Məhkəmə qərarları › İş №2(102)-6946/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-6946/2021

10.11.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-6946/2021 10.11.2021 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimləri Abbasov Aqil Əzizağa oğlu(məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı iddia ərizəsi Nərimanov Rayon Məhkəməsinə məhkəməyə müraciət edərək, Cavabdeh “X1” kimi fəaliyyət göstərdiyi ünvan 1 ünvanda yerləşən 8-ci binanın 1-ci blokun 1-ci mərtəbəsində 28,6 kv.metr ümumi sahəsi olan 21 nömrəli qeyri-yaşayış sahəsindən və Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən “Kosmos” yaşayış kompleksində 8 nömrəli binan ın 8-ci blokunun 28, 8 kv.metr ümumi sahəsi olan 22 nömrəli qeyri-yaşayış sahəsindən çıxarılması, həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilməsi və 10 may 2019-cu il tarixdən qətnamə icra edilən tarixə qədər hər ay üçün 646 (altı yüz qırx altı) manat və eyni zamanda əlavə olaraq hər gün üçün 30 (otuz) manat pulun hesablanılmaqla Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh da "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı qarşılıqlı iddia ərizəsi verərək, ünvan 1 ünvanda yerləşən 8-ci binanın 1-ci blokun, 1 -ci mərtəbəsində 28,6 kv.metr ümumi sahəsi olan 21 nömrəli qeyri-yaşayış sahəsinin və Bakı şəhəri, ünvan 3 ünvanda yerləşən “Kosmos” yaşayış komleksində 8 nömr əli binanın 8-ci blokunun 28,8 kv.metr ümumi sahəsi olan 22 nömrəli qeyri-yaşayış sahəsinin tam əsaslı təmirinə onun tərəfindən xərclənən 112.200 (bir yüz on iki min iki yüz) manat vəsaitin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Cavabdeh ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5514/2021 saylı, 22 fevral 2021-ci il tarixli qətnaməsi ilə ilk iddia qismən təmin edilərək, Cavabdeh “X1” kimi fəaliyyət göstərdiyi ünvan 1 ünvanda yerləşən 8-ci binanın 1-ci blokun 1-ci mərtəbəsində 28,6 kv.metr ümumi sahəsi olan 21 nömrəli qeyri-yaşayış sahəsindən və Bakı şəhəri, ünvan 4 ünvanda yerləşən “Kosmos” yaşayış kompleksində 8 nömrəli binanın 8-ci blokun 28,8 kv.metr ümumi sahəsi olan 22 nömrəli qeyri-yaşayış sahəsindən çıxarılmas ı və həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq "xxxx" MMC-yə təhvil verilməsi, Cavabdeh 01.05.2019-cu il tarixdən 01.02.2021-ci il tarixə kimi icarə haqqı üzrə hər ay 646 manat olmaqla, (1 il 9 ay) cəmi 13.566 (on üç min beş yüz altmış altı) manatın tutulub "xxxx" MMC-yə ödənilməsi, qalan hissədə ilk iddianın təmin olunmaması, qarşılıqlı iddianın qismən təmin olunaraq, "xxxx" MMC-dən qeyri-yaşayış sahəsinə çəkilmiş xərc kimi 19.605 (on doqquz min altı yüz beş) manatın tutulub Cavabdeh ödənilməsi, qalan hissədə qarşılıqlı iddianın təmin olunmaması qət edilmişdir. Hər iki tərəf qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5377/2021 nömrəli 11.06.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətlər təmin edilməmişdir. Cavabdeh Cavabdeh həmin qətnaməsin dən kassasiya şikayəti vermişdir. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) tələblərinə cavab vermədiyindən qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VİQD nömrəli Qanunu ilə MPM-ə dəyişiklər edilmişdir. Həmin Qanunun keçid müddəalarının 2.1-ci bəndinə əsasən Məcəlləyə dəyişiklər edilməsi barədə qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmişdir. Keçid müddəlarının 2.2-ci bəndinə əsasən Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin 11 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdehin kassasiya şikayəti üzrə dövlət rüsumu 04.10.2012-ci ildə öldənilmiş, şikayət 05.10.2021-ci il tarixdə “Mega ekspress” rabitə orqanı vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Kassasiya şikayəti MPM-nin yeni qüvvəyə minmiş normalarının tələblərinə cavabdeh vermir. Belə ki, MPM-nin 10-1.3-cü maddəsinə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Normanın tələbindən göründüyü kimi, elektron məhkəmə informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə şikayətlərin qəbulu “Elektron məhkəmə” i nformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməli olduğu halda cavabdeh tərəfindən təqdim edilmiş kassasiya şikayəti bu qaydaya riayət olunmadan verilmiş, şikayət elektron kabinet vasitəsilə təqdim edilməmişdir. MPM-nin 408.1.7-ci maddəsinə görə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu apellyasiya məhkəmələrində bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında kassasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən“qaytarılır. Bundan başqa MPM-nin 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmiş 407.1-ci maddəsinə əsasən, kassasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 3 saylı Əlavədə müəyy ən olunmuşdur). Bu baxımdan, hazırki kassasiya şikayəti həm də MPM-nin 407.1-ci maddəsinin tələblərinə də cavab vermir. Çünki şikayət müəyyən edilmiş formada tərtib edilməyib. MPM-nin 408.1.1-ci maddəsinə görə də kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə... apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, hazırki iş üzrə kassasiya şikayətinin mümkünlüyü üçün əsaslar mövcud olmadığından, onun icraata qəbulundan imtina edilməli, şikayət geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir MPM-nin 404-1.1 və 404-1.2-ci maddələrinə görə, kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mü mkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 404-1.1, 404-1.2, 407.1, 408.1.1 və 408.1.7-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Cavabdeh Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5377/2021 nömrəli iş üzrə 11 iyun 2021-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti qeyrimümkün hesab edilsin və mülki iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar