Məhkəmə qərarları › İş №2(102)-6974/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6974/2019

16.10.2019 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6974/2019 16.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı, vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 02 iyul 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 aprel 2019-cu il tarixli, 2(001)3087/2019 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızma qarşı evə köçürü lmə tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir(hakim N.Nəbizadə). Bakı Apellyasiya Məhkəməsinin MK-nın 02 iyul 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən və məruzəçi V.Həsənov, hakimlər Ş.Məmmədova və X.Sarıyev, İş № 2(103)7543/2019) İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 aprel 2019-cu il tarixli, 2(001)-3087/2019 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı azyaşlı uşağı ilə birlikdə Binəqədi rayon Biləcəri qəsəbəsi ünvan 1 ünvanda Cavabdeh1 ilə yaşamış olduğu 2 otaqlı evə köçürülməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, iddianın təmin olunm ası barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi sübutlara yanlış qiymət verməklə maddi hüquq normalarını iş üzrə düzgün təfsir və tədbiq etməmiş və gəlinmiş nəticə qanuna uyğun əsaslandırılmamışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi qanun pozuntuları ilə əsassız və qanunsuz qərar qəbul etməsi ilə onun Konstitusiyanın 13, 29, 60 və 71-ci maddələrində təsbit olunmuş mülkiyyət və mülkiyyətin qorunması hüququ, eləcə də hüquq və azadlıqların məhkəmə müdafiəsi təminat hüququnu pozmuşdur. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin 02 iyul 2019 -cu il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını vurğulayaraq Bakı Apellyasiya Məhkəməsinin 02 iyul 2019-cu il tarixli qətnaməsinin maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edildiyindən dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkilin çıxışı ilə razı olduğunu bildirdi. Məhkəmə kollegiyası, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızının məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlmələri səbəbindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onların iştirakı olmadan ba xılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın qəbul etdiyi 02 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfind ən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı ilə Cavabdeh1 19.01.2016-cı ildə nikaha daxil olmuş, birgə nikahdan 17.10.2016-cı ildə X2 adlı uşaqları anadan olmuşdur. 25.07.2018-ci ildə mübahisəli evin dəyərinin 15500 manat hissəsi ödənilərək həmin vaxtdan 2018-ci ili n dekabr ayınadək iddiaçı və Cavabdeh1 köçərək həmin evdə yaşamışlar. Sonradan isə ailə münasibətləri ilə yaranmış münaqişə ilə bağlı iddiaçı uşağı ilə birlikdə evdən çıxmış və qohumlarınının evində yaşamaqdadır. İddiaçı tərəfin mövqeyinə görə mübahisəli ev onların birgə vəsati olan 10500 manat və anasının vermiş olduğu 5000 manat, cəmi 15500 manat məbləği qismən ödəniş edilməklə alınmış, qalan 8500 manatın isə hissə-hissə ödənilməsi razılaşdırılmışdır. 25.07.2018-31.12.2018-ci il tarixi ərzində mübahisəli mənzildə yaşamış və sonra isə edilmiş təzyiqlər nəticəsində evdən çıxmışdır. Hazırda isə başqa yaşayış yeri olmadığı üçün həmin mənzilə köçmək istəyir. Cavabdeh1 mənzilin qalıq dəyərini onun evə köçürülməsinin qarşısını almaq üçün ödəmir, digər Cavabdeh2 isə qəbul etmir. Cavabdeh tərəfin mövqeyinə görə evin dəyəri tam ödənilməmiş, ev özbaşına tikilidir və buna görə iddiaçının həmin evə hər hansı hüququ yaranmamış və köçürülməsi mümkünsüzdür. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və Cavabdeh1 və iddiaçı tərəfindən yaşayış sahəsi kimi istifadə olunmuşdur. Cavabdehin hərəkətləri faktiki olaraq iddiaçının həmin evə köçürülməsinin qarşısının alınmasına yönəlmişdir. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, Cavabdeh1 hətta evdə yaşamasa da iddiaçının orada yaşamasına mane törətməsi bərabərlik prinsipinə uyğun olmamaqla yanaşı iddiaçının da azyaşlı övladı ilə birlikdə əvvəlki şərtlər daxilində bu evdə yaşamaq hüququnu pozur. Eyni zamanda iddiaçının evə köçürülməsindən evin özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Belə olan təqdirdə, iddiaçının cavabdehlə bərabər həmin evdə yaşamasın təmin etmək məqsədi ilə onun bu evə köçürülməsi zəruridir. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi nəticədən görünür ki, iddiaçı tərəf evin alınmasına vəsait xərcləmiş, digər Cavabdeh1la onların niyyətləri özlərini yaşayış yeri ilə təmin etmək olmuşdur. Hazırda isə həmin məbləğin Cavabdeh2 qalması, geri qaytarılmaması və iddiaçıya evd ən istifadə etməsinə imkan yaradılmaması ədalətli mövqe hesab edilə bilməz. İddiaçı tərəfin də mövqeyindən aydın olur ki, evin alınmasına pul sərf etmiş, həmin məbləğin ona qaytarılması anınadək onun evdə yaşamaq imkanı saxlanmalıdır. Bununla bağlı məhkəmə kollegiyası tərəfindən tərəflərə mübahisəni məhkəmədən kənar həll edilməsi üçün imkan yaradılmış, lakin bu vəziyyətdən cavabdeh tərəf səmərəli istifadə etməmişdir. Apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən edilmiş hallar əsasında belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən işin yuxarda göstərilən faktiki hallarına düzgün qiymət verməmiş və əsassız olaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticələrin maddi əsası kimi Azərbaycan Respublikası K onstitusiyasının 25-ci maddəsinə, Mülki Məcəllənin 6.1.1, 180ci maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin həqiqi hallarına uyğun olmaqla və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyi üçün qanuni və əsaslıdır. Cavabdeh1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi əsası kimi ona istinad etmişdir ki, apellyasiya instansiyası məhkəməsi sübutların qiymətləndirilməsində səhvə yol vermiş, maddi hüquq normalarını düzgün təfsir etməmiş, yalnız subyektiv mülahizələr əsasında iş üzrə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası mülki işlərə baxarkən sübutlara düzgün qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müva fiq olaraq məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahif ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, bu dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq olunmaması, eyni zamanda bu dəlillərlə işin faktiki halları mübahisələndirilərək kassasiya şikayətində göstərilən maddi və prosessual hüquq normalarının pozulmasının nədən ibarət olması əsaslandırılmadığından həmin dəlillər əsaslı hesab edilə bilməz. Bu isə, qanuni və əsaslı olan apellyasiya ins tansiyası məhkəməsinin qətnaməsinin ləğvinə əsas ola bilməz. Apellyasiya instansiyası məhkəməsinin nəticələri işin faktiki hallarına uyğun olmaqla onun tərəfindən Azərbaycan Respublikasının MPM-nin 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Göstərilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. İş üzrə apellyasiya instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarının pozması hallarına yol verməsi müəyyən edilməmiş, qətnamə məhkəmə iclasında, araşdırılmış sübutlar əsasında qəbul edilmiş, hüquq normaları düzgün tətbiq və təfsir edilmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın iş üzrə 02 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar