Məhkəmə qərarları › İş №2(102)-6950/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6950/2019

30.10.2019 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6950/2019 30.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, iddiaçı X1 və onun vəkili Hacıyev Namiq Sərkar oğlunun, cavabdeh “Qərənfil” körpələr evi-uşaq bağçasının vəkili Həsənov Elyar Eldar oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.06.2019-cu il tarixli, 2(103)7244/2019 nömrəli qətnaməsindən cavabdeh “Qərənfil” körpələr evi-uşaq bağçasının kassasiya şikayətləri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim N.T.Tağıyeva) 16 noyabr 2018-ci il tarixli, 2(006)-6351/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.M.Həsənov, X.A.Mərdanova və F.F.Babayev) 27.06.2019-cu il tarixli, 2(103)-7244/2019 nömrəli qətnaməsi ilə cavabdehinapellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri NəsimiRayon Məhkəməsinin 16 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia təmin edilmişdir. Cavabdeh “Qərənfil” körpələr evi-uşaq bağçası iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.06.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh “Qərənfil” körpələr evi-uşaq bağçası iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mü lki Kollegiyasının 27.06.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə işin hallarına düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, iddia tələb cavab verməli olmayan, əsl cavabdeh olmayan bağçaya qarşı qaldırılmışdır. Halbuki, iddia Bakı şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinə qarşı qaldırılmalı idi. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən cavabdeh “Qərənfil” körpələr evi-uşaq bağçasının vəkili Həsənov Elyar Eldar oğlu kassasiya şikayətini müdafiə edərək onun təmin, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X1 vəkili Hacıyev Namiq Sərkar oğlu kassasiya şikayətinə etiraz edərək onun rədd, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı X3 vəkilinin dediklərinə uyğun izahat vermişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 27.06.2019-cu il tarixli qətnaməsi ilə iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 noyabr 2018-ci il tarixli qətnaməsini ləğv edib, iddianı təmin edərkən haqlı olmuş, maddi və pro sessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi,X3 01.06.2000-ci il tarixdə Bağçanın rus körpələr qrupuna tərbiyəçi vəzifəsinə işə qəbul edilmiş, 01.08.2008-ci il tarixdə Bağça qrupuna tərbiyəçi işinə keçirilmiş, 04.09.2018-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” və “f” bəndləri nəzərə alınmaqla həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasənxitam verilmişdir. 04.09.2018-ci il tarixli 42 saylı əmrdən çıxarışda iddiaçının konkret olaraq hansı pozuntuya yol verdiyi üçün işdən azad edilmiş olduğu əsaslandırılmasa da, əmrin əsası kimi göstərilən və iş materiallarına surəti əlavə olunmuş Bakı ş əhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəisinin 28.12.2017-ci il tarixli məktubundan aydın olur ki, həmin məktubda Bakı Apellyasiya Məhkəməsinin 20 iyul 2017-ci il tarixli qərarı əsas götürülərək Sevinc Tacirlinin işdən azad edilməsi vəzifəsi cavabdeh təşkilata həvalə olunmuş, məhz bu məktub iddiaçının işdən azad olunmasına əsas təşkil etmişdir. X3 12.03.2015-ci il tarixdə işlədiyi qrupda təlim-tərbiyə alan X2 başına uşaq oyuncağının detalı ilə vuraraq onun sağlamlığına zərər vurmayan xəsarət yetirdiyi üçün barəsində inzibati icraat başlanılmış və Nəsimi Rayon Məhkəməsinin 22.05.2017-ci il tarixli qərarı ilə 300 manat cərimə edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 20 iyun 2017-ci il tarixli qərarı ilə sözügedən qərar qüvvəsində saxlanılmış, bundan sonra Bakı şəhər M əktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəisi Bağçaya məktub göndərərək Sevinc Tacirlinin vəzifəsindən azad olunması məsələsinə baxılmasını istəmiş, yuxarıda qeyd olunduğu kimi, bu məktub əsas götürülməklə o, işdən azad olunmuşdur. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrıayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanmış, işçinin, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; iş vaxtı ərzində bilavasitə iş yerində i nzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi belə halların sırasında göstərilmişdir. Bununla yanaşı nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 187-ci maddəsinə görə, intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir. Qanunvericiliyin tələblərindən göründüyü kimi işçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvlərinin və ya hüquq pozuntularının onun əmək müqaviləsinə xitam verilməsin ə əsas təşkil etməsi üçün, qeyd olunan hallar nəticəsində iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmuş və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olması şərtdir. Məhz sadalanan halların birgə mövcudluğu, işçi tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi çərçivəsində qiymətləndirilməsinə və həmin Məcəllənin tələblərinə (xüsusilə 71-72-ci maddələrinə) əməl olunması şərtilə onun əmək müqaviləsinə xitam verilməsinə yol aça bilər. Apellyasiya instanisyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarından görünür ki, Sevinc Tacirli 12.03.2015-ci il tarixdə inzibati xətaya yol vermiş olsa da, bu xəta nəticəsind ə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi barədə məhkəməyə heç bir sübut təqdim edilməmiş, həmçinin həmin xətanın törədilməsindən 2 ildən artıq vaxt keçməsindən sonra onun əmək müqaviləsinə xitam verilmişdir. Digər tərəfdən məhkəmə kollegiyası hesab etmişdir ki, iddia tələbi vətəndaşın konstitusion hüquqlarından olan əmək hüquqlarının müdafiəsi ilə bağlı olduğundan iddiaçının əmək müqaviləsinə xitam verilməsində əmək qanunvericiliyinin əmək müqaviləsinə xitam verilməsinin rəsmiləşdirilməsi ilə əlaqədar tələblərinə əməl-olunub olunmadığı da müəyyən edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə görə əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədl əşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsinə dair əmr qanunvericiliyin tələbinə uyğun olaraq əsaslandırılmamış, məcburi məzmun və forma tələblərinə riayət edilməmiş, əmrdə iddiaçının yol verdiyi pozuntunun xarakteri və hansı nəticələrə səbəb olduğu izah olunmamışdır. Kollegiyanın qənaətinə görə, işçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud əmək vəzifələrini kobud şəkildə pozması əsası ilə əmək müqaviləsinə xitam verilməsi zamanı əmrin əsaslandırılmaması, eləcə də işçinin əmək funksiyalarının pozulmasına səbəb olan hərəkətlərinə dair rəsmiləşdirmənin aparılmaması əmək münasibətlərinin tərəfi kimi işçinin hüquqlarının pozulmasına səbəb olan hallardır. Bundan başqa, Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Məhkəmə iclasında verilən izahatlar, toplanmış və tədqiq olunmuş sübutların məcmusu, iş materiallarında olan sənədlərlə təsdiq olunur ki, iddiaçıya müvafiq inti zam tənbehinin tətbiqinə əsas olubolmadığı tam aydınlaşdırılmamış, onun şəxsiyyəti, kollektivdəki nüfuzu, peşəkarlıq səviyyəsi, 2000-ci ildən müəssisədə işləməsi, ailə vəziyyəti nəzərə alınmamış və əsaslı araşdırma aparılmadan əmək müqaviləsinə xitam verilmişdir. Həmçinin qeyd edilmişdir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmiş olmasına baxmayaraq buna nə həmkarlar ittifaqı təşkilatının razılığı istənilmiş, nə də iddiaçıdan izahat alınmışdır; halbuki, Əmək Məcəlləsinin 80-ci maddəsinə görə, “bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla lə ğv edilir; Məcəllənin 187-ci maddəsinin 1-ci hissəsinə əsasən isə, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb etməlidir. Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə görə, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə... çıxarır. Məhkəmə qətnamədə işçiyə iddia sı üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi haqlı olaraq bu nəticəyə gəlmişdir ki, Sevinc Tacirli ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələbləri pozulduğundan “Qərənfil” körpələr evi-uşaq bağçasının 04 sentyabr 2018-ci il tarixli 42 saylı əmriləğv edilməli, Sevinc Tacirli həmin Bağçada “bağça qrupuna tərbiyəçi” vəzifəsinə bərpa olunmalıdır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə q əbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Belə ki, kassator tələbin əsl olmayan cavabdehə qarşı qaldırıldığını bildirsə də kollegiya bununla razılaşmır. Belə ki, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi işin faktiki hallarından görünür ki, cavabdehin istinad etdiyi Bakı şəhər İcra Hakimiyyətinin müvafiq qurumu deyil, məhz hazırki iş üzrə cavabdeh qoyulmuş “Qərənfil” körpələr evi-uşaq bağçasının direktoru iddiaçı ilə əmək müqaviləsi bağlayaraq onu işə qəbul etmiş, eyni zamanda işdən azad edilməsinə dair əmr də elə eyni vəzifəli şəxs tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü hissəsinə əsasən İşəgötürən — tam fəaliyyət q abiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs. Göründüyü kimi, Əmək Məcəlləsinin tələbləri baxımından iddia düzgün olaraq işəgötürənə qarşı qaldırılmışdır. Kassasiya şikayətinin digər dəlilinə münasibətdə isə kollegiya qeyd edir ki, işçi ilə əmək müqaviləsinə işçinin inzibati məsuliyyətə cəlb edilmsinə dair qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin 20 iyul 2017-ci il tarixli qərarının qəbulundan 1 ildən artıq müddətin keçməsindən sonra - 04 sentyabr 2018-ci ildə xitam verilmişdir. Halbuki, Azərbaycan Respublikası Əmək Məcəlləsin in 187-ci maddəsinə görə, intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Digər tərəfdən qeyd edilməlidir ki, işəgötürən işçinin etdiyi pozuntuya görə məhkəmə qaydasında inzibati məsuliyyətə cəlb edilib-edilməməsindən asılı olmayaraq, onun barəsində qanunla müəyyən edilmiş müddət ərzində intizam məsuliyyətinə cəlb etmə barədə qərar qəbul edə bildiyi halda bunu həmin vaxtda etməmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 62-ci maddəsinin 1-ci bəndinin “c” yarımbəndinə əsasən işəgötürən iş vaxtı ərzində işçi bilavasitə iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən inzibati xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikdə mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcə k əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilər; 62-ci maddəsinin 4-cü bəndinə əsasən işdən kənar edilmiş işçiyə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilib-edilməməsindən asılı olmayaraq işəgötürən bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən birini tətbiq edə bilər. Odur ki, iddiaçı edilmiş əmələ görə intizam məsuliyyətinə imperativ qaydada müəyyən edilmiş müddətin keçməsindən sonra cəlb edilməklə əmək müqaviləsinə xitam verildiyindən apellyasiya instanisyası düzgün olaraq iddianın təmin edilmiş hissəsində birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamışdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh “Qərənfil” körpələr evi-uşaq bağçasının kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.06.2019-cu il tarixli, 2(103)-7244/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar