Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6951/2019 15.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh Sadıqov Cavabdeh və vəkili V1 oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.05.2019-cu il tarixli, 2(103)-3736/2019 nömrəli qətnaməsindən cavabdeh Sadıqov Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin (hakim T.Axundov) 18.12.2018-ci i l tarixli, 2(004)8102/2018 nömrəli qətnaməsi ilə İddiaçı1 cavabdeh X4 qarşı “borcun qaytarılması” tələbinə dair iddiası təmin edilərək, cavabdeh X2 qətnamə icra edilən günə Azərbaycan manatının məzənnəsinə uyğun 59000 ABŞ dolları miqdarında pul vəsaitinin tutularaq İddiaçı1 verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Həsənov, X.Mərdanova, F.Babayev) 07.05.2019-cu il tarixli, 2(103)-3736/2019 nömrəli qətnaməsi ilə cavabdeh Sadıqov Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 18.12.2018-ci il tarixli, 2(004)-8102/2018 saylı qətnaməsinin Sadıqov Cavabdeh tutulan pul vəsaitinin məbləğinə aid hissədə dəyişdirilməsi, Sadıqov Cavabdeh tutulmalı olan pul məbləğinin 29500 ABŞ dolları müəyyən edilməsi, apellyasiya icraatı üçün ödənilmiş dövlət rüsumunun məbləğinin apellyatorun özünə aid edilməsi qət edilmişdir. Cavabdeh Sadıqov Cavabdeh iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.05.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı1 cavabdeh X4 qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə 04.10.2018-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh borcun məbləği olan 59000 ABŞ dolları miqdarında vəsaitin tutularaq onun hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh Cavabdeh və vəkili V1 oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmə q ətnamə qəbul edərkən mülki qanunvericiliklə müəyyən edilmiş maddi hüquq normalarına riayət etməmiş, eləcə də tərəflər arasında borc müqaviləsinin mövcud olubolmamasına dairt maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Apellyasiya instansiyası məhkəməsi pul tələbinə baxarkən bu münasibətləri tənzimləyən Mülki Məcəllənin 404-cü maddəsində nəzərdə tutulan prosedurlara tərəflər tərəfindən riayət edilib–edilməməsinə qiymət verməmişdir. Belə ki, cavabdeh iddiaçıdan borc olaraq pul almamışdır. Yasamal rayon Məhkəməsində iddiaçı özü də bildirmişdir ki, 100000 ABŞ dolları məbləğini o, qızı Əsmərə vermişdir. Bundan başqa məhkəmə gizli yolla yazılmış səs yazısına istinad etmiş, lakin səs yazısı sübut əhəmiyyətinə malik olmasa da açıq-aşkar sezilir ki, iddiaçının qızına vermiş olduğu 100000 AB Ş dollarının 41000 ABŞ dolları qaytarılmış və 9000 ABŞ dollarını isə iddiaçı qızına bağışladığını bildirir. Lakin heç bir instansiya məhkəməsi həmin hissəyə toxunmamışlar. Bundan əlavə, Yasamal rayon Məhkəməsində iştirak edən şahidlər cavabdehin iddiaçıdan borc aldığını deyil, əksinə, iddiaçının qızının mənmzil şəraitinin yaxşılaşdırılması üçün qızı və ailəsi üçün pul verildiyini bildirmişlər. Cavabdeh birinci instansiya məhkəməsində vəsatətlə müraciət edərək, iddiaçının göstərişi ilə arvadı Püstəxanımın hesabına 34000 ABŞ dolları və 26276 ABŞ dolları ödədiyini bildirsə də, vəsatətə münasibət bildirilməmiş, apellyasiya baxışı zamanı verilmiş sorğuya cavab olaraq xxxx cavabdehin iddiaçının arvadının hesabına pul məbləğinin ödənilməsinin öz təsdiqini tapmaması kimi cavab verilmişdir. Daha so nra cavabdeh banka müraciəti əsasında X3 hesabına pul ödəməsinə dair sənədləri əldə etmişdir. Demək ki, cavabdehin ödəmiş olduğu pul məbləği bank əməkdaşları tərəfindən gizlədilmiş, pulun ödənilməməsi barədə arayış təqdim edilmişdir. Məhkəməyə təqdim edilmiş səs yazısı gizli yazıldığından sübutlar siyahısından çıxarılmalıdır. Həmçinin qeyd edilməlidir ki, cavabdeh iddiaçının evinə ailəsini bərpa etmək məqsədilə getdiyi zaman həmin səs yazısı gizli olaraq qeydə alınmış, iddiaçı həmin vaxt cavabdehə danışmağa imkan verməyərək təzyiq göstərməyə, guya pulu cavabdehə borc kimi verdiyini sübut etməyə çalışmışdır. Cavabdeh isə ailəsini bərpa etmək üçün borc almadığı pulu qaytaracağına və digər deyilənlərə məcburiyyət qarşısında qalaraq razılaşmışdır ki, ailəsini bərpa etsin, övladına sıx bağlı ol duğu üçün övladı ilə yenidən birgə ola bilsin. Qeyd edilənlərdən göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının pozuntusu ilə qətnamə qəbul etmişdir. Ona görə də onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.05.2019cu il tarixli, 2(103)-3736/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan onların iştrakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən cavabde Cavabdeh və vəkili V1 oğlu kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarıının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Apellyasiya insatansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Cavabdeh Sadıqov ilə iddiaçının qızı Əsmər Sadıqova (Bəşirova) 16.10.2014-cü il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından 29.05.2015-ci il tarixdə Elmir adını verdikləri uşaqları anadan olmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29.05.2018-ci il tarixli qətnaməsi ilə Əsmər Sadıqovanın iddiası təmin olunaraq onların nikahlarının pozulması, uşağın anasının yanında qalması və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh Sadıqovun qazancı nın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutulması qərara alınmışdır. İş materiallarından aydın olur ki, Cavabdeh S Sadıqova birgə nikahda olduqları dövrdə ünvan 1 ünvanında yerləşən 156 saylı mənzil sonuncunun adına qeydiyyata alınmaqla əldə olunmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29.05.2018-ci il tarixli qətnaməsi ilə həmin mənzil üzərində onların bərabər (1/2) hissədə mülkiyyət hüquqları tanınmış, sözügedən qətnamə apellyasiya instansiyası məhkəməsi tərəfindən də dəyişdirilmədən saxlanılmışdır (Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12897/2018 saylı, 17 dekabr 2018-ci il tarixli qətnaməsinə əsasən); iş materiallarından və tərəflərin izahatlarından S bölgünün nisbəti ilə razılaşmadığı üçün apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən də kas sasiya şikayəti verdiyi müəyyən edilmişdir. İddiaçı məhz sözügedən mənzilin alınması məqsədi ilə cavabdehə 100 000 ABŞ dolları borc pul verdiyini, cavabdehin həmin puldan 41 000 ABŞ dollarını qaytardığı halda, qalan məbləği ödəmədiyini iddia etməklə müvafiq tələbi irəli sürmüş, cavabdeh isə, mənzilin həmin pulla alındığını mübahisələndirməsə də, bir tərəfdən pulun borc olaraq deyil, iddiaçının qızının mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə (yəni, əvəzsiz olaraq, hədiyyə kimi) verildiyini, digər tərəfdən isə atasının evini sataraq pulu qaytardığını bildirmişdir. Apellyasiya kollegiyası ilk növbədə qeyd etmişdir ki, iddiaçının cavabdehə (həmçinin qızına) mənzil almaq üçün 100 000 ABŞ dolları pul verdiyi işin mübahisələndirilməyən halıdır; cavabdeh bu faktı etiraf etməkdədir, eyni zama nda işin bu halı iş materialları ilə də təsdiq olunur. Bu o deməkdir ki, iddiaçı iddia tələblərini əsaslandırdığı faktiki hallardan biri olan həmin hal üzrə sübutetmə vəzifəsindən azad olmaqla onun həmin vəsaiti geri tələb etmək hüququna sahib olubolmadığı müəyyənləşdirilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, tərəflər arasında anlaşmazlıq həmin pul vəsaitinin verilməsinin hüquqi mahiyyəti ilə bağlıdır; yuxarıda da qeyd edildiyi kimi, iddiaçı cavabdehə pulu mənzil almaq məqsədilə borc olaraq verdiyini iddia etsə də, cavabdehin mövqeyi pulun bağışlama müqaviləsi çərçivəsində həmin dövrdə nikahda olduğu arvadı Əsmər Sadıqovaya (iddiaçının qızı) verildiyinə dairdir. Kollegiya cavabdehin, iddiaçı tərəfindən mənzil almaq üçün verildiyi mübahisəsiz olan pul vəsaitinin onun keçmiş arvadına (iddi açının qızına) mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə əvəzsiz olaraq hədiyyə kimi (bağışlama müqaviləsi çərçivəsində) verildiyi ilə bağlı izahatlarını ağlabatan hesab etməməklə, bu arqumentin həm də iş materialları ilə təkzib edildiyini vurğulamış və qeyd etmişdir ki, birincisi, iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş və onunla cavabdeh arasında baş tutan telefon danışığının səs yazısının məzmunundan cavabdehin ev alınmasına görə 100 000 ABŞ dolları aldığını və pulu qaytaracağını etiraf etdiyi müəyyən edilir. Cavabdeh həmin səs yazısındakı danışığın onunla iddiaçı arasında aparıldığını təkzib etmir, onun etirazı gizli yolla və qanunsuz olaraq yazılmış səs yazısının sübut əhəmiyyətinə malik olmaması ilə əlaqədardır. Cavabdeh barəsində olan cinayət işi üzrə ke çirilmiş ekspertizanın 22719 nömrəli 28.09.2018-ci il tarixli rəyi ilə də “K1” kimi işarə olunmuş diktorun səsinin və nitqinin Cavabdeh Sadıqova, “K2” kimi işarə olunmuş diktorun səsinin və nitqinin isə İddiaçı1 məxsus olduğu müəyyən edilmişdir. İkincisi, cavabdeh barəsində olan cinayət işi üzrə aparılan araşdırma zamanı dindirilmiş Afət Sadıqova (cavabdehin anası) da izahatında, Binəqədi rayonunda yerləşən üç otaqlı evin İddiaçı1 alınmış borc pulla alındığını göstərmişdir. Üçüncüsü, iddiaçının verdiyi pulla alındığı mübahisəsiz olan ünvan 1 ünvanında yerləşən 156 saylı mənzil üzərində məhkəmə qətnaməsi ilə cavabdehin və keçmiş arvadının bərabər (1/2) hissədə mülkiyyət hüquqları tanınmışdır. Bu isə iddiaçı tərəfindən mənzil almaq üçün verilən pul vəsaitinin qızına əvəzsiz olaraq hədiyyə ki mi verildiyini istisna edir (Əks halda mənzil onların ümumi birgə mülkiyyəti hesab edilməzdi. Çünki Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə,...nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyəti hesab olunur). Bu qənaətə gələrkən kollegiya cavabdehin ziddiyətli izahatlarını da xüsusi olaraq nəzərə almışdır və göstərmişdir ki, cavabdeh bir tərəfdən sözügedən pul vəsaitinin borc olaraq deyil, iddiaçı tərəfindən öz qızının mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə (əvəzsiz olaraq, hədiyyə kimi) verildiyini, digər tərəfdən isə atasının evini sataraq pulu qaytardığını bildirmiş, hətta pulun qaytarılmasını sübut etmək üçün banka sorğu verilməsi barədə vəsatətlə məhkəməyə müraciət etmişdir (sorğu nəticəsində “xxxx” ASC-dən alınmış 26 aprel 2019-cu il tarixli məktubla Cavabdeh Sadıqov tərəfindən İddiaçı1 və Püstə Bəşirovanın bank hesablarına hər hansı mədaxil əməliyyatının aparılmadığı müəyyən edilmişdir). Bütün bunlar isə onun bildirdiklərini inandırıcı hesab etməyə imkan vermir. Cavabdehin “gizli yolla yazılmış səs yazısının sübut əhəmiyyətinə malik olmaması” ilə bağlı arqumentinə münasibətdə kollegiya qeyd etmişdir ki, apellyasiya baxışı zamanı Cavabdeh Sadıqovun CM-nin 133.1-ci maddəsi ilə təqsirli bilinərək Bakı Hərbi Məhkəməsinin 29 yanvar 2019cu il tarixli hökmü əsasında məhkum edildiyi, həmin hökmün aid olduğu işdə isə cavabdehin qanunsuz olduğunu irəli sürdüyü səs yazısının sübut qismində qiymətləndirildiyi, hətta səs yazısının məhkəmə ekspertizasının da keçirildiyi müəyyə n olunmuşdur. Bununla belə kollegiya, apellyatorun “borcun birgə nikah dövründə alınması səbəbindən birgə borc kimi bölünməli olması” ilə bağlı dəlilini əsaslı hesab etmiş və göstərmişdir ki, qeyd edildiyi kimi ünvan 1 ünvanında yerləşən 156 saylı mənzilin iddiaçının verdiyi pulla alındığı mübahisə mövzusu deyildir və məhkəmə qətnaməsi ilə həmin mənzil üzərində Cavabdeh Sadıqovun və Əsmər Sadıqovanın (iddiaçının qızı) bərabər (1/2) hissədə mülkiyyət hüquqlarının tanındığı, Əsmər Sadıqovanın həmin qətnaməni yalnız payların nisbəti ilə bağlı hissədə mübahisələndirdiyi müəyyən edilmişdir. Göründüyü kimi, Cavabdeh Sadıqovun və Əsmər Sadıqovanın sözügedən mənzilə dair yaranmış mülkiyyət hüquqları İddiaçı1 tələb etdiyi borc pulla (başqa sözlə, iddiaçı qarşısında götürülmüş maliyyə öhdəliyiilə) birbaşa əlaqəlidir. Belə olan halda isə, iddiaçı qarşısında götürülmüş maliyyə öhdəliyindən irəli gələn vəzifələrin də bərabər payda bölünməli olması (həmin borc məbləğinin onların ümumi birgə əmlakının passivini təşkil etdiyi) qəbul olunmalıdır. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçının cavabdehdən tələb etdiyi qalıq borcun – yəni, 59 000 ABŞ dollarının məhz ona aid hissəsinin (yarısının) cavabdehdən iddiaçını xeyrinə tutulması hazırkı mübahisənin halları baxımından daha ağlabatan və ədalətlidir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə müvafiq olaraq, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır (32.1). “Əmlak” ifadəsi isə, sadəcə konkret bir əşyanı deyil, habelə pulla ölçülə bilən hüquq (əmlakın aktivi ) və borcları (əmlakın passivi) daözündəehtiva edir. Cavabdehin iddiaçıya qaytarmış olduğu 41 000 ABŞ dolları isə bu cür bölgü zamanı nəzərə alınmamalıdır; çünkü həmin vəsait cavabdehin S ilə nikahda olduğu dövrdə qaytarılmışdır və məhz bu səbəblə də ər-arvadın birgə qaytarmış olduqları borc kimi qəbul olunmalıdır. Kassasiya kollegiyası apellyasiya inatansiyası məhkəməsi tərəfindən mübahisənin yuxarıda göstərilən qaydada həll edilməsi ilə bağlı qeyd edir ki, apellyasiya kollegiyası səs yazısının sübut kimi qiymətləndirilməli olmaması ilə bağlı cavabdehin dəlili üzrə qənaətini, həmçinin “borcun birgə nikah dövründə alınması səbəbindən birgə borc kimi bölünməli olması” ilə bağlı dəlili üzrə qətnaətini düzgün formada əsaslandırmış olsa da, cavabdehin tələb edilən pul məbləği ilə bağlı bağlı i zahatını ziddiyyətli hesab etməklə səhvə yol vermişdir. Belə ki, apellyasiya instsansiyası məhkəməsi əslində xxxx ASC-nin sorğuya cavabına istinad edərək pul məbləğinin iddiaçıya ödənilməməsi qənaətinə gələrkən, əldə etdiyi qeyd edilən sübuta istinad etmiş olsa da, işə mahiyyəti üzrə baxmağa səlahiyyətli olan məhkəmə kimi, cavabdehin iddiaçıya borcu olmadığı barədə izahatı üzrə, həmçinin təqdim edilmiş səs yazısında iddiaçının vermiş olduğu 100000 ABŞ dollarının 41000 ABŞ dollarının qaytarıldığını, 9000 ABŞ dollarını iddiaçının qızına bağışladığını iddiaçının özünün göstərməsi, bunun məntiqi nəticəsi olaraq ödənilməli olan məbləğ 50000 ABŞ dolları təşkil etməli olduğu halda, 59000 ABŞ dollarının hansı səbəbdən tələb edilməsi istiqamətində araşdırma aparılmamışdır. Həmçinin kassasiya şikayə tinə əlavə edilmiş, xxxx ASC-nin X5 tərəfindən E.Sadıqova ünvanlamış 27.06.2019-cu il tarixli məktub da təsdiq edir ki, əslində cavabdehin izahatı tam olaraq ziddiyyətli olmamış, işə üzrə həqiqətə nail olmaq üçün müəyyən halların məhkəmə baxışı zamanı araşdırılmalı olduğunu tələb etmişdir. Belə ki, qeyd edilən sənəddən görünür ki, cavabdeh E.Sadıqov 15.10.2015-ci il tarixdə X1 hesabına 34000 ABŞ dolları məbləğində mədaxil həyata keçirmişdir. Beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi vasitəsi kimi qəbul olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Kassasiya kollegiyası hesab edir ki, prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tə rəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsa ssız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmış, nəticədə mahiyyətcə qanuni və əsaslı olmayan qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamil ə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 418.3-cümaddəsinəəsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq, kassasiya kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bak ı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.05.2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 418.1, 418.3, 419, 420, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh S Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.05.2019-cu il tarixli 2(103)3736/2019 nömrəli qətnaməsi ləğv edilsin və mülki iş yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi
Məhkəmə qərarları › İş №2(102)-6951/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6951/2019
15.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver