Məhkəmə qərarları › İş №2(102)-6948/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6948/2019

30.10.2019 · Əmək mübahisələri - İşə bərpa - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi zərərin ödənil
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6948/2019 30.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı və vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 29 may 2019-cu il tarixli qətnaməsindən İddiaçı və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 fevral 2019-cu il tarixli, 2(002)411/2019 saylı qətnaməsi ilə (hakim Fuad Hüseynov) İddiaçı Cavabdeh MMC-yə qarşı «işdən çı xarılma əmrinin qanunsuz hesab edilməsi, işə bərpa və ziyanın ödənilməsi» barədə iddia tələbi təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 29 may 2019-cu il tarixli 2(103)-6400/2019 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 fevral 2019-cu il tarixli, 2(002)-411/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «işdən çıxarılma əmrinin qanunsuz hesab edilməsi, işə bərpa və ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehin 05 noyabr 2018-ci il tarixli əmrinin qanunsuz hesab edilməsi, iddiaçının SƏTƏM üzrə böyük administrator vəzifəsinə bərpa edilməsi, 2002-2018-ci ilə aid ödəni lməli olan, lakin ödənilməyən 214000 ABŞ dolları məbləğinin, həmçinin məcburi iş buraxmaya görə əmək haqqının və 100000 manat mənəvi zərərin tam həcmdə cavabdehdən alınaraq iddiaçıya ödənilməsi və Konvensiyanın 8-ci, 10-cu və 14cü maddələrinin pozuntusunun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə qətnamə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin 29 may 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və İddiaçı 05 noyabr 2018-ci il tarixli əmək müqaviləsinin ləvğ edilməsi barədə əmrin qanunsuz hesab edilməsi, İddiaçı SƏTƏM üzrə böyük adminstrator vəzifəsinə bərpa edilməsi, 2002-2018-ci ilə aid ödənilməli olan, lakin ödənilməyən 214000 (iki yüz on dörd min) ABŞ dolları məbləğinin, həmçinin, məcburi iş buraxmaya görə əmək haqqının və 100000 (yüz min) manat mənəvi zərərin tam həcmdə cavabdehdən alınaraq ödənilməsi və Konvensiyanın 8, 10 və 14-cü maddələrinin pozuntusunun tanınması barədə qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında İddiaçı və vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsinin 29 may 2019-cu il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası, Cavabdeh MMC-nin nümayəndəsi Ziy ad Həsənli məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlməsi səbəbindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın qəbul etdiyi 29 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci i nstansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikasının Konstitusiyasının 35, Əmək Məcəlləsinin 2, 68, 70, 77, 78 və 296-cı maddələrinə istinadən işin materialları üzrə gəldiyi nəticələrdən görünür ki, iddiaçının işdən azad olunması ilə bağlı əmrin qanunsuzluğuna əsas olan hər hansı hal müəyyən olunmadığından iddia qeyd edilən tələblə bağlı hissədə əsassız olduğu üçün məcburi işburaxma dövrü üçün əmək haqqı ödənilməsi hissəsində də təmin oluna bilməz. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi digər nəticələrdən görünür ki, iddiaçı mənəvi sarsıntılar keçirməsi, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri, həmçinin cavabdeh tərəfindən ayrı-seçkiliyə, daimi təzyiqə məruz qalması, eləcə də, 2002-2018-ci ilə aid ödənilməli olan, l akin ödənilməyən 214000 ABŞ dolları pul vəsaitini tələb etsə də tələblərini əsaslandırmamış, keçən illərdə müvafiq pul vəsaitlərini almadığı təqdirdə 1 il müddət ərzində məhkəməyə müraciət etməməklə müddəti ötürməklə qeyd edilən hissələrdə tələbinin əsası kimi istinad etdiyi halları da sübut edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə işin həqiqi hallarına uyğun olmaqla, iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlinmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi, tərəflər arasında 2002-ci ildə 291 saylı əmək müqaviləsi bağlanmış, İddiaçı 14.06.2002-ci il tarixində əmək müqaviləsinə əsasən Cavabdeh MMC-də təhlükəsizlik şöbəsində daxiletmə üzrə inzibatçı işinə qəbul edilmiş, 01.01.2010-cu il tarixində texniki təhlükəsizlik üzrə texnik vəzifəsinə keçirilmiş, 20.11.2014-cü il tarixində SƏTƏM üzrə böyük administrator vəzifəsinə keçirilmiş, onunla bağlanmış əmək müqaviləsinə 05.11.2018-ci il tarixli 1201/18 ir saylı əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən orta aylıq əmək haqqının 2 (iki) misli məbləğində müavinət verilməklə xitam verilmiş, 05.11.2018-ci il tarixdə isə son haqq-hesab ödənilmişdir. İşin materiallarından görünür ki, iddiaçı həmin əmri mübahisələndirərək onu qanunsuz saymış, cavabdeh təşkilat isə iddiaya etirazın əsası kimi ixtisarın "xxxx"layihəsinin başa çatması və iş yükünün kəskin azalması səbəbindən aparılması, ixtisarla bağlı qanunvericiliyin tələ blərinə əməl edilməsinə istinad etmişdir. İş materiallarında olan 09.08.2018-ci il tarixli 1079/18 ir saylı əmrin və ona 01 saylı əlavənin surətlərindən aydın olur ki, iş həcminin azalması, müəssisədə idarəetmənin təkmilləşdirilməsi, izafi xərclərin qarşısının alınması, iş fəaliyyətinin optimallaşdırılması ilə əlaqədar 19 vəzifə üzrə 35 ştat vahidi ixtisar olunmuş, ixtisar edilən ştat vahidlərinin siyahısında iddiaçının işlədiyi SƏTƏM üzrə böyük administrator ştatı da qeyd olunmuşdur. Qeyd edilən əmrin 01 saylı əlavəsinin surətindən görünür ki, ixtisar edilən ştat vahidlərinin siyahısında SƏTƏM üzrə böyük administrator ştatı da qeyd olunmuşdur. Həmçinin, işin materiallarından görünür ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinin 11.2.2.2-ci bəndinə əsasən, ştatların ixtisarı işəgötürə n tərəfindən müqaviləyə xitam verilməsi hallarından biri kimi göstərilmişdir. İş materiallarında olan İddiaçı ünvanlanmış 16.08.2018-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə rəsmi xəbardarlığın surətindən görünür ki, «xxxx» MMC-nin 09.08.2018-ci il tarixli 1079/18 ir saylı əmrinə əsasən, İddiaçı işlədiyi SƏTƏM üzrə böyük adminstrator ştatı ixtisar edilmiş, buna görə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən xitam veriləcəkdir. Həmçinin, işçiyə Əmək Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulan hüquqları izah edilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən bu Məcəllə işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Həmin Məcəllənin 68-ci maddəsinin 1 və 2-ci bəndinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilir. Həmin Məcəllənin 77-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin «b» bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işə götürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Həmin Məcəllənin 77-ci maddəsinin 4-cü hissəsinə əsasən işəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqını n 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqından az olmamaqla əmək haqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. Qanunvericiliyin qeyd edilən normalarının təhlilindən aydın olur ki, işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Bu halda, işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl i şçi işəgötürən tərəfindən əmək müqaviləsinə uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq müəyyən müddətdə rəsmi xəbərdar edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, bu xarakterli mübahisənin qanuni həlli baxımından göstərilən əsasla əmək müqaviləsinə xitam verilərkən işçilər üçün müəyyən edilmiş təminatları aydınlaşdırmağı və iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən bu təminatlara əməl edilib-edilməməsinə diqqət yönəlməsi zəruri hesab olunur. Belə ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Mə hz bu baxımdan qanunvericilikdə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verərkən işçilər üçün müəyyən təminatlar müəyyən edilmişdir. Bu hal, həmçinin dövlətin vətəndaşların sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalmaq sahəsində sosial siyasətinin əsas istiqamətlərindən irəli gəlir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən işçilər üçün müəyyən edilmiş təminatlara tam əməl edilməsinə dair apellyasiya instansiyası məhkəməsinin nəticələri işin araşdırılmış hallarına uyğun olmuşdur. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə düzgün olaraq bu nəticəyə də gəlmişdir ki, qanunvericiliyin tələbləri cavabdeh (işəgötürən) tərəfindən gözlənilmiş, iddiaçı ixtisar olunması ilə bağlı cavabdehin qərarından məlumatlı olmuşdur. Belə ki, işin materiallarından görünür ki, ixtisar edilən ştat vahidlərinin siyahısında iddiaçının işlədiyi «SƏTƏM üzrə böyük administrator» ştatı da qeyd olunmuş, bu istiqamətdə iddiaçıya qanunla müəyyən edilmiş müddət nəzərə alınmaqla xəbərdarlıq bildirişi təqdim olunmuş (iddiaçı xəbərdarlıqla tanış olaraq, orada öz qeydlərini göstərmişdir), müddət bitdikdən sonra isə əmək müqaviləsi müvafiq əsasla xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçi lər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Normadan da göründüyü kimi, qanunvericilikdə əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilərkən işçinin peşəkarlıq səviyyəsinin məhz işəgötürən tərəfindən müəyyən edilməsi qaydası əks olunmuşdur. Lakin sözügedən hüquq normasının tətbiq edilməsi üçün mərhələli şəkildə bir neçə şərtə əməl edilməlidir: əvvəla, müvafiq müəssisədə faktiki olaraq işçilərin sayının azaldılması və ya ştatların ixtisarı həyata keçirilməlidir, daha sonra həmin müəssisədə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi üçün eyni ixtisas (peşə) üzrə bir neçə işçi çalışmalıdır. Məhz göstərilən şərtlər mövcud olduqda işəgötürən tərəfindən işçilərin peşəkarlıq səviyyəsinin müəyyən edilməsi həyata keçirilir. O da nəzərə alınmal ıdır ki, işçilərin sayı və ya ştatlarının ixtisarına normativ qaydada anlayış verilməsə də, işçilərin sayının ixtisarı konkret vəzifə üzrə ştat vahidinin azaldılması, işçilərin ştatlarının ixtisarı isə konkret vəzifənin müəssisənin ştat cədvəlindən çıxarılması kimi başa düşülür. Başqa sözlə, əgər işəgötürən tərəfindən hər hansı müəssisədə konkret vəzifə üzrə işləyən işçilərinin sayı azaldılırsa bu işçilərin sayının ixtisarına, ümumilikdə bir neçə işçinin çalışdığı vəzifələr ixtisar edilirsə bu, işçilərin ştatlarının ixtisarının aparılmasına dəlalət edir. Belə olan halda, müvafiq vəzifə ştat cədvəlindən çıxarıldığından, eyni vəzifədə və ixtisas üzrə işləyən, müqayisə aparılmalı olan başqa işçi(lər) olmur. Kollegiya qeyd edir ki, hazırkı mülki işdə Cavabdeh MMC üzrə 09.08.2018-ci il tarixli 1079/18 ir saylı əmri və ona edilmiş 1 saylı əlavəyə əsasən ixtisar edilən ştat vahidlərinin siyahısında SƏTƏM üzrə böyük administrator ştatı da qeyd edilmiş və həmin ixtisar əsasında qanunla müəyyən edilmiş xəbərdarlıq müddəti başa çatdıqdan sonra 05.11.2018-ci il tarixdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə 1201/18 ir saylı əmrlə xitam verilmişdir. Göründüyü kimi, iddiaçı ilə əmək müqaviləsinin xitamı işçilərin sayının azaldılması ilə deyil, məhz ştat ixtisarı əsasında həyata keçirilmişdir. Belə olan halda, işin materiallarına əsasən iddiaçının vəzifəsi (ştatı) ixtisar edilərkən onunla eyni vəzifədə və ixtisasda başqa şəxslər olmadığından, iddiaçının tutduğu vəzifə (SƏTƏM üzrə böyük administrator) üzrə yalnız bir ştat vahidi mövcud olduğundan işəgötürən tərəfindən ƏM-nin 78-ci maddəsi nə uyğun işçilərin peşəkarlıq səviyyəsinin və üstünlük hüququnun müəyyən edilməsinə zərurət olmamışdır. Belə olan halda iddiaçının “peşəkarlıq səviyyəsinin müəyyən edilməməsi” ilə, eləcə də, onun vəzifəsinin ixtisar edilmiş digər ştat vahidləri ilə bağlılığı olmamasına, digər işçilərə münasibətdə iş stajının və peşəkarlığının daha çox olması səbəbindən də işdə saxlanılmalı olmasına, həmçinin də ona başqa işin təklif olunmamasını dair mövqeyini (kassasiya şikayətinin dəlillərini) kollegiya əsassız sayır. Kollegiya həmçinin iddiaçının tələbinin faktiki əsası qismində göstərdiyi digər hallarla bağlı apellyasiya instansiyası məhkəməsinin əmək qanunvericiliyinin işəgötürənin üzərinə ixtisar olunan işçiyə başqa işin təklif olunması kimi vəzifə qoymamasına dair qənaəti ilə də razılaşır. Belə ki, Əmək Məcəlləsinin 71-ci maddəsinin 1-ci hissəsinin məzmunu və legitim məqsədindən göründüyü kimi, qanunverici işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən işəgötürən tərəfindən məhz bu Məcəllə ilə müəyyən edilmiş tədbirlərin görülməsini nəzərdə tutmuşdur. Bu baxımdan, Əmək Məcəlləsində bu əsasla əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən sayı azaldılacaq və ya ştatları ixtisar olunacaq işçilərin vəzifə və peşəsinə uyğun başqa işlə təmin olunmasına dair qayda öz əksini tapmamışdır. Belə olan halda, kollegiya Cavabdeh MMC-nin tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən sonuncunun başqa işlə təmin olunmamasını Əmək Məcəlləsinin pozuntusu kimi qiymətləndirilə bilməməsinə dair apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməsinə davam edərək həmçinin hesab edir ki, iddiaçı şikayətində işdən çıxarılmasının səbəbi kimi ştatların ixtisar olmasını deyil, onun şikayətləri və etirazlarının olmasını göstərsə də, bununla bağlı, eləcə də, mənəvi ziyanla bağlı mənəvi sarsıntılar keçirməsi, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri barədə mötəbər sübutları işə baxan məhkəmələrə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Göründüyü kimi, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilm əsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xü susi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Kollegiyanın qənaətinə görə apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının cavabdeh tərəfindən ayrı-seçkiliyə, daimi təzyiqə məruz qalması, habelə ona qarşı Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci (şəxsi və ailə həyatına hörmət hüququ), 10-cu (fikri ifadə etmək azadlığı) və 14-cü (ayrı-seçkiliyin qadağan olunması) maddələrinin pozuntusuna yol verilməsi barədə dəlilləri öz təsdiqini tapmamış və sübuta yetirilməmişdir. Həmçinin həmin dəlillərin cavabdeh t əşkilatda əmək müqaviləsi üzrə 16 ildən artıq işləmiş, dəfələrlə əmək haqqı artırılmış, 2 dəfə vəzifədə irəli çəkilmiş iddiaçıya münasibətdə inandırıcı və ağlabatan görünməməsinə dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə də kollegiya razılaşır. Məhkəmə kollegiyası daha sonra hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin araşdırma zamanı cavabdeh tərəfindən iddiaçıya qarşı hər hansı hüquqa zidd hərəkətə yol verməsinin aşkar edilmədiyini və iddia tələbinin “əmrin etibarsız hesab edilməsi və işə bərpa” hissəsində təmin olunmadığını nəzərə alaraq iddia tələbinin 20022018-ci ilə aid ödənilməli olan, lakin ödənilməyən 214000 ABŞ dolları məbləğinin, həmçinin məcburi iş buraxmaya görə əmək haqqının hissələrində də rədd edilməli olmasına dair nəticəsi də qanuni və əsaslı olmuşdu r. Belə ki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi tərəflər arasında əmək müqaviləsi ilə müəyyən edilmiş əmək haqqının, habelə son haqq-hesabın cavabdeh tərəfindən ödənilməsi tərəflər arasında mübahisə doğurmur və iş materiallarında olan bank hesabı çıxarışları ilə təsdiq olunur. Həmçinin də iş materiallarında olan Cavabdeh MMC-nin 13.02.2019-cu il tarixli məktubuna əsasən, xarici şirkətlərlə bağlanmış heç bir müqavilədə işçi adı, ona ödəniləcək əmək haqqının məbləği ilə bağlı tərəflərin razılaşdığı bir müddəa nəzərdə tutulmamış, Cavabdeh MMC üçün heç bir öhdəlik müəyyən edilməmişdir. Belə olan halda iddiaçının ona layihələrdə ayrıca məbləğin nəzərdə tutulması barədə dəlilləri öz təsdiqini tapmadığından və qanunvericiliyə zidd olduğundan ə sassız hesab olunmalı olmasına dair apellyasiya instansiyası məhkəməsinin nəticəsini məhkəmə kollegiyası qanuni və əsaslı sayır. Kollegiya həmçinin həmin məsələlər üzrə fərdi əmək mübahisəsinin həll edilməsi üçün nəzərdə tutulmuş iddia müddəti otürülməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə də razılaşır. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, əmək qanunvericiliyi əmək hüquqlarının müdafiəsi üçün müddətlər müəyyən etmişdir və həmin müddətlər ərzində də səlahiyyətli şəxslər öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilərlər. Bu müddət, yəni iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. İddiaçı 2002-2018-ci ilə aid ödənilməli olan, lakin ödənilməyən 214000 ABŞ dolları pul vəsaitini tələb etmişdir. Halbuki, iddiaçı keçən illərdə müvafiq pul vəsaitlərini almadığı təqdirdə 1 il müddət ərzində məhkəməyə müraciət edə bilərdi. Lakin, iddiaçı ke çən uzun müddət ərzində məhkəməyə müraciət etməmiş, bununla da müddəti ötürmüşdür. Qeyd edilənlərə əsasən məhkəmə kollegiya bu qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin iddiaçının işdən azad olunması ilə bağlı əmrin qanunsuzluğuna əsas olan hər hansı hal müəyyən olunmadığı üçün iddia tələbinin “əmrin qanunsuz hesab edilməsi və işə bərpa” hissəsi əsassız olduğundan təmin edilməməsinə dair nəticəsi işin araşdırılmış hallarına tam uyğun olmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı maddi və prosessual hüquq normalarının tələblərinin pozulması hallarına yol verilməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halla rın müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun id diasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək mübahisələndirilən əmrin əmək qanunvericiliyinin tələblərinə uyğun olmasına, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilm əməsinə dair düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218, 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməyərək mahiyyəti üzrə düzgün qətnamə qəbul etmişdir. Buna görə də kassasiya şikayətində göstərilən dəlillər isə əsassız olduğu üçün hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın iş üzrə 29 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar