Məhkəmə qərarları › İş №2(102)-6941/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6941/2019

15.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6941/2019 15.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı vəkili X12, Cavabdeh və onun nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-2256/2019 nömrəli iş üzrə 24 iyun 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Xətai rayon məhkəməsinin (hakim İlahə Abbasova) 16 noyabr 2 018-ci il tarixli 2(011)-7330/2018 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı «müqavilənin etibarsız hesab edilməsi, yaşayış sahəsindən çıxarılma, mənzilin boşaldılması və təhvil verilməsi» tələbinə dair iddia tələbi təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Vahid Sadıqov - sədrlik edən və məruzəçi, Abiddin Hüseynov, Azad İmanov) 24 iyun 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai rayon məhkəməsinin 16 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi rədd edilmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi, yaşayış sahəsindən çıxarma, mənzilin boşaldılması və təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müra ciət edərək, cavabdehlə “xxxx” MMC arasında 2013-cü il iyulun 15-də bağlanmış 76 nömrəli müqavilənin etibarsız hesab edilməsi, cavabdehin Bakı şəhəri, Xətai rayonu, ünvan ünvanında tikilmiş yaşayış binasının 2-ci blokunun 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 79,11 kvadrat metr olan 2 otaqlı mənzildən çıxarılması, yaşayış sahəsinin boşaldılması və ona təhvil verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, məhəllə ünvan ünvanında yerləşən hazırda “xxxx” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə (MMMC) məxsus çoxmərtəbəli yaşayış binasının 2-ci blokunun 1-ci mərtəbəsində sahəsi 79,11 kvadrat metr olan iki otaqlı mənzilin alqı-satqısına dair onunla “xxxx” MMC arasında 2006-cı il iyulun 11-d ə 123 nömrəli müqavilə bağlanmış, həmin vaxt yaşayış binasının tikintisi başa çatmadığından mənzillər nömrələnməsə də, cəmiyyətin rəhbərliyi ona verilən mənzilin 80 nömrəli mənzil olacağını bildirmiş, hər bir kvadrat metr üçün qiymət 315 manat olmaqla mənzilin ümumi dəyəri 24919,65 manat müəyyən olunmuş, “xxxx” MMC-nin hesabına 11.07.2006-cı il tarixli 266 №-li qəbzlə 7200 manat, 26.07.2006-cı il tarixli 1543 №-li qəbzlə 1900 manat, 12.08.2006-cı il tarixli 392 №-li qəbzlə 622 manat, 09.09.2006-cı il tarixli 480 №-li qəbzlə 622 manat, 18.10.2006-cı il tarixli 639 №-li qəbzlə 622 manat, 02.11.2006-cı il tarixli 689 №-li qəbzlə 4787 manat, 19.11.2006-cı il tarixli 743 №-li qəbzlə 622 manat, 26.07.2007-ci il tarixli 1543 №-li qəbzlə 1900 manat, 10.11.2007-ci il tarixli 1668 №-li qəbzlə 4250 manat, 17.11,2007-ci il tarixli 1697 №-li qəbzlə 739 manat, 21.02.2008-ci il tarixli 100 №-li qəbzlə 3552 manat və “xxxx” MMC-yə 07.02.2008-ci il tarixli 400177 №-li qəbzlə 1140 manat olmaqla, cəmi 27956 manat pul ödəmişdir. “xxxx” MMC-ni “xxxx” MMC əvəz etdikdən sonra sonuncu tərəfindən ona 09.07.2012-ci il tarixli çıxarış verilmiş, lakin həmin çıxarışda da mənzilin nömrəsi göstərilməmiş və mənzil ona təhvil verilmədiyindən hər iki MMC-yə qarşı mənzilin ona təhvil verilməsi barədə məhkəmədə mülki qaydada iddia qaldırmış, Xətai rayon məhkəməsinin 18 iyul 2014-cü il tarixli 2(011)-3262/2014 nömrəli qətnaməsi ilə onun ilk iddiası qismən təmin edilmiş, onunla “xxxx” MMC-nin arasında bağlanmış 11 iyul 2006-cı il tarixli 123 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, ünvan ünvanında tikilmiş yaşay ış binasının 2-ci blokunun 1-ci mərtəbəsində yerləşən ümumu sahəsi 79,11 kvadrat metr olan 2 otaqlı mənzilə istifadə hüququ tanınmış, həmin mənzilin ona təhvil verilməsi vəzifəsi “xxxx” MMC-yə, həmin mənzilə sahiblik və ondan istifadə etmək hüququna yaratdığı manələrin aradan qaldırılması vəzifəsi “xxxx” MMC-yə həvalə edilmiş, sonuncunun ona və “xxxx” MMC-yə qarşı sonuncu ilə onun arasında bağlanmış 11 iyul 2006-cı il tarixli müqavilənin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Həmin qətnamədən “xxxx” MMC-nin vermiş olduğu apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 noyabr 2014-cü il tarixli 2(103)-6155/2014 nömrəli qətnaməsi ilə adı çəkilən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə yeni qətnamə qəbul edilmiş, mənzilin ona təhvil verilməsi, həmin mənzilə sahiblik və ondan istifadə etmək hüquqlarına yaratdığı maneələrin aradan qaldırılması vəzifəsi “xxxx” MMC-yə həvalə edilmiş, sonuncunun ona və “xxxx” MMCyə qarşı 11 iyul 2006-cı il tarixli 123 nömrəli müqavilənin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddiası rədd edilmişdir. Bakı şəhəri Xətai rayon məhkəməsinin 25.04.2013-cü il tarixli 2(011)-1471/2013 nömrəli qətnaməsindən maraqlı şəxs kimi verdiyi apellyasiya şikayətinə baxılmış, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26.11.2016-cı il tarixli 2(103)1342/16 nömrəli qətnaməsi ilə şikayəti təmin olunmamış, lakin həmin məhkəmənin iş üzrə keçirdiyi ekspertizanın rəyi ilə müəyyən olunmuşdur ki, X5 04.01.2014-cü il tarixli müqavilə üzrə verilmiş Bakı şəhəri, Xətai rayo nu, ünvan ünvanında tikilmiş yaşayış binasının 2-ci blokunda yerləşən ümumi sahəsi 79,11 kvadrat metr olan 2 otaqlı mənzili 2-ci mərtəbədə, ona verilən eyni sahəyə malik mənzil isə həmin mənzilin altında 1-ci mərtəbədə yerləşir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 may 2017-ci il tarixli 2(1030)-2867/2017 saylı qərarı ilə apellyasiya instansiyasının adıçəkilən qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Bundan sonra məhkəmədə “xxxx” MMC-yə və “xxxx” MMC-yə qarşı Bakı şəhəri, ünvan ünvanında tikilmiş yaşayış binasının 2-ci blokunun 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 79,11 kvadrat metr olan 2 otaqlı mənzilinə köçürülmə barədə iddia qaldırmış, Bakı şəhəri Xətai rayon məhkəməsinin 19.01.2018-ci il tarixli 2(011)-239/20l8 saylı qətnaməsi ilə iddiası təmin olunmuş, qətnamə qanuni qüvvəsi ni almış, məhkəmə qətnaməsi icra olunan zaman məlum olmuşdur ki, onunla “xxxx” MMC-nin arasında 2006-cı il iyulun 11-də bağlanmış 123 nömrəli müqaviləyə əsasən ona satılmış mənzildə Cavabdeh yaşayır və sonuncu ilə “xxxx” MMC-nin arasında həmin mənzilə dair qanunsuz olaraq 15.01.2013-cü il tarixli 76 nömrəli müqavilə bağlanmış, lakin belə bir müqavilənin olması işə baxılan zaman məhkəmədən gizlədilmişdir. Adıçəkilən yaşayış binasında MMC tərəfindən ona satılmış mənzilin 7 il sonra başqa şəxslərə satılması qanuni hesab edilə bilməz, bu onun qanunla qorunan mülkiyyət hüquqlarının kobud surətdə pozulmasıdır. Hesab edir ki, mənzilə dair onunla “xxxx” MMC-nin arasında müqavilə 2006-cı il iyulun 11-də bağlandığı halda, həmin yaşayış sahəsi barəsində Cavabdeh ilə “xxxx” MMC-nin arasında 2013-cü il iyulun 15-də bağlanmış 76 nömrəli müqavilə saxtadır, etibarsız hesab edilməli, Cavabdeh qeyd olunan yaşayış sahəsindən çıxarılmalı, mənzil boşaldılmalı və ona təhvil verilməlidir. İşə birinci instansiya məhkəməsində baxılarkən iddiaçının nümayəndəsi və vəkili B.Bağırov iddianın predmetinə dəqiqləşmə verərək cavabdehlə “xxxx” MMC arasında 2013-cü il iyulun 15-də bağlanmış 76 nömrəli müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, ünvan ünvanında tikilmiş yaşayış binasının 2-ci blokunun 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 79,11 kvadrat metr olan 2 otaqlı 80-ci mənzilindən çıxarılması, yaşayış sahəsinin boşaldılması və İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili B.Bağırov Azərbaycan Respu blikası MPM-nin 53-cü maddəsinə uyğun olaraq iddianın predmetinə əlavə və dəyişiklik edərək Cavabdeh ilə “xxxx” MMC arasında Bakı şəhəri, Xətai rayonu, ünvan ünvanında tikilmiş yaşayış binasının 2-ci blokunun, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 79,11 kvadrat metr olan 2 otaqlı mənzilə dair bağlanmış 15 iyul 2013-cü il tarixli 76 nömrəli müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh Xətai rayon məhkəməsinin 19 yanvar 2018-ci il tarixli 2(011)-239/18 nömrəli qətnaməsi ilə İddiaçı köçürülməsini nəzərdə tutan Bakı şəhəri, Xətai rayonu, ünvan ünvanında tikilmiş yaşayış binasının 2-ci blokunun 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 79,11 kvadrat metr olan 2 otaqlı mənzilindən çıxarılması, yaşayış sahəsinin boşaldılması və həmin mənzilin iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edil məsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 24 iyun 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Apellyasiya instansiyası məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin 07 mart 2019-cu il tarixli 2(103)-2253/19 №-li qətnaməsinə, həmçinin məhz mübahisəli yaşayış binası ilə bağlı vətəndaşların etibarından suiistifadə etmə və aldatma yolu ilə adı çəkilən yaşayış binasında vaxtı i lə “xxxx” MMC tərəfindən satılmış mənzillərin təkrarən ayrı-ayrı vətəndaşlara satılmasına, təsdiq olunmuş layihədən kənar özbaşına 12 A və 12 B kimi mərtəbələr adlandırmaqla, həmçinin mərtəbələrin sayını qanunsuz olaraq özbaşına dəyişməklə 1 A və 12 C mərtəbəsi adı altında mənzilləri yenidən satdığına görə Azərbaycan Respublikası CM-nin 178.3.2 313-cü və 213.2.2-ci maddələri ilə təqsirli bilinərək barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 noyabr 2017-ci il tarixli 1 (101)-103/17 №-li ittiham hökmü çıxarılmış X4 izahatına əsaslanmışdır. İstinad olunan Bakı Apellyasiya Məhkəməsinin 07 mart 2019-cu il tarixli 2(103)-2253/19 №-li qətnaməsi ilə gəlinmiş qənaətə görə İddiaçı ilə “xxxx” MMC-nin arasında bağlanmış 11 iyul 2006-cı il tarixli 123 №-li müqaviləyə əsasən satılmış Bakı şəhəri, Xət ai rayonu, ünvan ünvanında tikilmiş yaşayış binasının 2-ci blokunun 1-ci mərtəbəsində yerləşir və ümumi sahəsi 79,11 kvadrat metr olan 2 otaqlı mənzillə Cavabdeh ilə “xxxx” MMC-nin arasında bağlanmış 15 iyul 2013-cü il tarixli 76 №-li müqaviləyə əsasən sonuncu tərəfindən satılmış mənzil isə Bakı şəhəri, ünvan ünvanında tikilmiş yaşayış binasının 2-ci blokunun 1-ci mərtəbəsində deyil, 1 A mərtəbəsində yerləşir və ümumi sahəsi 79,01 kvadrat metr olduğu, yəni satılmış mənzillərin eyni mənzillər olmadığı müəyyən edilmişdir. Həmin məhkəmə qətnaməsi ilə, həmçinin Xətai rayon məhkəməsin 19 yanvar 2018-ci il tarixli 2(011)-239/18 №-li qətnaməsinə əsasən İddiaçınm köçürülməsini nəzərdə tutan Bakı şəhəri, ünvan ünvanında tikilmiş yaşayış binasının 2-ci blokunun 1-ci mərtəbəsində yerləşən ümumi sahəs i 79,11 kvadrat metr olan 2 otaqlı mənzilinin hazırda Cavabdeh istifadəsində olması nəticəsinə gələrk sonuncunun apellyasiya şikayərtini təmin etməməsini hazırkı apellyasiya instansiyası məhkəməsi yalnış təfsir etmiş, Cavabdeh hazırda istifadəsindəki mənzilin 2006-cı ildə ona (iddiaçıya) satılması və 2012-ci ilin ayınadək onun istifadəsində olması, mənzildə müəyyən işlərin onun tərəfindən görülməsi, o cümlədən mənzilə giriş hissədə sağ və sol tərəfdə plastik qapıların onun tərəfindən quraşdırılması hallarına qiymət verməmiş, iş üçün mühüm əhəmiyyəti olar bu hallara, o cümlədən birinci instansiyası məhkəməsinin yerli baxış zamanı müəyyyən etdiyi, yəni blokda “2-ci blok İ mərtəbənin yazılması, üst mərtəbənin 2 sayı ilə işarələnməsi, qonşuların həmin mərtəbənin sənəddə İ mərtəbə” olduğunu bil dirməsi kimi hallara apellyasiya instansiyası məhkəməsi qiymət verməmişdir. Cavabdeh nümayəndəsi və vəkili X8 məhkəmənin ünvanına kassasiya şikayətinə qarşı yazılı etiraz göndərərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tərəflərin izahatları: İddiaçı vəkili X15 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh və onun nümayəndəsi və vəkili X8 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə üçüncü şəxs “xxxx” MMMC-nin nümayəndəsi gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat verilmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və p rosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, məhkəmə kollegiyasının iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 24 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki,iddiaçı Rəziyyə Hacıyeva 11.07.2006-cı il tarixli 123 saylı müqaviləyə ə sasən dəyərini ödəməklə “xxxx” MMC-dən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935a ünvanında tikilmiş yaşayış binasının 2-ci blokunun 1-ci mərtəbəsində yerləşən 2 otaqlı, ümumi sahəsi 79,11 kvadrat metr olan mənzilini almışdır. Mənzilin dəyəri tam ödənilmişdir. Eyni zamanda, 15.07.2013-cü il tarixli 76 saylı müqaviləyə əsasən, Cavabdeh dəyərini tam ödəməklə «xxxx» MMC-dən Bakı şəhəri, Gəncə prospekti 2935A ünvanında yerləşən 12 mərtəbəli yaşayış evinin 2-ci bloku, 1A mərtəbəsində yerləşən, ümumi sahəsi 79,01 kvadrat metr olan mənzilini almışdır. “xxxx” MMMC-nin 09.08.2018-ci il tarixli 12/2018 saylı arayışına əsasən, mənzil cavabdehin faktiki istifadəsindədir. Qüvvədə olan Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-6155/2014 saylı 21.11.2014-cü il tarixli qətnaməsinə ə sasən, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935A ünvanında tikilmiş yaşayış binasının 2-ci blokunun 1-ci mərtəbəsində yerləşən 2 otaqlı, ümumi sahəsi 79,11 kvadrat metr olan mənzilinin İddiaçı qızına təhvil verilməsi, həmin mənzilə sahiblik və ondan istifadə etmək hüquqlarına yaradılan maneələrin aradan qaldırılması vəzifəsinin “xxxx” MMC-yə və “xxxx” MMC-yə həvalə edilməsi qət edilmişdir. Qətnamənin icrası zamanı mənzildə X13, X9, X6 və X10 olmaqla yaşadıqları müəyyən edildiyindən, həmin qətnamə üzrə verilmiş icra sənədi Xətai rayon icra şöbəsinin 14.07.2015-ci il tarixli qərarına əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 70.4-cü maddəsinə əsasən məhkəməyə qaytarılmışdır. Lakin həmin qətnamənin icrasına yaranmış maneə sonradan aradan qalxsa da, icra məmurunun qərarı qanuni qüvvəyə mindiyi üçün qətnamə icra edilməmişdir. Belə ki, iş materiallarında olan iddiaçılar X1 və qeyrilərinin cavabdehlər “xxxx” MMC-yə və “xxxx” MMC-yə qarşı müqavilə üzrə alınmış mənzillərə və qeyri-yaşayış sahələrinə dair istifadə və sahiblik hüquqlarının tanınması və sair tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1342/2016 saylı 26.10.2016-cı il tarixli qətnaməsində qeyd olunmuşdur ki, ekspert rəyinə əsasən X3 hazırda yaşadığı mənzil binanın yaşayış mərtəbələrinin 2-ci mərtəbəsində yerləşir. Maraqlı şəxs İddiaçı verilməsi nəzərdə tutulan mənzil isə binanın yaşayış mərtəbələrinin 1-ci mərtəbəsində yerləşir. Məhkəmə hesab etmişdir ki, maraqlı şəxs İddiaçı X3 hazırda yaşadığı mənzilin onun mənzili olmasını iddia etməklə, iş üzrə birinci instansiyası məhkəməsinin qətnaməsinin X5 aid hissədə ləğvini tələb etməkdə haqlı deyildir. Bundan sonra İddiaçı ona təhvil verilməsi qət edilmiş mənzilə köçürülməsi ilə bağlı məhkəmədə yeni iddia qaldırmış və onun iddiası Bakı şəhəri Xətai rayon məhkəməsinin 2(011)-239/2018 saylı 19.01.2019-cu il tarixli qətnaməsi ilə təmin edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək iddiaçının köçürülməsini tələb etdiyi mənzilin ona məxsus olduğunu bildirmiş və qətnamə ilə onun hüquqlarının pozulduğuna istinad etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2253/2019 saylı 07.03.2019-cu il tarixli qətnaməsi ilə (qətnamədən kassasiya şikayəti verilməmiş və qanuni qüvvəsini almışdır) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai rayon məhkəməsinin 2(011)239/2018 saylı 19.01.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanıdmışdır. Qətnamə ilə müəyyən edilmişdir ki, İddiaçı verilmiş mənzil Cavabdeh verilmiş mənzillə eyni deyildir. Belə ki, İddiaçı verilmiş mənzil yaşayış binasının 1-ci mərtəbəsində, Cavabdeh verilmiş mənzil isə yaşayış binasının 1 A mərtəbəsində yerləşir. Həmin binanın 1 və 1A mərtəbələrinin mövcudluğu faktı iş materiallarına əlavə olunmuş məhkəmə qərarları, müvafiq ekspert rəyi və «xxxx» MMC-nin qanuni təmsilçisi olan un izahatı ilə də öz təsdiqini tapmışdır. Sadalanan sübutlara istinad edərək apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Bakı şəhər, ünvan ünvanında tikilmiş yaşayış binasının 1-ci mərtəbəsi kürsü mərtəbənin üzərində yerləşir, yəni, binanın mərtəbələrini aşağıdan yuxarıya sayanda zirzəmi+kürsü+1-ci mər təbə kimi inşa edilmiş, binanın zirzəmi mərtəbəsi 1-ci mərtəbə kimi sayıla bilməz, binanın layihəsində mərtəbələr arasında 1A və 12B adlandırılan mərtəbələr layihələndirilməyib, həmin binanın eskiz layihəsinə əsasən binanın ilk 3 mərtəbəsi qeyriyaşayış sahəsidir. Layihədə iki qeyri-yaşayış sahəsi və 12 yaşayış mərtəbəsi nəzərdə tutulduğundan binanı tikən şirkət 3-cü qeyri-yaşayış mərtəbəsinin bir hissəsini yaşayış mərtəbəsi edərək mənzillərə bölmüş və həmin mərtəbə 1A mərtəbəsi adlandırılmışdır. Yuxarıda əlavə tikilmiş 2 yaşayış mərtəbəsi isə 12A və 12B mərtəbələri adlandırılmışdır. Binanın yaşayış sahələri faktiki olaraq 4-cü mərtəbədən başlayır. Belə ki, 3-cü mərtəbə qeyriyaşayış sahəsi kimi tikilsə də, onun bir hissəsi yaşayış sahəsi kimi mənzillərə bölünərək satılmışdır. Qeyri-yaşayış sahəsinin 3-cü mərtəbəsinin bir hissəsi mənzillərə bölündüyündən və 1-ci mərtəbədən 12-ci mərtəbəyə kimi mənzillər artıq satıldığından həmin mərtəbə 1A mərtəbəsi adlandırılaraq satılmışdır. Apellyasiya instansiyası məhkəməsi Bakı şəhəri, ünvan ünvanında tikilmiş yaşayış binasının 1A mərtəbəsinin qeyri-yaşayış sahəsinin 3-cü mərtəbəsi olduğu, yəni, Cavabdeh satılmış 2-ci blokun 1A mərtəbəsində yerləşən 2 otaqlı ümumi sahəsi 79,01 kvadrat metr olan mənzilin İddiaçı satılmış 2-ci blokun 1-ci mərtəbəsində yerləşən 2 otaqlı, ümumi sahəsi 79,11 kvadrat metr olan mənzillə eyni mənzil olmadığı qənaətinə gəlmişdir. Eyni zamanda işə əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış 2(103)-7818/2017 saylı 24.08.2017-ci il tarixli qətnaməsinin surətindən də görünür ki, analoji işdə mə hkəmə tərəfindən keçirilmiş yerli baxış zamanı binanın 1A mərtəbəsindəki mənzillərin yerləşməsinə görə yuxarı mərtəbədəki mənzillərdən tamamilə fərqləndiyi və 1A mərtəbəsinə aid sahələrin məhz qeyri-yaşayış sahələrinə aid olduğu, sonradan onların bir qisminin mənzil kimi istifadəyə verildiyi müəyyən olunmuşdur. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçıya satılmış mənzillə cavabdehə satılmış mənzil eyni mənzili ehtiva etmir. Yəni, iddia tələbləri iddiaçıya məxsus olmayan mənzillə bağlı qaldırılmışdır və mübahisəli mənzil iddiaçı ilə bağlanmış müqavilədə göstərilən mənzil deyildir. Bu isə o deməkdir ki, iddiaçının cavabdehə qarşı hazırki iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur. Belə olan halda isə hər hansı əlavə araşdırma aparılmasın a zərurət qalmır. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz.Həmin dəlillər apellyasiya instansiyası məhkəməsində işə baxılarkən də irəli sürülmüş və məhkəmə həmin dəlilləri tam, hərtərəfli və obyektiv araşdıraraq hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası bu qiymətlənirmə ilə razılaşır. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyas ının 24 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-2256/2019 nömrəli iş üzrə 24 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar