Məhkəmə qərarları › İş №2(102)-695/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-695/2022

25.01.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-695/2022 25.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh və iddiaçı Cavabdehlər İddiaçı və qeyrilərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsindən çıxarma, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1233/2021 nömrəli iş üzrə 14 sentyabr 2021-ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş kasasiya şikayət i üzrə işə 25 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən məcburi çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan Mingəçevir şəhəri H.Əliyev prospekti 2-ci dalan, 9 saylı ərazidə yerləşən 0,03 hektar torpaq sahəsindən Cavabdeh məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdehlər İddiaçı və X15, Mingəçevir şəhər ASAN xidməti Mərkəzinin notariat ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə (bundan sonra DƏDRX-in 17 saylı Yevlax Ərazi İdarəsi) qarşı “4Ə-833 reyestr nömrəsi ilə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış çıxarışın ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən 4Ə-833 reyestr nömrəsi ilə bağlanmış alqı-satqı müqaviləsnin etibarsız hesab edilməsi və ********** nömrə ilə qeydə alınmış çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən 0.03 hektar torpaq sahəsini o, X9 2019-cu ilin sentyabr ayında almışdır. Həmin torpaq sahəsini 2020-ci ilin iyun ayının 16-da qanuni yolla rəsmiləşdirmişdir. Həmin torpaq sahəsi DƏDRXin 17 saylı Yev lax Ərazi İdarəsi tərəfindən verilmiş ********** saylı çıxarış əsasında onun tam mülkiyyətinə verilmiş, lakin o, mülkiyyətində olan mübahisəli torpaq sahəsindən istifadə etmək hüququndan məhrum olunmuşdur. Belə ki, Cavabdeh onun torpaq sahəsinə qanunsuz olaraq girərək həmin torpaq sahəsində sənədsiz evdə yaşayır. O, dəfələrlə Cavabdeh mübahisənin könüllü həlli üçün müraciətlər etmişdir. Lakin Cavabdeh onunla heç cür razılaşmayaraq qeyd etdiyi mülkiyyətində olan torpaq sahəsinə qeyri-qanuni olaraq Bərdə rayon Asan Xidmət mərkəzində alqı-satqı etməsi barədə sənədinin olmasını bildirib torpaq sahəsindən çıxmaq istəmir. İddiaçı Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 11.05.2020-ci il tarixdə Bərdə ASAN xidmətinin mərkəzi notariat kontorunda AN-1 saylı ******* saylı da şınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında tam mülkiyyət hüququ ilə X15 məxsus olan ünvan 2 ünvanda yerləşən 0,03 hektar torpaq sahəsini almışdır. Alqı-satqı müqaviləsinə mülkiyyətçinin əvəzinə etibarnamə üzrə nümayəndəsi X24 imza etmişdir. Pandemiya dövrü olduğundan o, sənədləri təqdim edə bilmədiyinə görə çıxarış ala bilməmişdir. Lakin mübahisəli torpaq sahəsi faktiki onun istifadəsinə verildiyindən, o, 10.06.2020-ci il tarixdə ailə üzvləri ilə birlikdə həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə köçmüşdür. O, orada yerləşən yarımçıq yaşayış evində hasarlama işləri, məhləyə tamet vurdurmuşdur. Həmin vaxt apardığı cari təmir işlərinə təxminən 7000 manatdan artıq xərc çəkmişdir. İyul ayının əvvəlində 3 nəfər tanımadığı şəxslər evə daxil olmuşlar. Bildirmişlər ki, bu evə dair DƏDRX-dən çıxarışı var və nəvələrinə görə onlara möhlət qoyub evdən çıxartmır. Bu evi almışlar və bura dair alqı-satqı müqaviləsini və çıxarışı göstərdi. Məhəmməd adlı şəxs bildirdi ki, onlar notariusa gedəndə məlum oldu ki, doğurdan da 10.06.2020-ci il tarixdə evin mülkiyyətçisi X22 onlara alqı-satqı ilə satdığı evi təkrarən Mingəçevir şəhər Asan xidmət mərkəzinin notariat ofisində İddiaçı satmışdır. Halbuki, onda olan alqı-satqı müqaviləsinin 17-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və müddəalar tərəflər üçün məcburidir. Həmin müqavilənin 18-ci maddəsinin müqaviləyə dəyişiklik və əlavələr olunması, yaxud onun ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. X4 müqavilənin ləğvi haqda ona nə yazılı, n ə şifahi məlumat verməmişdir. O, Asan xidmətdə bu məlumatı yoxlatmış və görmüş ki, həqiqətən bu Asan xidmətdə 4Ə-833 reyestr nömrəsi ilə bağlanmış alqı-satqı müqaviləsi rəsmləşdirilib. Beləliklə də, X28 bilərəkdən, dələduzluq edərək əvvəlcədən evi cavabdehə satmış, sonradan bu alqı-satqı haqda məlumatı olan İddiaçı təkrarən satmışdır. İddiaçı atası Nümayəndə hər gün evinə gələrək ona hədə-qorxu gəlir, deyir, get Yavər Qasımovdan pulunu al, yada evdən çıx, bu saat 102-yə yığıb səni evdən çölə