Məhkəmə qərarları › İş №2(102)-6987/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6987/2019

13.11.2019 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6987/2019 13.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 03 iyun 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 13 noyabr 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Ağsu Rayon Məhkəməsinin 14 avqust 2017-ci il tarixli qətnaməsi ilə (hakim T.İsmayılov, iş № 2(016)-78/2017 saylı mülki iş) İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı qanunsuz zəbt edərək əkib becərdiyi 24.80 ha torpaq sahəsindən çıxarılması və 30 manat dövlət rüsumu əvəzinin ödənilməsi tələbi təmin edilmiş, cavabdeh "xxxx" MMC-nin Ağsu rayonunun ÜNVAN ərazisində yerləşən, alqı-satqı müqaviləsi əsasında İddiaçı məxsus olan 24.80 ha torpaq sahəsindən çıxarılması, iş üzrə keçirilmiş ekspertizanın dəyəri olan 120 (yüz iyirmi) manatın cavabdeh "xxxx" MMC-dən alınaraq Kapitalbankın 1 saylı Xətai filialı, Kod: 200071, VÖEN(bank) **********, Müxbir hesab: AZ37NABZ********************. SWİFT: AİİBAZ2X, Kadast və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN: **********, Hesab:AZ23AİİB******************** hesabına keçirilməsi, iş üzrə keçirilmiş ekspertizanın dəyəri olan 100 (yüz) manat cavabdeh "xxxx" MMC-dən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN ****** ****, AZ34CTRE******************** hesabına keçirilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 03 iyun 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Ə.Məcidov (sədrlik edən, məruzəçi), M.Əsədli və İ.Quliyev, 2(107)-24/2019 saylı mülki iş) hazırki iş üzrə Ağsu Rayon Məhkəməsinin 14 avqust 2017-ci il tarixli, 2(016)-78/2017 nömrəli qətnaməsi ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı qanunsuz zəbt edərək əkib becərdiyi 24.80 ha torpaq sahəsindən çıxarılması və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi tələbinə dair iddiası təmin edilməmiş, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 300 (üç yüz) manat cavabdeh "xxxx" MMCdən tutularaq dövlət büdcəsinə verilməsi, (AZ34CTRE********************; Az.MEM, VÖ EN**********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) iş üzrə keçirilmiş ekspertizanın dəyəri olan 120 (yüz iyirmi) manat cavabdeh "xxxx" MMC-dən alınaraq Kapitalbankın 1 saylı Xətai filialı, Kod: 200071, VÖEN(bank) **********, Müxbir hesab: AZ37NABZ********************, SWİFT: AİİBAZ2X. Kadast və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN: **********, Hesab:AZ23AİiB******************** hesabına keçirilməsi qət edilmişdir. İşin halları İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı qanunsuz zəbt edərək əkib becərdiyi 24.80 ha torpaq sahəsindən çıxarılması və ödənilmiş 30 manat məbləğində manat məbləğində dövlət rüsumunun ödənilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Ağsu rayonunun ÜNVAN ərazisindən ayrı-ayrı şəxslərdən alqı-satqı müqavilələri əsasında 86.2251 ha torpaq sahəsi əldə etmiş və həmin torpaq sahəsinə hüquqları dövlət reyestrində 2015-ci ildə qeydiyyata alınmışdır. İki ilə yaxındır ki, həmin torpaq sahəsindən istifadə edir. Lakin demək olar ki, torpaq aldığı dövrdən 24.80 hektar torpaq sahəsi "xxxx" MMC tərəfindən zəbt edilmiş və nar ağacları əkilmişdir. Əkdiyi nar ağaclarından xeyli miqdarda gəlir əldə edir. Dəfələrlə şəxsən "xxxx" MMC-nin rəhbərliyi ilə görüşüb qanunsuz hallara son qoyulmasını xahiş etsə də, ilk vaxtlar torpaqdan çıxacaqlarını bildirsələr də, son zamanlar qəti şəkildə torpaq sahəsinnin onlara məxsus olduğunu iddia edərək çıxmayacaqlarını bildirmişdirlər. Hazırda cavabdeh tərəfindən onun 24.80 hektar torpaq sahəsi zəbt edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəm ə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respub likası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiym ət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab etmişdir ki, iddia tələbi təmin oluna bilməz: Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, AR Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakı Dövlət reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışla müəyyən edilmişdir ki, Ağsu rayon u, ÜNVAN ərazisində 9.5841 hektar kənd təsərrüfatı təyinatlı torpaq mülkiyyət hüququ əsasında İddiaçı adına 28 iyul 2015-ci il tarixdə, **********57 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 26 nömrəli reyestr kitabının 22 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan AR Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışla müəyyən edilmişdir ki, Ağsu rayonu, ÜNVAN ərazisində 26.973 hektar kənd təsərrüfatı təyinatlı mülkiyyət hüququ əsasında İddiaçı adına 29 iyul 2015-ci il tarixdə, **********58 reyestr nömrəsi, ********** qeydiyyat nömrəli ilə daşınmaz əmlakın dövlət reyestrində 26 nömrəli reyest r kitabının 23 nömrəli vərəqində alınmışdır. İşdə olan AR Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışla müəyyən edilmişdir ki, Ağsu rayonu, ÜNVAN ərazisində 4.1384 hektar kənd təsərrüfatı təyinatlı torpaq mülkiyyət hüququ əsasında X2 adına 29 iyul 2015-ci il tarixdə, **********55 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 26 nömrəli reyestr kitabının 24 nömrəli vərəqində qeydiyyata alınmışdır. AR Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışla müəyyən edilmişdir ki, Ağsu rayonu, ÜNVAN ərazisində 12.4194 hektar kənd təsərrüfatı təyinatlı torpaq mülkiyyət hüququ əsasında X2 adına 29 iyul 2015-ci il tarixdə, **********59 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 26 nömrəli reyestr kitabının 26 nömrəli vərəqində qeydiyyata alınmışdır. AR Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışla müəyyən edilmişdir ki, Ağsu rayonu, ÜNVAN ərazisində 0.693 hektar kənd təsərrüfatı təyinatlı torpaq mülkiyyət hüququ əsasında X2 adına 29 iyul 2015-ci il tarixdə, **********99 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestri ndə nömrəli reyestr kitabının 27 nömrəli vərəqində qeydiyyata alınmışdır. AR Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışla müəyyən edilir ki, Ağsu rayonu, ÜNVAN ərazisində 4.138 hektar kənd təsərrüfatı təyinatlı torpaq mülkiyyət hüququ əsasında X2 adına 17 sentyabr 2015-ci il tarixdə, **********85 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 26 nömrəli reyestr kitabının 61 nömrəli vərəqində qeydiyyata alınmışdır. AR Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* n ömrəli çıxarışla müəyyən edilir ki, Ağsu rayonu, ÜNVAN ərazisində 0.6897 hektar kənd təsərrüfatı təyinatlı torpaq mülkiyyət hüququ əsasında X2 adına 17 sentyabr 2015-ci il tarixdə, **********49 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 27 nömrəli reyestr kitabının 62 nömrəli vərəqində qeydiyyata alınmışdır. AR Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışla müəyyən edilir ki, Ağsu rayonu, ÜNVAN ərazisində 0.6897 hektar kənd təsərrüfatı təyinatlı torpaq mülkiyyət hüququ əsasında X2 adına 13 noyabr 2015-ci il tarixdə, **********10 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın d övlət reyestrində 26 nömrəli reyestr kitabının 4 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan AR Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışla müəyyən edilir ki, Ağsu rayonu, ÜNVAN ərazisində 16.554 hektar kənd təsərrüfatı təyinatlı torpaq mülkiyyət hüququ əsasında X2 adına 29 iyul 2015-ci il tarixdə, **********61 'eyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 26 nömrəli reyestr kitabının 25 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan AR Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Re yestrindən RX seriyalı, ******* nömrəli çıxarışla müəyyən edilir ki, Ağsu rayonu, ÜNVAN ərazisində 3.4485 hektar kənd təsərrüfatı təyinatlı torpaq mülkiyyət hüququ əsasında X2 adına 29 iyul 2015-ci il tarixdə, **********60 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 26 nömrəli reyestr kitabının 21 nömrəli vərəqində qeydiyyata alınmışdır. AR Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışla müəyyən edilmişdir ki, Ağsu rayonu, ÜNVAN ərazisində 2.069 hektar kənd təsərrüfatı təyinatlı torpaq mülkiyyət hüququ əsasında X2 adına 17 sentyabr 2015-ci il tarixdə, **********94 reyestr nömrəsi, ********** qeydiy yat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 25 nömrəli reyestr kitabının 16 nömrəli vərəqində qeydiyyata alınmışdır. AR Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışla müəyyən edilir ki, Ağsu rayonu, ÜNVAN ərazisində 0.6897 hektar kənd təsərrüfatı təyinatlı torpaq mülkiyyət hüququ əsasında X2 adına 17 sentyabr 2015-ci il tarixdə, **********51 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 26 nömrəli reyestr kitabının 20 nömrəli vərəqində qeydiyyata alınmışdır. AR Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınma z Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışla müəyyən edilmişdir ki, Ağsu rayonu, ÜNVAN ərazisində 0.6897 hektar kənd təsərrüfatı təyinatlı torpaq mülkiyyət hüququ əsasında X2 adına 17 sentyabr 2015-ci il tarixdə, **********52 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 27 nömrəli reyestr kitabının 18 nömrəli vərəqində qeydiyyata alınmışdır. AR Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışla müəyyən edilmişdir ki, Ağsu rayonu, ÜNVAN ərazisində 3.4489 hektar kənd təsərrüfatı təyinatlı torpaq mülkiyyət hüququ əsasında X2 adına 08 sentyabr 2015-ci il tarixdə, **********03 reye str nömrəsi, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 35 nömrəli reyestr kitabının 44 nömrəli vərəqində qeydiyyata alınmışdır. Torpaqdan müvəqqəti istifadə hüququna dair JN-4805, kod-40913018 olan şəhadətnamənin surəti ilə müəyyən edilmişdir ki, "xxxx" MMC-yə Ağsu rayon Nuran Bələdiyyəsinin 10 fevral 2004cü il tarixli, 03 saylı qərarı və 10 fevral 2004-cü kil tarixli 01 saylı icarə müqaviləsi ilə Ağsu rayon ÜNVAN ərazisindən heyvandarlığın inkişafı məqsədi ilə 99 il müddətinə, 236.0 hektar kənd təsərrüfatında istifadə edilməyən torpaq sahəsi müvəqqəti istifadə üçün verilmişdir. AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən birinci instansiya məhkəməsinə 30 yanvar 2017-ci ii tarixli, **********96 say lı məktubla 12 yanvar 2017-ci il tarixli, 01/1M saylı mütəxəssis rəyi ünvanlanmışdır. Həmin rəylə müəyyən olunmuşdur ki, iddiaçı X3 məxsus Reyestr nömrəsi **********85, **********55 və **********03 olan, Torpaq sahəsinin planı və ölçüsü AN 015567, AN 002487, AN 002483 və AN 094406 mülkiyyətinə almış torpaq sahələrinin naturada sərhədləri müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi aşağıda qeyd olunan maddi hüquq normalarına istinad etmişdir: Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində - bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində - Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Torpaq sahəsi üzərində mülkiyyət hüquou mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmin Məcəllənin 84 və 111 -ci maddələrinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 -ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etm ək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 238.1 -ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq da mülkiyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1 -ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MPM-ın 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 -ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Müəyyən edilmişdir ki, 31 yanvar 2018-ci il tarixli, 2(107)-238/2018 nömrəli qərardadı ilə iş üzrə əlavə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş, Ekspertizanın aparılmasının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilməsi və rəy alınanadək işin icraatının dayandırılması qərara alınmışdır. Məhkəmə kollegiyasının qərardadına müvafiq olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 03 oktyabr 2018-ci il tarixli 14181 nömrəli məhkəmə ekspertizasının rəyi 10 oktyabr 2018-ci il tarixdə Şəki Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Həmin rəydə göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, "xxxx" MMC-nin Ağsu LayihəTədqiqat İdarəsinin mütəxəssis rəyinin göstəricilərinə əsasən, qərardadın suallarına dair nəticələr aşağıdakı kimi müəyyən edilmişdir:

1. Cavabdeh "xxxx" MMC-nin icarə müqaviləsi əsasında istifadəsində olan 236,0 ha torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər və torpaq sahəsinin plan və ölçü sənədləri təqdim edilmədiyindən, həmin torpaq sahəsinin naturada tam həcmdə mövcud olub-olmamasını müəyyən etmək mümkün olmadı.

2. İddiaçı mülkiyyətində olan və cavabdeh "xxxx" MMC tərəfindən zəbt olunması iddia olunan «4 paydan ibarət, cəmi 24,80 ha» olan torpaq sahəsinə aid təqdim edilmiş hüquqmüəyyənedici sənədlərə və torpaq sahəsinin plan və ölçü sənədinə əsasən vahid sərhəd daxilində mövcuddur.

3. İddiaçı mülkiyyətində olan və cavabdeh "xxxx" MMC tərəfindən zəbt olunması iddia olunan «4 paydan ibarət, cəmi 24,80 ha» olan torpaq sahəsi cavabdeh "xxxx" MMC tərəfindən tutularaq istifadə olunur. Lakin, cavabdeh "xxxx" MMC-nin istifadəsində olan torpaq sahəsinə aid hüquqmüəyyənedici sənədlər və torpaq sənədlərinin plan və ölçü sənədləri təqdim edilmədiyindən, naturada torpaq sahəs inin qədərini müəyyən etmək mümkün olmadı. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2018-ci il tarixli, 2(107)-238/2018 nömrəli qərardadı ilə iş üzrə ekspertiza aparıldıqdan sonra mülki iş Şəki Apellyasiya Məhkəməsinə qaytarıldığı və bununla da icraatın dayandırılmasına səbəb olan hallar aradan qaldırıldığı üçün mülki iş üzrə icraat təzələnmişdir. Məhkəmə kollegiyasının 31 oktyabr 2018-ci il tarixli, 2(107)-238/2018 nömrəli qərardadı ilə iş üzrə əlavə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilərək ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və ekspert rəyi alınanadək iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Məhkəmə kollegiyasının qərardadına müvafiq olaraq Azərbaycan Respublikası Əd liyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 23 aprel 2019-cu il tarixli 31963 nömrəli məhkəmə ekspertizasının rəyi 02 may 2019-cu il tarixdə Şəki Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Həmin rəydə göstərilmişdir ki, Rəyin tədqiqat hissəsində qeyd olunanları, o cümlədən "xxxx" MMC-nin arayışında mübahisələndirdiyi torpaq sahələrinin yerləşdiyi ərazinin bölgü layihəsi ilə faktiki olaraq natura arasında mövcud olan uyğunsuzluqların Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyində əks olunmadığını və həmin rəydə istinad nöqtəsi kimi ərazinin bölgü layihəsində nəzərdə tutulmuş və layihədə qeyd edildiyi yerdən kənarda yerləşmiş iri həcmli kollektor- drenaj xəttinin qəbul olunduğunu nəzərə alaraq, Azərbaycan Respublikası "xxxx" Məhdud Məsuliyyətli Cəm iyyətinin tərtib etdiyi mütəxəssis arayışına uyğun olaraq, qərardadın suallarına dair nəticələr aşağıdakı kimi müəyyən edilmişdir:

4. Cavabdeh "xxxx" MMC-nə JN-4805 (kod ********) saylı «Torpaqdan müvəqqəti istifadə hüququna dair» şəhadətnamə ilə icarəsinə verilmiş 236,0 ha torpaq sahəsi tam həcmdə mövcuddur.

5. Bölgü layihəsi ilə natura arasında olan uyğunsuzluq səbəbindən, İddiaçı mülkiyyətindəki olan torpaq sahəsinin 8,0 hektarı cavabdeh "xxxx" MMC tərəfindən naturada istifadə edilir.

6. Cavabdeh "xxxx" MMC-nə JN-4805 (kod ********) saylı «Torpaqdan müvəqqəti istifadə hüququna dair» şəhadətnamə ile icarəsinə verilmiş 236,0 ha torpaq sahəsi ilə İddiaçı mülkiyyətində (RX-0696579, RX- 0931681. RX-0696654 və RX-0716111) olan torpaq sahələrinin 8 hektarı ilə üst-üstə düşür. Azərbaycan Respub likası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ota bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, Ağsu rayon Nuran Bələdiyyəsinin 10 fevral 2004-cü il tarixli 03 saylı qərarı və 10 fevral 2004-cü il tarixli 01 saylı icarə müqaviləsi ilə cəmi 236,0 hektar torpaq sahəsi heyvandarlığın inkişaf etdirilməsi üç ün 99 il müddətinə "xxxx" MMC-nin istifadəsinə verilmişdir. 10 fevral 2004-cü il tarixli icarə müqaviləsinə 02 may 2007-ci il tarixli 1 nömrəli əlavə ilə həmin torpaq sahəsinin 100 hektarı kənd təsərrüfatı bitkilərinin əkilməsi üçün verilmişdir. Həmin torpaqdan müvəqqəti istifadə hüququna dair JN-4805, kod-40913018 olan şəhadətnamə verilmişdir. "xxxx" MMC-nin istifadəsinə verilmiş qeyd olunan torpaq sahəsi ilə qonşuluqda yerləşən cəmi 86,2251 ha torpaq sahəsi 2015-ci ildə ayrı-ayrı şəxslərdən İddiaçı tərəfindən alqı-satqı yolu ilə əldə edilmişdir. Həmin torpaq sahələrinə dair İddiaçı adına çıxarış verilmişdir. Torpaq sahələri yerində natura şəklində iddiaçıya tanıtdırılmamış və təhvil verilməmişdir, iddiaçı X4 ona məxsus, reyestr nömrəsi **********85, **********59, **********55 və ****** ****03 olan, torpaq sahəsinin planı və ölçüsü AN 015567, AN 002487, AN 002483 və AN 094406 olan torpaq sahələrinin "xxxx" MMC tərəfindən tamamilə tutularaq istifadə olunduğunu iddia edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 23 aprel 2019-cu il tarixli 31963 nömrəli məhkəmə ekspertizasının rəyi verilənədək verilmiş ekspert rəylərində və mütəxəssis rəylərində həmin torpaq sahələrinin cavabdeh "xxxx" MMC tərəfindən tamamilə tutularaq istifadə olunduğu göstərilmişdir. Həmin rəylər verilərkən ekspert Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəylərinə istinad etmişdir. Azərbaycan Respublikası "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Ruslan Bayramovun imzası ilə təsdiq edilmiş 4 aprel 2019-cu il tarixli 35 sa ylı məktubla, Cəmiyyətin mütəxəssisi, yerquruluşu mühəndisi Ayaz Şixəliyevin tərtib etdiyi arayış və foto görüntüləri Mərkəzə daxil olmuşdur. Ekspert həmin arayışı və işdə olan mütəxəssis rəylərini qarşılıqlı tədqiq edərək rəy vermişdir. Rəydə həmin arayışa istinadən göstərilmişdir ki, iş üzrə tərəflərin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisinin iştirakı ilə mübahisələndirilən torpaq sahəsinə baxış keçirilmiş, naturada mübahisəli torpaq sahəsinin koordinatları GPS aləti vasitəsilə qeydə alınaraq kameral şəraitdə təqdim edilmiş sxem xəritələrə və «Google yer» proqramının foto görüntülərinə, əraziyə əlavə edilmiş ərazinin yerquruluşu sxeminə və ərazinin pay torpaqlarının bölgü layihəsinə əsasən dəqiqləşdirilmişdir. Dəqiqləşdirmə zamanı məlum olmuşdur ki, pay to rpaqlarının bölgü layihəsi ilə faktiki olaraq natura arasında ciddi uyğunsuzluq mövcuddur. Belə ki, ərazinin bölgü lahiyəsində tərəflərə məxsus torpaq sahələri arasından iri həcmli kollektor drenaj xəttinin keçdiyi əks olunur. Həmin kollektor- drenaj xəttindən başlanğıc kimi götürülərək "xxxx" MMC-yə torpaq sahəsi icarəyə verilmişdir. Naturada isə həmin kollektor-drenaj xətti layihədə qeyd edildiyi yerdən kənarda yerləşir. Bu səbəbdən də iddiaçının mülkiyyətində, cavabdehin isə icarəsində olan torpaq sahələrinin sənədləri və natura arasında uyğunsuzluq mövcuddur. Ümumiyyətlə həmin ərazidə "xxxx" MMC-nin icarəsində olan 236 ha torpaq sahəsi 3 hissədən ibarətdir. Mübahisəli 38 hektarlıq konturda olduğundan digər hissələrdə olan torpaq sahələrinə baxış keçirilmədi. Belə ki, mübahisələndirilən 4 paydan ibarət İddiaçıın mülkiyyətində olan torpaq sahəsinin 8 hektarı cavabdeh "xxxx" MMC-nin faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşür. Yerdə qalan torpaq sahəsinin 10 hektarı ərazidə yerləşən iri həcmli kollektor-drenaj xətti ilə, 6,8 hektarı isə İddiaçıın istifadəsində olan torpaq sahəsi ilə üstü-üstə düşür. Həmin hissədə "xxxx" MMC- nin istifadə etdiyi torpaq sahəsi 70 hektar təşkil etmişdir. Araşdırmanın nəticəsi olaraq, cavabdeh "xxxx" MMC-nin icarə müqaviləsinin əsasında istifadəsində olan 236 ha torpaq sahəsinin tam həcmdə mövcud olduğu, bölgü layihəni ilə natura arasında olan uyğunsuzluq səbəbində İddiaçı Bağı oğlunun mülkiyyətində olan torpaq sahəsinin 8 hektarının cavabdeh "xxxx" MMC tərəfindən istifadə olunduğu və cavabdeh "xxxx" MMC-nin istifadəsində olan torpaq sahəsi ilə İddiaçı Bağı oğlunun mülkiyyətində olan torpaq sahəsinin 8 hektarının üst-üstə düşdüyü, üst-üstə düşməsi nəticəsində İddiaçı torpaq sahəsinin 8 hektar azalmış olduğu müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi ilə bağlı, tərtib edilmiş mütəxəssis rəyləri arasında ziddiyət olmuşdur. Belə ki, Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyində, cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan 4 ədəd paydan ibarət cəmi 24,8 hektar torpaq sahəsindən istifadə olunduğunun və müvafiq hüquqmüəyyənedici sənədlərə əsasən iddiaçının və cavabdehin torpaq sahələrinin üst-üstə düşməməsinin müəyyən edilməsinə baxmayaraq, "xxxx" MMC-nin yerquruiuşu mühəndisi tərəfindən, pay torpaqlarının bölgü layihəsi ilə faktiki olaraq natura ar asında ciddi uyğunsuzluğun mövcudluğu və bu səbəbdən cavabdehin icarəsində olan 236,0 hektar torpaq sahəsinin bir hissəsinin iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 8 hektarı ilə, yerdə qalan torpaq sahəsinin 10 hektarının ərazidə yerləşən iri həcmli kollektor- drenaj xətti ilə üst-üstə düşdüyü göstərilmişdir. Göstərilənlərlə əlaqədar olaraq qeyd olunur ki, hər iki rəydə, yəni Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyində və "xxxx" MMC-nin arayışında, iddiaçının mübahisələndirdiyi torpaq sahəsinin xüsusi alət (GPS) vasitəsilə ölçülməsi, ərazinin yerquruiuşu sxeminə və pay torpaqlarının bölgü layihəsinə istinad edilməsi göstərilmişdir. Lakin, Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyində, iddiaçının mübahisələndirdiyi pay torpaq larının bölgü layihəsi ilə faktiki olaraq natura arasında uyğunsuzluqların olduğu göstərilməmiş, eləcə də ərazinin bölgü layihəsində nəzərdə tutulmuş, lakin layihədə qeyd edildiyi yerdən kənarda yerləşmiş iri həcmli kollektor-drenaj xətti istinad nöqtəsi kimi qəbul edilmişdir. Belə olan halda, Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyi deyil, "xxxx" MMC-nin arayışında mübahisəli torpaq sahələrinin döngə nöqtələrinin sərhədlərinin, ara məsafələrinin və digər texniki göstəricilərinin dəqiq müəyyən edilməsini göstərir. Yuxarıda qeyd olunanları, o cümlədən "xxxx" MMC-nin arayışında mübahisələndirdiyi torpaq sahələrinin yerləşdiyi ərazinin bölgü layihəsi ilə faktiki olaraq natura arasında mövcud olan uyğunsuzluqların Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətin in əks olunmadığını və həmin rəydəistinad nöqtəsi kimi ərazinin bölgü layihəsində nəzərdə tutulmuş və layihədə qeyd edildiyi yerdən kənarda yerləşmiş iri həcmli kollektor-drenaj xəttinin qəbul olunduğunu nəzərə alaraq, Azərbaycan Respublikası "xxxx" MMC-nin tərtbi etdiyi mütəxəssis arayışına uyğun olaraq qərardadın suallarına dair nəticələr yuxarıda göstərildiyi kimi müəyyən edilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 23 aprel 2019-cu il tarixli 31963 nömrəli məhkəmə ekspertizasının rəyini işin faktiki hallarına uyğun gəldiyindən və inandırıcı olduğundan sübut kimi qəbul etmişdir. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etməklə, iddia tələbini təm in etməməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 03 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar