Məhkəmə qərarları › İş №2(102)-699/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-699/2021

09.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-699/2021 09.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ Ərizəçi: Ərizəçi Maraqlı şəxs: X.X.X. tələb: “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” Açar sözlər: hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, Ərizəçi, vəkili Əbdurəhmanov Kənan Səfər oğlunun, maraqlı şəxs X.X.X.nin vəkili Vəkil iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(106)-1569/2020 saylı qətnaməsin dən maraqlı şəxs X.X.X. tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İş materiallarında olan: -AZE № 17159570 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxx 1957-ci il tarixdə Cəbrayıl rayonunun Sarıcallı kəndində anadan olmuş, hal-hazırda da Şirvan şəhəri, S.Vurğun küçəsi, ev 23, mənzil 11-də qeydiyyatdadır. -Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 və X8 xx xxxx 2016-cı il tarixdə nikahlarını qeyd etdirmişlər. Nikah bağlandıqdan sonra qadına “Mahmudova” soyadı verilmişdir. -şahid X1 aid olan əmək kitabçasının surətindən görünür ki, X2 xx.xx.1976-cı il tarixdən xx xxxxxxxx 1993-cü il tarixə kimi Cəbrayıl rayonunun Sar ıcallı kəndində ingilis dili müəllimi və psixoloq vəzifələrində işləmişdir. -şahid X3 aid olan əmək kitabçasının surətindən görünür ki, X5 xx.xx.1971-ci il tarixdən xx.xx.1972-ci il tarixə kimi Cəbrayıl rayon Mehdili kənd orta məktəbində ingilis dili müəllimi xx.xx.1973-cü il tarixdən xx.xx.1978-ci il tarixə kimi Cəbrayıl rayonunun Kakdar kənd 8 illik məktəbində müəllim, xx xxxxxx 1978-ci il tarixdən xx xxxxxxxx 1994-cü il tarixə qədər Sarıcallı kənd orta məktəbində müəllim vəzifəsində işləmişdir. Birinci və apellyasiya instansiyası məhkəməsində icraat Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə Şirvan Şəhər Məhkəməsinə müraciət edərək, onun 1974-1979-cu illərdə Cəbrayıl rayonu, Sarıcallı kənd məktəbində katibə işləməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şirvan Şəhər Məhkəməsinin 2(032)-298/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim Z.M.Əliyev) Ərizəçi “1974-1979-cu illərdə Cəbrayıl rayonu, Sarıcallı kənd məktəbində katibə işləməsi faktının müəyyən edilməsi tələbinə dair” ərizəsinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən Ərizəçi apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(106)-1569/2020 saylı qətnaməsi ilə (hakimlər – Z.B.Babayev (sədrlik edən və məruzəçi), Q.B.Kərimov və N.F.Mirzəyev) Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Şirvan Şəhər Məhkəməsinin 2(032)-298/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsinin Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən ləğv edilməsi, ye ni qətnamənin qəbul edilməsi, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsinin təmin edilməsi və Ərizəçi xx xxxxxxxx 1974-cü il tarixdən xx xxxxxxxx 1979-cu il tarixə qədər Cəbrayıl rayonu, Sarıcallı kənd orta məktəbində katibə vəzifəsində işləməsi faktının müəyyən edilməsi qət edilmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Maraqlı şəxs X.X.X. kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ərizənin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən hallara əhəmiyyət verməmiş, ərizəni təsdiqləməklə kifayətlənmiş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında maraqlı şəxs X.X.X.nin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasında Ərizəçi və vəkili Əbdurəhmanov Kənan Səfər oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdilər. Tətbiq edilən hüquq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qa nununun: -21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. -25-ci maddəsinə görə sığorta stajı müvafiq icra hakimiyyəti orqanı tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verilən sənədlə təsdiq olunur. -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən ha llarda əmək pensiyası təminatı hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə görə ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansi yası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Ərizənin təmin edilməli olmasına dair apellyasiya instansiyası məhkəməsinin qətnaməsi onunla əsaslandırımışdır ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, Cəbrayıl rayonunun Əmiralı kəndində anadan olmuşdur.Sarıcalı kəndi qonşu kənddir. Ərizəçi bir qonşu kəndçi kimi tanıyır. O, 1976-cı i ldən 1993-cü ilə kimi Cəbrayıl rayonunun Əmiralı kənd orta məktəbində ingilis dili müəllimi işləmişdir. Bilir ki, Ərizəçi o, məktəbdə müəllim işlədiyi vaxtlarda, yəni 1974cü ildən 1979-cu ilə qədər Cəbrayıl rayonu, Sarıcalı kənd məktəbində katibə işləmişdir. Qətnamədə daha sonra qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, Cəbrayıl rayonunun Sarıcallı kəndində anadan olmuşdur. Ərizəçi bir qonşu kəndçi kimi tanıyır. O, xx.xx.1973-cü il tarixdən 1978-ci ilə kimi qonşuluqda yerləşən Cəbrayıl rayonunun Kakdar kənd 8 illik məktəbində müəllim işləmiş, xx xxxxxx 1978-ci il tarixdən xx xxxxxxxx 1994-cü il tarixə qədər Sarıcallı kənd orta məktəbində müəllim işləmişdir. Bilir ki, Ərizəçi Cəbrayıl rayonu, Sarıcalı kənd məktəbində 197 4-cü ildən 1979-cu ilə qədər katibə işləmişdir.Şahid ifadələrinə əsasən apellyasiya instansiyası məhkəməsi bu nəticəyə gəlmişdir ki, ərizəçinin işləməsi şahid ifadələri ilə təsdiq olunur, həmin şahidlərin ifadələri bir-birini inkar etməməklə birinin ifadəsi digərinin ifadəsini tamamlayır, bu da şahidlərin ifadələrinin mötəbərliliyi üçün əsas yaradır. Ali Məhkəmənin Mülki Kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticəni qanuni və əsaslı hesab etmir. Belə ki, apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, şahid X4 xx.xx.1976-cı ildən, şahid Zeynalov Bəhram Cümşüd oğlu isə xx.xx.1978-ci ildən Cəbrayıl rayonunun Sarıcallı kənd orta məktəbində müəllim işləmişlər. Ərizəçi isə ərizəsində xx xxxxxxxx 1974-cü ildən xx xxxxxxxx 1979-cu ilə qədər həmin məktəbdə işl əməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Bundan əlavə apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, ərizəçi məcburi köçkün deyildir və bununla əlaqədar nəyə görə ona məxsus əmək kitabçasında müvafiq qeydlərin aparılmamasına dair işin faktiki hallarını araşdırmamış və MPM-nin 88-ci maddəsinin tələbləri baxımından sübutlara düzgün hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qeyd olunan Məcəllənin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya inst ansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq məhkəmə kollegyası qərara aldı: Maraqlı şəxs X.X.X.nin kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(106)-1569/2020 saylı qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar