Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-700/2021 03.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdehlər: Cavabdeh1, Cavabdeh2 İddia tələbi: pul tələbi Açar sözlər: sübutetmə yükü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, İddiaçı, vəkili Vəkil2 və Cavabdeh2 vəkili Vəkil1 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı, Cavabdeh2 və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə işə xx xxxxxx 2021- ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları Qarayev X1 Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, 2016-cı ilin oktyabr ayında tanışı Cavabdeh1 onu aldadaraq, ortaq iş quracağı adı ilə 50.000 manat məbləğində pul vəsaitini mənimsəməsini bildirmişdir. Cinayət işi üzrə aparılmış istintaqla müəyyən edilmişdir ki, Cavabdeh1 2016-cı ilin oktyabr ayında tanışı İddiaçı qarşı dələduzluq, yəni etibardan sui-istifadə etməklə və ya aldatma yolu ilə onun 50.000 manat pulunu ələ keçşirməsi toplanmış istintaq materialları ilə təsdiq edilmir. Buna görə də, xx xxxxxx 2019-cu il tarixli qərarla cinayət işi üzrə icraata xitam verilmişdir. Bununla bərabər, İddiaçı qeyd etdiyi xüsusatlarla bağlı məhkəmədə iddia qaldırmaq hüququ i zah edilmişdir. Birinci instansiya məhkəməsində icraat xx xxxxxx 2019-cu il tarixdə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 əsas borcun əvəzi qismində 50000 manat, faiz borcu 7500 manat, maddi zərərin əvəzi qismində 15000 manat, cəmi 75020 manat, Cavabdeh2 isə əsas borcun əvəzi qismində 5300 manat, faiz borcu 850 manat, maddi zərərin əvəzi qismində 1500 manat, cəmi 8160 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 tərəfindən mübahisəyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə verilmişdir. Biləsuvar Rayon Məhkəməsinin 2(022)-212/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.Ə.Əliyev) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsinin qətnamə si onunla əsaslandırılmışdır ki, iddianın təmin edilməsinə hər hansı faktiki və hüquqi əsas müəyyən edilmədiyinə, habelə iddiaçı iddia müddətini üzürlü səbəblərdən ötürülməsinə dair məhkəməyə heç bir mötəbər sübut təqdim etmədiyinə görə, iddia rədd edilməlidir. Apellyasiya instansiyası məhkəməsində icraat Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən maddi-hüquq normaları düzgün tətbiq edilməmiş, işin faktiki hallarına düzgün qiymət verməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamış, nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1666/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci i l tarixli qətnaməsi ilə (hakimlər Q.B.Kərimov, Z.B.Babayev, N.F.Mirzəyev) apelyasiya şikayəti qismən təmin edilmiş, Biləsuvar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilmiş, Cavabdeh1 44000 manat, Cavabdeh2 5300 manatın pulun alınıb iddiaçıya verilməsi qət edilmiş, iddia qalan hissələrdə rədd edilmişdir. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh1 izahatında 2012-ci ilin əvvəllərində iddiaçıdan 30.000 manat pulu aylıq faiz ödəmək şərti ilə aldığını, bundan sonra 2016-cı ilin noyabr ayında əlavə olaraq 20.000 manat aldığını və həmin məbləğləri faizləri ilə birlikdə, cəmi 68.000 manat olmaqla, 2018-ci ilin noyabr ayına kimi qaytardığını bildirmişdir. Digər cavabdeh isə, iddiaçıdan 2017-ci ilin fevral ayına kimi 3 dəfəyə cəmi 11.500 manat məbləğində faizlə borc götürdüyünü və həmin məbləği qaytardığını göstərmişdir. Apellyasiya məhkəməsi Cavabdeh1 iddiaçıdan aldığı pulu 2018-ci ilin əvvəlində ödədiyini etiraf etdiyini və iddiaçının hazırki tələblə xx xxxxxx 2019-cu il tarixdə məhkəməyə müraciət etdiyini nəzərə alaraq hesab etmişdir ki, iddia müddəti ötürülməmişdir. Apellyasiya məhkəməsi Cavabdeh1 iddiaçıdan aldığı 50.000 manat məbləğində borcun 6.000 manat məbləğini qaytardığını nəzərə alaraq, Cavabdeh1 ödənilməmiş qalan məbləğin, Cavabdeh2 isə 5300 manat məbləğində pulun iddiaçının xeyrinə tutulmasını qət etmişdir. Kassasiya şikayətlərinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissələrində ləğv olunmasını və iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ona aid hissədə tələbin təmin edilməsi hissəsində ləğv olunmasını və həmin hissədə iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, tərəflər arasında yazılı borc müqaviləsini bağlanmamasına hüquqi qiymət verilməmiş, onun izahatında 50000 manat almasını etiraf etməsini sübut kimi qiymətləndirilsə də 68000 manat qaytarması sübut kimi qiymətləndirilməmişdir. Cavabdeh2 kassasiya şikayətində qətnamənin ləğv edilib iş üzrə icraata xitam verilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə onun iddiaçıdan faizlə aldı ğı borcu tam qaytarmasını nəzərə almamışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçı və vəkili, eyni zamanda cavabdehin vəkili kassasiya şikayətlərini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş digər cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır v ə onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətləri əsasında tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz e dilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zər ər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması halları müəyyən edilmir. Bu baxı mdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia tələbində irəli sürdüyü dəlillərlə məzmunca eynilik təşkil edir ki, həmin dəlillərə apellyasiya məhkəməsi tərəfindən araşdırılmaqla hüquqi qiymət verilmişdir. Cavabdehlərin kassasiya şikayətlərinin dəlilləri isə məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Apellyasiya instansiya məhkəməsi tərəfindən həmin dəlillərə qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kas sasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-700/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-700/2021
03.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sai
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver