Məhkəmə qərarları › İş №2(102)-6947/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6947/2019

15.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6947/2019 15.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xnın katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin vəkili X7, Cavavdeh Cavabdeh2 vəkili X1, Cavabdeh3 və onun vəkili X5 iştirakı ilə, İddiaçıtərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-5757/2019 nömrəli iş üzrə 31 may 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Yasamal rayon məhkəməsinin (hakim Xuraman Məhə rrəmova) 24 dekabr 2018-ci il tarixli, 2(004)-8279/2019 saylı qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh1 MMŞ arasında bağlanmış 02.11.2017-ci il tarixli İ01017 nömrəli kredit limitinin ayrılması haqqında müqavilənin ləğv edilməsi, İddiaçı ilə Cavabdeh1 MMŞ arasında bağlanmış 07.11.2017-ci il tarixli, İ074KK17-İ01017 nömrəli kredit sazişi üzrə 96105 ABŞ dolları əsas, 3229,69 ABŞ dolları faiz, 5000 ABŞ dolları cərimə; 30.11.2017-ci il tarixli, İ084KK17-İ01017 nömrəli kredit sazişi üzrə 22948,39 ABŞ dolları əsas, 792,86 ABŞ dolları faiz, 2000 ABŞ dolları cərimə və 07.12.2017-ci il tarixli, İ085KK17-İ01017 nömrəli kredit sazişi üzrə 16918,92 ABŞ dolları əsas, 568,99 ABŞ dolları faiz və 1000 ABŞ dolları cərimə borcu, ümumilikdə 148563,85 ABŞ dolları məbləğində (ödən iş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə ilə Azərbaycan manatı ilə) borc məbləği və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin Cavabdeh1 MMŞ-dən İddiaçı-nin xeyrinə tutulması, tutmanın Cavabdeh4 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsində 0,13738 ha torpaq sahəsi və üzərində yerləşən 7 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin daşınmaz əmlakın 104000 manat ilkin satış qiyməti ilə açıq hərracda satılması və əldə olunan vəsait hesabına Cavabdeh1 MMŞ-nin İddiaçı” ASC-yə olan borcunun ödənilməsi, satışdan əldə edilən məbləğin İddiaçı-nin tələblərindən artıq olduqda pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsinin Cavabdeh4 qaytarılması, Cavabdeh4 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsində 0,13738 ha torpaq sahəsi və üzərində yerləşən 7 saylı fərdi yaşayış evinin hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində oranı tərk etmədikləri təqdirdə, cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 həmin evdən çıxarılmaları qət edilmiş, ilk iddianın qalan hissədə rədd edilmiş, qarşılıqlı iddianın təmin edilməsi, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 03.11.2017-ci il tarixli ipoteka müqaviləsinin ləğv edilməsi, həmin ipoteka müqaviləsi əsasında aparılmış ipoteka hüququ haqqında qeyd daşınmaz əmlakın dövlət reyestrindən silinmsəi və Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsində yerləşən 54 nömrəli evin 26 nömrəli mənzilin ipoteka yüklülüyündən azad edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Vüqar Həsənov - sədrlik edən və məruzəçi, Şərafət Məmmədova, Xəyal Sarıyev) 31 may 2019-cu il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 24 dekabr 2018-ci il tarixli qətnaməsi iddiaçı "İddiaçı” ASC-nin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 MMŞ, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, X11, X2 və Cavabdeh13 qarşı borcun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı-nin 04.12.2018-ci il tarixdə verdiyi ərizə əsasında, cavabdehlər X11, X2 və Cavabdeh13 cavabdehlər sırasından çıxarılmışdırlar. İddiaçı 24.12.2018-ci il tarixdə ilk iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı ilə Cavabdeh1 MMŞ arasında bağlanmış İ01017 nömrəli, 2 noyabr 2017-ci il tarixli kredit limitinin ayrılması haqqında müqavilənin ləğv olunması, Cavabdeh1 MMŞ-dən Bankın xeyrinə İ074KK17İ01017 nömrəli, 07.11.2017-ci il tarixli kredit sazişi üzrə 96105 ABŞ dolları əsas, 3229,69 ABŞ dolları faiz və 25869,84 ABŞ dolları cərimə, İ084KK17-İ01017 nömrəli, 30.11.2017-ci il tarixli kredit sazişi üzrə 22948,39 ABŞ dolları əsas, 792,86 ABŞ dolları faiz və 11173,83 ABŞ dolları cərimə, İ085KK17-İ01017 nömrəli, 07.12.2017-ci il tarixli kredit sazişi üzrə 16918,92 ABŞ dolları əsas, 568,99 ABŞ dolları faiz və 5508,15 ABŞ dolları cərimə borcunun və 30 manat dövlət rüsumunun əvəzinin tut ulması, tələbin Cavabdeh2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi, 54 saylı evin 26 nömrəli mənzilinə və Cavabdeh4 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsində 0,13738 ha torpaq sahəsi və üzərində yerləşən 7 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin daşınmaz əmlakların açıq hərracda satılması və əldə olunan vəsait hesabına Cavabdeh1 MMŞ-nin Banka olan borcunun ödənilməsi, satışdan əldə olunan vəsait yetərli olmadıqda və ya ipoteka predmetinə tutma yönəldilməsinin icrası mümkün olmadıqda borcun qalıq hissəsinin Cavabdeh1 MMŞ-dən tutulması, eyni zamanda, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 ipoteka predmeti olan daşınmaz əmlakların satışından sonra 1 ay ərzində həmin yaşay ış sahələrini tərk etmədikləri təqdirdə, onların həmin daşınmaz əmlaklardan çıxarılmaları və hər iki əmlakın boşaldılaraq banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 və Cavabdeh3 cavabdeh İddiaçı-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə və sonra qarşılıqlı iddia tələbinin dəyişdirilməsi haqqında ərizələrlə məhkəməyə müraciət edərək İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 03.11.2017-ci il tarixli ipoteka müqaviləsinin ləğv edilməsi və Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi, 54 saylı evin 26 nömrəli mənzilinin ipoteka yüklülüyündən azad olunması haqqında qətnamənin çıxarılmasını xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçıkassasiya şikayəti ver ərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 31 may 2019-cu il tarixli qətnaməsinin qismən ləğv edilməsini, qarşılıqlı iddianın ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə Konstitusiya Məhkəməsinin Plenumun qərarlarını yalnız tədbiq etmişdir. İddiaçı kassasiya şikayətinə əlavə ərizəzi göndərərək məhkəmənin işə baxarkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 09.09.2019-cu il tarixli və 11.10.2019-cu il tarixli Plenumun qərardadlarının nəzərə alnmasını qeyd etmişdir. İddiaçı bank hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin istinat etdiyi Konstitusiya Məhk əməsinin Plenumunun 31.05.2018-ci il tarixli və 25.07.2019-cu il tarixli qərarları hazızrki mübahisəyə tədbiq edilməməlidir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəməyə kassasiya şikayətinə qarşı yazılı etiraz göndərərək şikayətin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Tərəflərin izahatları: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin vəkili X12 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavavdeh Cavabdeh2 vəkili X3, digər Cavabdeh3 və onun vəkili X8 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası iclas ının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət ver mir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 31 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, işdən göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsindən yalnız iddiaçı bank apellyasiya şikayəti vermiş, ap ellyasiya instansiyası məhkəməsi isə qətnaməni iddiaçının apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə apellyasiya qaydasında yoxlamışdır. Ona görə də, qətnamənin mübahisələndirilməyən hissələri hazırki kassasiya baxışının da predmetini təşkil etmir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki,İddiaçı ilə Cavabdeh1 MMŞ (01.11.2017-ci il tarixli 7E-20734 reyestr nömrəli etibarnamə əsasında Cavabdeh13 şəxsində) arasında bağlanmış 02.11.2017-ci il tarixli İ01017 nömrəli kredit limitinin ayrılması haqqında müqavilədən görünür ki, İddiaçı Cavabdeh1 MMŞ-yə 1.000.000 manat məbləğində, 84 ay müddətinə və illik maksimum 30 faiz dərəcəsi ilə kredit ayrımağı öhdəsinə götürmüşdür. İpoteka saxlayan İddiaçı ilə ipoteka qoyan Cavabdeh2 və borc alan Cavabdeh1 MMŞ arasında bağlanmış 03.11.2017-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, 02.11.2017-ci il tarixli İ01017 nömrəli kredit limitinin ayrılması haqqında müqavilə və həmin müqavilənin icrası üçün müqavilə daxilində bağlanan kredit sazişlərindən əmələ gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsində yerləşən 54 nömrəli evin 26 nömrəli mənzili ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin likvid dəyəri qiymətləndirmə aktına əsasən 290000 manat məbləğində müəyyən edilmişdir. İpoteka saxlayan İddiaçı ilə ipoteka qoyan Cavabdeh4 və borc alan Cavabdeh1 MMŞ arasında bağlanmış 06.12.2017-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, 02.11.2017-ci il tarixli İ01017 nömrəli kredit limitinin ayrılması haqqında müqa vilə və həmin müqavilənin icrası üçün müqavilə daxilində bağlanan kredit sazişlərindən əmələ gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh4 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsində 0,13738 ha torpaq sahəsi və üzərində yerləşən 7 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin likvid dəyəri qiymətləndirmə aktına əsasən 104000 manat məbləğində müəyyən edilmişdir. İpoteka müqavilələrində qeyd edilmişdir ki, Şirkətə ayrılmış kredit limitinin məbləği ******* manat, müddəti 84 ay, maksimal faiz dərəcəsi isə illik 30 faizdir, kredit limiti çərçivəsində verilən kreditlərlərin məqsəd(lər)i, maliyyələşdirmə mənbəyi, götürülən kreditin konkret məbləği, müddəti, faizləri və kreditlərin verilməsi ilə bağlı digər xüsusi şərtlər kredit sazişləri ilə müəyyən olunur. MA seriyalı, ******* nömrəli və RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsində yerləşən 54 nömrəli evin 26 nömrəli mənzili üzərində Cavabdeh2 mülkiyyət hüququ 16.08.2011-ci ildə dövlət qeydiyyatına alınmış və həmin mənzilin 02.11.2017-ci il tarixli İ01017 nömrəli kredit limitinin ayrılması haqqında müqavilə üzrə öhdəliklərin icrasının təminatı qismində İddiaçı-nin xeyrinə 84 ay müddətinə ipoteka ilə yüklü edilməsi barədə daşınmaz əmlakın dövlət reyestrində 07.11.2017-ci il tarixdə qeydiyyat aparılmışdır. RX seriyalı, ******* nömrəli və RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reye strindən çıxarışlardan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsində yerləşən 7 nömrəli ev üzərində Cavabdeh4 mülkiyyət hüququ 02.11.2017-ci ildə dövlət qeydiyyatına alınmış və həmin evin 02.11.2017-ci il tarixli İ01017 nömrəli kredit limitinin ayrılması haqqında müqavilə üzrə öhdəliklərin icrasının təminatı qismində İddiaçı-nin xeyrinə 84 ay müddətinə ipoteka ilə yüklü edilməsi barədə daşınmaz əmlakın dövlət reyestrində 07.12.2017-ci il tarixdə qeydiyyat aparılmışdır. Kredit limitinin ayrılması haqqında müqavilə çərçivəsində İddiaçı ilə Cavabdeh1 MMŞ arasında bağlanmış 07.11.2017-ci il tarixli, İ074KK17-İ01017 saylı kredit sazişinə əsasən, Şirkətə 24 ay müddətinə, illik 7 faiz olmaqla 100000 ABŞ dolları; 30.11.2017-ci il tarixli, İ084KK17-İ01017 saylı kredi t sazişinə əsasən, 12 ay müddətinə, illik 7 faiz olmaqla 25000 ABŞ dolları; 07.12.2017-ci il tarixli, İ085KK17-İ01017 saylı kredit sazişinə əsasən, 12 ay müddətinə, illik 7 faiz olmaqla 25000 ABŞ dolları məbləğində kredit verilmişdir. BOB seriyalı, 224926 saylı, 07.11.2017-ci il tarixli çekdən görünür ki, Cavabdeh1 MMŞnin bank hesabından Cavabdeh13 tərəfindən 17640 ABŞ dolları məbləğində pul çıxarılmışdır. 07.11.2017-ci il tarixli, 02 saylı ödəniş tapşırığından görünür ki, Cavabdeh1 MMŞnin tapşırığı əsasında “xxxx” QSC-yə 30000 manat məbləğində pul köçürülmüşdür. 07.11.2017-ci il tarixli, 03 saylı ödəniş tapşırığından görünür ki, Cavabdeh1 MMŞnin tapşırığı əsasında “xxxx” QSC-yə 5400 manat pul köçürülmüşdür. 10.11.2017-ci il tarixli, 03 saylı ödəniş tapşırığından görünür ki, Cavabdeh1 MMŞn in tapşırığı əsasında Birləşmiş Krallıqda yerləşən “Aerostar” LP-yə 29.000 ABŞ dolları məbləğində pul köçürülmüşdür. 10.11.2017-ci il tarixli, 04 saylı ödəniş tapşırığından görünür ki, Cavabdeh1 MMŞnin tapşırığı əsasında Ukraynada yerləşən “Komo-Export” LTD-yə 17406,19 ABŞ dolları pul köçürülmüşdür. 13.11.2017-ci il tarixli, 05 saylı ödəniş tapşırığından görünür ki, Cavabdeh1 MMŞnin tapşırığı əsasında Ukraynada yerləşən “Myasnaya fabrika Favorit Plus” LTD-yə 13837,60 ABŞ dolları pul köçürülmüşdür. BOB seriyalı, 224726 saylı, 04.12.2017-ci il tarixli çekdən görünür ki, həmin tarixdə Cavabdeh1 MMŞ-nin bankda olan hesabından Cavabdeh13 tərəfindən 1000 manat məbləğində pul çıxarılmışdır. 30.11.2017-ci il tarixli, 09 saylı ödəniş tapşırığından görünür ki, Cavabdeh1 MMŞnin tapşırığı əsasında “xx xx” MMC-yə 41780 manat pul köçürülmüşdür. 05.12.2017-ci il tarixli, 09 saylı ödəniş tapşırığından görünür ki, Cavabdeh1 MMŞnin tapşırığı əsasında “xxxx” MMC-yə 10000 manat məbləğində pul köçürülmüşdür. BOB seriyalı, 224927 saylı, 08.12.2017-ci il tarixli çekdən görünür ki, həmin tarixdə Cavabdeh13 tərəfindən 14400 ABŞ dolları məbləğində pul çıxarılmışdır. 07.12.2017-ci il tarixli, 10 saylı ödəniş tapşırığından görünür ki, Cavabdeh1 MMŞnin tapşırığı əsasında “xxxx” MMC-yə 7521 manat pul köçürülmüşdür. İddiaçı-nin 05.10.2018-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh1 MMŞ-nin İddiaçı-yə 02.10.2018-ci il tarixinə 07.11.2017-ci il tarixli, İ074KK17-İ01017 nömrəli kredit sazişi üzrə 96105 ABŞ dolları əsas, 3.229,69 ABŞ dolları faiz, 25869,84 ABŞ dolları cərimə; 30.11.2017-ci il tarixli, İ 084KK17-İ01017 nömrəli kredit sazişi üzrə 22.948,39 ABŞ dolları əsas, 792,86 ABŞ dolları faiz, 11173,83 ABŞ dolları cərimə və 07.12.2017-ci il tarixli, İ085KK17- İ01017 nömrəli kredit sazişi üzrə 16918,92 ABŞ dolları əsas, 568,99 ABŞ dolları faiz, 5508,15 ABŞ dolları cərimə borcu vardır. Birinci instansiya məhkməsinin mövqeyinə görə mübahisə tərəflər arasında bağlanmış kredit limitinin ayrılması haqqında müqavilə və onun daxilində imzalanmış kredit sazişləri və ipoteka müqavilələrindən irəli gəlmişdir. İlk iddia tələbinin əsası verilmiş kredit borcunun, hesablanmış faizin və cərimə borcunun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi, qarşılıqlı iddia isə ipoteka müqaviləsinin ləğv olunması və onun əsasında aparılmış yüklülükdən azad edilmə ilə bağlıdır. Məhkəmə ilk iddia tə ləbini kredit limitinin ayrılması haqqında müqavilənin ləğv edilməsi, əsas və faiz borcunun Cavabdeh1 MMŞ-dən tutulması və tələbin digər ipoteka predmetinə yönəldilməsi hissəsində əsaslı hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh1 MMC arasında kredit limitinin ayrılması haqqında müqavilə və həmin müqavilə daxilində kredit sazişləri bağlanaraq, kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Bank tərəfindən kredit sazişləri üzrə ayrılmış vəsait Cavabdeh1 MMŞ-nin bank hesabına köçürülmüşdür. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh13 Cavabdeh1 MMC-nin verdiyi 01.11.2017-ci il tarixli etibarnamə əsasında həmin pul vəsaitlərinin bir hissəsini nağd şəkildə çıxarmış, qalan hissəsini isə ödəniş tapşırıqları əsasında müxtəlif hüquqi şəxslərin bank hesabına köçürülməsi barədə göstərişlər vermişdir. Nəticədə bank tərəfindən Cavabdeh1 MMŞ-yə cəmi 150.000 ABŞ dolları məbləğində kredit verilmiş, lakin kredit alan Cavabdeh1 MMŞ üzərinə düşən öhdəlikləri lazımı qaydada yerinə yetirməmiş, aldığı krediti vaxtında və lazımı qaydada qaytarmamışdır. Bank tərəfindən təqdim edilmiş sənədlərdən aydın olur ki, Cavabdeh1 MMŞ-nin Banka İ074KK17-İ01017 nömrəli, 07.11.2017-ci il tarixli kredit sazişi üzrə 96105 ABŞ dolları əsas, 3229,69 ABŞ dolları faiz, İ084KK17-İ01017 nömrəli, 30.11.2017-ci il tarixli kredit sazişi üzrə 22948,39 ABŞ dolları əsas, 792,86 ABŞ dolları faiz və İ085KK17-İ01017 nömrəli, 07.12.2017-ci il tarixli kredit sazişi üzrə 16918,92 ABŞ dolları əsas, 568,99 ABŞ dolları faiz borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli d ərəcədə məhrum olur. Məcəllənin 428.4-cü maddəsinə görə öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.1 və 445-ci maddələrinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşı sında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın ( kreditorun ) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məq amında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məcəllənin 319.6-ci maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5ci maddələrinə müvafiq ola raq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.4-cü maddəsinə görə ipoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. Həmin Qanunun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Həmin qanunun 41.1-ci maddəsinə əsasən ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər. Azərbaycan R espublikası Mülki Məcəlləsinin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 ipoteka müqaviləsinin ləğvinə dair razılaşmanın bağlanması haqqında təkliflə 17 dekabr 2018-ci ildə Banka müraciət etmişdir. Bank 18 221 nömrəli, 21 dekabr 2018-ci il tarixli məktubla Cavabdeh2 həmin təklifini qəbul etməkdən imtina etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçıların 03.11.2017-ci il tarixli ipoteka müqaviləsinin ləğv edilməsi tələbinin əsas dəlili ondan ibarətdir ki, kredit limitinin ayrılması haqqında müqavilədə və ipoteka müqaviləsində veriləcək kreditin valyutasının manat olacağı razılaşdırılmışdır. Lakin kredit sazişləri üzrə verilmiş kreditin valyutası ABŞ dolları olmuşdur. Bankın buna qarşı əsas dəlili ondan ibarətdir ki, kredit limitinin ayrılması haqqında müqavilədə limitin ******* manat olaraq göstərilməsi hələ veriləcək kreditin valyutasının manatda olması mənasına gəlmir. Kredit limitinin ayrılması haqqında müqavilənin 2.2-ci bəndi və ipoteka müqaviləsinin 1.1-ci bəndinin son cümləsində kreditin val yutasının müəyyənləşdirilməsi qaydası öz əksini tapır. Həmin bəndlərə əsasən kreditin valyutası gələcək kredit sazişləri ilə nizama salınır. Göründüyü kimi, Bank və ipoteka qoyanın kreditin valyutası ilə bağlı mövqeləri arasında ziddiyyət vardır. Banka görə, ipoteka müqaviləsi bağlanarkən kreditin valyutası müəyyən deyildi, lakin kredit sazişləri vasitəsilə müəyyənləşdirilə bilmə imkanı nəzərdə tutulmuşdu; dolayısı ilə, Bank da bu hüququndan istifadə edərək krediti ABŞ dollarında vermişdir. Cavabdeh2 görə isə ipoteka müqaviləsi bağlanan anda valyutanın manat olacağı müəyyən idi, yəni hər hansı sonrakı, yəni kredit sazişləri vasitəsilə müəyyənləşdirilməyə ehtiyac yox idi. İpoteka müqaviləsinin 1.1-ci bəndinə görə, kredit limitinin ayrılması haqqında müqavilə üzrə kredit alanın Cavabdeh1 MMŞ -nin Bank qarşısında olan öhdəliyi aşağıdakı kimi müəyyən edilir: Limitin məbləği: ******* manat; Limitin müddəti: 84 ay; Maksimal faiz dərəcəsi: illik 30 faiz. Kredit limiti çərçivəsində verilən kreditlərlərin məqsəd(lər)i, maliyyələşdirmə mənbəyi, götürülən kreditin konkret məbləği, müddəti, faizləri və kreditlərin verilməsi ilə bağlı digər xüsusi şərtlər “Kredit Sazişlər”i ilə müəyyən olunur. Kredit limitinin ayrılması haqqında müqavilənin 2.2-ci bəndi ipoteka müqaviləsinin 1.1-ci bəndi ilə eyni məzmunludur. Qeyd edilən bəndlərin məzmunundan aydın olduğu kimi, həmin bəndlərdə Bankın veriləcək kreditin valyutasını gələcəkdə müəyyənləşdirmək və ya müəyyənləşdirilmiş valyutanı dəyişdirmək kimi bir hüququ öz əksini tapmamışdır. Bu halda, açılmış kredit xəttinin limitinin manatla ifadə edilm iş olması veriləcək kreditin valyutasının manat olacağını deməyə imkan verir. Başqa sözlə, kredit limitinin ayrılması haqqında müqavilə və ona bağlı ipoteka müqaviləsi imzalanarkən veriləcək kreditin valyutası (yəni manat) artıq müəyyən idi. Əks halda, kredit limitinin ayrılması haqqında müqavilə və ipoteka müqaviləsində bu barədə açıq göstərişə yer verilərdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.1-ci maddəsinə görə, ipoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, ipoteka ilə təmin edilən öhdəliyin mahiyyəti, ölçüsü və icra müddəti göstərilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5-ci maddəsinə görə, ipoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer və tarix göstərilməlidir. Həmin Qanunun 14.1.1-ci maddəsinə görə, ipoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə, ipotekanın əlavə dövlət qeydiyyatı müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində və daşınar əmlakın rəsmi reyestrində sənədlərin təqdim edildiyi gündən 3 iş günü müddətində aparılır. Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəllə sinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 31 may 2018-ci il tarixli Qərarında göstərmişdir ki,...“lakin Mülki Məcəllənin 307.4-cü və “İpoteka haqqında” Qanunun 10.5-ci maddəsində ipoteka müqaviləsində göstərilməli olan zəruri şərtlər dəqiq müəyyən olunmamışdır. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, ipoteka müqaviləsinin bağlanması üçün də kredit xətti müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsinin mühüm şərtlərinə dəyişiklik edildikdə ipoteka müqaviləsində də müvafiq düzəlişlər edilməlidir. Belə ki, “İpoteka haqqında” Qanunun 14-cü maddəsində qeyd olunur ki, ipoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə ipotekanın əlavə dövlət qeydiyyatı aparılmalıdır. Yəni həmin dəyişikliklər barədə ipoteka qoyan şəxsin məlumatı və razılığı olmalıdır”. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, kreditin valyutası kredit xətti müqaviləsinin mühüm şərtidir. Kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin, o cümlədən bu xətt daxilində verilən kreditlərin təminatı kimi bağlanmış ipoteka müqaviləsində də həmin mühüm şərt öz əksini tapmalıdır. Dolayısı ilə, kredit xətti müqaviləsinin mühüm şərtinə (konkret halda, valyutaya) dəyişiklik edildikdə, müvafiq olaraq da ipoteka müqaviləsinə düzəlişlər olunmalıdır. Plenum “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsaslanmaqla bu halda ipoteka müqaviləsində ipotekanın əlavə dövlət qeydiyyatının aparılmalı olması nəticəsinə gəlmişdir. Bu səbəbdən, ipoteka müqaviləsinə düzəlişlər edilmədən və müvafiq olaraq ipotekanın əlavə dövlət qeydiyyatı aparılmadan ipoteka predmetinə tutma yönəldilməsi mümkün deyildir. Çünki ipoteka qoyanın ipoteka müqaviləsi bağlayarkən rəhbər tutduğu və əsas müqavilənin mühüm şərtləri sayılan şərtlərdə sonradan baş vermiş dəyişikliklərin ipoteka qoyan baxımından hüquqi nəticə doğurması yalnız o halda mümkündür ki, həmin dəyişikliklərin ipoteka müqaviləsinə də edilmiş və müvafiq qaydada dövlət qeydiyyatına alınmış olsun. Məhkəmə hesab etmişdir ki, kredit limitinin ayrılması haqqında müqavilədə valyuta şərtinə kredit sazişləri ilə hər hansı dəyişikliyin edilməsi barədə müddəa olmadığından, kredit sazi şləri üzrə kredit manatda deyil, ABŞ dollarında verildiyindən, bu zaman ipoteka müqaviləsinə hər hansı düzəlişlər də olunmadığından kredit sazişləri üzrə tutmanın Cavabdeh2 məxsus mənzilə yönəldilməsi yolverilməzdir. Qarşılıqlı iddiaçı Cavabdeh2 Banka ünvanladığı ipoteka müqaviləsinin ləğvinə dair razılaşmanın bağlanması haqqında təklifində bu əsasdan çıxış etmişdir. Lakin Bank tərəfindən bu təklifdən imtina edilmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh2 bu hissədə əsas dəlili ondan ibarət olmuşdur ki, yuxarıda qeyd edilən səbəblərdən ona məxsus mənzilə tutma yönəldilməsi mümkün olmadığından ipoteka müqaviləsi və onun əsasında aparılmış qeyd artıq formal xarakter daşıyır. Belə ki, həqiqətən də kredit limitinin ayrılması haqqında müqavilə daxilində kredit şərtləşdirilmiş valyutada, yəni manatda d eyil, ABŞ dollarında verildiyindən MM-in 307.4 və “İpoteka haqqında” qanunun 14-cü maddələrinə, habelə Konstitusiya Məhkəməsi Plenumunun adı çəkilən Qərarında ifadə etdiyi hüquqi mövqeyə uyğun olaraq ipoteka qoyan Cavabdeh2 hüquqları pozulmuşdur. Bu halda, ipoteka müqaviləsi artıq kredit limitinin ayrılması haqqında müqavilədən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi çıxış etmək iqtidarında deyildir. Nəticə etibarı ilə, ipoteka müqaviləsi və onun əsasında aparılmış qeydin mövcudluğu kreditor, yəni Bank üçün hər hansı əhəmiyyət kəsb etmir. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizənin dəlillərini araşdıraraq belə nəticəyə gəlmişdir ki, qarşılıqlı iddia tələbi üzrə iddia müddəti ötürülmüş hes ab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə görə, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Qarşılıqlı iddia üzrə iddiaçılar 03.11.2017-ci il tarixli ipoteka müqaviləsinin ləğvi barədə iddia tələblərinin əsası qismində İddiaçı tərəfindən kreditin razılaşdırılmış valyutada, yəni manatla deyil, ABŞ dolları ilə verilməsinə və bu barədə məlumatı bank tərəfindən onlara kredit borcunun ödənilməsi ilə bağlı xəbərdarlıq daxil olduqdan sonra əldə etdiklərinə istinad etmişdirlər. Belə olan halda məhkəmə hesab edir ki, iddia müddətinin axımı qa rşılıqlı iddia üzrə iddiaçılara müvafiq xəbərdarlıq verildiyi gündən hesablanmalıdır. Qeyd edilənlərə əsasən, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh3 qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərkən iddia müddətini ötürməmişlər və bu səbəbdən də İddiaçı-nin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi əsassız olduğundan, təmin edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi heasb etmişdir ki, birinci instansiya məhkəməsinin qarşılıqlı iddianı ipoteka hüququ haqqında qeydin daşınmaz əmlakın dövlət reyestrindən silinməsi və mənzilin ipoteka yüklülüyündən azad edilməsi hissəsində də mövqeyi əsaslı olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsinə görə, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Apellyasiya şikayətinin dəlillərinə qiymət verən apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı apellyasiya şikayətində birinci dəlil olaraq ona istinad etmişdir ki, «Bankla Cavabdeh1 MMC arasında bağlanmış 2 noyabr 2017-ci il tarixli, İ01017 saylı Kredit limitinin ayrılması haqqında müqavilədəki “1000000 manat” ifadəsi gələcək kreditlərin valyutasını əks etdirmir, həmin ifadə yalnız limiti nəzərdə tutur. Kreditin valyutası kredit limiti müqaviləsinin 2.2-ci bəndi, habelə 3 noyabr 2017-ci il tarixli ipoteka müqaviləsinin 1.1-ci bəndi ilə tənzimlənir. Həmin bəndlərə görə, kreditin verilməsi ilə bağlı “digər xüsusi şərtlər” kredit sazişləri ilə müəyyən olunur. Bununla bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “Banklarda kreditlərin verilməsi Qaydalar’nın 3.1-ci bəndinə görə, bank tərəfindən kredit sifarişlərinin qiymətləndirilməsi meyarları kreditlərin həcmi, müddəti, onlarla bağlı risklərin səviyyəsi, borcalanın fəaliyyət növü və digər amillərlə müəyyən edilir. Qaydalara 1 nömrəli Əlavəyə görə, borcalanın özünün, yaxud onun vəkalətli şəxsinin (şəxslərinin) imzası ilə təsdiq edilmiş tələb edilən kreditin məbləği, valyutası və müddəti göstərilməklə kredit sifarişi kredit dosyesinə (tarixçəsinə) əlavə edilməlidir. Bank tərəfindən hər hansı şəxsə kredit verilməzdən əvvəl veriləcək kreditin məbləği və valyutası müəyyənləşdirilməlidir. Bank kredit verərkən öz risk lərini qiymətləndirməyə borcludur. Hazırkı iş üzrə borclu krediti manatla götürmək istədiyini ifadə etmiş, Bankda da Qaydalara uyğun kredit riskini qiymətləndirərkən kreditin valyutasının “manat” olmasından hərəkət etmişdir. Bu halda bankın risk qiymətləndirməsi manat üzərinə olduğu halda, kredit sazişləri üzrə kreditin hansı səbəbdən ABŞ dollarında verilməsini iddiaçının aydınlaşdırmaq vəzifəsi vardır. Lakin iddiaçı tərəf bununla bağlı heç bir əsaslandırılmış dəlil irəli sürməmişdir. Nəzərə alınmalıdır ki, Kredit Limiti Müqaviləsində, nə də ki, ipoteka müqaviləsində kreditin ABŞ dolları ilə verilməsinə dair hər hansı şərt daxil edilməmişdir. Bankın birinci instansiya məhkəməsində kreditin valyutasının gələcəkdə kredit sazişləri ilə müəyyənləşdirilə biləcəyinin kredıt lımıtı müqaviləsin 2. 2-ci və ipoteka müqaviləsinin 1.1-ci bəndində birbaşa əks olunduğunu göstərir. Lakin apellyasiya şikayətində fərqli bir yanaşma ortaya qoymuş və “kreditin valyutası”nın, dəyişməsinə dair müqavilədə nəzərdə tutlmuş “digər xüsusi şərtlər”ə aid olduğunu qeyd etmişdir. Lakin müqavilədə valyutanın növünün müəyyən edilməsi mühüm şərt olduğuna görə ona ümumiləşmiş bir tərzdə razılaşdırılmış olması nəticəsi ilə razılaşmaq mümkünsüzdür. Bu baxımdan “Kreditin valyutası”nın “digər xüsusi şərtlər”ə aid edilməsi yolverilən deyildir. Bu baxımdan Kredit Limiti Müqaviləsində göstərilmiş “1000000 manat” ifadəsi veriləcək kreditin valyutasının manatda olacağını mübahisəiz olaraq şərtləndirir. Müqavilə bağlamaqda üstün hüquqa malik olduğundan və valyutanın növünün müqaviləyə məhz iddiaçı tərəf daxil etdiyind ən Mülki Məcəllənin 419.2-ci maddəsi baxımından yarana biləcək qeyri müəyyənliklər onları müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. Bu baxımdan, belə nəticəyə gəlinir ki, kredit sazişləri ilə kreditin valyutası müəyyənləşdirilə bilməzdi. Nəzərə alınmalıdır ki, Kredit Limiti Müqaviləsi və 3 kredit sazişi Cavabdeh1 MMŞ-nin adından etibarnamə əsasında (01.11.2017-ci il tarixli 7E-20734 reyestr nömrəli etibarnamə) Cavabdeh13 tərəfindən bağlanmışdır. Cavabdeh13 kredit limiti çərçivəsində ayrılmış pul vəsaitləri üzərində sərəncam vermişdir. Etibarnamənin məzmunundan aydın olar ki, Cavabdeh13 bank hesabı üzərində sərəncam vermək və ya bank hesabından nağd qaydada pul çıxarmaq səlahiyyəti verilməmişdir. Bank bir az da irəli gedərək hətta bağlanmamış müqa vilə üzrə pul məbləğini Cavabdeh13 ödəmişdir. Belə olan halda iddiaçı tərəfindən ona verilmiş hüquqdan sui istifadə etməsi aşkar olaraq meydana çıxmış olur. Tərəflərin razılaşmalarının rəsmləşdirilmədiyi, pulun verilməsinə dair üzərinə öhdəlik götürmədiyi halda pul məbləğinin Cavabdeh13 göstərişi əsasında ödəməsi ağlabata bir hal deyildir. İddiaçının apellyasiya şikayətinin digər dəlili iddia müddətinin tətbiqində əsassız olaraq imtina edilməsi ilə bağlı olmuşdur. Apellyasiya instansiyası məhkəməsi bununla bağlı qeyd etmişdir ki, Cavabdeh2 və Cavabdeh3 iddia ərizələrinin ilkin mətnində ipoteka müqaviləsinin etibarsızlığını tələb etmişlər. Sonradan MPM-in 53-cü maddəsinə uyğun olaraq həmin qarşılıqlı iddia tələbini dəyişmiş və ipoteka müqaviləsinin ləğvini tələb etmişlər. Bu mənada, Mülki M əcəllənin 354-cü maddəsindəki müddətlərin hazırkı mübahisəyə tətbiqi mümkünsüzdür. Birinci instansiya məhkəməsi isə haqlı olaraq qarşılıqlı iddiaçıların hüquqlarının pozulduğu vaxta münasibətdə sazişlərin bağlanması anını deyil, məhz kreditin dollarla verilməsinin onlara məlum olduğu vaxtdan (borcun qaytarılmasının tələb edilməsinə dair xəbərdarlığın göndərildiyi) hesablanmalı olması qənaətinə gəlmişdir. Qeyd edilməlidir ki, kredit xətti müqaviləsinin mühüm şərtlərinə dəyişiklik edildikdə ipoteka müqaviləsində də müvafiq düzəlişlər edilməlidir. Belə ki, “İpoteka haqqında” Qanunun 14-cü maddəsində qeyd olunur ki, ipoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə ipotekanın əlavə dövlət qeydiyyatı aparılmalıdır. Yəni həmin dəyişikliklər barədə ipoteka qoyan şəxsin məlumatı və razılığı olmalıdır”. Tərəflər, ipoteka müqaviləsində icrasına təminat verilən və gələcəkdə ortaya çıxacaq tələbin valyutasının manat olması razılaşdırılmışdır. İş materiallarında Kredit Limiti Müqaviləsinə kreditin valyutasının manatdan ABŞ dollarına dəyişdirilməsi ilə bağlı dəyişiklik edilməsini təsdiq edən hər hansı razılaşma əlavə edilməmişdir. Nəzərə alınmalıdır ki, Kredit Limiti Müqaviləsinə dəyişiklik edilməsi özlüyündə ipoteka müqaviləsinə də dəyişiklik edilməsi kimi bir hüquqi nəticə doğurmur. Əksinə, “İpoteka haqqında” qanunun 14.1.1-ci maddəsi və Konstitusiya Məhkəməsi Plenumunun rəsmi şərhi tam fərqli mövqe ifadə etməyə imkan verir: kreditin valyutası ilə bağlı şərtin dəyişdirilməsi halında ipoteka müqaviləsinə də bu barədə müvafiq dəyişiklik edilməlidir. İpo teka müqaviləsinə dəyişiklik edilməməsi faktı qarşısında Bankın tələbinin ipoteka predmetinə yönəldilməsi yolverilən hesab edilə bilməz. Bu halda ipotekanın əlavə dövlət qeydiyyatı üçün əsas ortaya çıxmışdır ki, bu hərəkətdə yerinə yetirilməmişdir. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. İddiaçının verdiyi apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də birinci i nstansiya məhkəməsinin qətnaməsi iddiaçıya münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İddiaçının apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının göstərdiyi dəli llərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və həmçinin prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. İddiaçının kassasiya şikayətinə əlavə ərizəsində göstərilən dəlilini də məhkəmə kollegiyası əsassız hesab edir. İddiaçı kassasiya şikayətinə əlavədə qeyd etmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumunun 31.05.2018 və 25.07.2019-cu il tarixli qərarları bağlı 09.09.2019-cu il və 11.10.2019-cu il tarixlərdə qərardad qəbul etmişdir. Həmin qərardaddan aydın görünür ki, Konstitusiya Məhkəməsinin Plenumunun istinad edilən qərarları hazırki mübahisəyə tədbiq edilə bilməz. Məhkəmə kollegiyası bu dəlili ə sasız hesab edir Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun 09.09.2019-cu il tarixli qərardadından görünür ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2019-cu il 25 iyul tarixli Qərarı həmin Qərarın qüvvəyə minməsindən əvvəl qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə həll olunmuş mübahisələrə şamil olunmur. Plenumunun 11.10.2019-cu il tarixli qərardadından görünür ki, Azərbaycan Republikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəlləni n 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqelər müvafiq olaraq həmin Qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə predmetlərinə müvafiq olaraq Plenum un 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur. Göründüyü kimi, qərardadlarda Plenumunun qərarlarının qanuni qüvvəyə minmiş məhkəmə aktlarına şamil olunmaması və eyni zamanda həmin qərarlar qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunması qeyd edilmişdir. Ona görə də, apellyasiya instansiyası məhkəməsi həmin qərarlara istinadın etməkdə haqlı olmuş, bu hal Konstitusiya Məhkəməsinin Plenumunun qəbul etdiyi qərardadlarla mümkünsüz olmamışdır. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 31 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-5757/2019 nömrəli iş üzrə 31 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar