Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-695/2021 11.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh və X2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: evə köçürülmə tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı vəkili X9 iştirakı ilə, Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-622/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən üçüncü şəxs Dövlətov Rübail Ələddin oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə A li Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Ərastun qızı cavabdehlər Cavabdeh və X2 qarşı Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından xx xxxxxx 2013-cü il tarixdə doğulmuş Həşimova Zeynəb Möhübbət qızı ilə birlikdə cavabdehlər Cavabdeh və X1 yaşadıqları və onun qeydiyyatda olduğu Biləsuvar şəhəri Meliorator qəsəbəsi H.Əliyev küçəsi ev 12 “B” mənzil 2 ünvanında yerləşən evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində dindirilmiş İddiaçı Ərastun qızı izahatında göstərmişdir ki, o, Cavabdeh ilə xx xxxxxxxx 2011-ci il tarixdə rəsmi nikaha girərək ailə qurmuşlar, onların həmin nikahından xx xxxxxx 2013-cü il tarixdə doğulmuş Zeynəb adlı uşaqları vardır. A ralarında olan nikah qeydi Biləsuvar Rayon Məhkəməsinin xx xxxx 2019cu il tarixli, 2(022)362/2019 saylı qətnaməsi ilə pozulmuşdur. Məhkəmənin qətnaməsinə əsasən birgə nikah dövründə doğulmuş Zeynəb adlı uşaqın onun yanında qalması müəyyən edilmiş və uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün sabit pul məbləğində aliment müəyyən edilmişdir. Onlar birgə nikah dövründə birlikdə Biləsuvar şəhəri Meliorator qəsəbəsi H.Əliyev küçəsi ev 14 mənzil 2 ünvanında qeydiyyata alınmaqla cavabdehlər ilə birlikdə yaşamışdır. Hazırda da Biləsuvar şəhəri Meliorator qəsəbəsi H.Əliyev küçəsi ev 14, mənzil 2 ünvanında pasport qeydiyyatındadır. Nikahları pozulduqdan sonra o, Cəlilabad rayonu Təzəkənd kəndində olan ata evində məskunlaşmışdır. Onun cehiz əmlakları hal-hazırda da cavabdehlərin yaşadığı, Biləsuvar şəhəri Meliorator qəsəbəsi H.Əliyev küçəsi ev 14 mənzil 2 ünvanında qalmışdır. Onun şəxsi evi yoxdur, himayəsində olan bir azyaşlı uşağı ilə birlikdə həmin evə köçərək orada yaşamaq istəyir. Qanunun tələblərinə və digər əsaslara görə onun Biləsuvar şəhəri Meliorator qəsəbəsi H.Əliyev küçəsi ev 14 mənzil 2 ünvanında yerləşən evə cavabdehlə birgə nikahlarından xx xxxxxx 2013-cü il tarixdə doğulmuş Zeynəb adlı uşağı ilə köçürülməklə, yaşayış hüququ tanınmalıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Biləsuvar rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim P.Əhmədov, iş № 2(022)-825/2019) İddiaçı cavabdehlər Cavabdeh və X2 qarşı Cavabdeh ilə birgə nikahlarından xx xxxxxx 2013-cü il tarixdə doğulmuş Həşimova Zeynəb Möhübbət qızı ilə birlikdə cavabdehlər Cavabdeh və X1 yaşadıqları və onun qeydiyyatda olduğu Biləsuvar şəhəri Meliorator qəsəbəsi H.Əliyev küçəsi ev 12 “B”, mənzil 2 ünvanında yerləşən mənzilə köçürülmələri tələbinə dair iddiası rədd edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı Ərastun qızı və Cavabdeh arasında xx xxxxxxxx 2011-ci il tarixdə bağlanmış nikah pozulmuşdur. Qeyd edilməlidir ki, cavabdehlər Cavabdeh və X5 hazırda Biləsuvar şəhəri B.Vahabzadə küçəsində yaşayırlar. Mübahisəli mənzilin yerləşdiyi ünvan hazırda başqa şəxsin - X4 mülkiyyətində və ya qanuni sahibliyindədir. İddiaçı Ərastun qızının izahatına əsasən mübahisəsiz hal olaraq müəyyən edilmişdir ki, tərəflər arasında nikah pozulduqdan sonra iddiaçı Cəlilabad rayonu Təzəkənd kəndində olan ata evində məskun laşmış, mübahisəli ünvanda yalnız iddiaçının cehiz əmlakları qalmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırda mübahisəli mənzilə İddiaçı Ərastun qızının xx xxxxxx 2013-cü il tarixdə doğulmuş Həşimova Zeynəb Möhübbət qızı ilə köçürülmələri üçün hər hansı hüquqi əsas yoxdur və buna görə də hazırkı iddia tələbi rədd edilməlidir. Birinci instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddəsini tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiy i halları sübut etməlidir. Apelyasiya instansiyası məhkəməsində icraat Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Q.Kərimov (sədrlik edən və məruzəçi), Z.Babayev və N.Mirzəyev, iş № 2(106)-622/2020 ) İddiaçı Ərəstün qızı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Biləsuvar Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(022)825/2019 saylı qətnaməsi İddiaçı Ərəstün qızı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən ləğv edilmiş, iddia təmin edilərək, İddiaçı Ərəstün qızı, xx xxxxxx 2013-cü il tarixdə anadan olmuş Zeynəb adlı qızı ilə birlikdə Biləsuvar şəhəri, H.Əliyev küçəsi, 12 “B” saylı evin 2 saylı mənzilinə köçürülməsi qət edilmişdir. Apelyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, Biləsuvar RİHB Biləsuvar rayon Mənzil təsərrüfatı təmir istismar istehsalat sahəsinin xx xxx 2020-ci il tarixli məktubuna görə, idarənin hesabında olan (keçmiş Melioratorlar qəsəbəsi) H.Əliyev küçəsində yerləşən 14 saylı evin, 2 saylı mənzili DƏDRX-nin tərtib etdiyi sxem-xəritəyə əsasən hal-hazırda Biləsuvar şəhəri, H.Əliyev küçəsi, ev 12, mənzil 2 kimi qeydə alınmışdır. 1992-1993-cü il Mənzil İstismar Sahəsi 14 saylı evin, 2 saylı mənzili 56 saylı orderə əsasən X13 istifadəsində olduğu qeydə alınmışdır. Həmin qeydiyyat kitabından çıxarış məktuba əlavə olunur. 2019-cu ildə mənzil notariat qaydada alqı-satqı yolu ilə Dövlətov Rübalil Ələddin oğlunun adına rəsmiləşdirilmidir. DƏDRX-nin ******* saylı çıxarışda həmin ev 12 “A” saylı göstərilmiş və hal-hazırda mənzildə yaşayış yoxdur. Biləsuvar şəhəri, H.Əliyev küçəsi ev 12 “B”, mənzil 2 ünvanda yerləşən mənzilin alqısatqı müqaviləsinin təsdiq edilməsinə dair notariat işinin Şirvan Apelyasiya Məhkəməsinə ünvanlanmış sənədlərə görə, X14 adına verilmiş 56 saylı orderdə göstərilən 2 saylı mənzil xx xxxx 2019-cu il tarixdə DƏDRX-nin 8 saylı Əİ tərəfindən verimiş RX-çıxarışa əsasən X8 adına verilmiş 2 saylı mənzil Orderdə göstərilən mənzildir. Odur ki, həmin mənzilin halhazırki ünvanı Biləsuvar şəhəri, H.Əliyev küçəsi ev 12 “B”, mənzil 2 kimi qəbul edilməsi xahiş olunmuşdur. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı Ərastun qızı cavabdehlər Cavabdeh və X2 qarşı olan iddiasında Cavabdeh ilə birgə nikahlarından xx xxxxxx 2013cü il tarixdə doğulmuş Həşimova Zeynəb Möhübbət qızı ilə birlikdə cavabdehlər Cavabdeh və X1 yaşadıqları və onun da haz ırda qeydiyyatda olduğu Biləsuvar şəhəri Meliorator qəsəbəsi H.Əliyev küçəsi ev 14 saylı evin, hazırda, ünvanın dəyişdirilməsi səbəbindən, ev 12 “B” olması halını aydınlaşdırmadan, əsassız olaraq iddia tələbinin təmin olunmamasına dair nəticəyə gəlmişdir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı Ərastun qızının xx xxxxxx 2013-cü il tarixdə doğulmuş Həşimova Zeynəb Möhübbət qızı ilə birlikdə qeydiyyatda olduğu Biləsuvar şəhəri Meliorator qəsəbəsi H.Əliyev küçəsi ev (keçmiş 14 saylı evin) hazırda 12 “B” saylı evin 2 saylı mənzilinə köçürülməsinə dair qətnamə qəbul edilməlidir. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, mübahisəli mənzil orderə əsasən hazırda vəfat etmiş X17, ailə üzvlər olan arvadı X6 və qızı X10 verilmişdir. Sonradan həmin mənzil, yəni hazırk i mübahisə ərəfəsində X8 adına özəlləşirilmiş və xx xxxx 2019-cu il tarixdə Dövlətov Rübail Ələddin oğluna satılmışdır. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı Ərastun qızı hələ mənzil özəlləşdirilmədən öncə mənzil kirayəçisinin və onun ailə üzvlərinin razılığı ilə ailə üzvü statusunda həmin mənzilə köçürülmüş və iddiaçı onlarla birlikdə ümumi təsərrüfat aparmış, orda onun bir qızı anadan olmuşdur. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası MM-nə əsasən Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti ol mayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər (68.1), Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar (68.2), Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sos ial kirayə müqaviləsində göstərilməlidirlər (68.3), Vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. (68.4). Mənzil Məcəlləsinə uyğun olaraq - Kirayəçinin öz ailə üzvlərini (arvadını (ərini), uşaqlarını və valideynlərini) sosial kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə köçürmək hüququ vardır (69.1), Kirayəçinin yetkinlik yaşına çatmış öz ailə üzvlərinin, o cümlədən müvəqqəti başqa yerə getmiş ailə üzvlərinin və kirayəyə verənin yazılı razılığı ilə digər vətəndaşları onunla birlikdə yaşayan ailə üzvləri kimi sosial kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə köçürmək hüququ vardır. Kirayəyə verən vətəndaşların kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri kimi köçürülməsini o halda qadağan edə bilər ki, onların köçürülməsi nəticəsində müvafiq yaşayış sahəsinin ailə üzvlərinin adambaşına düşən ümumi sahəsi uçot normasından az olsun (69.2), Vətəndaşların kirayəçinin ailə üzvləri kimi yaşayış sahəsinə köçürülməsi yaşayış sahəsinin sosial kirayə müqaviləsində kirayəçinin yeni ailə üzvünün qeyd olunması zəruriliyi hissəsində dəyişikliyə səbəb olur (69.3). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əl də edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ bəndinə əsasən İnsan və Vətəndaş Hüquqlarının və Azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Konstitusiyasının 43-cü maddəsinin İ bəndinə görə isə heç kəs yaşadığı mənzildən məhrum edilə bilməz. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddəsini tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi isti nad etdiyi halları sübut etməlidir. Apellyasiya instansiya məhkəməsi mübahisəli mənzilin tərəflər arasında mübahisə olan dövrdə Cavabdeh bacısı X8 adına özəlləşdirilərək və qısa müddət ərzində, yəni xx xxxx 2019-cu il tarixdə Dövlətov Rubail Ələddin oğluna satılması halını cavabdehlərin İddiaçı mübahisəli mənzilə köçürülməsinin qarşısını alınması üçün yaradılmış süni maneə kimi qiymətləndirmişdir. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı Cavabdeh yaşadığı mənzilə qeyd şərtsiz köçmüşdür. Bu zaman o, həmin evdə yaşayan şəxslər tərəfindən iddiaçı ailə üzvü kimi qəbul edilmişdir. Qeyd edildiyi kimi iddiaçı uzun müddət həmin evdə yaşamış cavabdeh və onun valideynləri ilə birlikdə orada ümumi təsərrüfat aparmışdır. Bu hal isə öz növbəsində İddiaçı həmin evdə yaşaması üçün hüquq i əsasdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Üçüncü şəxs Dövlətov Rübail Ələddin oğlu (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-622/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş edir. Biləsuvar Rayon Məhkəməsində İddiaçı Biləsuvar şəhər H.Əliyev küçəsi ev 14, mənzil 2-yə köçürülməsi tələbi irəli sürülsə də, məhkəmə qətnamədə göstərir ki, guya İddiaçı Biləsuvar şəhər H.Əliyev küçəsi ev 12 B mənzil 2-yə köçürülmə tələbi irəli sürmüşdür. Onun aldığı mənzil Səmayə Hüseynovaya məxsus ol muşdur. O, mənzili həmin şəxsdən almışdır. Həmin mənzilin Şərqiyyə Həşimova və Cavabdehya heç bir aidiyyatı olmamışdır. Əgər belə bir sənəd olsa məhkəmə qətnaməsində göstərilərdi. Məhkəmə qətnaməsində göstərir ki, dəvət olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. O, məhkəmə iclasına çağrılmamışdır, çağrılmış olsa idi, iştirak edə və mülkiyyət hüququnu müdafiə edərdi. Məhkəmə tərəfindən ona məlumat verilmədən, fikri dinlənilmədən, işə baxmış və mülkiyyət hüququ pozulumuşdur. Məhkəmə nəzərə almamışdır ki, evin ilkin sənədlərində, yəni orderdə İddiaçı adı belə yoxdur. Şərqiyyə Həşimova isə Cavabdeh xalasıdır. Evin ilkin mülkiyyətçisi isə Səmayə Hüseynovadır. Buradan belə sual çıxır ki, Möhübbət və Şərqiyyə Həşimovalar kimdirlər və hansı hüquqla mübahisə predmeti olan evə adam köçürü rlər. Evi aldığı Səmayə Hüseynova Möhübbət və İddiaçıların qohumluq dərəcəsi ilə ata və anası olmadığı halda necə həmin evə adam köçürmüşdür. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı vəkili X18 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-622/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. M əhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərə findən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməli, Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-622/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Üçüncü şəxs Dövlətov Rübail Ələddin oğlu kassasiya şikayətində apellyas iya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsasları kimi ona istinad etmişdir ki, işə baxılmasına cəlb olunmamış, məhkəmə iclasının vaxtı və yeri barədə ona məlumat verilməmiş və faktiki olaraq iddiaçı onun mülkiyyətində olan və aid olmayan mənzilə köçürülmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələr maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmamışdır. İlkin olaraq qeyd edilməlidir ki, iddiaçı ilkin iddia tələbində Biləsuvar şəhəri Meliorator qəsəbəsi H.Əliyev küçəsi ev 12 “B” mənzil 2 ünvanında yerləşən evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra apellyasiya icraatı zamanı iddia tələbini dəqiqləşdirərək Biləsuvar şəhər H.Əliyev küçəsi 12 saylı evin 2 saylı mənzilinə köçürü lməsini xahiş etmişdir. Yaramış vəziyyətdə məhkəmələrin ilkin olaraq yoxlamalı və aydınlaşdırılmalı olduğu məqam iddiaçının köçmək istədiyi evin üçüncü şəxsin mülkiyyətində olan evlə eyni ev olması ilə əlaqədar olmalı idi. Belə dəqiqləşdirmə isə faktiki olaraq bələdiyyə və ərazi icra nümayəndəsinin vermiş olan arayışlarla deyil, müvafiq olaraq daşınmaz əmlak üzrə hüquqların qeydə alan orqandan alınmış qeydiyyatla bağlı sənədlər əsasında müəyyən edilməli idi. (özəlləşdirməyə təqdim edilən sənədlər, ünvanın dəyişməsinə əsas olan sənəd, faktiki olaraq orderdə olan ünvanla reyestrdə qeyd olunmuş ünvanların fərqli olmasının səbəbləri, iddiaçının tələblərində olan ünvanlarda yerləşən evin və ya evlərin eyni ev olması) 3-cü şəxsin kassasiya şikayətində olan dəlillərindən digərləri isə mübahisəli evi xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi əsasında X7 almasından, iş üzrə cavabdehlər olan Cavabdeh və X3 həmin evə aidiyyatının olmamasından və mənzilin onun mülkiyyətində olması səbəbində iddiaçının oraya köçürülməsinin mümkünsüz olması ilə bağlı olmuşdur. Məhkəmə kollegiyası mübahisəsiz olaraq müəyyən edir ki, Biləsuvar şəhər H.Əliyev küçəsi 12 saylı evin 2 saylı mənzilini Dövlətov Rübail Ələddin oğlu xx.xx.2019-cu ilə alqısatqı müqaviləsi əsasında Səmayə Hüseynovadan almışdır. Hazırkı iddia ərizəsi isə xx xxxx 2019-cu il tarixdə məhkəməyə daxil olmuşdur. Belə olan halda və iddiaçının köçmək istədiyi ev məhz Dövlətov Rübail Ələddin oğlunun alqı-satqı müqaviləsi əsasında əldə etdiyi evin olması halında onun tələbə cavab verməli olan şəxs olması aşkar olmuşdur. Məhkəmə kollegiyas ı hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəli evin işə baxılarkən başqa şəxs tərəfindən (Dövlətov Rübail Ələddin oğlunun) alqı-satqı müqaviləsi əsasında əldə etməsini nəzərə almamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli ev birinci instansiya məhkəməsinin qətnaməsinin qəbul olunmasından əvvəl faktiki olaraq özgəninkiləşdirilməsi halında əldə edən şəxsin işə cəlb olunması məcburi olmuşdur. Çünki qəbul oulnmuş qətnamənin həmin şəxsin maraqlarına toxunması aşkardır. Apelyasiya instansiya məhkəməsi tərəfindən xx xxxx 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında Dövlətov Rübail Ələddin oğlunun maraqlı şəxs qismində işə cəlb edilməsi məqsədi ilə məhkəmə iclası xx xxxx 2020-cxi il tarixə təyin olunmuşdur. Həmin tarixdə və bundan sonra xx.xx.2020-ci il tarixə, xx xxxx 2020-ci il tarixə təyin olunmuş məhkəmə iclaslarında Dövlətov Rübail Ələddin oğlunun hər hansı prosessual şəxs qismində işə cəlb olunması barədə qərar qəbul olunmamışdır. Buna baxmayaraq həmin şəxsə ünvanlanan bildirişlər iş materiallarına əlavə edilmişdir. Lakin həmin bildirişlərin göndərilməsi və göndərilən şəxsə çatmasını təsdiq edən hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. Bundan isə aşkar olaraq müəyyən olunur ki, bildirişlərin iş materiallarına əlavə olunmasına baxmayaraq ünvanlanan şəxsə göndərilməmişdir. Bu halda isə işə formal olaraq bildirişlərin əlavə olunması həmin şəxsin işin icraatına cəlb olunması və məhkəmə iclasları ilə bağlı məlumatlandırılması anlamına gəlmir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlməmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, MPM-in 57, 88, 217, 218, 372.1-ci maddələrinin tələblərinə riayət edilməmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdur. Ona görə də, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kollegiya hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərba ycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Üçüncü şəxs Dövlətov Rübail Ələddin oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-622/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün həmin apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.