Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6982/2021 27.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Zərdab rayon Məlikumudlu Bələdiyyəsinin cavabdehlər Cavabdeh1 oğuna, Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-6982/2021 (Açar sözlər: torpaq sahəsindən çıxarılma, özbaşına tikililərin sökülməsi ) Bakı şəhəri, 27 dekabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı, Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə İddiaçı Zərdab rayon Məlikumudlu Bələdiyyəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərin torpaq sahəsindən məcburi olaraq çıxarılması və inşa edilmiş tikilil ərin sökülməsi ” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1488/2021 nömrəli, 10 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 kassasiya şikayəti üzrə işə 27 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Zərdab rayon Məlikumudlu Bələdiyyəsi qarşı iddia ərizəsi ilə Zərdab Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Məlikumudlu kəndi ərazisindəki bələdiyyə fonduna aid “Ferma sahəsi” adlanan yerdən zəbt etdikləri əkinə yararlı 1.2 ha torpaq sahəsindən məcburi olaraq çıxarılmaları və onların zəbt etdikləri həmin sahədə (ölçüləri 7x4m, 4x2m, 20m x 5m, 7 x4m) ümumi sahəs i 164 kv.m müvəqqəti inşa edilmiş tikililərin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılıb ki, cavabdehlər Zərdab rayonun Məlikumudlu kəndi ərazisində “Ferma sahəsi” adlanan ərazidə bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini bir neçə ildir ki, qanunsuz olaraq zəbt edərək orada qamışdan müvəqqəti tikililər tikmişlər.
3. Bələdiyyə torpağının cavabdehlər tərəfindən qanunsuz olaraq zəbt olunması barədə Zərdab Rayon İcra Hakimiyyətinə məlumat verilmişdir. 21.12.2020-ci il tarixdə bələdiyyə sədrinin, icra hakimiyyəti aparatının şöbə müdirinin, RİH-nin Memarlıq və Tikinti şöbəsinin müdirinin, Məlikumudlu kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsinin, Zərdab rayon PŞ-nin İTB-nin polis sahə rəisi əvəzinin və Cavabde h2 iştirakı ilə sözügedən əraziyə baxış keçirilən zaman aşkar olunub ki, cavabdehlər Məlikumudlu kəndi ərazisindəki bələdiyyə fonduna aid olan “Ferma sahəsi” adlanan ərazidə 1.2 ha torpaq sahəsini zəbt edərək orada 7 x4m, 4 x 2m, 20m x 5m, 7 x 4m ölçüdə qamışdan müvəqqəti tikililər inşa etmişlər.
4. Həm bələdiyyənin, həm də icra hakimiyyətinin əməkdaşları tərəfindən cavabdehlərə ərazidən çıxmaları və orada inşa edilmiş tikililərinin sökülməsi barədə xəbərdarlıq olunsa da, cavabdehlər tərəfindən ərazi boşaldılmamış və tikililər sökülməmişdir.
5. Bununla da cavabdehlər sözügedən torpaq sahəsini qanunsuz olaraq öz istifadələrində saxlamaqla bələdiyyənin torpaq üzərində qanuni əsaslarla qorunan mülkiyyət hüquqlarını pozmuşlar.
6. İddiaçı tələbinin hüquqi əsası kimi “Bələdiyyələrin statusu haqq ında” Qanunun 32 və 33-cü maddələrinə istinad etmişdir.
7. Cavabdeh Cavabdeh2 iddiaya etiraz edib. Etirazın dəlilləri: - Zərdab rayonunun Məlikumudlu kəndində özlərinə məxsus 0.12 ha həyətyanı torpaq sahəsi vardır. 3 ildir ki, orada özlərinə iki otaqlı ev tikdirirlər. Evin divarları hörülüb, damı vurulsa da, tavanı və döşəməsi hələ vurulmamışdır; - əvvəllər də sözügedən massivdə başqa bir yerdə məskunlaşaraq xeyli müddət orada əri – hazırkı iş üzrə digər Cavabdeh1 və uşaqları ilə birlikdə yaşamışlar. Lakin məhkəmə qətnamələrinə əsasən həmin ərazidən çıxarılmaları qət edildiyindən 24.11.2020-ci il tarixdə Zərdab rayon İcra və Probasiya şöbəsinin icra məmurları tərəfindən ərazidən çıxarılmışlar; - həmin gündən yenə də eyni massivdə, lakin başqa yerdə Məlikumudlu bələdiyyəsinə məxsus torpaq s ahəsinin 15-16 sotunu heç bir sənəd olmadan götürərək orada özlərinin yaşamaları, qoyun-quzularının və toyuq-quşlarının saxlanması üçün qamışdan dörd ədəd tiklilər tikmişlər. Belə ki, həmin ərəfədə Zərdab rayon İcra hakimiyyəti başçısının qəbuluna getsələr də başçı onları qəbul etməmiş, aparatın işçisi onları qəbul etmiş və bələdiyyəyə zəng edərək həmin yer boşdursa istifadə etmələrinə icazə verilməsini bildirmişdir; - sonra yenidən bələdiyyə sədrinin yanına getmişlər və bələdiyyə sədri onlara bildirmişdir ki, başçı ona zəng vurub tapşırıq verərsə həmin yeri onlara verə bilər, əks təqdirdə ərazini boşaltsınlar; - sözügedən torpaq sahəsində qamışdan 01 otaqlı, 7 x4 m ölçüdə ev, 4 x 6m ölçüdə quzu üçün bir ədəd tövlə, 4 x 14 m ölçüdə qoyun üçün bir ədəd tövlə, 2 x 2 m ölçüdə bir ədəd toyuq hini tikmişlər. Ərazidə Bələdiyyə mülkiyyətinə aid boş torpaq sahələri çoxdur; - hazırda onların istifadə etdikləri torpaq sahəsi də boş olduğundan onlar orada məskunlaşmışlar. Lakin onların orada məskunlaşmalarına və müvəqqəti tiklilər tikmələrinə bələdiyyənin icazəsi yoxdur. Hazırda bələdiyyə onlardan torpaq sahəsini boşaltmalarını və tikmiş olduqları tikliləri sökmələrini tələb edir. Torpaq sahəsindən çıxmaq və tikmiş olduqları tikliləri sökmək fikirləri yoxdur.
8. Cavabdeh Cavabdeh1 da iddiaya eyni məzmunda etiraz etmişdir.
9. Zərdab Rayon Məhkəməsinin 2(035)-129/2021 nömrəli, 12 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Məlikumudlu kəndi ərazisində bələdiyyə fonduna aid “Ferma sahəsi” adlanan ərazidə zəbt etdikləri 1,2 ha torpaq sa həsindən çıxarılması və həmin sahədə inşa etdikləri (ölçüləri 7 x 4 m, 4 x 2 m, 20 m x 5 m, 7 x 4m) ümumi sahəsi 164 kv.m olan tikililərin cavabdehlər tərəfindən və ya onların hesabına sökülməsi, iş üzrə ödənilməli olan 10 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq dövlət mədaxilinə ödənilməsi qət edilmişdir. (hakimTahir Qubadov)
10. Birinci instansiya məhkəməsi toplanmış sübutlara əsasən müəyyən etmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Zərdab rayonun Məlikumudlu kəndi ərazisində “Ferma sahəsi” adlanan ərazidə bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini (iddiaya görə 1.2 ha, cavabdehlərin bildirməsinə görə 0.12-0.15 ha) qanunsuz zəbt edərək orada qamışdan özlərinin yaşamaları, qoyun-quzularının və toyuqquşlarının saxlanması üçün dörd ədəd müvəqqəti tikililər inşa etmişlər. Cavabdehlərdən həmin ərazinin boşaldılması tələb edilsə də, onlar sözügedən ərazidən çıxmamış, tikliləri sökməmişlər.
11. Birinci instansiya məhkəməsi qeyd edib ki, cavabdehlər haqqında mübahisə qaldırılan torpaq sahəsini istifadə etdiklərini və orada müəyyən tikili inşa etdiklərini təsdiq etsələr də, həmin torpaq sahəsini qanunu əsaslarla istifadə etmələrinə dair sübut təqdim etməmişlər.
12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia olunan hüquq münasibəti iddiaçı Zərdab rayonu Məlikumudlu Bələdiyyəsinin mülkiyyət huququnun pozulması ilə bağlı olduğundan məsələnin həlli zamanı Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Mülki Məcəlləsinin, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin və digər qanunlarının mülkiyyət lə bağlı, habelə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” və “Bələdiyyələrin statusu haqqında” Qanunların normaları tətbiq edilməlidir.
13. İşin müəyyən edilmiş hallarına əsasən birinci instansiya məhkəməsi iddianı təmin etmişdir.
14. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiaysının 13, 29, Mülki Məcəllənin 152.5, 156.1, 157.2, 180.1, 180.2, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 2.1, 4.0.2, 5.1, 6.2, “Bələdiyyənin statusu haqqında” Qanunun 33, Torpaq Məcəlləsinin 55, 103.1, 111 və Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
15. Cavabdeh2 apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin edilməməsini xahiş etmişdir.
16. Apellyasiya şikayət inin dəlilləri: - mübahisədə adı keçən torpaq sahəsinin iddiaçı Zərdab rayonu Məlikumudlu Bələdiyyəsinin mülkiyyətində olmasına dair heç bir hüququ sənəd yoxdur. Həmin torpaq sahəsi dövlət mülkiyyətidir. Buna görə də zərurət var idi ki, iş üzrə məhkəmə ekspertizası keçirilsin. Ancaq birinci instansiya məhkəməsi bunu təmin etməmişdir; - birinci məhkəmə instansiyası birtərəfli məhkəmə araşdırması aparıb əsassız və qanunsuz qətnamə çıxartmışdır. Hansı ki, işin hallarının obyektiv araşdırılması üçün həmin sözügedən torpağın kimin mülkiyyətində olması araşdırılmalı idi.
17. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1488/2021 nömrəli, 10 avqust 2021-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Zərdab Rayon Məhkəməsinin 12.04.2021-ci il tarixli, 2(035) -192/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Ayaz Mahmudov (sədrlik edən və məruzəçi), Mahir Əsədli və Ələddin Məcidov )
18. Apellyasiya instansiyası müəyyən etmişdir ki, hadisə yerinin fotoşəkillərinə əsasən ərazidə qamış materialdan tikilmiş dörd ədəd müxtəlif tiklilər vardır. Birinci instansiya məhkəməsinin icraatı zamanı cavabdehlər fotoşəkildə əks olunan tikililərin onlara məxsus iddia olunan tikililər olduğunu təsdiq etmişlər.
19. Apellyasiya instansiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edib ki, cavabdeh apellyasiya şikayətində mübahisəli torpaq sahəsinin dövlətə məxsus olduğunu, həmçinin birinci instansiya məhkəməsi tərəfindən müvafiq ekspertiza keçirilmədiyini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübutu təqdim etməmiş, cavabdeh özü birinci instansiya məhkəməsində ifadə verərkən həmin torpaq sahəsinin bələdiyyəyə məxsus olmasını mübahisələndirməmiş, əksinə, həmin ərazinin bələdiyyə torpağı olmasını etiraf etməklə, müvəqqəti, yəni özünə məxsus olan 0.12 ha torpaq sahəsində ev tikildikdən sonra çıxacaqlarını bildirmiş və cavabdeh özü mübahisəli torpaq sahəsinin onlara məxsus olmadığını bildirməklə, bələdiyyəyə məxsus torpaq sahəsində məskunlaşdığını inkar etməmişdir. Həmçinin iş materiallarına əsasən iddiaçının mübahisələndirdiyi torpaq sahəsi mülkiyyət hüququ ilə bələdiyyəyə məxsus olmasına baxmayaraq, cavabdeh tərəfindən istifadə olunur ki, bu da mülkiyyətçi kimi iddiaçı tərəfin qanunla qorunan mülkiyyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir.
20. Apellyasiya instansiyası onu qeyd etmişdir ki, mübаhisəsi gedən tоrpаq sаhəsinin cavabdehlər tərəfindən istifadə olunması qarşılıqlı razılıq və ya hər hansı müqavilə əsasında bаş verməmiş və iddiaçı tərəfin irаdəsinə uyğun оlmamışdır. Göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, iddiaçı tərəf torpaq sahəsinə mülkiyyət hüququna malik olmaqla cavabdehin çıxarılmasını tələb etmək vəzifəsinin daşıyıcısıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh Cavabdeh2 (Vəkil1) kassasiya şikayəti verib, şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsini xah iş etmişdir.
22. Kasassiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, şikayətdə apellyasiya instansiyasının maddi və prosessual hüquq normalarını pozmasına istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazının dəlilləri
23. Kassasiya şikayətinə iddiaçının yazılı etirazı daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Torpaq Məcəlləsi Maddə
111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun Maddə 2.1. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Maddə 5.1. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəet məni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
25. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır.
26. Hazırkı kassasiya şikayətində cavabdeh apellyas iya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. İddia tələbi mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı olaraq vindikasiya (mülkiyyətdə olan əmlakın qanunsuz sahiblikdən geri istənilməsi) tələbidir.
29. İşin məhkəmələr tərəfindən müəyyən edilən hall arı da ondan ibarətdir ki, cavabdehlərin istifadə etdikləri torpaq sahəsi bələdiyyə mülkiyyətindədir və cavabdehlər iddiaçıya məxsus olan torpaq sahəsində tikililər inşa etmiş və həmin torpaq sahəsindən qanunsuz istifadə edir. İşin bu halını cavabdehlər özləri də birinci instansiya məhkəməsində təsdiq ediblər.
30. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
31. Göründüyü kimi, işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə digər hüquq normaları ilə yanaşı, Mülki Məcəllənin 157.2-ci maddəsinin tətbiq edilməsi düzgün olmuşdur.
32. Həmçinin apellyasiya instansiyası məhkəməsi sübutları Mülki Prosessual Məcəllənin 88-ci maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.
33. Kassasiya şikayətinin dəlil ləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib. Məhkəmə kollegiyası həmin dəlillərlə bağlı apellyasiya instansiyasının hazırki qərarın 19-cu bəndində əks edilən dəyərləndirməsini əsaslı sayır, həmçinin bununla bağlı əlavə olaraq aşağıdakları qeyd etməyi zəruri bilir.
34. İşdən görünür ki, cavabdehlər birinci instansiya məhkəməsində iddia tələbinin əsasını təşkil edən faktiki halları təsdiq etmiş və torpaq sahəsinin iddiaçıya məxsus olmasını mübahisələndirməmiş, ekspertiza barədə hər hansı vəsatət verməmişlər. Birinci instansiya məhkəməsi də iddia tələbi və etirazın dəlilləri əsasında mübahisəni həll etmişdir.
35. İşə baxılarkən MPM-in qüvvədə olan 372.2-ci maddəsinə görə əlavə faktlar və sübutlar məhkəmə tər əfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
36. Qanunun qeyd edilən tələbi baxımından, cavabdehin torpaq sahəsinin iddiaçıya məxsus olmasını apellyasiya instansiyasında mübahisələndirməsi və ekspertiza barədə vəsatəti əsassız olmuşdur. Çünki cavabdeh bu dəlilləri birinci instansiya məhkəməsində də irəli sürmək imkanına malik olmuş, lakin bu imkandan istifadə etməmişdir. Cavabdehin ekspertiza barədə vəsatəti faktiki olaraq apellyasiya məhkəməsinə əlavə faktlar və sübutların təqdim edilməsi deməkdir.
37. Məhkəmə kollegiyası qeyd edir ki, ümumiyyətlə, mübahisə tərəfinin ona məlum olan dəlili birinci instansiya məhkəməsində irəli sürmədiyi halda, bu dəlilləri sonrakı inst ansiyalarda irəli sürməsi və belə dəlillərə yuxarı məhkəmə instansiyasında baxılması ədalət mühakiməsinin hamının qanun və məhkəmə qarşısında bərabərliyi, dispozitivlik, məhkəmələrdə işlərə tərəflərin çəkişməsi, eləcə də hakimlərin tərəfsizliyi kimi təməl prinsiplərə ziddir.
38. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyası tərəfindən ekspertiza təyin edilməməsi, bununla da maddi və prosessual hüquq normalarının pozulması barədə kassasiya şikayətlərinin dəlillərini əsassız sayır.
39. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1488/2021 nömrəli,10 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.