Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6944/2019 21.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Əsgərov Qürbət Ağa oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun vəkili X1 iştirakı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 iyun 2019-cu il tarixli qətnaməsindən “xxxx” İKB ASC-nin kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 iyul 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(006)-4232/2018, hakim N.T.Tağıyeva) “xxxx” İKB ASC-nin Cavabd eh qarşı iddiası qismən təmin edilmiş, cavabdehdən iddiaçının xeyrinə 22 iyun 2015-ci il tarixli kredit müqaviləsi üzrə 17.289 ABŞ dolları əsas, 10.334 ABŞ dolları faiz, 38 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 27.661 ABŞ dolları məbləğində borcun tutulması, tutmanın cavabdehin mülıkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində yerləşən 23 saylı evin 85 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılmaqla satışdan əldə edilən vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi, satışdan əldə vəsaitin borc ödənildikdən sonra qalan hissəsinin cavabdehə qaytarılması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 iyun 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-814/2019, hakim lər R.Ə.Qurbanov, E.Q.Nəbiyev, A.Ə.Hüseyn) Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə qismən, kredit borcunun tutulması hissəsində ləğv edilmiş və tələbin ipoteka predmetinə yönəldilməsi hissəsində dəyişdirilmiş, cavabdehdən iddiaçının xeyrinə 22 iyun 2015-ci il tarixli kredit müqaviləsi üzrə 17.289 ABŞ dolları əsas, 8.345 ABŞ dolları faiz, 30 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 25.664 ABŞ dolları (1 ABŞ dolları 1,05 manat hesabı ilə) məbləğində borcun tutulması qət edilmiş, qalan hissədə iddia rədd edilmiş, ipoteka predmeti olan cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində yerləşən 23 saylı evin 85 saylı mənzilinin ilkin satış qiymətinin 73.000 manat məbləğində müəyyən edilməsi qət edilmiş, qətnamə qalan hissə də dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçının nümayəndəsi verdiyi kassasiya şikayətində qətnamənin iddianın rədd edilməsi hissəsində ləğv edilib iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: 22 iyun 2015-ci il tarixli kredit müqaviləsinə əsasən “xxxx” İKB ASC-nin Cavabdehillik 25 faiz olmaqla, 36 ay müddətinə 23.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Qeyd edilən müqavilədən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi üçün həmin tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən cavabdehin mülıkiyyətində olan Bakı şəhəri, Suraxanı ryaonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində yerləşən 23 saylı evin 85 saylı mənzili bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. 01 iyun 2018-ci il tarixdə “xxxx” İKB ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ipoteka predmetinin ilkin satış qiyməti düzgün müəyyən edilməmişdir. Halbuki, ipoteka predmetinin ilkin satış qiyməti elə müəyyənləşdirilməlidir ki, əmlakın açıq hərracda tez və real olaraq satılması mümkün olsun. Eyni zamanda məhkəmə qanunda nəzərdə tutulmuş səılahiyyətlərindən sui-istifadə edərək dəbbə pulunu əhəmiyyətli dərəcədə azaltmışdır. Müqavilədə dəbbə pulunun nəzərdə tutulması müqavilə üzrə öhdəliyin vaxtında və düzgün icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş sanksiyadır. Ona görə də, cərimə elə bir məbləğdə müəyyən edilməlidir ki, pozuntu törədən şəxs pozuntuya uyğun məhrumiyyətə məruz qalsın, bununla da mülki hüquiqi cəzanın yaratdığı məhrumiyyəti özündə hiss etsin. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi təşkil edir. İddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən mübahisələndirilmiş, apellyasiya instansiyası məhkəməsi qətnaməni mübahisələndirilən hissələrdə yoxlamaqla, borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində dəyişdirmişdir. İddiaçı bank apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamaqla həmin qətnaməni kassasiya qaydasında mübahisələndirir. İddiaçı bank 2 2 iyun 2015-ci il tarixli krediti müqaviləsi üzrə 17289 ABŞ dolları məbləğində əsas borc, 10.334 ABŞ dolları məbləğində faiz borcu ilə bərabər, 389 ABŞ dolları məbləğində cərimə ödənilməsi tələbini də irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sur ətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Birinci intansiya məhkəməsi tərəfindən iddiaçı tərəfindən tələb edilən 389 ABŞ dolları məbləğində dəbbə pulu 38 dollar müəyyən edilmiş, iddiaçı həmin qətnaməni ümumiyyətlə apellyasiya qaydasında mübahisələndirməmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən dəbbə pulu 30 dollar müəyyən edilmişdir. Bununla bərabər, iddiaçı bank ipoteka predmetinin ilkin satış qiyməti ilə razılaşmamaqla qətnaməni həmin hissədə də mübahisələndirir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İpoteka müqaviləsində ipoteka predmetinin bazar dəyəri tərəflərin razılığı ilə 72.000 manat məbləğində müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən alınmış 19 mart 2019-cu il tarixli qiymətləndirici rəyi ilə ipoteka predmeti olan əmlakın orta bazar dəyərinin 73.000 manat təşkil etdiyi müəyyən edilmişdir. Göründüyü kimi, kassatorun ipoteka predmetinin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş ilkin satış qiymətinin onun real dəyərini əks etdirmədiyi barədə dəlilləri əsassız olmaqla, müstəqil qiymətlən dirici rəyi ilə müəyyən edilmiş qiymətlə ipoteka müqaviləsi ilə müəyyənləşdirilmiş qiymət təxminən eyni məbləğləri əks etdirir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6944/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6944/2019
21.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver