Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7003/2021 20.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər X2 və Cavabdeh2 (üçüncü şəxs Bakı Şəhəri 53 nömrəli Notariat Ofisi) qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin etibarsızlığı, kəsici müddət Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlundan və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil, cavabdeh X1 iştirakı ilə, İddiaçı cavabdehlər X2 və Cavabdeh2 (üçüncü şəxs Bakı Şəhəri 53 nömrəli Notariat Ofisi) qarşı kredit müqaviləsinin etibars ızlığı və ləğvi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5307/2021 nömrəli iş üzrə 17 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 20 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı (bundan sonra – iddiaçı) ilə X3 (bundan sonra – cavabdeh) arasında Bakı Şəhəri 53 nömrəli Notariat Ofisində (bundan sonra – Notariat Ofisi) bağlanmış 29.05.2018ci il tarixli kredit müqaviləsinə əsasən, cavabdeh iddiaçıya 15.000 ABŞ dolları məbləğində pulu borc verməyi, iddiaçı isə krediti 15.09.2018-ci il tarixədək cavabdehə qaytarmağı öhdəsinə götürmüşdür. 21.10.2019-cu il tarixli icra qeydinə əsasən, hazırkı iş üzrə cavabdehin xeyrinə iddiaçıdan öd ənilməmiş 15.000 ABŞ dollarının tutulması müəyyən edilmişdir. İcra qeydi 21.10.2019-cu il tarixli məktubla icra edilməsi üçün Sumqayıt Şəhər İcra və Probasiya şöbəsinə göndərilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1126/2020 nömrəli iş üzrə 26.02.2020-ci il tarixli qətnaməsi ilə hazırkı iş üzrə iddiaçının hazırkı iş üzrə cavabdehə və Cavabdeh2 (bundan sonra – ikinci cavabdeh) qarşı borcun azaldılması tələbinə dair iddiası təmin edilməmiş, həmin qətnamə apellyasiya instansıyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında 29.05.2018-ci il tarixdə bağlanmış kredit müqaviləsinin etibarsız hesab edil məklə ləğv olunması, həmin borc müqaviləsinin birgə fəaliyyət haqqında bağlanılmış əqd (müqavilə) hesab edilməsi və tərəfindən icra olunmuş hesab edilməsi, 29.05.2018-ci il tarixdə cavabdeh tərəfindən ikinci cavabdehə verilmiş 10.000 ABŞ dollarının birgə fəaliyyət əqdinin maliyyələşdirilməsi hesab edilməsi, birgə fəaliyyət nəticəsində cavabdeh tərəfindən sərf edilmiş 10.000 ABŞ dolları məbləğinin riski ona və ikinci cavabdehə aid edildiyindən, yerdə qalan 5000 ABŞ dollarının hər ikisinə aid edilməklə qalığın 2200 ABŞ dollarının ona, 2800 ABŞ dollarının ikinci cavabdehə aid olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona və tanışı olan ikinci cavabdehə 2018ci ilin yay mövsümündə Bakı şəhəri Mərdəkan qəsəbəsində “Delfin” İstirahət mərkəz ini işlətmək üçün vəsait lazım olmuşdur. İkinci cavabdeh ona pulu özünün tanışı olan cavabdehdən alacağını demiş, pulu almaq barədə razılıq əldə etdikdən sonra onunla birlikdə cavabdehin yanına getmişlər. Cavabdeh demişdir ki, onu tanımır, pulu ancaq ikinci cavabdehə verə bilər. Bu an şəxsiyyət vəsiqəsi olmadığına görə, ikinci cavabdeh onu inandırmışdır ki, pulu özü götürüb-qaytaracaq, o isə həmin anda borc müqaviləsinə onun yerinə imza etməlidir. 29.05.2018-ci il tarixdə Notariat Ofisində cavabdehlə aralarında kredit müqaviləsi bağlanmışdır. Notariat Ofisində cavabdeh ikinci cavabdehə 10.000 ABŞ dolları pul vermişdir. Notariat Ofisindən çıxandan sonra işlətdikləri ünvan 1 ünvanında yerləşən “Rublyovka” kafesinə getmişlər. Orada ikinci cavabdeh xxx adında işçinin yanında həmin puldan 300 A BŞ dollarını çıxararaq qalan 9.700 ABŞ dollarını ona vermişdir. Kredit müqaviləsində isə 15.000 ABŞ dolları qeyd olunmuşdur. İkinci cavabdeh gələcək gəlirlərin hesabına onunla və cavabdehlə hesablaşmağı nəzərdə tutmuşdur. “Delfin” İstirahət mərkəzini işlətmiş, lakin proqnozları reallaşmamış, qazanc əldə edə bilməmişlər. Mütəmadi olaraq cavabdeh ona ikinci cavabdehdən şikayətlər etmiş və bildirmişdir ki, cavabdeh onunla əldə etdiyi razılığa əməl etmir. Bu söhbəti ikinci cavabdehə dəfələrlə çatdırmışdır. Nəhayət, birgə fəaliyyət nəticəsində əldə etdikləri 4000 ABŞ dollarını və şəxsi əmlakının satışından əldə etdiyi 1000 ABŞ dollarını, cəmi 5000 ABŞ dollarını aparıb cavabdehə şahidlərin yanında vermiş və 15.000 ABŞ dollarına dair təkrarən suallarını vermişdir. Cavabdeh bunun ona aidiyyətini n olmadığını, ikinci cavabdehlə aralarında həll olunacağını bildirmişdir. Bundan sonra ona Sumqayıt Şəhər İcra və Probasiya şöbəsindən kreditin qaytarılması haqqında cavabdehin ərizəsi əsasında Notariat Ofisindən verilmiş icra qeydi üzrə icraata başlamaq haqqında qərar göndərilmişdir. Cavabdehlərə müraciət etmiş, hər ikisi işin real hallarından imtina etmiş və belə çıxmışdır ki, guya o, cavabdehdən 15.000 ABŞ dolları pul almış və qaytarmamışdır. İkinci cavabdeh məsələdən kənarda qalmış, birgə fəaliyyət barədə razılıq onlar tərəfindən təhrif olunmuşdur. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etməyərək, eyni tərəflər arasında eyni predmet barəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcud olduğunu, ona görə də hazırkı tələbə baxılmasını düzgün hesab etmədiyini, borcu ondan iddiaçının aldığını, bu barədə notarial qaydada təsdiq edilmiş kredit müqaviləsinin olduğunu, 15.000 ABŞ dolları məbləğində borcun 5000 dollarının qaytarıldığını, hazırda 10.000 ABŞ dolları borcun qaldığını, bu səbəbdən iddianın tam əsassız olduğunu bildirmiş və məhkəmədən iddia tələbinin rədd olunmasını xahiş etmişdir. İkinci cavabdeh iddia tələbini qəbul etməyərək, iddiaçının iddia ərizəsində göstərdiklərinin həqiqətə uyğun olmadığını, onunla ümumiyyətlə heç bir əlaqəsinin olmadığını bildirmiş və məhkəmədən iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-273/2021 nömrəli iş üzrə 02 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim F.Əyyubov) iddia rədd olunmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi n əticəni onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində əslində onunla cavabdeh arasında kredit müqaviləsinin deyil, birgə fəaliyyət müqaviləsinin bağlandığını, bu baxımdan mübahisəyə mülki qanunvericiliyin həmin müqaviləyə dair müddəalarının tətbiq edilməli olduğunu və tələb olunan borcun onunla ikinci cavabdehə aid edilməli olduğunu qeyd etsə də, məhkəmə araşdırılması zamanı bunu sübut edə bilməmişdir, məhkəmə iclasında iddiaçının qeyd etdiyi əsaslar aşkar edilməmişdir. Həmçinin, iddiaçı tərəfindən kredit müqaviləsinin etibarsızlığı ilə bağlı mülki qanunvericilikdə müəyyən edilmiş 1 illik müddət ötürülmüşdür. Ona görə də, iddiaçının müqavilənin etibarsızlığı və ləğv edilməsi ilə bağlı iddiası həm əsassız olduğuna görə, həm də məhkəmə tərəfindən kəsici iddia müddəti tətbiq olunmaqla rədd edilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 6.2, 324.1, 337.1, 337.2, 390.1, 739.1, 740.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini, iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməməsi, işə birtərəfli baxılması, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və digər əsaslar göstərilmişdir. Bakı A pellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5307/2021 nömrəli iş üzrə 17 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.Səmədov (sədrlik edən və məruzəçi), İ.Şirinov və A.Tanrıverdiyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddia tələblərinin təmin olunması üçün əsaslar olmadığından, iddia ərizəsini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayəti ndə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir. Dəlilləri iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə eyniyyət təşkil edən kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, şahidləri dindirməmiş, işin hallarını, təqdim olunmuş sübutları araşdırmamış, qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Kassator göstərmişdir ki, müqavilə vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmışdır, cavabdehlər onun etibarından sui-istifadə etmişlər, məhkəmə, bu barədə cavabdeh tərəfin ərizəsi olmadığına baxmayaraq, mübahisəyə əsassız olaraq müddət tətbiq etməklə iddianı rədd etmişdir. Şikayətin əsası kimi, Mülki Məcəllənin 5, 6, 10, 337, 347, 375, 389, 390, 391-ci, MPM-in 62, 76, 95, 106-cı maddələrinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya instansiyası məhkəməsində işə baxılarkən kassator və vəkili ayrı-ayrılıqda kassasiya şikayətinin məzmununa uyğun izahatlar verməklə, qətnamənin ləğv edilməsinə və kassasiya şikayətinin təmin olunmasına dair qərar qəbul olunmasını xahiş etdilər. Cavabdeh məhkəmə kollegiyasının iclasına vəkilsiz gəldiyindən, MPM-in 67.1-ci maddəsinin tələbinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq ikinci cavabdeh və Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Notar iat Ofisinin notariusu Ə.Hüseynov məhkəməyə işə nümayəndələrinin iştirakı olmadan baxılması barədə məktub ünvanlamışdır. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına tə sir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni ke yfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MPM Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (maddə 407.2). Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessu al hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kass asiya şikayətinin dəlilləri əsasən iddianın və apellyasiya şikayətinin dəlilləri ilə eynidir, Məhkəmə kollegiyası maddi və prosessual hüquq normalarının tətbiqinə dair birinci və apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Həmçinin qeyd olunmalıdır ki, Mülki Məcəllənin 354.2-ci maddəsində müəyyən edilmiş müddət kəsici müddətdir, bu baxımdan həmin müddətin tətbiqi üçün tərəflərin ərizə verməsi tələb olunmur, bu müddət qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırılmır və kəsilmir. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanla rı nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5307/2021 nömrəli iş üzrə 17 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7003/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-7003/2021
20.12.2021 · Müqavilələrin ləğv edilməsi - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver