Məhkəmə qərarları › İş №2(102)-6997/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6997/2019

30.10.2019 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6997/2019 30.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.06.2019-cu il tarixli, 2(107)1862/2019 nömrəli qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Göyçay şəhəri, H.Əliyev prospekti, ev 48, 12 saylı mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xa hiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, 1973-cü ildə cavabdehlə rəsmi nikah münasibətlərinə daxil olmuşdur. Onların dörd övladları vardır. Nikaha daxil olduqda onlara Göyçay rayon XDS-nin İK-nin qərarı ilə 09.02.1979-cu ildə mübahisəli mənzil verilmişdir. Həmin vaxtdan 2017-ci ilə kimi orada yaşamışlar. Lakin 2017-ci ilin iyul ayında cavabdeh mənzilin açarlarını dəyişərək onu və oğlu ailəsi ilə birlikdə oradan çıxarmışdır. Hazırda o, və oğlu ailəsi ilə birlikdə kirayə tutduqları evdə yaşayırlar. Cavabdeh evdən onları məcburi çıxardıqda satıldıqdan sonra mənzilin pulunun bərabər qaydada bölünəcəyini bildirmişdir. Bu səbəbdən onlar mənzilin özəlləşdirilməsinə razılıq vermişlər. Cavabdehlə ayrılana kimi mübahisəli mənzildə yaşamış və birgə təsərrüfat aparmışlar. Cavabde hlə onun arasında nikah pozulmuşdur. Mənzil cavabdehin xüsusi mülkiyyətində olsa da, onun da bu yaşayış sahəsinə istifadə hüququ vardır. Ona görə də iddia tələbinin təmin olunmasını xahiş etmişdir. O, məhkəmə iclasında elan olunmuş Aktla razıdır, onun məzmunu həqiqətə uyğundur və onu imzalamış şəxslər həqiqətən qonşulardır, onların tanıyır. Göyçay Rayon Məhkəməsinin (hakim Z.A.Quliyev) 11 mart 2019-cu il tarixli, 2(046)-361/2019 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə köçürülmə tələbinə dair iddia tələbi rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ə.T.Məcidov, M.A.Əsədli və İ.F.Quliyev) 19.06.2019-cu il tarixli, 2(107)-1862/2019 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Göyçay Rayon Məhkəməsinin 11 mart 2019-cu i l tarixli, 2(046)-361/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə köçürülmə tələbinə dair iddiası təmin edilməsi, İddiaçı Göyçay şəhəri, H.Əliyev prospektindəki 48 saylı evin, 12 saylı mənzilə köçürülməsi qət edilmişdir. Cavabdeh Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.06.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.06.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə işin hallarına düzgün hü quqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, iddiaçı cavabdehə verilmiş orderə əsasən mübahisəli mənzilə köçərkən mənzil münasibətlərini qeyd edilən Mənzil Məcəlləsi tənzimləsə də iddiaçı ilə cavabdeh arasında mənzil münasibətləri davam edən xarakerli olmuş və bu zaman artıq yuxarıda göstərilən maddi normalar qüvvədən düşmüşdür. İddiaçı təxminən 3 il əvvəl mübahisəli mənzili könüllü tərk etmiş, əmlakını mənzildən çıxarmış və bundan sonra 2017-ci ilin iyul ayında mənzili cavabdehin adına özəlləşdirilməsinə yazılı razılıq vermişdir. İddiaçı ilə cavabdeh arasında olan nikah pozulsa da, cavabdeh mənzilin satılması üçün razılıq alınmadan notariat əməliyyatının aparılması öhdəliyinin Göyçay rayon notariat kontorunun notariusu X2 üzərinə qoyulması tələbinə dair məhkəmədə iddia qaldırsa da iddiaçı mənzilə köçürülmə tələbi ilə məhkəməyə müraciət etməmişdir. Çünki iddiaçını heç kim məcburi şəkildə evdən çıxarmamışdır və onun mənzili özü könüllü tərk etdiyi üçün hüquqları pozulmamışdır. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün t ətbiqini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 19.06.2019-cu il tarixli qətnaməsi ilə iş üzrə Göyçay Rayon Məhkəməsinin 11.03.2019-cu il tarixli qətnaməsinin ləğv edərək, iddia tələbinin təmin edilməsində haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, Göyçay şəhəri, H.Əliyev prospekti, ev 48, 12 saylı mənzil 17.07.2017-ci il tarixli reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydə alınmışdır (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı ərazi idarəsinin 04.03.2019-cu il tarixli məktubu). Tərəflər arasında nikah ləğv edilmişdir (Göyçay Rayon Məhkəmə sinin 16.01.2018-ci il tarixli qətnaməsi). X9, Solmaz Məhərrəmova, Şərqiyyə Həsənova, Çiçək Qasımova, Elşad Nəbiyev və Svetlana Əkbərova tərəfindən imzalanmış 28.11.2018-ci il tarixli Akta əsasən İddiaçı Göyçay şəhəri, H.Əliyev prospekti, ev 48, 12 saylı mənzildə uzun illərdir ki, yaşamır. Son iki ildir ki, ev boşaldılmışdır. Hazırda cavabdeh mübahisəli mənzilin mülkiyyətçisidır. İddiaçı qeydiyyatda olmasına baxmayaraq orada 2017-ci iyul ayından yaşamır, onun bu ünvana qeydiyyatı artıq formal xarakter daşıyır. İddiaçı orada artıq yaşamamasını təsdiq etmişdir. Bu faktı iş üzrə qonşular tərəfindən imzalanmış Aktla təsdiq olunmuşdur. 52 nömrəli SMD-yə ayrılmış Göyçay şəhəri, H.Əliyev prospekti, ev 48, 12 saylı mənzilin həmin təşkilatın işçisi 4 nəfər ailə üzvü olan (Cavabdeh özü, ailə üzvləri İddiaçı, X5 və X10) 16.10.1972-ci ildən RİK-də ev növbəsində duran Cavabdeh verilmişdir. X5, İddiaçı, X1 şəhəri, H.Əliyev prospekti, ev 48, 12 saylı mənzilin Cavabdeh adına özəlləşdirilməsinə 07.07.2017-ci il tarixli ərizələrlə etiraz etməmişlər və razılıqlarını bildirmişlər. Həmin mənzilə cavabdehin mülkiyyət hüququna dair RX seriyalı Sənədi ******* nömrəli çıxarış verilmişdir. Göyçay Rayon Məhkəməsinin 16.01.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında nikah ləğv olunmuşdur. Cavabdeh həmin mənzilin satılması üçün Göyçay rayon notariat kontorunun notariusu X3 müraciət etmişdir. Göyçay rayon notariat kontorunun notariusu X7 digər cavabdehlərin razılıq ərizələrinin olmadığını əsas gətirərək əqdin bağlanmasından rəsmi olaraq imtina etmişdir. İddiaçı Cavabdehlər Göyçay ra yon notariat kontoruna, İddiaçı və X6 qarşı iddia qaldıraraq Göyçay şəhəri, H.Əliyev prospekti, ev 48, 12 saylı mənzilin satılması üçün cavabdehlər İddiaçı və X4 razılığı alınmadan notariat əməliyyatının aparılması öhdəliyinin Göyçay rayon notariat kontorunun notariusu X2 üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 25 iyul 2018-ci il tarixli, 2(046)-1452/2018 nömrəli qətnaməsi ilə (hakim Zəfər Quliyev) iddia tələbi təmin olunmuş, iddiaçı Cavabdeh xüsusi mülkiyyətində olan Göyçay şəhəri, H.Əliyev prospekti, ev 48, 12 saylı mənzilin cavabdehlər İddiaçı və X4 razılığı alınmadan özgəninkiləşdirilməsinə dair notariat əməliyyatının aparılması öhdəliyinin digər cavabdeh Göyçay rayon notariat kontorunun notariusu X2 üzərinə qoyulması, iş üzrə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun müştərək qaydada cavabdehlərə aid edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 31 oktyabr 2018-ci il tarixli, 2(107)-1862/2018 nömrəli qətnaməsi ilə,üçüncü şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Göyçay Rayon Məhkəməsinin 25 iyul 2018-ci il tarixli, 2(046)-1452/2018 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı Cavabdeh Göyçay rayon notariat kontoruna, cavabdeh tərəfdə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər İddiaçı və X6 qarşı Göyçay şəhəri, H.Əliyev prospekti, ev 48, 12 saylı mənzilin satılması üçün cavabdehlər İddiaçı və X4 razılığı alınmadan notariat əməliyyatının aparılması öhdəliyinin Göyçay rayon notariat kontorunun notariusu X2 üzərinə qoyulması tələbinə dair iddiası rədd edilmiş, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilmişdir. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 13 mart 2019-cu il tarixli, 2(102)1937/2019 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 31 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan respublikasının Qanununun 12-ci maddəsinin tələbinə əsasən, mənzilləri (evləri) öz mülkiyyətinə almış vətəndaşlar yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə bu mənzillərə (evlərə) öz mülahizələrinə görə sahiblik edir, onlardan istifadə edir və onlar barəsində sərəncam verirlər: onları vəsiyyət edə bilər, sa ta bilər, bağışlaya bilər, icarəyə verə bilər, onların barəsində qanunvericiliyə zidd olmayan başqa əqdlər bağlaya bilərlər. Mənzilə (evə) mülkiyyət hüququnun həyata keçirilməsi başqa şəxslərin hüquqlarına və qanuni mənafeyinə xələl gətirməməlidir. Yuxarıda göstərilən qanunun tələbindən də göründüyü kimi, özəlləşdirilmiş mənzilləri (evləri) öz mülkiyyətinə almış vətəndaşlar özəlləşdirmədə iştirak etmiş yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı olmadan həmin mənzillər üzərində istədikləri kimi sərəncam verə bilməzlər. 08 iyul 1982-ci il redaksiyalı Mənzil Məcəlləsinin 53-54-cü maddələrinin tələbinə görə hal-hazırda iddiaçının köçmək istədiyi Göyçay şəhəri, H.Əliyev prospekti, ev 48, 12 saylı mənzil dövlət mənzil fonduna aid olmuş, hazırki iş üzrə iddiaçı da, cavabdehin əri olaraq həm in mənzilə ailə üzvü kimi köçmüşdür. Həmin mənzil 2017-ci ildə cavabdehin adına özəlləşdirilərkən iddiaçı da həmin mənzildə cavabdehlə birgə yaşayan ailə üzvü kimi mənzilin cavabdehin adına özəlləşdirilməsinə razılıq vermişdir. Nəticədə qeyd olunan mənzil cavabdehin mülkiyyətinə keçmişdir. Daha sonra cavabdehlə iddiaçı arasında olan nikah pozulmuşdur. Cavabdeh iddiaçının razılığı olmadan həmin mənzili özgəninkiləşdirmək istəsə də, məhkəmə qətnamələri ilə onun bu istəyi reallaşa bilməmişdir. Hal-hazırda qüvvədə olan Mülki Məcəllənin 158-ci maddəsinin tələbinə görə əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edili r. Göründüyü kimi mübahisəli mənzilin mülkiyyətçisi dəyişsə də, iddiaçının həmin mənzilə istifadə hüququ qalmışdır və o, həmin hüququn reallaşdırılmasını istəyir. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının 2017-ci ilin iyul ayından həmin mənzili daimi olaraq tərk etməsi ilə bağlı yanlış nəticəyə gəlmişdir. Çünki, mülki işin materiallarından görünür ki, tərəflər arasındakı nikah 25 iyul 2018-ci il tarixdə pozulandan sonra iddiaçı ilə cavabdeh arasında həmin mənzillə bağlı məhkəmə çəkişmələri gedir, cavabde h bütün üsul və vasitələrdən istifadə etməklə iddiaçının həmin mənzildən istifadə hüququnun həyata keçirilməsinə mane olur. Birinci instansiya məhkəməsinin iddiaçının həmin mənzildə yaşamaması ilə bağlı gəldiyi nəticənin əksinə olaraq, cavabdehin həmin mənzildə yaşamaması ona birinci instansiya məhkəməsinin və apellyasiya məhkəməsinin göndərdiyi məktubların üzərində “köçüb” qeyd edilməklə geri qaytarılması ilə təsdiq edilir. İstinad edilənlər baxımından apellyasiya instansiyası məhkəməsi haqlı olaraq birinci instаnsiyа məhkəməsi iddianın təmin edilməməsini qət edərkən qətnamənin ləğv edilməsinə əsas ola biləcək maddi və prosessual hüquq normalarının pozulmasına yol verdiyindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini təmin edərək Göyçay Rayon Məhkəməsinin 11 mart 2019-cu il tarix li, 2(046)-361/2019 nömrəli qətnaməsi ləğv edib, iş üzrə yeni qətnamə qəbul etməklə İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə köçürülmə tələbinə dair iddiasını təmin edib İddiaçı Göyçay şəhəri, H.Əliyev prospektindəki 48 saylı evin, 12 saylı mənzilinə köçürülməsini qət etmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Belə ki, ilk növbədə qeyd ed ilməlidir ki, cavabdeh belə iddiaçının həmin mənzildən istifadə hüququnun olmasını mübahisələndirməmişdir. Sadəcə olaraq cavabdeh istinad edir ki, iddiaçı 3 ildən artıq müddətdir ki, mənzili daimi əsaslarla tərk etdiyindən istifadə hüququnu itirmişdir. Kassasiya kollegiyası bildirir ki, apellyasiya instanisyası məhkəməsi Mülki Prosessual Məcəllənin 88ci maddəsinin tələbləri baxımndan işdə olan sübutları qiymətləndirərək iddiaçının daimi əsaslarla mənzili tərk etməsinin öz təsdiqni tapmadığını müəyyən etmişdir. Sübutların mahiyyətinə qiymətin verilməsi isə kassasiya instansiyası məhkəməsinin səlahiyyətinə aid olmadığından həmin sübutların məzmunu ilə bağlı kassasiya şikayətinin dəlillərini kollegiya əhəmiyyətsiz hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassas iya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.06.2019-cu il tarixli, 2(107)-1862/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar