Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6952/2019 06.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi, İddiaçı vəkili ***nun və Cavabdeh iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.06.2019-cu il tarixli, 2(103)7952/2019 nömrəli qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim N.T.Tağıyeva) 06 dekabr 2018-ci il tarixli, 2(006)-6209/2018 saylı qətnaməsi ilə, İdd iaçı iddianın qismən təmin edilməsi, Cavabdeh Bakı şəhəri,***,ev4,57 saylı mənzilindən çıxarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər F.F.Babayev, X.A.Mərdanova və E.M.Həsənov) 04.06.2019-cu il tarixli, 2(103)-7952/2019 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən salanılmışdır. Cavabdeh iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.06.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin ***indən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə “xxx x” MTK arasında ***ə dair 10 iyun 2006-cı il tarixli müqavilə bağlanmışdır. ***i “xxxx” MTK tərəfindən tikilərək İddiaçı təhvil verilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən həmin mənzilə dair İddiaçı adına 30 sentyabr 2009-cu il tarixli order verilib. Mənzil adlındıqdan bir müddət sonra iddiaçının oğlu *** iddiaçıdan xahiş etmişdir ki, müvəqqəti olaraq həmin mənzildə yaşasın. Həmin vaxt cavabdeh ***un həyat yoldaşı olsa da sonradan münasibətləri pozulub və nikahlarına xitam verilib, iddiaçı tərəfindən etiraz edilsə də cavabdeh qanunsuz olaraq həmin məzildə yaşamağa davam edir. Dəfələrlə cavabdehdən mənzildən çıxması tələb edilsə də, cavabdeh müxtəlif bəhanələr gətirərək çıxmaqdan imtina edir və iddiaçının mənzilindən istifadə etməsinə imkan vermir. İddiaçı cavabdehdən mənzilin boşa ldılmasını tələb etdikdə cavabdeh məhkəmədə iddia qaldıraraq mənzilə dair hüququnu tanınmasını tələb etmişdir. Cavabdeh də həmin iş üzrə qarşılıqlı iddia ərizəsi verərək cavabdehin mənzildən çıxarılmasını tələb edib. Nəsimi rayon Məhkəməsinin 28 dekabr 2016- cı il tarixli qətnaməsi ilə ***inə dair İddiaçı ilə “xxxx” MTK arasında bağlanmış 10 iyun 2006-cı il tarixli müqavilə və Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən həmin mənzilə dair İddiaçı adına verilmiş 30 sentyabr 2009-cu il tarixli 033736 saylı order etibarsız hesab edilmiş, ***ə dair 10 iyun 2006-cı il tarixli müqavilənin X1 adına rəsmiləşdirilməsi vəzifəsi “xxxx” MTK-ya həvalə olunmuş, ***inin 3/5 hissəsinə Cavabdeh, 2/5 hissəsinə X1 payları müəyyən edilmiş, İddiaçı Cavabdeh qızma qarşı mənzildən çıxarılma tələbinə dair qarşılıql ı iddia ərizəsi rədd edilmişdir. İddiaçı Nəsimi Rayon 28 dekabr 2016-cı il tarixli qətnaməsindən apellyasiya şikayəti verildikdən sonra Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 iyun 2017-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilib, Cavabdeh iddia tələbi rədd edilib. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 iyun 2017-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dıir qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılıb. İddia tələbinin baxılmamış saxlanılmasına səbəb isə cavabdehin özünün mənzildən çıxacağı barədə verdiyi vəd olub. Cavabdeh kassasiya şikayəti versə də şikayət təmin edilməyib və Ali Məhkəmənin 26 dekabr 2017-ci il tarixli 2(102)-8873 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiya sının 21 iyun 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə cavabdehin qeyd edilən mənzilə dair hər hansı hüququnun olmaması müəyyən edilib. İşin faktiki hallarından da göründüyü kimi, iddiaçı "xxxx" MTK ilə bağladığı müqavilə əsasında *** 4 sayı evin 57 saylı mənzil üzərində mülkiyyət hüququ əldə edib. Belə ki, iddiaçı mənzillə bağlı götürdüyü öhdəliyi yerinə yetirərək, mənzillə bağlı pay haqqını tam şəkildə ödədiyi üçün həmin mənzil iddiaçınının mülkiyyəti hesab edilir. Qüvvədə olan qanunvericiliyə əsasən iddiaçı qeyd edilən mənzil üzərində mülkiyyət hüququ əldə edib və bununla bağlı hətta qanuni qüvvəyə minmiş məhkəmə qərarı da mövcuddur. İddiaçı mənzilin boşaldılmasını tələb etdikdə cavabdeh bir və ya iki ay möhlət istəmişdir. Ancaq c avabdeh hər dəfə də iddiaçını aldadaraq mənzili boşaltmamışdır. Hətta iddiaçı mənzildən istifadə edə bilmədiyi üçün Azərişıq ASC və Azərsu ASC-nin yerli qurumlarına müraciət edərək elektrik və su təminatını dayandırılmasını tələb etmişdir. Bütün bunlara baxmayaraq cavabdeh mülkiyyətçinin razılığı olmadan mənzildə qanunsuz yaşamağı davam etdirir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.06.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə işin hallarına düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, Cavabdeh ***la ailə həyatı qurduqdan sonra kirayə ev tutaraq orada yaşamışlar, *** kommersiya fəaliyyəti ilə məşğul olduğundan evin, ailənin dolanışığını tam olaraq təmin edirdi. 2006-cı ilin əvvəlində keçmiş həyat yoldaşı ilə ev almaq qərarına gəlmiş, evdə olan pulu toplayaraq Bakı şəhərində yeni tikilmiş binalada ev axtarmağa başlamış, bir neçə yerdə evə baxdıqdan sonra ***ndə xxxx MTK-i tərəfindən binadan iki otaqlı ev almaq qərarına gəlmişlər. ***, 1003-cü məhəllədə inşa edilən binada bəyəndiyimiz 2 otaqlı mənzil barəsində xxxx MTK ilə müqavilə bağlayarkən keçmiş həyat yoldaşı *** bildirdi ki, o, kommersiya fəaliyyəti ilə məşğuldur, gələcəkdə borclana bilər, ev əldən çıxar, odur ki, mənzillə bağlı müqavilə anası İddiaçı adına bağlanmasını təklif etmiş, cavabdeh də e tiraz etməmişdir. Mənzillə bağlı müqavilə bağlanan gün keçmiş həyat yoldaşı evdə olan bütün pulu, yəni 30.000 manat pulu götürdü ki, mənzilin pulunu ödəyəcəyik. Mənzil iki otaqlı olsa da əlavə ödəniş edərək mənzilin proyektini 3 otaqlıya düzəltdirmiş, evin tikintisi 2008-ci ildə başa çatmışdır və onlar öz vəsaiti hesabına mənzili tam təmir etdirərək 2009-cu ilin avqustun 5-də mənzilə köçmüşlər. Mənzilin İddiaçı adına olması tam formal xarakter daşıyır, belə ki, həmin mənzili keçmiş həyat yoldaşı *** ilə cavabdeh birgə nikahda olduğu dövrdə əldə etdikləri birgə vəsait hesabına almış, evin dəyəri həmişə Kərimov Elmar tərəfindən ödənilmiş, mənzilin təmirinə və mənzildə müəyyən yenidən qurma işlərinin aparılmasına 20.000 manatdan çox pul xərclənmiş, bu pullarda birgə nikahda əldə edilən vəsa it hesabına aparılmışdır. *** ilə cavabdeh arasında olan rəsmi nikah 23 iyul 2012-ci il tarixdə pozulsa da o, cavabdeh və uşağı birlikdə ***-də yaşamağa davam etmiş, 2015-ci ilin sentyabr ayından isə həmin mənzildə qalmır. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili *** kassasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdi. Cavabdeh Cavabdeh *** məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün AR MPM-nin 67-ci maddəsinə əsasən işə onların izahatı alınmadan baxılmışdır. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM -in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 04.06.2019-cu il tarixli qətnaməsi ilə iş üzrə Nəsimi Rayon Məhkəməsinin 06 dekabr 2018-ci il tarixli qətnaməsini dəyişdirilmədən saxlayarkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi,“xxxx” MTK tərəfindən verilmiş arayışa əsasən MTK tərəfindən ***, kooperativ üzvü İddiaçı tərəfindən ödənilmiş pay haqqı müqabilində tikilib, ona təhvil verilmişdir. Nəsimi Rayon Məhkəməsinin 28 dekab r 2016-cı il tarixli 2(006)- 3743/2016 saylı qətnaməsi ilə ***inə dair İddiaçı ilə “xxxx” MTK arasında bağlanmış 10 iyun 2006-cı il tarixli müqavilə və Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən həmin mənzilə dair İddiaçı adına verilmiş 30 sentyabr 2009-cu il tarixli 033736 saylı order etibarsız hesab edilmiş, ***ə dair 10 iyun 2006-cı il tarixli müqavilənin X1 adına rəsmiləşdirilməsi vəzifəsi “xxxx” MTK-ya həvalə olunmuş, ***inin 3/5 hissəsinə Cavabdeh, 2/5 hissəsinə X1 payları müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 21 iyun 2017-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair qarşılıqlı iddiası baxılmamış saxlanılmışdır. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əs aslarını düzgün müəyyən etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 21 iyun 2017-ci il tarixli qətnaməsi ilə Nəsimi Rayon Məhkəməsinin 28 dekabr 2016-cı il tarixli 2(006)-3743/2016 saylı qətnaməsi ləğv edilmişdir. İddiaçı Cavabdehlər İddiaçı,X2 və “xxxx” MTK-nə qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair ilkin iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 dekabr 2017-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 21 iyun 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarında göstərilmişdir ki, kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququ əldə edirlər. Kooperativin üzvü tərəfindən kooperativ və pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yən i sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır. Mülki Məcəllənin 228.1 -ci, 228.2-ci və 228.5-ci maddələrinə müvafiq olaraq yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Apellyasiy a instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında mənzildən istifadə hüququnun yaranması üçün tələb olunan notarial qaydada yazılı razılaşma bağlanmadığından cavabdehin iddiaçıya məxsus evə münasibətdə istifadə hüququ yaranmamışdır. Hər hansı hüquq olmadan iddiaçıya məxsus əmlakdan istifadə isə iddiaçının qanunla qorunan hquqlarının əsassız məhdudlaşdırılmasına səbəbə olur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1 -ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından “mülkiyyət” müstəqil məna daşıyır. Odur ki, iddianın təmin edilməsindən ibarət apellyasiya instanisyası məhkəməsinin qənaəti istinad edilən maddi hüquq normalarının tələblərinə uyğundur. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gə ldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Kassasiya şikayətində istinad edilən işin faktiki halları ilə bağlı dəlilə münasibətdə isə kollegiya işin faktiki hallarına qiymət vermədən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlilinin əksinə olaraq sübutlara məhz Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından işdə olan digər sübutlarla birgə qiymət verməklə nəticəyə gəlmişdi r. Sübutların mahiyyətinə qiymətin verilməsi isə kassasiya instansiyası məhkəməsinin səlahiyyətinə aid olmadığından həmin sübutların məzmunu ilə bağlı kassasiya şikayətinin dəlillərini kollegiya əhəmiyyətsiz hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavab deh Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.06.2019-cu il tarixli, 2(103)-7952/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6952/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6952/2019
06.11.2019 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver