilk növbədə özləri üçün kommersiya obyektləri inşa edirlər. Bu, qanunvericiliyə ziddir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 51 nömrəli qərarı ilə təsdiq edilmiş “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”a görə, şəhər və digər yaşayış məntəqələrinin əraziləri 12 zonaya (yaşayış zonası, ictimai-işgüzar zona və s.) bölünür, kommersiya obyektləri ictimai-işgüzar zonada yerləşə bilər (bənd 4.2). Bütün sivil şəhərlərd ə ayrıca yaşayış zonası və kommersiya zonası var. Kommersiya obyektlərinin yaşayış zonasında yerləşməsinə ona görə icazə verilmir ki, onlar bir xidmət sahəsi olduğuna görə yerləşdiyi yerə ətraf ərazilərdən digər insanları (müştəriləri) və onların avtomobillərini cəlb edir, bu isə avtomobil sıxlığı, normadan artıq səs-küy və s. bu kimi hallara səbəb olmaqla yaşayış zonasının təyinatı ilə ziddiyyət təşkil edir. Yaşayış zonasının təyinatı insanların yaşaması üçün rahat, sağlam və təhlükəsiz yaşayış mühiti yaratmaqdır.
19. Əgər fərdi ev istismar üçün təhlükəlidirsə, bu hal iddianın təmin edilməsinə əsas ola bilməz. Belə ki, Mənzil Məcəlləsinin 28.1-ci maddəsinə görə, mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənz il (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır. Əgər cavabdehlər bu vəzifələrini yerinə yetirməyiblərsə, belə halda Mənzil Məcəlləsinin 28.3-cü maddəsi tətbiq olunmalıdır. Həmin maddəyə görə, mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Həmin qərarda qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) təmiri üçün ağla batan müddət müəyyən olunmalıdır. Bu təmir qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən və onun hesabına həyata keçirilir.
20. Bundan başqa, əgər fərdi yaşayış evinin xarici görünüşü şəhərin estetik görünüşünə xələl gətirirsə, bu hal iddianın təmin edilməsinə əsas ola bilməz. Səlahiyyətli subyekt fərdi yaşayış evin fasadının, dam örtüyünü və digər hissələrinin müasir tələblərə uyğunlaşdırılmasını qanunververicilikdə müəyyən edilmiş qaydada mülkiyyətçidən tələb edə bilər. O cümlədən fərdi yaşayış evinin mülkiyyətçisi öz evinin yerində yeni ev tikə bilər. Mülkiyyətçiyə bunun qadağan edilməsi, kommersiya hüquqi şəxsinə isə başqasının evinin yerində ev tikmək haqqının tanınması qanuna zidd sayılar. Digər ölkələrdə də fərdi yaşayış evinin kommersiya məqsədləri üç ün mülkiyyətçinin iradəsi ziddinə sökülməsinə icazə verilmir. Hündürmərtəbəli yeni binaların yaxınlığına birmərtəbəli köhnə fərdi evlərin yerləşməsi barədə çoxsaylı nümunələr var. Həmin fərdi evlərin mülkiyyətçiləri evlərini satmaqdan imtina etmiş, mülkiyyət toxunulmaz olduğuna görə kommersiya hüquqi şəxsləri onların evini sökə bilməmişlər.
21. Məhkəmə kollegiyası fərdi maraqlarla bağlı isə qeyd etmişdir ki, hər bir insan yaşamaq istədiyi yaşayış sahəsinin növünü seçmək azadlığına malikdir: çoxmənzilli binada yerləşən yaşayış sahəsi və ya fərdi yaşayış evində yerləşən yaşayış sahəsi. Yaşayış sahəsinin növünü seçmək azadlığı “şəxsiyyət azadlığı” ilə əhatə olunur. Şəxsiyyət azadlığı (lat. liberum arbitrium) elə bir konstitusion-hüquqi kateqoriyadır ki, insana həm də öz həyat tərzini seçmək a zadlığı verir. Həyat tərzi insanlar tərəfindən bioloji, sosial və emosional ehtiyaclarına uyğun olaraq inkişaf etdirilir. Bu ehtiyaclara uyğun olaraq ayrıca evdə yaşamaq və ayrıca həyətyanı sahəyə malik olmaq istəyən şəxs həyət tərzini dəyişməyə, yəni 100-lərlə insanla eyni binada yaşamağa və ümumi həyətdən istifadə etməyə məcbur edilə bilməz. Əks təqdirdə, hətta fərdi yaşayış evinin iqtisadi dəyəri çoxmənzilli binadakı mənzilin dəyəri ilə tam kompensasiya olunsa da, həmin insanın şəxsiyyət azadlığı pozulmuş sayılacaq. İnsanlar məhz fərdi maraqlarından çıxış edərək fərdi yaşayış evini satıb-satmadığını və satış qiymətini müəyyənləşdirə bilərlər. Əgər qanunla müəyyən edilmiş əsaslar yoxdursa (dövlət ehtiyacları üçün alınma və s.), heç kəs mülkiyyətçini fərdi yaşayış evini satmağa məcbur e də və ya satış qiymətini ona diktə edə bilməz.
22. İddiaçının istinad etdiyi Bakı şəhər İcra Hakimiyyəti başçısının sərəncamının cavabdehlərə münasibətdə hüquqi əhəmiyyəti yoxdur. Fərdi yaşayış evi xüsusi mülkiyyət kimi toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülki hüquqlar isə yalnız qanunla məhdudlaşdırıla bilər. Cavabdehlərin fərdi yaşayış evinə münasibətdə belə zərurət yoxdur, odur ki, onların mülkiyyət hüququ müdafiə olunmalıdır. "xxxx" MTK-nın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 2020-ci il 31 may tarixli qərarında qeyd olunub ki, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun mədudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Həmin ərazidə cavabdehlərin xüsusi mülk iyyətində fərdi yaşayış evinin mövcud olması dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlarla ziddiyyət təşkil etmir. Belə ki, Nazirlər Kabinetinin 2014-cü il 21 fevral tarixli 51 nömrəli qərarı ilə təsdiq edilmiş “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”a görə, şəhərin və digər yaşayış məntəqəsinin yaşayış zonasında çoxmənzilli yaşayış binaları ilə yanaşı, həm də həyətyanı sahələri olan fərdi yaşayış evləri tikilə bilər.
23. Məhkəmə öz mövqeyini Konstitusiyanın 13-cü, Mülki Məcəllənin 6.3-cü Mənzil Məcəlləsinin 28.1, 28.3-cü maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 21 fevral tarixli 51 nömrəli qərarı ilə təsdiq edilmiş “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”ın 4.2-c i bəndinə istinadla əsaslandırmışdır.
24. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
25. Məhkəmə cavabdehlərin əsassız varlanmaq istəyini onların mülkiyyət hüququnun pozulması kimi qələmə vermiş və əsassız qətnamə qəbul etmişdir. Hazırda dövlət ehtiyacları üçün olmasa da, artıq mövcud vəziyyətdə ictimai maraqlar yaranıb, ona görə ki sözügedən ərazidə yaşayan 248 sakinin 228-i ilə iddiaçı şirkət arasında müqavilə bağlanıb və onların evləri sökülüb. Buna görə də onların iddiaçı tərəfindən həmin ərazidə inşa olunacaq çəxmərtəbəli yaşayış binasında mənzil əldə etməklə bağlı mülkiyyət gözləntisi (hüququ) y aranıb, onlar müvafiq icra hakimiyyətinin qəbul etdiyi sərəncama və iddiaçı şirkətin onlarla bağladığı müqaviləyə etimad göstərib iddiaçı ilə razılığa gəliblər ki, öz mənzil-məişət şəraitlərini yaxşılaşdırsınlar. Apellyasiya məhkəməsi isə iddia tələbini rədd etməklə mövcud vəziyyəti və ictimai maraqları nəzərə almamış, digər şəxslərin mülkiyyət gözləntisinin (hüququnun) realizə olunmasına mane olmuşdur.
26. Apellyasiya məhkəməsi qətnamənin bütün hissələrində mübahisəli sahəni fərdi yaşayış evi kimi təqdim edərək, onun yerləşdiyi torpaq sahəsinin də cavabdehlərə məxsus olduğunu vurğulasa da, mübahisə predmeti olan yaşayış sahəsi həyətyanı torpaq sahəsi olan fərdi yaşayış evi deyil, mənzildir. Ona görə də mübahisəli mənzilin yerləşdiyi torpaq sahəsi cavabdehlərə məxsus deyil, dövlətə məxsusd ur. Həmin torpaq sahəsində yaşayış və qeyri-yaşayış obyektlərinin inşası üçün iddiaçı ilə İcra Hakimiyyəti arasında icarə müqaviləsi bağlanılmışdır. Yəni iddiaçının sözügedən torpaq sahələrində gördüyü işlər tam qanunidir və inzibati orqanın qəbul etdiyi sərəncamdan və iddiaçı ilə bağladığı müqavilədən irəli gəlir.
27. Məhkəmənin qətnamədə qeyd etdiyi cavabdehlərin onlara məxsus fərdi yaşayış evini söküb yerində başqa ev tikməsi imkanı tamamilə əsassızdır. Belə ki, yuxarıda da qeyd edildiyi kimi sözügedən yaşayış sahəsi fərdi yaşayış evi yox, mənzildir. Mənzil sahibi isə mənzilin yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi deyil və həmin torpaq sahəsinin özəlləşdirilməsi üçün heç bir əsası yoxdur. Belə ki, “Torpaq islahatı haqqında” Qanunun 9cu maddəsi sırf fərdi yaşayış evlərinin, həyətya nı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaq sahəsinin özəlləşdirilməsi imkanını nəzərə tutur, mənzillərin yox. Bu da onu deməyə əsas verir ki, cavabdehlər onlara məxsus mənzili məhkəmə qətnaməsində qeyd edildiyi kimi söksələr, bu halda onların həmin mənzil üzərində hüquqlarına xitam veriləcək. Bu sökünüdən sonra onun yerinə başqa mənzil tikmələri üçün onlar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinin tələbinə uyğun olaraq ilk növbədə torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüquqlar əldə etməlidirlər. Başqa sözlə, məhkəmə sözügedən yaşayış sahəsinin mənzil olduğunu araşdırmamış və fərdi yaşayış evinin hüquqi statusuna dair müddəaları mənzilə dair münasibətlərə tətbiq edərək y anlış qənaətə gəlmişdir.
28. Apellyasiya məhkəməsi yerli icra hakimiyyəti orqanlarının sərəncamları ilə yalnız yaşayış sahələrinin tikintisinə icazə verildiyini vurğulasa da, iddiaçı tərəfindən söküntüsü nəzərdə tutulan ərazidə yaşayış və qeyri-yaşayış binalarının tikilməsi hüququ Bakı Şəhər İcra Hakimiyyəti Başçısının sərəncamında, iddiaçı ilə bağlanan icarə müqaviləsində, həmçinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sərəncamında birbaşa nəzərdə tutulmuşdur. Sözügedən ərazidə yaşayış və qeyri-yaşayış binalarının inşa edilməsinin mümkünlüyü, bu işlərin görülməsinin şəhərsalma və tikinti qanunvericiliyinə uyğun olması inzibati orqanın öz səlahiyyətləri daxilində qəbul etdiyi inzibati akta əsaslanır. Həmin inzibati akt isə qanuni və əsaslıdır və ictimai maraqlara xidmət edir və cava bdehlər tərəfindən indiyə qədər inzibati icraat və ya məhkəmə qaydasında mübahisələndirilməmişdir. İşə baxan apellyasiya məhkəməsi apellyasiya şikayəti həddindən kənara çıxaraq inzibati orqanın diskresion səlahiyyətinə aid olan məsələ üzrə öz mülahizəsini bildirməklə iddia tələbini əsassız olaraq rədd etmişdir. Digər tərəfdən, “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”ın 4.1-ci bəndinin tələbinə əsasən yaşayış zonasıda yaşayış sahəsindən savayı qeyri-yaşayış sahəsinin inşa edilməsi mümkündür. Məhkəmə isə əsassız olaraq yaşayış zonasında qeyri-yaşayış sahələrinin tikintisinin qeyri-qanuni olduğunu vurğulamışdır.
29. Kassator şikayətini Konstitusiyanın 130-cu, Mülki Məcəllənin 6.3-cü, “Torpaq islahatı haqqında” Qanunun 9-cu, Mülki Prossesual Məcəllə nin 88, 217.1, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Cavabdehlər məhkəməyə kassasiya şikayətinə qarşı yazılı etiraz ünvanlayaraq, şikayətin əsassız olduğu üçün təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. II. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
31. Hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
32. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı inst ansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ
33. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulmuşdur: Konstitusiyasının müvafiq müddəalarında “Maddə
13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.... İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz....” “Maddə
29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur....” “Maddə
43. Mənzil hüququ Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xü susi tədbirlər görür....”
34. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulmuşdur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə 6 Mülki qanunvericiliyin prinsipləri... 6.3. Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər....” “Maddə 16 Mülki hüquqların həyata keçirilməsinin məhdudlaşdırılması 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir....” “Maddə 152 Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyek tin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.... 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edi lməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir....” “Maddə 560 Hüquqdan sui-istifadənin qadağan edilməsi 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.... 560.3.5.1 alğı-satqının tənasübsüz qiymətlərinə və ya əqdin digər şərtlərinə birbaşa və ya dolayısı ilə məcburetmə, hüquqdan sui-istifadə hesab olunur.”
35. Azərbaycan Respublikası Mülki Prosessual müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan i stifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə 217 Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır....” IV. Ali MƏHKƏMƏNİN MÖVQEYİ
36. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə iddianı təmin etməməklə düzgün nəticəyə gəlsə də, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Ona görə də iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qərar qəbul edilərək iddia rədd edilməlidir.
37. Belə ki, apellyasiya instansiyası məhkəməsinin mübahisəli hüquqi məsələyə tətbiq etdiyi Mənzil Məcəlləsinin maddələri qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən yenidən qurulmasının və (və ya) yenidən planlaşdırılmasının əsaslarını və qaydalarını tənzimləyir. Həmin maddələr Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq həyata keçirilən və əsas məqsədlərindən biri insanların həyatına, sağlamlığına, əmlakına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınması olan şəhərsalma və tiki nti fəaliyyəti sahəsində dövlət siyasətinin reallaşdırılması və qəzalı mənzil fondunun yenidən qurulması prosesində tətbiq ediləcək norma kimi qəbul edilə bilməz.
38. Kassasiya kollegiyası mübahisənin hüquqi həlli baxımından ilk növbədə qeyd edir ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən iddiaçının sökülməsi barədə tələb irəli sürdüyü daşınmaz əmlak çoxmənzilli yaşayış binası olmamaqla, cavabdehlərin xüsusi mülkiyyətində olan fərdi yaşayış evidir.
39. Konstitusiyanın 13 və 29-cu maddələrinin tələblərinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qər arı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
40. Göründüyü kimi, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi).
41. Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququ n mahiyyətini dəyişməməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarı).
42. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) də bu məsələyə dair oxşar hüquqi mövqelər ifadə etmişdir. Məhkəmə mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluq tələbi dövlətdaxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşm ası deməkdir (“Kuşoğlu Bolqarıstana qarşı” iş üzrə 2007ci il 10 may tarixli Qərar, § 49).
43. Avropa Məhkəməsinin presedent hüququna əsasən, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən,... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (“Broniovski Polşaya qarşı” iş üzrə 2004-cü il 22 iyun tarixli Qərar, §148, 150; “Skordino İtaliyaya qarşı” iş üzrə 2006-cı il 29 mart tarixli Qərar, § 93).
44. Göstə rilən hüquqi mövqelərə əsaslanaraq qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə, həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması fərqli yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətləri iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzim etmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir.
45. Bu baxımdan kassasiya kollegiyası hesab edir ki, çoxmənzilli yaşayış binalarından fərqli olaraq fərdi yaşayış evlərinə mülkiyyət hüququ dövlət ehtiyacları istisna olmaqla digər hər hansı halda (cəmiyyətin ictimai maraqları və s.) mülkiyyətçinin iradəsinə zidd olaraq məhdudlaşdırıla bilməz. İddiaçı yalnız mülkiyətçilərlə razılıq əldə etməklə tikilinin sökülməsini həyata keçirə bilər. Hazırki işdən isə görünür ki, cavabdehlərlə bu cür razılıq əldə edilməmişdir.
46. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdehlərin iddiaçı ilə onun təklif etdiyi formada razılaşmaması mülkiyyət hüquqlarından sui-istifadə kimi qiymətləndirilə bilməz. Əks yanaşma, cavabdehlərin mülkiyyət hüquq larının qanuni və müntənasib əsaslar olmadan pozulması ilə nəticələnmiş olar.
47. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qərar qəbul edilərək iddia rədd edilməlidir.
48. Yuxarıda göstərilənlərə və MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5525/2024 nömrəli 2024cü il 15 noyabr tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “fərdi yaşayış evi üzərində mülkiyyət hüququna xitam verilməsi, evin sökülməsi və əvəzində yeni mənzilin verilməsi” tə ləbinə dair iddiası təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.