Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6952/2021 14.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 18 saylı Notariat Ofisinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müddətin bərpa edilməsi, yeni vərəsə kimi tanınması və payların müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh1 nümayəndəsi X2 və cavabdeh X5 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5596/2021 nömrəli iş üzrə 05 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən birgə verilmiş kasasiya şikayəti üzrə işə 14 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri 18 saylı notariat ofisinə qarşı “müddətin bərpa edilməsi, yeni vərəsə kimi tanınıb payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, nənələri X3 miras qalmış Bakı şəhəri, Xətai rayonu, 5-ci Qəsəbə küçəsi, 16 saylı evi qəbul etmələri faktının müəyyən olunması, vərəsəlik şəhadətnaməsi alınması üçün müddətin bərpa olunması, vərəsə kimi tanınmaları və paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçılar İddiaçı1 və İddiaçı2 əsl olmayan tərəfin əvəz olunmasına dair ərizə verərək cavabdeh Bakı şəhəri 18 saylı notariat kontorunun əsl cavabdeh X11 ilə əvəz olunmasını xahiş etmişdirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən əsl olmayan tərəf əsl cavabdeh X11 ilə əvəz olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai rayonu, 5-ci qəsəbə küçəsi, 16 saylı evin sahibi olmuş mərhum nənələri X12 1994-cü ildə vəfat etmişdir. Onun ölümü ilə mülkiyyətində olan sözügedən mübahisə predmeti onun 3 övladı arasında faktiki olaraq bölünmüşdür. Belə ki, X6 3 övladı olmuşdur: 20.02.1930-cu il təvəllüdlü Nəsibə Dadaş qızı, 24.10.1939-cu il təvəllüdlü Əsgər Dadaş oğlu və 25.12.1942-ci il təvəllüdlü X14. Sözügedən mübahisə predmeti mərhum nənələrinin övladları-vərəsələr tərəfindən faktiki olaraq qəbul edilmişdir. Belə ki, onların hər birinə məxsus ayrıca tikili mövcuddur ki, hər biri ayrılıqda öz əmlaklarına dair istifadə hüquqlarını realizə etmişlər. İddiaçı1, X17 19.08.2015-ci il tarixdə vəfat edənə kimi nənəsinə məxsus həyət evində yaşamışdır. Nənəsinin köməyi ilə həmin həyətdə özünə 2 otaqlı ayrı mənzil tikib vəfat edənə kimi orda qeydiyyatda olub yaşamışdır. Anası vəfat etdiyi gündən ünvan 1 ünvanda olan evə bu günə kimi sahiblik edir, həmin evin saxlanmasına, təmizlənməsinə, idarə olunmasına baxır. X17 25.09.2012-ci ildə bütün əmlakını ona vəsiyyət etmişdir. Faktiki anasına məxsus mirası qəbul etmiş, lakin həmin mirasın rəsmiləşdi rmək lazım olduğunu bilməmişdir. Eyni zamanda həyat yoldaşı 2011-ci ildən ağır yataq xəstəsi olduğundan ona qulluq etmişdir. Əmlakın rəsmiləşdirilməsinin müddəti olduğunu bilməmiş və xəstəyə olan qayğılarına görə vaxtı da olmamışdır. Bacısı Dürdanənin atası vəfat etdikdən sonra ona bildirilmişdi ki, atasının əmlakına görə vərəsəlik şəhadətnaməsi almalıdır. Analarına məxsus mirası qəbul etdiklərindən həmin əmlaka da vərəsəlik şəhadətnaməsi almağı qərara almış və 18 saylı notariusa müraciət etmişlər. Lakin onlara müddəti buraxdıqları və məhkəməyə müraciət etmələri bildirilmişdir. Anasının sağlığında ona məxsus, hal-hazırda vərəsəlik qaydasında özünə çatmalı olan əmlakdan istifadə etmiş, həmin fərdi yaşayış evini tez-tez ziyarət etmişdir. Rəsmi qaydada vərəsəlik hüququnu əldə etmək üçün anası nın vəfatından sonra miras üzrə məcburi payların, eyni zamanda anasının vəsiyyətinə əsasən ona vəsiyyət edilmiş əlavə payların müəyyən edilməsi üçün müraciət etməmişdir. Çünki buna səbəb olacaq hər hansı bir addım cavabdehlər tərəfindən atılmamışdır. Anasının sağlığında, onun ölümündən sonra da vərəsə kimi payından istifadə etmiş, həmin evə gediş-gəlişi olmuş, hətta həmin evdə qonaq da qəbul etmişdir. Həyat yoldaşı X15 2019-cu ildə vəfat etmişdir. Onun səhhətində baş verən kəskin pisləşmə səbəbindən daimi qulluğa ehtiyacı vardı, buna görə də həmin zaman ərəfəsində sözügedən evə gedə bilməmiş və evdən istifadə etməyə fürsəti olmamışdır. Həyat yoldaşı vəfat etdiyi zaman 40 mərasimindən sonra həmin evə getmək istədikdə, evə daxil olan zaman cavabdehlər tərəfindən polis əməkdaşları çağırılmış, onun həmin evdən məcburi şəkildə çıxarılması tələb edilmişdir. Həmin gündən sonra sözügedən evə daxil ola bilmir. Bundan sonra cavabdehlər tərəfindən məcburi payı olan əmlak üzərində hüquqları məhdudlaşdırmağa başlanılmış, evin qapı kilidi cavabdehlər tərəfindən dəyişdirilmiş, faktiki olaraq onun həmin əmlakdan istifadə hüququnu həyata keçirməsinə yönəlmiş bütün maneələrə əl atılmışdır. İddiaçı2, anası X7 17.07.2018-ci il tarixdə vəfat etdiyi gündən Xətai rayonu 5-ci Qəsəbə küç. ev 16-da nənəsindən anasına qalan hissəyə sahiblik edir. Xalası Nəsibəyə nənəsi öz həyətində ev tikməyə kömək etmişdir və anasına deyirdi ki, 5 otaqlı öz evi Əzizə və dayısı Əsgərindir. Dayısı Əsgər xəstə olduğuna görə, 1977-ci ildə ailəsindən ayrılmış və 1994-cü ildən anası Əliyeva Əzizə və o vəfat edənə kimi bax ıb, qayğısına qalmışlar. Dayısı Əsgər 2000-ci ildə vəfat etmişdir. Anası 2018-ci ildə vəfat etdikdən sonra atasının vəziyyəti daha da ağırlaşmışdır. Atası gəmidə işləyərkən travma almış, 2017-ci ildən xəstəlikləri ilə əlaqədar yeriyə bilmirdi. Anası vəfat etdikdən sonra nənəsindən qalan mirası faktiki qəbul etsə də, rəsmiləşdirmək lazım olduğunu ona heç kim başa salmamışdır. Atasına qulluq etdiyinə görə mirasın rəsmiləşdirmək lazım olması ilə maraqlana bilməmişdir. 2020-ci il aprel ayında atası Əliyev Şa-Əli vəfat etdikdə ona mirası rəsmiləşdirmək lazım olduğu deyilmişdir. Anasına məxsus mirası da rəsmiləşdirmək istədikdə ona müddətin buraxıldığını bildirmişlər. Anasının sağlığında ona məxsus, hal-hazırda vərəsəlik qaydasında özünə çatmalı olan əmlakdan istifadə etmiş, həmin fərdi yaşayı ş evini tez-tez ziyarət etmişdirr. Vərəsəsi olduğu əmlakı faktiki olaraq qəbul etmişdir. Bəli, doğrudur, rəsmi qaydada vərəsəlik hüququnu əldə etmək üçün anasının vəfatından sonra vərəsə üzrə məcburi payın müəyyən edilməsi üçün müraciət etməmişdir. Çünki buna səbəb olacaq hər hansı bir addım cavabdehlər tərəfindən atılmamışdır. Həmçinin 2018-ci il tarixində atasının beyninə qan sızması nəticəsində yataq xəstəsi olmuşdur. Onun səhhəti ilə bağlı daimi qulluğa ehtiyacı olduğundan qızı kimi onun qulluğunda durmuşdur. 2020-ci ilin mart ayında atası Əliyev Şa-əli Nadir oğlu rəhmətə getmişdir. Atasına qulluq etdiyi 2018-2020-ci illər ərzində daimi olaraq mübahisə predmeti olan evdən istifadə edə bilməmişdir. Məhz buna görə də, anasının vəfat etməsindən sonra cavabdehlər tərəfindən məcburi payı ol an əmlak üzərində hüquqları məhdudlaşdırılmağa başlanılmış, evin qapı kilidi cavabdehlər tərəfindən dəyişdirilmiş, faktiki olaraq onun həmin əmlakdan istifadə hüququnu həyata keçirməsinə yönəlmiş bütün maneələrə əl atılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 07 aprel 2021-ci il tarixli 2(011)-346/2021 nömrəli qətnaməsi ilə (hakim Sərdar Mehrəliyev) iddia tələbinin rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, mübahisənin mahiyyətinə münasibətdə nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən isti fadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasit əsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelər ə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Baxılan iş üzrə iddiaçılar belə bir iddia qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olduğunu təsdiq etmək üçün ilk növbədə mübahisəli əmlaka mirasqoyanların mülkiyyət və ya digər əmlak hüquqlarının mövcud olduğunu təsdiq edən sübutlar təqdim etməli olduqları halda bunu edə bilməmişdirlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 isə müddətin buraxılmasının yeganə sübut qismində qanunu bilməmələrini əsas gətirmiş, məhkəməyə İddiaçı1 həyat yoldaşı X8 və İddiaçı2 atası Əliyev Şa-əli Nadir oğlunun xəstəlikləri ilə bağlı vərəsəliyin rəsmiləşdirilməsi müddətini ötürdükləri barədə xəstəlik tarixçələrini təqdim etmişlər. X1 10.11.1994-cü ildə vəfat etmişdir. Mülki Məcəllənin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Belə olan halda, 10.11.1994-cü il tarixi mirasın açıldığı vaxt hesab olunur. Məhkəmə tərəfindən müəyyən edilir ki, mirasın açıldığı vaxt iddiaçıların anaları sağ olmuş, mirasın açıldığı yerdə olmuş, deməli qanunla müəyyən olunmu ş mirasın qəbulu üsullarından istifadə etməklə mirası qəbul etmək üçün müəyyən hərəkətləri etməyə imkanları olmuşdur. Bundan əlavə, Nəsibə Dadaş qızı miras açılandan 11 il, X14 14 il sonra vəfat etmələrinə baxmayaraq, öz sağlıqlarında mirasın onların adlarına rəsmiləşdirilməsini həyata keçirməmişdir. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Lakin iddiaçılar mərhum analarının mirası faktiki üsulla qəbul etdiyini bildirmələrinə baxmayaraq, bu dəlillərini hər hansı sübutla təsdiq edə bilməmişlər. Beləliklə, məhkəmə hesab edir ki, araşdırılmış sübutlarla Bakı şəhəri, Xətai rayonu, 5-ci Q əsəbə küçəsi, 16 saylı fərdi yaşayış evinin müvafiq dövlət reyestrində qeydiyyatdan keçməməsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 nənələri X6 qanuni əsaslarla mülkiyyətində olmaması təsdiq edilmişdir. Həmçinin, iddiaçılar tərəfindən mirasın qəbul olunmuş sayılması barədə iddiaları qanunvericiliklə nəzərdə tutulmuş müddətin buraxılması ilə verilmiş, müddətin buraxılmasının üzrlü səbəbləri barədə heç bir mötəbər sübut təqdim edilməmişlər. Ona görə də, iddia tələbi əsassız olduğuna görə rədd edilməlidir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Konstitusiyasının 29.7, 72.3-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 9.3, 146.1, 146.2, 146.3, 152.1, 1133.1, 1145, 1151.1, 1243.2, 1246-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 119.1 217.4-cü maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 oktyabr 2020-ci il tarixli Qərarı ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçılar birgə apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnamənsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Elşən Kazımov - sədrlik edən və məruzəçi, Akif İsgəndərov, İlham Kərimli) 2(103)-559 6/2021 saylı, 05 iyul 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli 2(011)-346/2021 nömrəli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki iş üzrə iddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır (MPM. mad. 217.2). Miras qoyd uğu iddia olunan X12 10.11.1994-cü ildə lmüşdür. Demək qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin dövrdə qüvvədə olan 1964-cü ildə qəbul edilmiş Mülki Məcəllənin 552-ci maddəsində göstərilir ki, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əm ələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Həmin Məcəllənin 554-cü maddəsinə əsasən isə qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsə, vərəsəlik açıldıqdan sonra onu qəbul edənə qədər ölərsə, ona çatası miras payını almaq hüququ, onun vərəsələrinə keçir. Ölmüş vərəsənin həmin hüququ mirası qəbul etmək üçün qalan müddət ərzində, ümumi əsaslar üzrə, onun vərəsələri tərəfindən həyata keçirilə bilər. Müddətin qalan hissəsi üç aydan az olduqda, həmin müddət üç aya qədər uzadılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 18 iyul 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki,...əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir... Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə e tmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “E.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə kollegiyasının 06.11.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03.11.2008-ci il tarixli qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, “Əvvəlki MM-nin 78-ci maddəsinə əsasən iddia müddəti nin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Əvvəlki MM-nin 77-ci maddəsi iddia müddətləri ilə bağlı məsələlərin həllini tərəflərin iradəsindən asılı olmayaraq birbaşa məhkəmənin səlahiyyətinə aid edir, 82-ci maddəsi isə iddia qaldırılana qədər bu müddətin keçməsini iddianı rədd etmək üçü əsas kimi müəyyənləşdirirdi. Sadalanan normalar, həmçinin iddia müddətinin axımının başlanğıcının düzgün müəyyən edilməsinin tərəflərin hüquq və qanuni mənafelərinə təsiri məhkəmənin bu anı yalnız mötəbər sübutlara əsaslanmaqla təyin etməsi zərurətini ortaya çıxarır. İşdə olan Daşınmaz Əmlakin Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 06.10.2020-ci və 21.10.2020-ci il tarixli məlumatlarına (bax.i.v.109;120) əsasən Bakı şəhəri, Xətai rayonu, 5-ci Qəsəbə küçəsi, 16 saylı ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Düzdür, işdə olan 1962-ci ildə tərtib olunmuş "Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyasına və qiymətləndirilməsinə aid pasport"un və “Evlər idarəsi üzrə texniki inventarizasiyasının ev sahibliyinin” kartoçkasına əsasən Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış məntəqəsi, 5-ci Qəsəbə küçəsi, 16 saylı evin sahibi kimi X12 qeydiyyata alınmışdır. Ancaq qeyd olunan evin miras əmlak kimi qəbul edilməsi üçün onun mütlə q formada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi tələb olunur. Əks halda qeydiyyatdan keçməyən, başqa sözlə dövlətin bu günədək qəbul edib və hansısa şəxsin adına qeydiyyata almadığı bir tikiliyə (daşınmaz əmlaka) vərəsəlik hüququ üzrə miras əmlak kimi hansısa şəxsə vərəsəlik hüququnun tanınması mülki dövriyyədə xaos yaradar ki, bu da yolverilməzdir. Apelyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayəti üzrə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçılar İddiaçı1 və İddiaçı2 (vəkilləri Vəkil3) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, müddətin ötürülməsinə səbəb olan hallar sübutlarla əsasən təsdiq olunmuşdur. Müddətin ötürülməsinə səbəb olan iddia ərizəsində göstərilmiş faktiki halları əsaslandıran zəruri sənədlər (ölüm haqqında şəhadətnamələrin surəti, xəstəliyə dair sənədlər) məhkəməyə təqdim edilərək sübuta yetirilsə də, məhkəmə qətnamə qəbul edərkən göz ardı etmiş, bununla ədalətli nəticəyə gəlinməmişdir. Bundan başqa, Bakı Apellyasiya Məhkəməsini n 2(103)-5596/2021 saylı, 05 iyul 2021-ci tarixli qətnaməsində iddiaçıların iş üzrə subyektiv hüquqlara malık olmaması qeyd olunmuşdur. Həmin fikrə münasibət bildirərək qeyd etmək istəyirlər ki, iddiaçılar miras əmlakı faktiki qəbul etmişlər, miras əmlak iddiaçıların sahiblik və istifadəsində olmuşdur. Belə olduğu təqdirdə iddiaçılar miras əmlakın qəbulu üçün nəzərdə tutulmuş müddətin bərpa edilməsi və mirasın qəbul edilməsi tələbi üçün məhkəməyə müraciət edə bilər, hüquq subyektləri qismində çıxış edə bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 16.10.2020-ci il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir kı, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquq təsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Konstitusiya Məhkəməsinin sözü gedən qərarından da aydın olduğu kimi onların mülki iş üzrə hüquq subyektliyinin təsdiq olunması üçün onların mübahisəli əmlak hüquqları üzərində mülkiyyət və digər əmlak hüquqlarının mövcud olduğunu təsdiq edən sübutuvərəsəlik haqqında şəhadətnamənin olmasına ehtiyac yoxdur. Beləliklə, məhkəmə bu hissədə də yanlışlığa yol verərək absurd əsaslandırma ilə qətnamə qəbul etmişdir. Həmçinin onu da qeyd etmək lazımdır ki, onlar mübahisəli miras əmlakı faktiki olaraq qəbul etmişlər. Onlar mübahisəli fərdi yaşayış evinə gedib-gəlir, saxlanması xərclərini də özləri həyata keçirirlər. Lakin son zamanlar ailə üzvlərinin səhhətində baş verən kəskin pisləşmə, onlara qulluq edilməsi nəticəsində mübahi səli fərdi yaşayış evinə tez-tez gəlməyinə maneə olmuşdur. Bütün bunlar onların mübahisəli fərdi yaşayış evini faktiki qəbul etdiklərinə dəlalət edir. Onların hüquqları 18.07.2014-cü il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə müəyyən olunduğundan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05.07.2021-ci il tarixli, 2(103)-5596/2021 saylı tarixli qətnaməsi ilə iddiaçıların hüquqları məhkəmə tərəfindən pozularaq mövcud qanunvericiliyin tələblərinə riayət olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05.07.2021-ci il tarixli, 2(103)16/2021 saylı tarixli qətnaməsində mübahisəli əmlakın dövlət qeydiyyatına alınmaması məsələsinə toxunulmuşdur. Həmin fikrə uyğun olaraq bildirirlər ki, mirasın "Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya sına və qiymətləndirilməsinə aid pasport”una və Evlərin idarəsi üzrə texniki inventarizasiyanın ev sahibinin kartoçkasına əsasən mərhum nənələri X4 adına qeydiyyat keçməsi faktı öz əksini tapmışdır. Həmin sənədlər daşınmaz əmlakın dövlət qeydiyyatına alınması üçün əsas olduğundan əmlakın dövlət qeydiyyatına alınması üçün onlar tərəfindən aidiyyəti orqanlara müraciət olunmuşdur. Hesab edirlər ki, Bakı Apellyasiya Məhkəməsinin Kollegiyası işi həll edərkən tətbiq etməli olduğu maddi hüquq normalarını düzgün seçərək tətbiq etməmiş və işi mahiyyəti üzrə düzgün həll etməyərək qanunsuz və əsassız qətnamə çıxarmışdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kol legiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçılar İddiaçı1, İddiaçı2, onların vəkili Vəkil3 və Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdeh1 nümayəndəsi X9 və cavabdeh X13 məhkəmə iclasında vəkilsiz iştirak etdikləri üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq onların izahatı dinlənilmədi. Tətbiq edilən hüquq “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Kon stitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul ol unan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan SSR-in 1964-cü il Mülki Məcəlləsi: Maddə
73. Hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarının müdafiəsi üçün ümumi müddət (iddia müddəti) üç il müəyyən edilmişdir. Maddə 82.1. İddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır. Maddə
552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə miras əmlakı faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə o eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanının miras qəbul etmək barədə ərizə verikdə miras qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər açılan gündən 6 ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadıqda və ya onlar mirası qəbul etmədiyi halda vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində onu qəbul etmək üçün öz razılığını bildirə bilər. Bu müddət 3 aydan az olm adıqda isə həmin müddət 3 aya qədər uzadılır. Həmin Məcəllənin 554-cü maddəsinə əsasən isə qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsə, vərəsəlik açıldıqdan sonra onu qəbul edənə qədər ölərsə, ona çatası miras payını almaq hüququ, onun vərəsələrinə keçir. Ölmüş vərəsənin həmin hüququ mirası qəbul etmək üçün qalan müddət ərzində, ümumi əsaslar üzrə, onun vərəsələri tərəfindən həyata keçirilə bilər. Müddətin qalan hissəsi üç aydan az olduqda, həmin müddət üç aya qədər uzadılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.2. Qətnamə mübahisə li hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəf indən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instans iyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə ilk olaraq qeyd edir ki, kasasiya şikayəti formal olaraq tərtib edilmişdir. Belə ki, iddiaçılar miras əmlakın onlar tərəfindən faktiki qəbul edildiyini, son zamanlarda cavabdehlər tərəfindən yaradılmış maneə nəticəsində həmin əmlaka sahiblik edə bilmədiklərini, müddətinin ötürül məsinin üzrlü səbəblərdən (iddia tələbində göstərdikləri) baş verməsini göstərmiş olsalar da, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, X1 10.11.1994-cü ildə vəfat etmişdir. Belə olan halda, 10.11.1994-cü il tarixi mirasın açıldığı vaxt hesab olunur. Mirasın açıldığı vaxt iddiaçıların anaları sağ olmuş, mirasın açıldığı yerdə olmuş, qanunla müəyyən olunmuş mirasın qəbulu üsullarından istifadə etməklə mirası qəbul etmək üçün müəyyən hərəkətləri etməyə imkanları olmuşdur. İddiaçılar mərhum analarının mirası faktiki üsulla qəbul etdiyini bildirmələrinə baxmayaraq, bu barədə dəlillərini hər hansı sübutla təsdiq edə bilməmişlər. Bundan əlavə, müəyyən edilmişdir ki, iddiaçıların miras əmlak olduğunu iddia etdikləri daşınmaz əmlak dövlət qeydiyyatına alınmamışdır. Belə olan halda hə min əmlak özbaşına tikili hesab edilir və özbaşına tikili üzrə hüquqların yaranmasında, hüquqların həyata keçirilməsindən söhbət gedə bilməz. İddiaçıların həmin əmlaka məxsus sənəd kimi istinad etdikləri Kartoçka mülkiyyət hüququnu təsdiq edən sənəd hesab edilə bilməz. Ümumilikdə kasasiya yoxlaması həyata keçirilərkən isə apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verilməsi müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilə nlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən birgə verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5596/2021 nömrəli iş üzrə 05 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.