Məhkəmə qərarları › İş №2(102)-6986/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6986/2021

20.12.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6986/2021 20.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: əmrin ləğvi, işə bərpa, nizam-intizam qaydalarının pozuntusu Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı qanunsuz əmrin ləğv edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3812/2021 nömrəli iş üzrə 22 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair iş ə 20 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı (bundan sonra – iddiaçı) 06 fevral 2019-cu il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (hazırda "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – cavabdeh və ya Bank) Sumqayıt filialında İstehlak kreditləşməsi üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. İddiaçının X6nin sədrinə ünvanladığı 19.12.2019-cu il tarixli ərizədə qeyd olunmuşdur ki, son iş günü 01.01.2020-ci il tarix olmaqla öz xahişi ilə olduğu vəzifədən azad edilməsini xahiş edir. X6 sədrinin müavini xxxx tərəfindən verilmiş əmək müqaviləsinin ləğvi haqqında 29.12.2019-cu il tarixli, 278/A saylı əmrə əsasən, iddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin ( bundan sonra – Əmək Məcəlləsi) 70-ci maddəsinin “ç” bəndinə əsasən son iş günü 30.12.2019-cu il tarixi olmaqla ləğv edilmişdir. Əmrdə qeyd olunmuşdur ki, Bankın Sumqayıt filialının İstehlak kreditləşməsi üzrə mütəxəssisi olan iddiaçı əmək fəaliyyəti zamanı əmək vəzifələrinin kobud pozuntusuna yol vermiş, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirməmiş, bununla da Bankın hüquqlarına və qanunla qorunan mənafelərinə əhəmiyyətli ziyan vurmuşdur. Əmrin verilməsinə əsas filial müdirinin təqdimatı, işçinin və müştərinin izahatları olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Banka qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, heç bir qanuni əsası olmayan, qanunsuz çıxarılmış 29 dekabr 2019-cu il tarixli, 27 8/A nömrəli əmrin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, müxtəlif yerlərdə çalışmış və işdən hər dəfə öz xahişi ilə azad edilmişdir. Sonuncu işdən də öz xahişi ilə çıxmaq istəmiş, çünki irəli getmək üçün daima imtahan verib, daha yaxşı yerlərdə işləməyə çalışmışdır. "xxxx" ASCyə işə girmək üçün imtahandan keçmişdir. Bununla əlaqədar olaraq yenə də öz xahişi ilə işdən çıxması barədə ərizə yazmışdır. Bunu iş materiallarına əlavə etdiyi 19 dekabr 2019cu il tarixli ərizəsi də sübut edir. Həyat yoldaşının səhhəti pisləşdiyindən və pula ehtiyacı olduğundan 27 dekabr 2019-cu il tarixdə tanıdığı şəxsdən, başqa bir mütəxəssisin müştərisi olan X1 borc pul almaq məcburiyyətində qalmışdır. Həmin pul məbləğini alandan sonra pulu 28 dekabr 2019-cu il tarixdə saat 18:00-da qaytarmağa söz vermişdir. Lakin pulu saat 21:00-da qaytara bilmişdir. Həmin şəxs də narazı qalaraq işlədiyi Banka gedərək, ondan şikayət etmişdir. Pulu qaytarandan sonra isə yenidən ora gedərək izahat vermişdir ki, heç bir problem yoxdur. Pul məsələsi öz şəxsi məsələsi olduğu və Əmək Məcəlləsinin “ç” bəndinin təsir dairəsinə düşmədiyi halda, haqqında belə bir əmr verilərək, karyerasına ləkə salınmışdır. Öz xahişi ilə işdən çıxmağı barədə əmri gözləyərkən, 30 dekabrda ona bildirmişlər ki, əmək müqaviləsinə qeyd olunan əsasla xitam verilmişdir. Halbuki, işlədiyi dövrdə heç bir qüsuru olmamışdır. Bir dəfə baş verən anlaşılmazlıq və işə aidiyyətı olmayan bir hala görə onun həmin maddə ilə işdən çıxarılmağı qanunvericiliyin kobud pozuntusudur. Bakı Şəhəri Nəsim i Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-2175/2020 nömrəli iş üzrə 19 mart 2020-ci il tarixli qətnaməsi ilə (hakim N.Tağıyeva) iddia rədd olunmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı ilə əmək müqaviləsinə 29 dekabr 2019-cu il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmiş, əmək müqaviləsinə xitam verilməzdən əvvəl işəgötürən tərəfindən Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-3-cü hissələrinin tələblərinə əməl edilmiş və iddiaçı son haqq-hesabı və iki aylıq işdən çıxma müavinətini almışdır. Əmək müqaviləsinin ləğvi haqqında 29.12.2019-cu il tarixli, 278/A saylı əmr əmək qanunvericiliyinin tələblərinə riayət edilməklə verildiyindən, həmin əmrin ləğv edilməsinə və iddiaçının işə bərpa edilməsinə heç bir əsas yoxdur. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 70, 77, 83-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməməsi, işə birtərəfli baxılması, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və digər əsaslar göstərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-6323/2020 nömrəli iş üzrə 27 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.Səmədov (sədrlik edən və məruzəçi), İ.Şirinov və A.Tanrıverdiyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, əmək müqaviləsinin ləğvi haqqında 29.12.2019-cu il tarixli, 278/A saylı əmr əmək qanunvericiliyinin tələblərinə riayət edilməklə verildiyindən, həmin əmrin ləğv edilməsinə və iddiaçının işə bərpa edilməsinə əsaslar yoxdur. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya i nstansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, qətnamə ləğv edilməklə iddia tələbi təmin olunmalıdır. Kassasiya şikayətində göstərilmişdir ki, məhkəmə, MPM-in 8-ci maddəsinin tələbini kobud şəkildə pozmuşdur. Bank onu istinad olunan maddə ilə işdən azad edərkən şəxsi məsələ ilə bağlı faktı əsas tutmuşdur. Mübahisələndirilən əmr onun gələcək karyerasına ciddi əngəl yaradır, əmrdən sonra ixtisası üzrə işə qəbul edilməsi mümkünsüz ola bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-1095/2021 nömrəli iş üzrə 28 yanvar 2021-ci il tarixli qərarı ilə (hakimlər – V.Həsənov (sədrlik edən və məruzəçi), Ə.Əhmədov və İ.Dəmirov) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya insta nsiyası məhkəməsinin qətnaməsi ləğv olunmuş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının işdən azad edilməsi Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə əsaslandırılmışdır. Həmin maddənin məzmununa görə, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Eyni zamanda, iddiaçının işdən azad olunmasına dair əmrdə göstərilmişdir ki, iddiaçı əmək fəaliyyəti zamanı vəzifələrinin kobud pozuntusuna yol vermiş, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirməmiş və bununla da Bankın hüquqların a və qanunla qorunan mənafelərinə əhəmiyyətli ziyan vurmuşdur. İşəgötürən tərəfindən əmrin verilməsi əsasları kimi filial müdirinin təqdimatına, işçinin izahatına və müştərinin izahatına istinad olunmuşdur. Əmrin məzmunundan aydın görünür ki, faktiki olaraq iddiaçının işdən azad olunması əmək vəzifələrinin icrası ilə bağlı deyil, vəzifələrinin icrasından kənarda baş vermiş digər şəxslə yaranmış borc öhdəliyi ilə əlaqədardır. Göstərilən hallarla isə iddiaçının əmək funksiyasını yerinə yetirməməsi, işəgötürənə ziyan vurması ilə bağlı hər hansı bağlılığın olması müəyyən edilmir. İddiaçının əmrin verilməsi zamanı maddi hüquq normalarının pozulması ilə bağlı dəlillərinin olmasına baxmayaraq, faktiki olaraq həmin dəlillərin hüquqi qiymətləndirilməsi təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının işdən azad olunması ilə bağlı heç bir dəlili araşdırmamış və yalnız birinci instansiya məhkəməsinin əsaslandırılmayan mövqeyi ilə razılaşmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat İşin təkrar apellyasiya icraatı zamanı iddiaçının nümayəndəsi (atası) Polat Sadıxov izahatında göstərmişdir ki, oğlu müştəridən 900 manat borc almış, 1 gün sonra borcunu qaytarmışdır. Bank rəhbərliyi qərəzli olaraq onu Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad etmişdir. Oğlunun bu maddə ilə işdən çıxarılması onun gələcəkdə öz ixtisası üzrə işləməsinə maneçilik törədə bilər. Buna görə də o, yalnız əmrin ləğv edilməsini xahiş edir, əvvəlki işinə bərpa olunmaq niyyəti yoxdur. Bankın nümayəndəsi xxxx izahatında bildirmişdir ki, kredit mütəxəssisi olan iddi açının Bankın müştərilərinə kredit verilməsi müqabilində onlardan mükafat alması barədə Bank rəhbərliyində məlumat olmuşdur. Bu hal isə Bankın nüfuzuna xələl gətirən hal hesab olunur. İş materiallarına əlavə olunmuş müştəri X4 rəhbərliyinə ünvanlanmış ərizəsindən və izahatından da görünür ki, iddiaçı müştəri XXXdan aldığı 900 manat pulu ona kredit verilməsində köməklik göstərdiyinə görə qaytarmaqdan imtina etmiş, bundan sonra müştəri tərəfindən Bank rəhbərliyinə şikayət olunmuş, şikayətdən sonra iddiaçı pulu geri qaytarmışdır. Məhkəmədə tədqiq edilmiş X2 Bankın Sumqayıt filialına ünvanladığı 28 dekabr 2019cu il tarixli ərizədə qeyd olunmuşdur ki, sonuncu, 3000 manat məbləğində kredit alması üçün 26 dekabr 2019-cu il tarixdə kredit mütəxəssisi olan iddiaçıya müraciət etmiş, iddiaçı onun sən ədlərini yoxladıqdan sonra ona 3000 manat kredit veriləcəyini bildirmişdir. Krediti aldıqdan sonra iddiaçı ona zəng edərək görüşmək istədiyini bildirmiş, görüş zamanı ailəsində ciddi problem olduğunu bildirərək ondan 900 manat borc pul istəmişdir. İddiaçı söz vermişdir ki, bir gün ərzində borcu qaytaracaq. O, iddiaçıya 900 manat borc vermişdir. 28 dekabr 2019-cu il tarixdə iddiaçıya zəng edərək borcunu geri istəmiş, sonuncunun təklifi ilə kafelərin birində görüşmüşlər. İddiaçının yanında özünü bank işçisi kimi təqdim edən iki nəfər də olmuşdur. Söhbət zamanı iddiaçı ona kredit verilməsində köməklik göstərdiyini, buna görə də pulu qaytarmayacağını bildirmişdir. Bundan sonra iddiaçının barəsində Bank rəhbərliyinə şikayət edərək pulun geri qaytarılmasında köməklik göstərilməsini xahiş etmişdi r. Tədqiq olunmuş iddiaçının Bankın Sumqayıt filialına ünvanladığı 29 dekabr 2019-cu il tarixli ərizədə qeyd olunmuşdur ki, iddiaçı 26 dekabr 2019-cu il tarixdə Bankın müştərisi XXXdan iki gün müddətinə qaytarmaq şərtilə 900 manat məbləğində borc almış, 28 dekabr 2019-cu il tarixdə sonuncu ona zəng edərək pulu geri istəmiş, həmin günün sonunda aldığı pulu geri qaytarmışdır. Pul gec qaytarıldığına görə XXX ondan Bank rəhbərliyinə şikayət etmiş, pul qaytarıldıqdan sonra şikayətini geri götürmüşdür. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-3812/2021 nömrəli iş üzrə 22 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.Kərimli (sədrlik edən və məruzəçi), N.Cəfərov və E.Kazımov) apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Cavabdeh İKB ASC-nin nizamintizam prosedurunun 6.1.3.51-ci və 6.1.3.55-ci maddələrinə əsasən, müştəridən borc almaq və ya ona borc vermək, bankın rəhbərliyinin icazəsi olmadan bankın müştərisi ilə şəxsi maraqlarını güdərək onunla şəxsi münasibətlərə girmək, onunla maddi əməkdaşlıq yaratmaq (misal üçün, hər hansı məqsəd üçün müştəridən pul almaq, ona köçürmələr etmək, ona konsultasiya və digər xidmətlər qarşılığında ondan mükafat (pul) almaq) nizam-intizam qaydalarının pozuntusu kimi qiymətləndirilməklə yolverilməzdir. Bankın Sumqayıt filialının istehlak kreditləşməsi üzrə mütəxəssisi vəzifəsində işləmiş iddiaçının Bankın müştərisi X1 900 manat məbləğində borc alıb müştəriyə kredit verilməsində köməkli k etdiyini bildirərək pulu qaytarmaqdan boyun qaçırması Bankın işgüzar nüfuzuna və qanunla qorunan mənafelərinə ziyan vurmuşdur. İddiaçı Bankın müştərisi X3 ilə iş prosesində tanış olmuş, XXXa kredit verilməsinin sənədləşdirilməsində iştirak etmiş, məhz kredit mütəxəssisi kimi statusundan istifadə edərək sonuncudan borc almışdır. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə mübahisənin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 68, 70, 71, 72, 186-cı maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etiraz ın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti iddia ərizəsində, apellyasiya və əvvəlki kassasiya şikayətində qeyd olunmuş dəlillərlə əsaslandırılmışdır. Şikayətdə qeyd olunmuşdur, məhkəmə maddi hüquq normalarını pozmuş, kassasiya instansiyası məhkəməsinin göstərişlərinə əməl etməmiş, işə baxarkən sübutların araşdırılması ilə bağlı prosessual hüquq normalarının tələblərinə, tərəflərin çəkişmə prinsipinə əməl etməmişdir. Şikayətin əsası kimi Əmək Məcəlləsinin 71, 300, MPM-in 8.1, 9.1, 77, 88, 420-ci maddələrinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şik ayətinə qarşı etirazda Bankın nümayəndəsi qeyd etmişdir ki, kassasiya şikayəti tam əsassızdır, iddiaçı əmək vəzifələrini kobud şəkildə pozmuş, Bankın mənafeyinə ziyan vurmuş və bu səbəbdən də işdən azad edilmişdir. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Baxılan iş üzrə apellyasiy a instansiyası məhkəməsinin aktı iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq Əmək Məcəlləsi Maddə 70 ("ç" bəndi). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 71 (2-ci hissə). Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə ə mək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 72 (“e” bəndi). Əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi halları işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. MPM Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilə r (maddə 10.8-1). Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (maddə 407.2). Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessua l hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416.1). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassator şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasının və yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olmasını əsaslandırmamışdır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki k ollegiyasının 2(103)-3812/2021 nömrəli iş üzrə 22 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar