Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-696/2024 24.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 regional idarəsi cəlb edilməklə ərizəsi ilə bağlı mülki iş üzrə QƏRARDADİ (Açar sözlər: qətnamədən kassasiya şikayəti vermək hüququnun olmaması əsası ilə kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi) Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Babayev Zəki Baba oğlu (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müd afiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 regional idarəsi cəlb edilməklə “iş stajı faktının təsdiq edilməsi barədə” ərizəsi ilə bağlı mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1358/2023 nömrəli, 13 sentyabr 2023-cü il tarixli qətnaməsindən Ərizəçi (Vəkil1) və maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı (Vəkil2) tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinin mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Ərizəçi ərizə ilə Qubadlı Rayon Məhkəməsinə müraciət edərək, mərhum atası X1 1945-ci ildən 10 avqust 1985-ci ilə kimi iş stajının bərpa edilməsinə dair qətnamə qət olunmasını i xahiş etmişdir.
2. Daha sonra ərizəçi ərizəyə dəqiqləşmə edərək, atası X1 1984-cü ildə 60 yaşı tamam olandan sonra pensiyaya çıxmasını və xx.xx.1985-ci ilədək pensiya almasını, qeyd edərək, X1 1945-ci ildən 10 avqust 1985-ci ilə qədər Qubadlı rayon Texniki Təmir stansiyasında işlədiyi dövrün iş stajı faktının təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Eyni zamanda maraqlı tərəf Maraqlı şəxs deyil, Abşeron-Xızı regional filialı ilə əvəz edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
3. Qubadlı Rayon Məhkəməsinin 2(028)-80/2023 nömrəli, 10 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim Vladimir Ruvinov) ərizə qismən təmin edilmiş, X1 1945-ci ildən 1984cü ilə qədər Qubadlı rayon Texniki Təmir Stansiyasında işlədi yi dövrün iş stajı faktı kimi təsdiq edilməsi, qalan hissədə ərizənin rədd edilməsi qət olunmuşdur.
4. Qətnаmədən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsinin Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ərizənin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
5. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1358/2023 nömrəli, 13 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Lalə Rəhimli (sədrlik edən və məruzəçi), İlqar Dəmirov və Fuad Məmmədov), apellyasiya şikayətinin qismən təmin edilmiş, Qubadlı Rayon Məhkəməsinin 2( 028)-80/2023 nömrəli, 10 aprel 2023-cü il tarixli qətnaməsinin qismən - X1 1945-ci ildən 1983-cü ilə qədər Qubadlı rayon Texniki Təmir Stansiyasında işlədiyi dövrünun iş stajı faktı kimi təsdiq edilməsi hissəsində ləğv edilərək həmin hissədə yeni qətnamə qəbul olunması, həmin hissədə ərizənin təmin edilməməsi, qalan mübahisələndirilən hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
6. Qətnamədən ərizəçi (Vəkili Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, apelyasiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul olunmasını xahiş etmişdir.
7. Qətnamədən həmçinin maraqlı şəxs (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qismən, yəni iddianın təmin edilmiş hissəsinə münasibətdə ləğv edilməsini, həmin hissə üzrə yeni qərar qəbul edilərək iddianın təmin edilmiş hissəsində də rədd edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.
8. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
9. Maddə 403.1. Bu Məcə llənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.
10. Maddə 407.1.4. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması göstərilməlidir.
11. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. Kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; 408.1.5. kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə.
12. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.
13. Maddə
409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
14. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin mümkünlüyünü araşdıraraq, aşağıdakılara əsasən hesab edir ki, maraqlı şəxs (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
15. Belə ki, apelyasiya instansiyası məhkəməsinin qətnamələrindən tərəflərin, üçüncü şəxslərin şikayət vermə hüququ o halda yaranır ki, onların tələbləri təmin olunmamış olsun (MPM-nin 403.1-ci maddəsi).
16. Nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şik ayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri MPM-nin 403.1-ci maddəsində kassasiya şikayətinin verilməsi üçün müəyyən olunmuşdur. Həmin norma o şəxslərin kassasiya şikayəti vermək hüququnu tanıyır ki, qətnamə və ya qərardadla tərəfin, üçüncü şəxsin, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxsin tələbləri tələbləri təmin olunmasın.
17. Bu qaydanın əsasında mülki icraatın əsas prinsiplərindən biri olan dispozitivlik prinsiri dayanır. Dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməkdə ifadə olunur. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir.
18. MPM-nin 40 3.1-ci maddəsi o anlama gəlir ki, maraqlı şəxsə qarşı verilən iddia təmin olunmadıqda, maraqlı şəxsin hər hansı tələbinin təmin edilməməsi halı baş vermir və bu qərardan maraqlı şəxsin kassasiya şikayəti vermə hüququ yaranmır.
19. Hazırki iş üzrə də müəyyən olunur ki, birinci instansiya məhkəməısi tərəfindən ərizə qismən təmin edilərək, X1 1945-ci ildən 1984-cü ilə qədər Qubadlı rayon Texniki Təmir Stansiyasında işlədiyi dövrün iş stajı faktı kimi təsdiq edilmiş, ərizə qalan hissədə rədd edilmişdir. Həmin qətnamədən maraqlı şəxs tərəfindən verilmiş apelyasiya şikayəti apelyasiya instansiya məhkəməsinin qətnaməsi ilə qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - X1 1945-ci ildən 1983-cü ilə qədər Qubadlı rayon Texniki Təmir Stansiyasında işlədiyi dövrünun iş st ajı faktı kimi təsdiq edilməsi hissəsində ləğv edilərək həmin hissədə yeni qətnamə qəbul olunması, həmin hissədə ərizənin təmin edilməməsi, qalan mübahisələndirilən hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
20. Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qismən, yəni iddianın təmin edilmiş hissəsinə münasibətdə ləğv edilməsi, həmin hissə üzrə yeni qərar qəbul edilərək iddianın təmin edilmiş hissəsində də rədd edilməsi xahiş olunsa da, kassasiya şikayətində şikayəti verən şəxsin tələbi aydın olmamaqla, şikayət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş formada tərtib edilməmişdir. Eyni zamanda kassasiya şikayətinin məzmununda maraqlı şəxsin apellyasiya instansiya məhkəməsinin qətnam əsinin hansı hissədə ləğv edilməsini xahiş etməsini müəyyən etmək mümkün deyildir. Belə ki, maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayətinin məzmunu, maraqlı şəxsin birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apelyasiya şikayətinin məzmunu ilə tam eyni olmaqla, kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməsinin nədən ibarət olması da göstərilməmişdir.
21. Həmçinin kassasiya şikayətinin 3-cü vərəqəsinin 8-ci abzasında qeyd olunmuşdur ki, ərizəçinin mərhum atasının 1945-ci il tarixdən 1984-cü il tarixədək Qubadlı rayon Kənd Təsərrüfatı istehsalat Texniki Təminat birliyində işləməsi barədə məhkəmənin gəldiyi nəticə əsassızdır. Halbuki qeyd olunduğu kimi apelyasiya instansiya məhkəməsi kassasiya şikayətində qeyd olunan nət icəyə dəyil, tamamilə fərqli nəticəyə gəlmişdir. Bu halda apelyasiya instansiya məhkəməsinin qətnaməsinin maraqlı şəxsin mənafelərinə zidd olması görünmür.
22. Kassasiya şikayətinin məzmunundan maraqlı şəxsin apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmayan tələbinin olmadığını müəyyən etmək mümkün olmadığı üçün Mülki Prosessual Məcəllənin 403.1-ci maddəsinin tələbi baxımından onun apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermək hüququ da yaranmır.
23. Bu halda, habelə kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə apelyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayəti geri qaytarılmalı idi. Çünki Azərbaycan Respublikası MPM-nin 409-cu maddəsi nin tələbinə görə apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir.
24. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti daxil olduqda onu vermiş şəxsin kassasiya şikayəti vermək hüququna malik olmasını, kassasiya şikayətinin qanunla müəyyən olunmuş müddətdə verildiyini, kassasiya şikayətinin qanunla nəzərdə tutulmuş forma və məzmun tələblərinə cavab verdiyini yoxlamalı, həmin qaydalara riayət olunduğu halda kassasiya şikayətini baxılma sı üçün göndərməli, göstərilən tələblərə cavab vermədiyi halda isə, kassasiya şikayətinin geri qaytarılması barədə əsaslandırılmış qərardad çıxarmalıdır.
25. Lakin hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi maraqlı şəxsə münasibətdə bu tələblərə əməl etməmişdir.
26. Kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olmaması, apelyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə, kassasiya məhkəməsi tərəfindən isə kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə səbəb olur. Kassasiya şikayətinin geri qaytarılması apellyasiya instansiyasının səlahiyyəti olduğuna görə, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
27. Azərbaycan Respublikası Mülki Prosessu al Məcəlləsinin 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir.
28. Həmin Məcəllənin 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.
29. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, maraqlı şəxs (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilməli, geri qaytarılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir. Həmçinin apelyasiya instansiyası məhkəməsi maraqlı şəxsin kassasiya şikayətini geri qaytardıqdan sonra, mülki işi ərizəçinin kassasiya şikayətinə baxılması üçün Ali Məhkəməyə göndərməlidir.
30. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408 və 411-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1358/2023 nömrəli, 13 sentyabr 2023-cü il tarixli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən verilmiş kassasiya şikayəti qeyrimümkün hesab edilsin. Kassasiya şikayəti maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filial ına aid hissədə geri qaytarılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə minir.