tökəcəm. Bunun nəticəsi olaraq o, əsəb gərginliyi keçirmiş və xəstələnmişdir. Hesab edir ki, ilkin iddiaçının tələbi əsassızdır. Çünki, o, qanunla müəyyən olunmuş qaydada notariusda təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında nağd şəkildə vəsait ödəməklə daşınmaz əmlakı almışdır. Lakin ilkin iddiaç ı Yavərlə arasında olan borc müqaviləsini pərdələmək üçün yalan əqd bağlamışdır. Ona görə də ilkin iddiaçı ilə qarşılıqlı iddia üzrə cavabdeh X22 arasında bağlanmış alqı-satqı müqaviləsi bağlandığı andan etibarsıızdır. Eləcə də həmin alqı-satqı müqaviləsi əsasında ilkin İddiaçı adına verilmiş ********** qeydiyyat nömrəli çıxarış ləğv edilməlidir. Mingəçevir Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 16.03.2021-ci il tarixli, 2(051)-152/2021 saylı qətnaməsi ilə (hakim Nemət Paşayev) ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, X22 ilə İddiaçı arasında Mingəçevir şəhəri H.Əliyev prospekti, 2-ci dalan, 9 ünvanda yerləşən, yaşayış məntəqələrinə aid 0,03 ha torpaq sahəsinə dair 10.06.2020-ci il tarixdə Mingəçevir “ASAN” xidmət mərkəzinin notariat ofisi ndə bağlanmış 4Ə-833 reyestr nömrəsi ilə qeydə alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən 16.06.2020-ci il tarixdə verilmiş, Mingəçevir şəhəri H.Əliyev prospekti, 2-ci dalan, 9 ünvanda yerləşən, yaşayış məntəqələrinə aid 0,03 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun ********** nömrə ilə qeydiyyata alınmasına dair **********06 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, məhkəmə iş materiallarının tam v ə hərtərəfli araşdırılması nəticəsində müəyyən etdi ki, qarşılıqlı iddia üzrə cavabdeh X2 şəhəri, H.Əliyev prospekti 2-ci dalanda yerlşən mübahisəli 0.06 hektar yaşayış məntəqələrinə aid torpaq sahəsi üzərində təxminən 2016cı ildə mülkiyyət hüququ əldə etmişdir. O, həmin mübahisəli torpaq sahəsini 26.000 manata X1 ilə bağlı razılığa gəlmişdir. X24 10.000 manatı ödəmiş, lakin Elgün Məmmədova 16.000 manat borcu qalmışdır. X24 həmin torpaq sahəsini 0.03 hektar olmaqla iki hissəyə bölərək, hər bir torpaq sahəsində satmaq məqsədilə fərdi yaşayış evi inşa etmişdir. Həmin evlərin tikilməsi zamanı ilkin İddiaçı atası Nümayəndə nisyə tikinti materialları götürmüşdür. Ona görə də Yavər Qasımovun sonuncuya 22.000 manat borcu yaranmışdır. X24 evləri satıb həm Elgün Məmmədovun, həm də Nümayəndə borcunu qaytaracağına söz vermişdir. Ona görə də X22 1-ci 0.03 hektarda yerləşən fərdi yaşayış evinin satılması üçün X11 etibarnamə vermişdir. Sonuncu da evi 47.000 manata satmış və X3 16.000 manat borcunu, həmçinin Yavər Qasımovun ona olan borcunun 12.000 manat hissəsini ödəmişdir. Yenə də X23 Əliyevə 14.500 manat borcu qalmışdır. Nümayəndə borcunu tələb etdiyinə görə Yavər Qasımov 2020-ci ilin aprel ayında ikinci 0.03 hektar torpaq sahəsini və orada inşa etdiyi tikilini satmaq qərarına gəlmişdir. Ona görə də qarşılıqlı iddia üzrə cavabdeh X9 etibarnamə və arvadından razılıq ərizəsi almışdır. Ondan sonra X24 cavabdeh X12 adından imza etməklə mübahisəli torpaq sahəsini 11.05.2020-ci il tarixdə Bərdə “ASAN” xidmət mərkəzinin notariat ofisində təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında 10.000 ma nata ilkin iddia üzrə Cavabdeh satmışdır. Həmin tarixdən də mübahisəli torpaq sahəsi və orada yerləşən tikiliyə Cavabdeh sahiblik etməklə yanaşı, ondan təyinatına uyğun olaraq istifadə etmişdir. Belə ki, Cavabdeh mübahisəli torpaq sahəsində yerləşən tikilini təmir etdirərək, ailəsi ilə birlikdə oraya köçmüşdür. Hazırda da mübahisəli torpaq sahəsi Cavabdeh sahibliyindədir. Ondan sonra Qasımov Yavərlə ilkin İddiaçı atası Nümayəndə arasında borca görə mübahisə yaranmışdır. Nümayəndə Yavər Qasımovdan borcunu almaq üçün qarşılıqlı iddia üzrə cavabdeh X22 tərəfindən digər oğlu Elxan Əliyevin adına birinci 0.03 hektar torpaq sahəsinin və üzərində olan tikilinin satılması üçün verilmiş 17.11.2019-cu il tarixli etibarnamədən istifadə etməklə mübahisəli 0.03 hektar torpaq sahəsini iş üzrə ilkin iddi açı olan oğlu İddiaçı adına alqı-satqı etmək qərarına gəlmişdir. Lakin həmin vaxt Elgün Məmmədovun arvadının razılığı tələb olunduğundan, Nümayəndə məqsədinə nail ola bilməmiş, lakin sonradan Elgün Məmmədova digər vasitələrlə təzyiq etmək yolu ilə razılıq ərizəsini almışdır. Ondan sonra Nümayəndə göstərişi ilə Elxan Əliyevin adına olan 17.11.2019-cu il tarixli etibarnamədən istifadə etməklə 10.06.2020-ci il tarixdə Mingəçevir “ASAN” xidmət mərkəzinin notariat ofisində təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında X12 mülkiyyətində olan mübahisəli 0.03 hektar torpaq sahəsini 4.000 manata ilkin iddia üzrə İddiaçı satmışdır. Həmin alqı-satqı müqaviləsi əsasında İddiaçı torpaq sahəsi üzərində tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Yavər Qasımovla aral arında olan borc məsələsi həll olunmadığına görə Nümayəndə ilkin iddia üzrə Cavabdeh torpaqdan çıxarılmasını tələb etmişdir. Məhkəmə həmçinin müəyyən etdi ki, ilkin iddia üzrə Cavabdeh mübahisəli torpaq sahəsini öz yaşayış ehtiyacını təmin etmək məqsədi ilə əldə etmiş, lakin bəzi problemləri olduğuna görə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almamışdır. Bununla belə hazırda da mübahisəli torpaq sahəsi və onun üzərində inşa edilmiş tikili onun sahibliyində və istifadəsindədir. İlkin İddiaçı isə mübahisəli torpaq sahəsini Yavər Qasımovun atası Nümayəndə olan borcunun əvəzinə əldə etmiş, yəni borc müqaviləsini pərdələmək üçün qardaşı X10 adına, 17.11.2019-cu il tarixdə digər 0.03 hektar torpaq sahəsinin satılması üçün verilmiş etibarnamədən istifa də etməklə alqı-satqı müqaviləsi bağlamışdır. Bütün bu hərəkətlər mübahisəli torpaq sahəsi ilkin iddia üzrə Cavabdeh satıldıqdan sonra edilmişdir. Həmin alqı-satqıdan isə ilkin iddiaçının xəbəri olmuşdur. Məhkəmə, həmçinin mübahisənin düzgün həll edilməsi üçün qarşılıqlı iddia tələbinin ilk iddianın rəddinə yönəlməsini nəzərə alaraq, ilk növbədə qarşılıqlı iddia tələbinə qiymət verərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə qarşılıqlı iddia tələbi əsaslıdır. Məhkəmə qarşılıqlı tələbinə qiymət verərək hesab edir ki, ilk növbədə qarşılıqlı iddianın predmeti olan, 10.06.2020-ci il tarixdə Mingəçevir “ASAN” xidmət mərkəzinin notariat ofisində X22 ilə İddiaçı bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarlı olub-olmaması müəyyən edilməlidir. Belə ki, qeyd olunan alqı-satqı müqaviləsi bağlanarkən, alıcı tərəf şəxsən iştirak etmiş, satıcı tərəfi isə nümayəndəsi vasitəsilə təmsil olunmuş, müqavilə notarius tərəfindən təsdiq edilmiş, müqavilənin forma və məzmunu qanunvericiliyin tələbinə uyğun tərtib edilmişdir. Bununla yanaşı məhkəmə həmçinin qeyd edir ki, müqavilə bağlanarkən, satıcı qismində çıxış edən X12 daxili iradə ifadəsini bildirilməsi, yəni iradə ifadəsinin vahidliyinin mövcudluğu görünmür. Belə ki, Elgün Məmmədov mübahisəli 0.03 hektar torpaq sahəsinə dair iradə ifadəsini X19 10.05.2020-ci il tarixdə verdiyi etibarnamə ilə ifadə etməklə, mülkiyyətində olan daşınmaz əmlakın hüquqi müqəddəratını həll etmişdir. Bununla da Elgün Məmmədovun mübahisəli 0.03 hektar torpaq sahəsi üzərində mövcud olmuş mülkiyyət hüququna alqı-satqı müqaviləsi əsasında xitam ve rilmişdir. Elgün Məmmədov 10.06.2020-ci il tarixdə həmin torpaq sahəsinin satılması ilə bağlı etibarnamə verməmişdir. Lakin ilkin İddiaçı 17.11.2019-cu il tarixdə qardaşı Elxan Əliyevin adına başqa torpaq sahəsinin satılması ilə bağlı verilmiş etibarnamədən istifadə etməklə alqı-satqı müqaviləsi bağlamışdır. Eləcə də həmin alqı-satqı müqaviləsi torpaq sahəsini əldə etmək üçün deyil, X23 Əliyevə olan borcunu əvəzləşdirmək üçün bağlanmışdır. Göründüyü kimi Elgün Məmmədovun iradə ifadəsi zahirən mövcud olsa da, o, daxili iradəsini ifadə etməmiş, İddiaçı da atasının borcunu pərdələməklə yalnız görünüş üçün iradəsini ifadə etmişdir. Hər iki halda əqd bağlanarkən iradə və iradə ifadəsində qüsurlar olmuşdur. Bu da subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nət icəni doğurmamışdır. Ona görə də qeyd olunan alqı-satqı müqaviləsi etibarsızdır. Məhkəmə hesab edir ki, mübahisə edilən alqı-satqı müqaviləsi onu formalaşdıran iradə ifadəsinin qüsurlu olması səbəbindən tərəfin mübahisələndirməsi nəticəsində etibarsız hesab edilən əqddir. İradə ifadəsinin zədələnməsinə səbəb olan və nəticədə bağlanmış müqavilənin mübahisələndirilməsi vasitəsilə onun etibarsızlığı ilə nəticələnən hallardan biri də iradə və iradə ifadəsinin yalnız görünüş üçün mövcudluğudur. Məhkəmə iradə və iradə ifadəsindəki qüsurlarla bağlı qeyd edir ki, subyektin iradə ifadəsini bildirməsi və onun vahidliyinin mövcudluğu əqdin bağlanmasını şərtləndirən əsas ünsürlərdən biridir. Əqd bağlanarkən iradə və iradə ifadəsindəki qüsurların mövcud olmaması, əqdin bütövlükdə etibarsızlığına səbə b olur. Belə ki, müqavilə tərəfi olan subyektlərdən bir və yaxud hər ikisi daxili iradəsini sərbəst ifadə etmir və ya yalnız görünüş üçün zahirən ifadə etməklə başqa hüquqi nəticəni arzu edir. Bu halda əqd yalandan başqa əqdi pərdələmək üçün bağlanır və belə əqd heç bir hüquqi nəticəyə səbəb olmur. İşin müəyyən olunmuş hallarından da görünür ki, qarşılıqlı iddia üzrə cavabdeh X22 ilə ilkin İddiaçı arasında olan 10.06.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, torpaq sahəsinə faktiki sahiblik edən X24 ilə sonuncunun atası Nümayəndə arasında tikinti materiallarının nisyə alqı-satqısı müqaviləsini pərdələmək məqsədilə bağlanmışdır. Həmin alqı-satqı müqaviləsi X13 nisyə aldığı tikinti materiallarının pulunu almaq üçün əlavə təsir vasitəsi kimi bağlanmışdır. Həmin vaxt müqavilə tərəfi olan subyektlərdən hər ikisi daxili iradəsini sərbəst ifadə etməmiş, yalnız görünüş üçün müqavilə bağlamışlar. Həmin vaxt ilkin İddiaçı əsas məqsədi X20 nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsinə məcbur etməkdən ibarət olmuşdur. Məhkəmə hesab edir ki, X22 ilə İddiaçı arasında mübahisəli torpaq sahəsinə dair daşınmaz əmlakın alqı-satqı müqaviləsi, X24 ilə Nümayəndə arasında mövcud olmuş nisyə alqı-satqı müqaviləsini pərdələmək üçün bağlanmışdır. Belə olan halda cavabdehin (qarşılıqlı iddiaçının) istinad etdiyi dəlillər həmin müqavilənin etibarsızlığı üçün əsasdır. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, X22 ilə İddiaçı arasında 10.06.2020-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən, həmin alqı-satqı müqaviləsi əsas ında ilkin İddiaçı adına DƏDRX-in 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən 16.06.2020-ci il tarixdə verilmiş və ********** nömrə ilə qeydə alınmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyyestrindən çıxarış da ləğv edilməlidir. Məhkəmə ilkin iddiaçının vicdanlılıq məsələsi ilə bağlı qeyd edir ki, işin müəyyən olunmuş hallarına görə ilkin iddiaçının atası Nümayəndə nisyə alqı-satqı müqaviləsindən irəli gələn borcunu almaq üçün X16 notarius tərfindən təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında ilkin iddia üzrə Cavabdeh satdığını bilmişdir. Belə ki, Yavər Qasımov torpaq sahəsini satdıqdan sonra da nisyə alqı-satqı üzrə borcunu ödəmədiyinə görə mübahisəli torpaq sahəsinə dair ilkin iddiaçının adına görünüş üçün yalan əqd bağlatmış və həmin əqd əsasında da hüquqların d övlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyyestrindən çıxarış almışdır. Göründüyü kimi ilkin iddiaçının həm özü, həm də atası mübahisəli torpaq sahəsinin qarşılıqlı iddia üzrə cavabdeh Elgün Məmmədov tərəfindən satılmasından və həmin vaxt torpaq sahəsinin qarşılıqlı iddiaçı Cavabdeh istifadəsində olmasından xəbərdar olmuşdur. Onların əsas niyyəti məhz torpaq sahəsi satıldıqdan sonra formalaşmışdır. Bu da onu deməyə əsas verir ki, ilkin iddiaçı vicdanlı olmamışdır. Məhkəmə, həmçinin alqı-satqı müqaviləsinin etibarsız sayılması zamanı tərəflərdən hər birinin əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarması ilə bağlı qeyd edir ki, hazırkı iş üzrə mübahisə predmeti olan daşınmaz əmlakın alqı-satqısı müqaviləsi yalan əqd olduğuna görə etibarsız hesab edilmişdir. Həmin əqd üzrə t ərəflər bir-birindən heç bir maddi və sair nemət almamışdır. Belə ki, işin müəyyən olunmuş hallarından da görünür ki, müqavilə bağlayan subyektlər, yalnız görünüş üçün iş üzrə tərəf olmayan X24 ilə Nümayəndə arasında mövcud olmuş nisyə alqı-satqı müqaviləsini pərdələmək üçün yalan əqd bağlamışlar. Ona görə də məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə müqavilə bağlayan subyektlərin əqd üzrə bir-birinə qaytarmalı olduqları əmlak və dəyəri pulla ifadə olunan əşya yoxdur. Bununla yanaşı, məhkəmə ilkin iddiaçının cavabdehin (ilk iddia üzrə) torpaq sahəsindən çıxarılması tələbinə qiymət verərkən, ilk növbədə ilkin iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüqunun olub-olmaması və yaxud həmin hüququn Cavabdeh tərəfindən pozulub-pozulmaması məsələsinin müəyyən edilməsini zəruri hesab edərək qənaətə gəlir ki, aşağıda göstərilən əsaslara görə ilkin iddia tələbi əsaslı deyildir. İşin müəyyən olunmuş hallarından görünür ki, qarşılıqlı iddiaçı Cavabdeh lazımi diqqətlilik və ehtiyatlılıq göstərərək alqı-satqı müqaviləsini notariusda bağlamış və mübahisəli torpaq sahəsini əvəzli olaraq əldə etmişdir. Belə ki, qarşılıqlı iddia üzrə cavabdeh X22 mübahisəli 0.03 hektar həyətyanı torpaq sahəsinin mülkiyyətçisi olmuş və özünə məxsus daşınmaz əmlakı qanunda nəzərdə tutulmuş qaydada, arvadı X7 notarial qaydada razılığı ilə qarşılıqlı iddiaçı Cavabdeh satmaqla sərbəst iradəsini ifadə etmişdir. Müqaviləni bağlamış tərəflər müqavilənin mühüm şərtlərini qəbul etməklə bərabər, onu etibarlı şəkildə təsdiq etmişlər. Ondan sonra notarius həmin alqı-satqı müqaviləsini elektron formada informasiya sistemləri vasitəsilə və təsdiqlənmiş yazılı formada sifarişli poçt göndərişi vasitəsilə daşınmaz əmlakın dövlət reyestrinə göndərmişdir. Lakin sonradan DƏDRX-in 17 saylı Yevlax Ərazi İdarəsi 10.06.2020-ci il tarixdə X12 tam mülkiyyətində olan Mingəçevir şəhəri H.Əliyev prospekti, 2-ci dalan, 9 ünvanda yerləşən yaşayış məntəqələrinə aid 0,03 ha torpaq sahəsi üzərində məhdudiyyət və yüklülüyün qeydiyyata alınmamasına dair arayış vermişdir. Bununla da Cavabdeh əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmasına dair qanunun tələbləri pozulmuşdur. Göründüyü kimi qarşılıqlı iddiaçı Cavabdeh notariat qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında mübahisəli torpaq sahəsi üzərində sahiblik və istifadə hüququ əldə etmişdir. Onun əşya hüquqla rının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmaması, həmin daşınmaz əmlakın yüklü olmaması halını ehtiva etmir. Halbuki, DƏDRX-in 17 saylı Yevlax Ərazi İdarəsi notariusun elektron formada informasiya sistemləri vasitəsilə və təsdiqlənmiş yazılı formada sifarişli poçt göndərişi vasitəsilə göndərdiyi müqavilə əsasında Cavabdeh mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatını aparmalı olduğu halda, onu etməmiş, əksinə həmin torpaq sahəsinin yüklü olmaması barədə arayış vermişdir. Bu halda Cavabdeh vicdanlı olmuşdur. Belə olan halda qarşılıqlı iddiaçı Cavabdeh mübahisəli torpaq sahəsindən çıxarılmasına dair tələb əsaslı deyildir. Belə ki, iddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni, cavabdehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilən şərtlərin Cavabdeh münasibətdə məcmu halında mövcud olub-olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı iş üzrə ilkin iddiaçının ona məxsus torpaq sahəsindən cavabdehin çıxarılması tələbində tətbiq olunan normada göstərilən şərtlər nə məcmu halında, nə də qismən mövcud deyildir. Belə ki, mübahisəli torpaq sahəsi cavabdehin qanuni istifadəsində olduğundan, cavabdehlərin sahibliyi qanunidir. Mübahisəli torpaq sahəsi üzərində ilkin iddiaçının mülkiiyyət hüququ dövlət qeydiyyatına alınsa da, hazırda məhkəmə tərəfindən əsassız hesab edilərək ləğv edilmişdir. Eləcə də ilkin iddiaçının istinad etdiyi daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlandığı andan etibarsız olduğuna görə heç bir hüquqi nəticənin yaranmasına səbəb olmamışdır. Ona görə də ilkin iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmadığından, cavabdeh (qarşılıqlı iddiaçı) tərəfindən hüququ pozulmadığından, ilkin iddiaçının cavabdehə (qarşılıqlı iddiaçıya) qarşı tələb hüququ yaranmamışdır. Göstərilənlərə əsasən ilk iddia rədd, qarşılıqlı iddia tələbi isə təmin edilməlidir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 139-1, 144.3, 146.1, 149.2, 152.1, 152.2, 152.3, 157.1, 157.2, 182, 324.1, 324.2, 324.4, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 340.1, 340.2, 407.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 218.1, 218.3-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin isə rədd edilməsi barədə yeni qətnamə edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasını n (hakimlər – Ayaz Mahmudov sədrlik edən və məruzəçi, Ələddin Məcidov, Mahir Əsədli) 14.09.2021-ci il tarixli, 2(107)1233/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilərək, Mingəçevir Şəhər Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(051)-152/2021 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməklə, ilk iddia tələbinin təmin edilməsi, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh mülkiyyət hüququ ilə İddiaçı məxsus olan Mingəçevir şəhəri H.Əliyev prospekti 2-ci dalan, 9 saylı ərazidə yerləşən 0,03 hektar torpaq sahəsindən məcburi qaydada çıxarılması, qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin faktiki halından görünür ki, qarşılıqlı iddia üzrə cavab deh X2 şəhəri, H.Əliyev prospekti 2-ci dalanda yerlşən mübahisəli torpaq sahəsi üzərində təxminən 2016-cı ildə mülkiyyət hüququ əldə etmişdir. Qeyd olunan mübahisəli torpaq sahəsi Bərdə regional “ASAN” Xidmət mərkəzində notariat ofiasi tərəfindən rəsmiləşdirilmiş 11.05.2020-ci il tarixli, 4Ə762 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh (satıcının adından etibarnamə əsasında X24 imza etmişdir), Mingəçevir regional “ASAN” Xidmət mərkəzində notariat ofiasi tərəfindən rəsmiləşdirilmiş 10.06.2020-ci il tarixli, 4Ə-833 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında isə İddiaçı (satıcının adından etibarnamə əsasında X21 imza etmişdir) satılmışdır. İş materiallarında olan notariat işlərindən müəyyən edilir ki, hər iki alqı-satqı müqaviləsi rəsmiləşdirilərkən mübahisəli torpaq sahəsi X12 mülkiyyətində olmaqla, əmlak üzərində hər hansı yüklülük (o cümlədən digər şəxsə satılması, həbs, qadağa və s.) olmamışdır. Məhkəmə kollegiyası hüquqi müəyyənlik prinsipi baxımından mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutaraq alqı-satqı müqavilələləri bağlanılarkən iş üzrə tərəflər arasındakı münasibətə, onlar arasında hər hansı ziddiyətin olub-olmamasına, eləcə də cavabdehin həmin torpaq sahəsini əldə edərkən ondan əvvəl torpaq sahəsinin kiməsə satılıb-satılmamasını və sonda vicdanlı alıcı olub-olmamasına da xüsusi diqqət yetirmişdir. Qeyd olunan məsələlər məhkəmə kollegiyasının iclasında aydınlaşdırılarkən müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh torpaq sahəsinə dair alqı-satqı müqaviləsi rəsmiləşdirdikdən sonra, qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqm üəyyənedici sənəd (çıxarış) almamış, bununla bağlı ya notarius, ya da ki, sonuncu tərəfindən aidiyyəti DƏDRX orqanına məlumat verilməmişdir. Bununla da əmlak reyestr orqanında ilkin mülkiyyətçinin adına qeydiyyatda qalmışdır. İkinci alıcı, yəni İddiaçı isə mübahisəli torpaq sahəsini rəsmi qaydada aldıqdan sonra qanunvericiliklə müəyyən olunmuş qaydada öz adına hüquq müəyyənedici sənəd, yəni çıxarış almış və mülkiyyət hüququnun bütün elementləri üzrə (sahiblik, istifadə və sərəncam) mülkiyyət hüququ qazanmışdır. Kollegiya qarşılıqlı iddianın və apelyasiya şikayətinin dəlilləri üzrə bildirir ki, mülkiyyət hüququ müəyyən hüquqi faktın və ya belə faktların məcmusunun mövcudluğu zamanı yaranır. Mülkiyyət hüququnun yaranması üsullarından biri bu hüququn müqavilə üzrə əldə edilməsindən ibarətdir. Əqdlər daha çox yayılmış hüquqi faktlardan biridirsə, alqı-satqı müqaviləsi də əqdlərin bir növüdür. Mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası qarşılıqlı iddiaçı Cavabdeh mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqi kimi təqdim etdiyi sübutlara və nəhayət tələbinin hüquqi əsası kimi istinad etdiyi qanunvericilik müddəalarına əsasən qarşılıqlı iddia tələbi təmin edilə bilməz. Belə ki, qeyd olunan alqı-satqı müqaviləsinin qanunvericiliyin tələblərinə əməl olunmaqla rəsmiləşdirilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası bildirir ki, iş materiallarına əlavə olunmuş 10.06.2020-ci il tarixli, 4Ə-833 reyestr nömrəli alqı-satqı müqaviləsindən və bununla bağlı iş üzrə digər sənədlərdən gö rünür ki, qeyd olunan mübahisəli torpaq sahəsinə dair alqı-satqı müqavilələri qanunvericiliyin və “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın” tələblərinə əməl edilməklə rəsmiləşdirilmişdir. Məhkəmə kollegiyası qarşılıqlı iddiaçının mübahisələndirdiyi çıxarışın əsassız və qanunsuz əldə edilməsinə də münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bild iyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddənin məzmunundan da göründüyü kimi hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstərilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamamlığına dəlalət edir. Kollegiya qeyd edir ki, Mülki Məcəllənin 140-cı maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatı nı mötəbər sübut kimi qeyd edir, digər tərəfdən reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və s. hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. Məhkəmə kollegiyası daşınmaz əmlak barədə reyestrin məzmununun qeyri dəqiqliyinin müəyyən olunmasını iddiaçının bunu sübut etməsi ilə əlaqələndirir. Məhz iddiaçı reyestrin məzmununun qeyri-dəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur, əks halda o buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır. Kollegiya bildirir ki, daşınmaz əmlak əldə etmək istəyən şəxs əvvəlki mülkiyyətçinin və s. maraqlı şəxslərin qeydə dair etirazlarının olduğunu müəyyən etdikdə həmin əmlakı əldə etməkdən çəkinə bilər. Lakin işin faktiki hallarından da göründüyü kimi mübahisəli əmlakı əldə edən İddiaçı belə bir etirazın olması barədə heç bir məlumat olmamış, həmin əmlakla bağlı notariat və dövlət reyestrini aparan orqanlarda etiraz, yüklülük və s. barədə heç bir rəsmi məlumat olmamışdır. Həmin torpaq sahəsini əldə edən İddiaçı də məhz daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək reyestr qeydiyyatını mötəbər sübut kimi qəbul etmişdir. Beləliklə də məhkəmə kollegiyası qeyd edir ki, nə qədər ki, alqı-satqı predmeti olmuş mübahisəli torpaq sahəsi cavabdeh İddiaçı satılarkən dövlət reyestrində satıcının (Elgün Məmmədovun) adına qeydə alınaraq onun adına çıxarış verilmişdir, həmin torpaq sahəsinin üzərində hər hansı yüklülük və ya qadağa q eydə alınmamışdır, onda həmin vəziyyətdə qeyd olunan sənədə münasibətdə reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olmuş olur. Eyni zamanda, İddiaçı adına tərtib edilmiş dövlət reyestrindən Çıxarışın verilməsinə əsas olmuş reyestrin məzmununun qeyri dəqiqliyi sübuta yetirilmədiyindən qeyd olunan hüquqmüəyyənedici sənədlərin həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Kollegiya göstərilənlərə istinadən hansı müqavilənin nə vaxt rəsmiləşdirilməsindən asılı olmayaraq, daşınmaz əmlakın dövlət reyestrinə daha üstün əhəmiyyət verir, reyestr qeydiyyatının həqiqiliyi və tamamlığı prezumpsiyasına güvənərək mötəbər sübut kimi qəbul edir. Beləliklə kollegiya belə qənaətə gəlir ki, göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, İddiaçı göstərilən torpaq sahəsinə mülkiyyət hüququna malik olmaqla cavabdehin çıxarılmasını tələb etmək vəzifəsinin daşıyıcısıdır. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbinə hüquqi qiymət verib, ilk iddianı təmin etməməkdə, qarşılıqlı iddianı isə təmin etməklə birinci instansiya məhkəməsi işin faktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlməmiş, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Kollegiya sonda qeyd edir ki, hazırki iş üzrə qarşılıqlı iddianın təmin edilməsi, ilk Cavabdeh heç də aidiyyəti şəxslərə qarşı vurulmuş ziyanla bağlı məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icra atı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh (vəkili Vəkil2) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya məhkəməsi mübahisəyə Mülki Məcəllənin 340.2-ci maddəsini tətbiq etməmişdir. Belə ki, cinayət işi başlanmasının rədd edilməsi haqqında 26.12.2020-ci il tarixli qərardan göründüyü kimi onunla Nümayəndə arasında olan məsələ ilk gündən mülki xarakterli olmuş və X15 məxsus ünvan 4 ünvanda yerləşən 0.03 hektar torpaq sahəsini 10.05.2020-ci il tarixdə X24 etibarnamə əsası nda alqı-satqı müqaviləsi bağlayaraq Cavabdeh satmış, o isə həmin torpaq sahəsinə dair çıxarış almamışdır. Əliyev X18 Qasımovun ona olan borcunun müqabilində oğlu Elxan Əliyevin həmin torpağ sahəsinə dair etibarnamə əsasında digər oğlu İddiaçı arasında alqı-satqı müqaviləsi bağlatdıraraq həmin torpaq sahəsinə dair çıxarış əldə etmişdir. Eyni qaydada şahid X5 polis şöbəsində verdiyi ifadədən görünür ki, Nümayəndə Bəykəs oğlunun oğlunun adına rəsmiləşdirdiyi 4Ə-833 reyestr saylı alqı-satqı müqaviləsi əslində Yavərlə olan borc müqaviləsini pərdələmək məqsədi ilə bağlanmışdır. Həmçinin apelyasiya məhkəməsi Mülki Məcəllənin 339.3-cü maddəsini də düzgün tətbiq etməmişdir. Belə ki, cinayət işinin rədd edilməsi haqda 26.12.2020-ci il tarixli qərarında izahatı alınmış X17 qeyd elmişdir ki "2020-ci ilin aprel ayında Məhəmmədin oğlu Elxan Yavər ilə razılaşdıqlarını və ikinci ev ilə bağlı etibarnamə istədiyini demişdir və o da evi Yavərə saldığını ona görə heç bir sənəd verə bilməyəcəyini demişdir. 2020-ci ilin may ayında Yavər oğlu Elgündən etibarnamə və gəlinin adına razılıq ərizəsi aldığını və evi satacağını demiş, o, isə evin Yavərin olduğunu və kimə istəyir satsın demiş”, Məhəmməd Elgündən və onun arvadından sonralar həddə qorxu ilə razılıq və etibarnamə almışdır. Bu fakt onu sübut edir ki, tərəf Elgün Məmmədovun torpağın forma 1 arayış almaqla yüklü olduğunu bilmişdir o, aldanmamışdır. İşdə olan Elgün Məmmədovun arvadı Aişə Məmmədovanın verdiyi razılıq ərizəsindən görünür ki, o, razılığı 09.06.2020-ci ildə vermişdir. Torpağın ona satılmasına dair razılıq isə Aişə Məmmədovadan 10. 05.2020-ci ildə alınmışdır. Onun 10.05.2020-ci il tarixdə bağladığı müqavilə ləğv olunmamışdır və qüvvədədir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi ünvanlayaraq etirazında göstərmişdir ki, o, kasasiya şikayəti ilə razı deyildir və kasasiya şikayətini əsassız hesab edir. Belə ki, mübahisəli torpaq sahəsi X8 adına olmuşdur. Yavərin Salaha 16000 manat məbləğdə borcu olmuşdur. Yavərin borcunu Salaha o, ödəmiş və bunun müqabilində də Salahın oğlu Elgün mübahisəli torpaq sahəsi olan, ünvan 2 ərazidə yerləşən 0.03 ha torpaq sahəsinin barəsində istənilən hərəkətləri yerinə yetirmək üçün ona 2019-cu ildə etibarnamə vermişdir. Bundan sonra, yəni 2020-ci ilin 16 iyun ta rixində Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Ərazi İdarəsi tərəfindən ona çıxarış verilmişdir. Daha sonra isə məlum olmuşdur ki, ona mülkiyyət hüquqları üzrə məxsus olan, Mingəçevir şəhəri, H.Əliyev prospekti, 2-ci dalan, 9 ünvanda yerləşən 0.03 ha torpaq sahəsi 11 may 2020-ci il tarixli, AN-İ, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X12 nümayəndəsi X24 tərəfindən 10000 manat məbləğdə pula Cavabdeh satılmışdır. O, bu məsələlərdən sonradan xəbərdar olmuşdur. Eyni zamanda da mübahisəli torpaq sahəsi Mingəçevir şəhərində yerləşməyinə baxmayaraq alqı-satqı müqaviləsi Bərdə rayon “Asan Xidmət” mərkəzində notariat ofisində bağlanmışdır. Salahın oğlu Elgün torpaq sahəsi üzərində istənilən hərəkətlərin edilməsi barədə 1-ci ona etibarnamə vermə ilə yanaşı, bel ə bir etibarnaməni X16 adına da vermişdir. Yavər Qasımov isə məqsədyönlü şəkildə mübahisəli torpaq sahəsini Bərdə Rayon “Asan Xidmət” mərkəzindəki notariat ofisində Cavabdeh satmışdır. Mingəçevir şəhəri, H.Əliyev prospekti, 2-ci dalan, 9 ünvanda yerləşən 0.03 ha torpaq sahəsi onun mülkiyyətindədir. O, qanunvericiliyə uyğun qaydada qeyd olunan torpaq sahəsini adına sənədləşdirmiş və bu barədə mənə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən çıxarış verilmişdir. Bir torpaq sahəsinin 2 nəfər şəxsə satılması onun təqsiri ucbatından baş verməmişdir. Bunu edən şəxslər isə hələ də azadlıqda gəzir. Bu isə onun hüquqlarının kobud surətdə pozulmasına gətirib çıxartmışdır. Göstərilənlərə əsasən o, kasasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları M əhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən MPM-in 10.8-1-ci maddəsinə əsasən kasasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Kasasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayəti ndə qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə re yestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəl lənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayəti n belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 416.1. Kasasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kasasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şi kayətinin dəlilləri üzrə qeyd edilməlidir ki, qarşılıqlı iddiaçı kasasiya şikayətində mübahisəli predmeti ilə bağlı alqı-satqı müqaviləsinin ilk iddiaçıdan əvvəl onunla bağlanmasına, satıcının arvadının razılıq ərizəsinin daha əvvəl ona verilməsinə, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla ilk iddiaçının aldatma yolu ilə alqı-satqı müqaviləsi bağlamasına istinad etmiş olsa da, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, ilk iddiaçı ilə alqı-satqı müqaviləsi bağlanarkən bu müqavilənin bağlanması üçün qanunvericilikdə müəyyən edilmiş zəruri şərtlərə əməl edilməkəl müqavilə bağlanmış və bu prosedur zamanı hər hansı pozuntuya yol verilməmişdir. Hazırda da mübahisə predmeti ilk iddiaçının mülkiyyətindədir. Onun mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmışdır. H əmin reyestrin həqiqiliyi ilə bağlı isə hər hansı mübahisələndirmə mövcud olmamışdır. Ona görə də apelyasiya kollegiyası mübahisəyə reyestrin həqiqliyi prezumpsiyası mövqeyindən yanaşmaqla, mübahisə predmetinin ilk iddiaçının mülkiyyətində olmasını nəzərə alaraq ilk iddia tələbini təmin, qarşılıqlı iddia tələbini isə rədd etməkdə haqlı olmuşdur. Qarşılıqlı iddiaçının kasasiya şikayətində göstərmiş olduğu Mülki Məcəllənin 339.3 və 340.2-ci maddələrinin pozuntusuna apelyasiya kollegiyası tərəfindən yol verilməsi halı isə kasasiya yoxlaması nəticəsində öz təsdiqini tapmamışdır. Qətnamə qəbul edilərkən hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verməmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1233/2021 nömrəli iş üzrə 14 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar