Məhkəmə qərarları › İş №2(102)-7005/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-7005/2021

14.12.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7005/2021 14.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Qədirova (Məmmədova) Elnarə İlya qızına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı, vəkili Şirinova Xədicə Seyfəddin qızının, cavabdeh Qədirova (Məmmədova) Elnarə İlya qızının və vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8544/2021 nömrəli iş üzrə 01 sentyabr 2021-ci il tarixli qətnamə sindən cavabdeh Qədirova (Məmmədova) Elnarə İlya qızı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 14 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdeh X8 qarşı “mənzilin bölünməsi, köçürülmə və istifadə qaydalarının müəyyən olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Hövsan qəsəbəsində şəxsi vəsaiti hesabına tikdiyi mənzilin cavabdeh ilə aralarında bölünməsi, onun həmin mənzilə köçürülməsi və istifadə qaydalarının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı nümayəndəsi və vəkili Şirinova Xədicə Seyfəddin qızı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, tələbinin yalnız mənzilə köçürülm ə hissəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2006-cı ildə anası X1 qəsəbəsində torpaq almışdır. Bundan sonra o, anasının da köməkliyi və öz vəsaiti ilə həmin ərazidə ev tikərək ailə üzvləri ilə yaşamışdır. 2019-cu ildə X10 ilə nikah münasibətlərinə məhkəmə qaydasında xitam verilmişdir. E.İ.Qədirova həmin evdə yaşamağa davam etmişdir. Evdə daim söz-söhbət, mübahisə düşür, keçmiş həyat yoldaşı dözülməz davranış nümayiş etdirir və gərgin vəziyyət yaranırdı. Azyaşlı övladları mövcud vəziyyətdən psixoloji sarsıntı keçirməsin deyə o, boşanma dövründə bir müddət evi tərk etməli olmuşdur. Boşanma prosesi bitdikdən sonra o, qanuni sahibi o lduğu evinə gələrək orada razılaşdırılmış qaydada və şərtlərlə yaşamağa davam etmək istəmişdir. Lakin cavabdeh onu şəxsi vəsaiti hesabına tikdiyi evə buraxmadı və böyük səs küy yaradaraq küçə sözləri ilə onu təhqir etdi. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 23 fevral 2021-ci il tarixli 2(010)-450/2021 nömrəli qətnaməsi ilə (hakim Nərminə Rzayeva) iddia tələbinin təmin edilərək, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəb küçəsi, 57 saylı özbaşına tikili olan evə köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı mübahisə predmeti olan həmin tikiliyə dair tərəflərin adına heç bir hüquqi sənəd olmadığı, həmin tikilinin daşınmaz əmlakın dövlət reyestrində q eydiyyatdan keçmədiyi, həmçinin evin İddiaçı və X7 birgə nikah dövründə həmçinin iddiaçının pul vəsaiti daxil olmaqla tikilməsi mübahisəsiz hal olaraq müəyyən edilmişdir. Cavabdehin isə ev üzərində hüquqlarının olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçını evdən çıxarması qanunsuzdur. Çıxarılma o halda qanuni ola bilər ki, bunu tələb edən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. İddiaçının evdən istifadə hüququnun olmaması Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsinin ifadə olunan “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın tətbiq edilməsinə mane olmur. Belə ki, bu norma göstərişinin xarakterinə görə səlahiyyətverici norma deyil, qadağanedici normadır. Əgər səlahiyyətve rici norma olsayıdı (mənzildə yaşamaq səlahiyyəti versəyidi) bu halda cavabdehin istifadə hüququnun olması normanın tətbiqi üçün vacib sayılardı. Normada “heç kəs” və “yaşadığı” ifadələrindən istifadə olunur, bu isə o deməkdir ki, norma istifadə hüququnun olub-olmadığından asılı olmayaraq mənzildə yaşayan hər kəsi qanunsuz məhrumetmədən mühafizə edir və şəxsin mənzildə yaşaması faktı kifayətdir ki, normanın mühafizəsi ona tətbiq edilsin. Obyektiv hüququn funksiyalarında biri də mühafizə funksiyasıdır. “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu norma qanunsuz məhrumetməni qadağan etməklə obyektiv hüququn mühafizə funksiyasını həyata keçirir, mənzildə və digər bu kimi yerlərdə yaşayan hər bir şəxsi özbaşınalıqdan qoruyur. Nəzərə alınmalıdır ki, ölkə ərazisində mənzill ərdə, evlərdə və digər bu kimi yerlərdə istifadə hüququ olmadan yaşayan minlərlə insan var. Əgər “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın mühafizə funksiyası olmasa fiziki cəhətdən güclü olan istənilən şəxs istifadə hüququ olmadan mənzildə yaşayan digər şəxsi oradan çıxara bilər və ya yaşadığı mənzilə daxil olmasına manelər yarada bilər və ya digər bu kimi hərəkətlər edə bilər, nəticədə isə özbaşınalığa şərait yaranar. Mühafizə funksiyası hər hansı şəxsi yaşadığı mənzildən məhrum etmək istəyən şəxsə qarşı “məhrumetmə üçün qanuni əsasın olduğu təqdirdə bunu edə bilərsən” məzmunlu tələb irəli sürür, onu özbaşınalıqdan çəkindirir və məhrumetmədən əvvəl buna qanuni əsas (məhrumetməyə əsas verən hüquq) əldə etməyə vadar edir. Odur ki, bu tip mübahisələr həll e dilərkən mənzildən çıxarılanın deyil, mənzildən çıxaranın mənzilə hüququnun olub-olmadığı araşdırılmalı, buna əsasən mübahisə həll edilməlidir. Əgər çıxaranın mənzilə hüququ yoxdursa çıxarılma qanunsuz hesab edilməlidir. Məhkəmə hesab edir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin ev faktiki olaraq mövcuddur və işdə iştirak edən digər şəxslər tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. İddiaçı istisna olmaqla cavabdeh (və faktiki ailəsi) mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Bunun əksi yanaşma, yəni iddiaçının evə köçürülməsindən həmin evin özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliy i prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Belə olan təqdirdə, iddiaçının da cavabdehlə bərabər həmin evdə yaşamasını təmin etmək məqsədi ilə o bu evə köçürülməlidir. Avropa Məhkəməsinin “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarının hüquqi mövqeyini nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı mübahisə predmeti olan mənzil üzərində yalnız istifadə hüququ mövcud deyildir, həm də o, tərəflərin izahatına görə həmin evin birgə nikah dövründə tikilməsi mübahisəsiz hal olduğuna görə gələcəkdə mənzilin özəlləşdirilməsindən mülkiyyət hüququ əldə etmək barədə əsasl ı və “qanuni gözləntiyə” malik olduğu üçün onun bu marağı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin mənasına görə “mülkiyyət” anlayışına daxildir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia təmin olunmalıdır. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Konstitusiyasının 25, 43.1ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 157.8, 180.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 19.1-ci maddələri və Avropa Məhkəməsinin “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarı ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. b ) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Azad İmanov - sədrlik edən və məruzəçi, Qürbət Əsgərov, Vahid Sadıqov) 2(103)-8544/2021 saylı, 01 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli 2(010)-450/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə haqlı olaraq hesab etmişdir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin ev faktiki olaraq mövcuddur və işdə iştirak edən digər şəxslər tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. İddiaçı istisna olmaqla cavabdeh (və faktiki ailəsi) mübahisəl i evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Bunun əksi yanaşma, yəni iddiaçının evə köçürülməsindən həmin evin özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Belə olan təqdirdə, iddiaçının da cavabdehlə bərabər həmin evdə yaşamasını təmin etmək məqsədi ilə o bu evə köçürülməlidir. Avropa Məhkəməsinin qeyd olunan hüquqi mövqeyini nəzərə alaraq, məhkəmə haqlı olaraq hesab etmişdir ki, İddiaçı mübahisə predmeti olan mənzil üzərində yalnız istifadə hüququ mövcud deyildir, həm də o, tərəflərin izahatına görə həmin evin birgə nikah dövründə tikilməsi mübahisəsiz hal olduğuna görə gələcəkdə mənzilin özəlləşdirilməsindən mülkiyyət hüququ əldə etmək barədə əsaslı və “qanuni gözləntiyə” malik olduğu üçün onun bu marağı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin mənasına görə “mülkiyyət” anlayışına daxildir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə kollegiya qeyd edir ki, cavabdeh məhkəmə iclasları barədə lazımi qaydada məlumatlandırılmadığını bildirsə də, iş materialları ilə bu hal təkzib olunur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisənin faktiki hal ları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh Qədirova (Məmmədova) Elnarə İlya qızı (vəkili Vəkil) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin hallarından görünür ki, iddiaçı cavabdehin keçmiş əri və həmin evdə yaşayan 3 uşağın atasıdır. İşin hallarından görünür ki, mübahisəli evi iddiaçı və cavabdeh birgə vəsait hesabına və birgə nikah dövründə tikmişlər. İddiaçı da məhz bu hala əsaslanaraq ehtiyacı olmasa belə, həmin evə köçmək barədə tələb irəli sürmüşdür. Lakin tərəflərin izahatından da görünür ki, əslində tərəflərin arasında bütün ailə münasibətləri xitam edilmiş və iddiaçı özü könüllü şəkildə evdən çıxmışdır. Əgər həmin evi özününkü hesab etsə idi, əvvəlki illərdə olduğu kimi o, yenə də yaşamağa davam edə bilərdi. İddiaçı evdən həm könüllü çıxmış həm də başqa yeyerdə evi, mənzili olduğuna görə mübahisəli evə ehtiyacı olmamışdır. Yəni iddiaçı aşkar şəkildə hüququn prisnip və normalarını tapdalayaraq öz ''formal’ hüquqlarından suiistifadə etmişdir. Eyni zamanda işin araşdırılması zamanı cavabdeh tərəfindən məhkəməyə şifahi şəkildə təqdim edilən, lakin iş materiallarında əksini tapmayan, AR ƏN Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən 22.07.2020-ci il tarixli Məhkəmə-Psixoloji Ekspertizasının rəyində də görünür ki, iddiaçı və cavabdehin arasında yaranan söz-söhbətlər və mübahisələr uşaqlar X4, X3 və X5 “Mən"inə və emosional-iradi sferasına neqativ təsir göstərir. Uşaqların atalarına bağlılığı müşahidə olunmur. Yəni iddiaçı olan atanın həmin ünvana köçürülməsi hər üç uşağın maraq və mənafeyə əxlaqi və mənəvi inkişafını poza bilər. Mülki qanunvericilik normaları sui-istifadə hallarını birmənalı şəkildə qadağan edir. Ailə qanunvericiliyi isə məhz uşaqların və evdə yaşayan digər şəxslərin mənafeyini nəzərə alaraq iddiaçının həmin ünvana köçürülməsini dolayısı ilə qadağan edir, Lakin apelyasiya instansiya məhkəməsi bu kimi maddi hüquq normalarını nəzərə almamışdır. Apelyasiya instansiyasında məhkəməyə cavabdeh tərəfindən verimiş izahalar, iddiaçının əxlaqazidd (kişi olaraq makiyaj edilməsi, qadın paltarları geyilməsi və bunun yayılması, uşaqlara qarşı əxlaqsız hərəkətlər və s.) həyat tərzi barədə bildirilmiş faktlar, şəkillər, habelə məhkəməyə təqdim edilmiş, lakin işə əlavə edilməmiş Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən 22.07.2020-ci il tarixli Məhkəmə-Psixoloji Ekspertizasının rəyində olan hallar, habelə iddiaçının uzun müddət öncə könüllü şəkildə heç bir təzyiq olmadan evdən çıxması, başqa yerdə mənzilə sahib olması, mübahisəli mənzilə ehtiyacının olmaması və s. hallar məhkəmə tərəfindən sübut kimi nəzərə alınmamış, sübutların qiymətləndirilməsində məhkəmə qərəzə, subyektivliyə və ədalətsizliyə yol v ermişdir. Bu isə prosessual hüquq normalarının pozuntusu kimi məhkəmə müəyyən pozuntulara yol vermiş və nəticədə qanunsuz və əsassız qətnamə çıxarılmışdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən cavabdeh Qədirova (Məmmədova) Elnarə İlya qızı və vəkili Vəkil kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili Şirinova Xədicə Seyfəddin qızı kasasiya şikayətinə etiraz edərək, şikayətin əsassız olması səbəbi ilə məhkəmədən şikayətin təmin edilməməsini xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Maddə

25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanl arı və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Maddə 43.1. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Avropa Məhkəməsinin “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarına əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müd dəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər.... mülkiyyət hüququnun müəyyən olunması və identifikasiya edilməsi milli hüquq sistemi vasitəsilə tənzimlənir və ərizəçi həm tələb etdiyi hüququn dəqiq xarakterini, həm də həmin hüquqdan sərbəst surətdə istifadə etmək imtiyazını müəyyənləşdirməlidir, lakin buna baxmayaraq, Məhkəmə hesab edir ki, istər daxili qanunlar tərəfindən şəxsi marağın «hüquq» kimi tanınmaması, istərsə də bu qanunlar tərəfindən həmin marağın «mülkiyyət hüququ» hesab edilməməsi faktı heç də bu marağın 1 saylı Protokolun 1-ci maddəsinin mənası baxımından müəyyən hallarda «mülkiyyət» hesab edilməsinin qarşısını almır.... şəhərin planlaşdırılması qaydalarının pozulmasına və hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda, ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avadanlıqların sahibi idi və oradakı bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsus idi. 1988-ci ildən bəri o, dövlət orqanları tərəfindən heç bir xəbərdarlıq almadan həmin evdə yaşayırdı bu, o demək idi ki, o, digər ödənişlərlə yanaşı, heç bir icarə haqqı ödəmədən öz qohumlarını orada yerləşdirə bilərdi. Ərizəçi orada sosial mühit, habelə ailə mühiti yaratmışdı və 28 aprel 1993-cü il tarixli bədbəxt hadisəyə qədər özünün və ailəsinin elə həmin yerdə qalacağına ümid etməsinə mane olan heç nə yox idi. Bu amillər və məsələn, qeyd edildiyi kimi, adekvat tədbirlərin görülməməsi Önəryıldızın vəziyyətinə dövlət orqanlarının dolayısı ilə dözümlülük nümayiş etdirməsi demək idi.... Xülasə, Məhkəmə hesab edir ki, ərizəçinin tikdiyi ev və onun ailəsi ilə birlikdə oradakı yaşayış yeri onlar üçün mühüm iqtisadi maraq kəsb edirdi. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından «mülkiyyətə» bərabərdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarını n düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətlərində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kol legiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, cavabdeh kasasiya şikayətində mübahisəli evdən iddiaçının özünün könüllü çıxması, başqa evi olmaqla mübahisəli eəv ehtiyacı olmadığı, iddiaçının hüququndan sui-istifadə etməsi, birgə yaşamalarının uşaqlara mənfi təsir edəcəyi ilə əsaslandırmağa çalışsa da, özü tərəfindən verilmiş izahatlardan da görün ür ki, cavabdeh yaşadığı mübahisəli mənzilin iddiaçının və onun qızıllarının satışı nəticəsində əldə edilmiş vəsait hesabına birgə nikah dövründə əldə edildiyini göstərmişdir. Hazırki halda cavabdeh mübahisə predmeti olan özbaşına tikilidə hansı əsasla yaşayırsa iddiaçının da həmin evdə eyni qaydada yaşamaq hüququ vardır. Onun bu hüququ yuxarıda göstərilmiş hüquq normaları ilə də öz təsdiqini tapmaqdadır. Hazırki halda cavabdehin istinad etdiyi xüsusatlar iddiaçının mübahisəli mənzillə bağlı hüquqlarının məhdudlaşdırılması üçün əsas hesab edilə bilməz. Tərəflərin hər ikisi mübahisəli evə münasibətdə eyni statusa malik şəxslər hesab edilirlər. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul et diyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Qədirova (Məmmədova) Elnarə İlya qızı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8544/2021 nömrəli iş üzrə 01 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar