Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6967/2019 19.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassator İddiaçı, vəkili X5, cavabdehin nümayəndəsi X9, vəkili X4 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 may 2019-cu il tarixli qətnaməsindənİddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 aprel 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(007)-1755/2018, hakim M.Q.Sadıqov) İddiaçı cavabdeh XXX-X1rşı “əmək müqaviləsinə xitam verilməsi barədə 27 fevral 2018-ci il tarixli 166 sayı əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 may 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-5558/2019, hakimlər R.Ə.Eyvazov, Z.Ə.Əliyev, F.Ş.Talışinski)İddiaçıapellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: 04 avqust 2003-cü il tarixdə İddiaçı X3 İnstitutunun anesteziologiya və reanimasiya şöbəsinə həkim anestezioloq vəzifəsinə qəbul ed ilmiş, 01 iyul 2006-cı il tarixdə şöbə müdirihəkim anestezioloq vəzifəsinə keçirilmişdir. X3 İnstitutunun 27 fevral 2018-ci il tarixli əmri ilə İddiaçı ilə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. 06 mart 2018-ci il tarixdə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmrin ləğv edilməsi, işə bərpa edilməsi və buraxılmış müddətə görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və tərəflərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, onun əmək funksiyasını və əmək müqaviləsi əsasında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi ilə bağlı heç bir sübut olmamasına düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və işə bərpa təşkil edir. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsaslarını müəyyən edən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 72-ci maddəsinin “ə” bəndinə əsasən əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötü rən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması, işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 71-ci maddəsinin tələblərinə görə Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə mü əyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ilə əmək müqaviləsinə işəgötürən tərəfindən əmək qanunvericiliyi ilə müəyyən edilən əsaslarla xitam verilməklə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmışdır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına əsasən iddiaçı 04 avqust 2003-cü il tarixli X3 İnstitutunun İ BLOK anesteziologiya və reanimasiya şöbəsinə həkim anestezioloq vəzifəsinə, 01 iyul 2006-cı il tarixdə isə o, (şöbə müdiri) həkimanestezioloq vəzifəsinə qəbul edilmişdir. Bundan sonra iddiaçı müxtəlif vaxtlarda əmək intizamını pozmuş, ona şifahi və rəsmi xəbərdarlıqlar edilmiş, töhmət və şiddətli töhmət verilmiş, barəsində 18 d ekabr 2017-ci il tarixli, 11 yanvar 2018-ci il tarixli, 13 yanvar 2018-ci il tarixli, 13 yanvar 2018-ci il tarixli, 15 fevral 2018-ci il tarixli və 22 fevral 2018-ci il tarixli aktlar tərtib olunmuşdur. X3 İnstitutunun Həmkarlar Komitəsinin 11 yanvar 2018-ci il tarixli iclasında, Komitə üzvləri İddiaçı Ələddin oğlunun işdən çıxarılmasına etiraz etməmişlər. Həmkarlar Komitəsinin 27 fevral 2018-ci il tarixli iclasında, Həmkarlar Komitəsi 11 yanvar 2018-ci il tarixli protokolunda çıxardığı qərarı qüvvədə saxlayaraq İddiaçı işdən çıxarılmasına etiraz etməmişlər. X3 İnstitutunun 27 fevral 2018-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmri ilə iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndində göstərilən əmək funksiyasını pozduğuna görə əvvəllər işəg ötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq 6 ay ərzində təkrarən əmək funksiyasını pozması əsası ilə həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən 27 fevral 2018-ci il tarixindən işdən azad edilməsi və əmək müqaviləsinə xitam verilməsi, Azərbaycan Respubublikası Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsinə əsasən istifadə etmədiyi əmək məzuniyyətinə görə 18 təqvim günü ödənilməsi və işçi ilə son haqqhesab aparılması əmr edilmişdir. İddiaçı çalışdığı müddət ərzində mütəmadi şəkildə əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini pozmuşdur. Bu hallar, işdə olan çoxsaylı sübutlarla (təqdimatlar, aktlar, izahatlar, şikayətlər, əmrlər və s.) tam sübuta yetirilir. Eyni zamanda, işdə olan qanuni qüvvəsini almış məhkəmə qərarından (Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 fevral 2018-ci il tarixli qətnaməsi) görünür ki, İddiaçı Azərbaycan Respubliakası Səhiyyə Nazirliyi X3 İnstitutunun direktoru Həqiqət Qədirovaya qarşı 19 dekabr 2017-ci il tarixli 1356 nömrəli əmrin (şiddətli töhmət) ləğv olunması tələbi təmin edilməmişdir. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən araşdırılmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, iddiaçı əmək vəzifələrini mütəmadi olaraq kobud şəkildə pozmuş (xəstələrin ambulator kart açılmadan, qeydiyyatdan kənar qeyri-rəsmi qəbulu, düzgün olmayan müalicə təyini, vətəndaşların şikayətləri, üzrsüz səbəbdən iş yerində olmama, iş yerini özbaşına tərk etməsi və s.), bununla bağlı ona dəfələrlə şifahi və rəsmi xəbərdarlıqlar edilmiş, töhmət və şiddətli töhmət verilmiş, barəsində 18 dekabr 2017-ci il tarixli, 1 1 yanvar 2018-ci il tarixli, 13 yanvar 2018-ci il tarixli, 15 fevral 2018-ci il tarixli və 22 fevral 2018-ci il tarixli aktlar tərtib olunmuşdur. Həmin aktlardan da görünür ki, iddiaçı iş yerini özbaşına tərk etməsi barədə 16 dekabr 2017-ci il tarixli təqdimatlarla bağlı izahat verməkdən müxtəlif bəhanələrlə boyun qaçırmış, şöbələrə baxış keçirən zaman saat 15:00-dan 18:00-a dək işdə olmamış və sair şəkildə əmək intizamını pozmuş, yol verdiyi kobud səhvləri və həmin səhvlərin nəticəsində intitutun qanuni mənafeyinə ciddi xələl gətirdiyinə görə, dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilmiş, töhmət və şiddətli töhmət verilmişdir. Göründüyü kimi, iddiaçıya daha əvvəl verilmiş intizam tənbehindən də nəticə çıxarmamış, təkrarən 6 ay ərzində əmək funksiyalarını pozmuşdur. Bu hal isə Azərbay can Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin tələblərinə görə iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi üçün əsas hesab edilir. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosesual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6967/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6967/2019
19.11.2019 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver