Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-700/2025 26.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmlak tələbi, sübutetmə yükü ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5924/2024 nömrəli, 28 oktyabr 2024-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağ ıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh1 ilə X2 xx.xx.2010-cu il tarixdə nikahlarını rəsmiləşdirmiş, nigah bağlandıqdan sonra arvada “Tağıyeva” soyadı verilmişdir. 2. “MAN TGX 18.480” yük markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və “KRONE” markalı, “SD27B” modelli tentli-furqon tipli, **-YC-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu xx.xx.2023-cü il tarixdə Cavabdeh1 adına rəsmiləşdirilmişdir.
3. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3787/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh1 qarşı əmlak tələbinə dair 2(003)-4478/2023 saylı mülki işə mahiyyəti üzrə baxılıb hüquqi qiymət verilənədək həmin məhkəmənin icraatında olan iddiaçı Cavabdeh2 Cavabdeh1 qarşı əmlak tələbinə dair 2(002)-3787/2023 saylı mülki işin icraatı dayandırılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh1 qarşı "əmlakın alınması" tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 xx.xx.2023-cü il tarixdə formal olaraq öz adına rəsmiləşdirdiyi, lakin onun pul vəsaiti hesabına alınmış və hazırda cavabdehin qanunsuz sahibliyində olan “MAN TGX 18.480” yük markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin və “KRONE” markalı, SD27B modelli, tentli-furqon tirli **-YC-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunun, həmçinin dövlət rüsumu olaraq ödədiyi 101 manatın cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Cavabdeh1 ilə onun uzun illər ərzində dostluq münasibətləri olmuşdur. O, 2023-cü ilin əvvəllərində özünə “MAN TGX 18.480” yük markalı avtomobil almaq istəyirdi. O, Cavabdeh1lə bu barədə məsləhətləşmiş və Cavabdeh1 ona bu cür avtomobilləri gətirənləri tanıdığını deyərək ona kömək edəcəyini bildirmişdir. Mart ayının əvvəllərində həmin avtomobil Bakı şəhərinə gətirildiyi zaman o, həmin vaxt müvəqqəti olaraq kənarda olduğuna görə Zamindən avtomobili öz adına rəsmiləşdirməsini tələb etmişdir. Onlar qayıtdıqdan sonra avtomobili öz adına keçirəcəyi barədə razılaşmışlar. xx.xx.2023-cü il tarixdə cavadeh “MAN TGX 18.480” yük markalı avtomobili və onun “KRONE” markalı, “SD27B” modelli tentli furqon tirli **-YC-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunu o, gələnə qədər formal olaraq öz adına rəsmiləşdirərək avtomobilə **-XP*** dövlət qeydiyyat nişanı almışdır. Bir müddət sonra o, cavabdehdən avtomobili onun adına keçirməsini xahiş etmişdir. Lakin cavabdeh müxtəlif bəhanələr gətirərək bundan yayınmışdır. Cavabdeh onun dostu olduğuna görə o, bunun üçün çox təkid etməmişdir. Sonuncu dəfə o, 2023-cü ilin oktyabr ayının əvvəllərində yenə cavabdehə müraciət edərək avtomobili onun adına keçirməsini xahiş edən zaman cavabdeh ona həyat yoldaşı Cavabdeh2 cavabdehə qarşı nikahın pozulması, uşaqların ananın yanında (himayəsində) saxlanılması, aliment və birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsü tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. Müvəqqəti təminat tədbiri olaraq cavabdehə məxsus bütün əmlakın üzərinə həbs qoyulması barədə ərizəyə əsasən onların birgə nikah dövründə əldə etdikləri bütün əmlakın, həmçinin formal olaraq onların birgə nikah dövründə əldə etdikləri əmlak kimi görünən “MAN TGX 18.480” yük markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin və “KRONE” markalı, “SD27B” modelli tentli furqon tirli **-YC-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunun da üzərinə həbs qoyulmuşdur. Cavabdehə qarşı həmin iddianı qaldırmış cavabdehin həyat yoldaşı həmin avtomobilin ona məxsus olduğunu bilə-bilə həmin avtomobilin formal olaraq ərinin adına qeydiyyata alınmasını əsas götürərək həmin əmlakı da birgə nikah dövründə əldə edilmiş əmlak kimi təqdim edib bölüşdürmək istəyir. Bu yolverilməzdir və onun mülkiyyət hüquqlarının kobud şəkildə pozulması deməkdir. Həm c avabdeh və cavabdehin ailəsi, həmdə cavabdehə qarşı iddia qaldıran cavabdehin həyat yoldaşı Cavabdeh2 və həmin şəxsin valideynləri həmin avtomobilin onun pulu ilə alınaraq ona məxsus olmasını gözəl bilirlər. Həmin avtomobilin üzərində onun mülkiyyət hüquqları formal olaraq rəsmiləşdirilməsə də, həqiqətən həmin avtomobilin pulunu o, ödəmişdir. Həmin avtomobil onun mülkiyyətindədir və həmin avtomobil ona qaytarılmalıdır. Cavabdehin onun haqlı tələblərinə laqeyd yanaşması və öhdəliyini vaxtında yerinə yetirməməsi nəticəsində o, hazırda mülkiyyətindən əsassız və qanunsuz məhrum edilmək təhlükəsi ilə üzləşmişdir.
6. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh2 cavabdeh qismində işə cəlb edilmişdir.
7. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etdiyini, nəqliyyat vasitələrinin idd iaçının hesabına alındığını bildirmişdir.
8. Cavabdeh2 nümayəndələri və vəkilləri Vəkil2, Vəkil1 və Vəkil3 iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişlər ki, Cavabdeh1 və Cavabdeh2 arasında Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsində “nikahın pozulması” və “əmlakın alınması” tələbinə dair məhkəmə mübahisələri mövcuddur. Hazırki iş üzrə mübahisə edilən avtomobil üzərinə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin qərardadı ilə həbs qoyulmuşdur. Cavabdeh1 və Cavabdeh2 arasında olan “əmlakın alınması” tələbinə dair mülki iş üzrə icraat, hazırki işə baxılıb qurtaranadək dayandırılmışdır. Mübahisə edilən əmlak Cavabdeh1 və Cavabdeh2 nikahları dövründə birgə vəsaitləri hesabına əldə edilmişdir. İddiaçının həmin əmlaklara tələbi əsassızdır.
9. Bakı şəhəri Xəz ər Rayon Məhkəməsinin 2(003)-633/2024 nömrəli iş üzrə 15 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakim Əkrəm Qəhrəmanov) iddia rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmədə tərəflə rin izahatları məzmun baxımından öz növbəsində iddia tələbinə mahiyyəti üzrə baxılması zamanı sübutetmə predmeti barəsində həlledici qənaət formalaşdırmaq həcmində olmuş və daxili inam yaranması üçün müəyyən mənada əhəmiyyət kəsb edir.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 88, 106.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin nəticəsi tamamilə əsassızdır. Belə ki, məhkəmə işi araşdırarkən Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatında olan iddiaç ı Cavabdeh2 Cavabdeh1 qarşı “nikahın pozulması, uşaqların iddiaçının himayəsində (yanında) saxlanılması, aliment və birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsü” tələbinə dair mülki işi qeyd etmiş, eyni zamanda qanunvericiliyin bəzi normalarını sadalamaqla kifayətlənmişdir. Cavabdeh və onun ailəsi arasında mübahisə vardır və indiki iddianın ailə mübahisəsinə heç bir aiddiyyəti yoxdur və bir-biri ilə əlaqəli deyildir. Məhkəmə mübahisə edilən əmlakı birgə nikahları dövründə əldə edilmiş hesab etməklə düzgün qənaətə gəlməmişdir. Belə ki, o əmlak birgə əmlak hesab edilə bilər ki, o tərəflərin birgə büdcəsi, ailəyə məxsus gəlir hesabına alınmış olsun. Lakin mübahisəli nəqliyyat vasitəsi və qoşqu iddiaçının pulu əsasında alınmış və bunu təsdiq edən sənəd işə əlavə olunmuşdur. İşdə olan hallar dan da göründüyü kimi, mübahisələndirilən nəqliyyat vasitələri cavabdehin birgə nikah dövründə qazandıqları pul vəsaiti hesabına alınmamışdır və birgə mülkiyyət hesab edilə bilməz. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, ekspertiza təyin edilməsi barədə vəsatəti əsassız olaraq təmin etməmiş, onda olan müqaviləni və kredit üzrə ödənişləri təsdiq edən sənədləri qəbul etməkdən imtina etmişdir. Məhkəmə əmlakların alınması üçün sərf olunan pulun ona məxsus olması faktını araşdırmamışdır. Halbuki, nəqliyyat vasitələri ölkəyə gətiriləndə həmin vaxt iddiaçı işlə bağlı Bakı şəhərində olmadığından məcbur olub, cavabdehdən öz adına sənədləşdirilməsini xahiş etmişdir. Cavabdehin iddianı etiraf etməsi, pul köçürməsi haqqında qaimələrdən də görünmüşdür ki, mübahisəli əmlak iddiaçının vəsaiti hesabına alınmışdır. Hakim işə tez-tələsik baxmış, araşdırma etmədən, onda olan sübutları araşdırmadan, vəsatəti qəbul etmədən qərar qəbul etmişdir. İşi mahiyyəti üzrə araşdıran hakim öz hakim mövqeyindən istifadə etməklə iş üzrə araşdırma apara, qeyd edilən müqavilə üzrə ekspertiza təyin edə bilərdi.
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5924/2024 nömrəli mülki iş üzrə 28 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Məhəmməd Rüstəmli (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Səadət Səlimova) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
15. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı iddia etmişdir ki, mübahisəli nəqliyyat vasitəsi və yarımqoşqu onun vəsaiti hesabına alınmış, lakin xx.xx.2023-cü il tarixdə formal olaraq Cavabdeh1 adına rəsmiləşdirilmiş və hazırda cavabdehin qanunsuz sahibliyindədir. Bu əsasla həmin nəqliyyat vasitəsinin və yarımqoşqunun cavabdehdən alınaraq ona verilməsini tələb edir. Halbuki, iddiaçı sözügedən nəqliyyat vasitəsinin və yarımqoşqunun onun vəsaiti hesabına alınmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı Üzeyir Kərimov adlı şəxsə xx.xx.2022-ci il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən 10.300 manat məbləğində vəsait ödəmişdir. Lakin həmin vəsaitin mübahisəli nəqliyyat vasitəsinin və yarımqoşqunun alınması üçün ödənildiyi həmin sənəddən müəyyən edilmir. İddiaçı tərəfindən məhkəməyə hər hansı başqa sübutlar (sənədlər) təqdim edilməmişdir.
16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabdeh1 isə məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, nəqliyyat vasitəsi və yarımqoşqu onun vasitəsi ilə alınmış, onların alınmasına görə o, vasitəçiyə bütövlükdə 65.000 manat məbləğində pulu nağd qaydada ödəmiş, Üzeyir Kərimov adlı şəxsi isə tanımır.
17. Məhkəmə kollegiyası həmçinin cavabdeh tərəfindən iddianın etiraf edilməsi ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən iddianın cavabdeh tərəfindən etiraf edilməsi hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Cavabdeh1 tərəfindən iddianın etiraf edilməsi digər cavabdehin hüquqlarını pozur və belə olan halda həmin etiraf məhkəmə tərəfindən qəbul edilə bilməz. Belə ki, hazırda cavabdehlər arasında mübahisəli nəqliyyat vasitəsinin və yarımqoşqunun bölgüsü ilə bağlı məhkəmədə mübahisə var.
18. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab etmişdir ki, hazırda iddiaçı cavabdehin adına rəsmi reyestrdə qeydə alınmış nəqliyyat vasitəsini və yarımqoşqunu cavabdehlərdən tələb etsə də, həmin qeydin özünü mübahisələndirməmişdir. Bu əsasla da iddiaçının iddiası təmin edilə bilməz.
19. Məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya mə hkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 52.2, 52.5, 77.1, 88, 106.4, 217.1, 217.3, 384.0.1, 385.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. İddiaçı (vəkil X1) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5924/2024 saylı, 28 oktyabr 2024-cü tarixli qətnaməsinin tamamilə ləğv еdilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
22. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə ödəniş tapşırığı ilə bağlı hüquqi sənədlərə lazımi hüquqi qiymət verməmişdir. Cavabdeh1 tərəfindən i ddianın etiraf edilməsi işin mübahisəsiz halıdır və onun sərbəst iradə ifadəsini əks etdirmişdir. Məhkəmə iş üzrə araşdırma apararkən cavabdehin nikahda olma faktını əsas götürmüş, cavabdehin etirafına isə hüquqi qiymət verməmişdir. Cavabdehin iddianı etiraf etməsi, pul köçürmə haqqında qaimələrdən də görünür ki, mübahisəli əmlak iddiaçının vəsaiti hesabına alınmışdır. İşi mahiyyəti üzrə araşdıran məhkəmə mövqeyindən istifadə etməklə iş üzrə araşdırma apara, qeyd edilən müqavilə üzrə ekspertiza təyin edə bilərdi. Cavabdehə qarşı həmin iddianı qaldırmış cavabdehin həyat yoldaşı həmin avtomobilin ona məxsus olduğunu bilə-bilə həmin avtomobilin formal olaraq ərinin adına qeydiyyata alınmasını əsas götürərək həmin əmlakı da birgə nikah dövründə əldə edilmiş əmlak kimi təqdim edib bölüşdürmək i stəyir. Bu yolverilməzdir və onun mülkiyyət hüquqlarının kobud şəkildə pozulması deməkdir. Həm cavabdeh və cavabdehin ailəsi, həmdə cavabdehə qarşı iddia qaldıran cavabdehin həyat yoldaşı Cavabdeh2 və həmin şəxsin valideynləri həmin avtomobilin onun pulu ilə alınaraq ona məxsus olmasını gözəl bilirlər. Həmin avtomobilin üzərində onun mülkiyyət hüquqları formal olaraq rəsmiləşdirilməsə də, həqiqətən həmin avtomobilin pulunu o, ödəmişdir. Həmin avtomobil onun mülkiyyətindədir və həmn avtomobil ona qaytarılmalıdır. O əmlak birgə əmlak hesab edilə bilər ki, o tərəflərin birgə büdcəsi, ailəyə məxsus gəlir hesabına alınmış olsun, lakin mübahisəli nəqliyyat vasitəsi və qoşqu iddiaçının pulu əsasında alınmış və bunu təsdiq edən sənəd işə əlavə olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi tərəfindən Azər baycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələblərini tətbiq etmək əvəzinə bunu etməmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.
23. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 225.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8, 14, 88, 217-ci maddələrinə istinad edilərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məh kəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.
28. Maddə 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 106.4. Məhkəmə faktın etiraf olunmasının işin hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır.
32. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
33. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydı nlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya ) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Avropa İnsan Hüquqları Məh kəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
40. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, iddiaçının apelyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyas iya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamaqla, həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
41. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
42. Hazırki iş üzrə irəli sürülmüş tələbə baxılarkən əvvəlcə iddiaçının qeyd olunan nəqliyyat vasitələrinə subyektiv hüquqa malik olub-olmaması, daha sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı araşdırılmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfi ndən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
43. Baxılan işdə iddia tələbi nəqliyyat vasitələri üzərində mülkiyyətçinin Mülki Məcəllənin 152.5-ci maddəsində müəyyən edilmiş hüquqlardan istifadə etməklə mülkiyyətində olan mənzildən cavabdehin istifadə etməsinə yol verməmək ixtiyarından irəli gəlir. İşə baxmış məhkəmə də iddiaçının nəqliyyat vasitələri üzərində mülkiyyət hüququnun, cavabdehin həmin nəqliyyat vasitələrindən istifadə hüququnun əsaslarını yoxlamış və iddiaçının həmin nəqliyyat vasitələrinə hüququnun olmadığı müəyən edilmişdir.
44. Məhkəmə kollegiyası məhkəmələrin gəldiyi bu nəticə ilə razılaşır.
45. Belə ki, Mülki Məcəllənin 14.1-ci maddəsində deyilir ki, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə n əzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
46. Həmin Məcəllənin 14.2-ci maddəsində mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları sadalanmışdır.
47. Nəzərə alınmalıdır ki, hər bir fakt deyil, yalnız qanunun hüquq və vəzifələrin əmələ gəlməsi, dəyişdirilməsi və xitam edilməsinə səbəb olan hal kimi tanıdığı faktlar hüquqi faktlar hesab olunur.
48. Həmçinin Mülki Məcəllənin 14.3-cü maddəsinə əsasən əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir.
49. Nəqliyyat vasitələrinə hüquqlar dövlət qeydiyyatına alınma lı olan hüquqlara aiddir.
50. Bu baxımdan iddiaçının mübahisəli nəqliyyat vasitələrinə hüququ o halda tanına bilər ki, onun yaranmasına səbəb olan və məhz qanunda bilavasitə göstərilmiş hüquqi faktlar mövcud olsun. Lakin iddiaçının mübahisəli nəqliyyat vasitələrinə hüququnun yaranmasına əsas olan, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14-cü maddəsində nəzərdə tutulmuş hər hansı əsas müəyyən edilməmişdir.
51. Cavabdeh1 tərəfindən iddia tələbinin etiraf edilməsi barədə dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi bu dəlil üzrə də düzgün nəticəyə gəlmişdir. Belə ki, cavabdeh tərəfindən iddianın etiraf edilməsi mütləq qaydada məhkəmə tərəfindən qəbul edilməli olan hal deyildir.
52. Çünki MPM-in 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina et məsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.
53. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, cavabdehlər arasında mübahisəli nəqliyyat vasitəsinin və yarımqoşqunun bölgüsü ilə bağlı məhkəmədə mübahisə var.
54. Buna görə də apelyasiya məhkəməsi haqlı olaraq Cavabdeh1 tərəfindən iddianın etiraf edilməsinin digər Cavabdeh2 hüquqlarını pozduğu qənaətinə gələrək, cavabdehin iddianı etiraf etməsini qəbul etməmişdir.
55. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırı lmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
56. Kassasiya şikayətinin digər dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətd ə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
58. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara a ldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5924/2024 nömrəli, 28 oktyabr 2024-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.