Məhkəmə qərarları › İş №2(102)-7007/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-7007/2021

08.12.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7007/2021 08.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: işə bərpa ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6966/2021 nömrəli iş üzrə 15 iyul 2021-ci il tarixli qətnaməsindən İd diaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 08 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı 1998-ci ildən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris mərkəzində müxtəlif vəzifələrdə işləmiş və Azərbaycan Respublikası Prezidentinin 18 yanvar 2019-cu il tarixli “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən iddiaçının işlədiyi tədris mərkəzi ləğv edilmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üz rə Milli Observatoriya” publik hüquqi şəxs yaradılmışdır. Bununla əlaqədar iddiaçı yeni yaradılmış Milli Observatoriyanın Demoqrafik Proqnozlaşdırma şöbəsinə aparıcı mütəxəssis vəzifəsinə işə qəbul olunmuş və 30 mart 2020-ci il tarixdə onunla 3 ay müddətinə əmək müqaviləsi bağlanmışdır. Observatoriyanın idarə heyətinin sədri vəzifəsini icra edən Elşən Əsədovun 30 iyun 2020-ci il tarixli əmri ilə iddiaçı ilə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən, əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2021-ci ilin yanvar ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müddətli əmək müqaviləsinin onun razılığının olmadan və işin xar akterinin nəzərə alınmadan bağlanmaqla bununla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.4-cü maddəsinin tələbinin pozulmasını və s. əsas göstərməklə əvvəlki vəzifəsinə bərpa olunmaqla məcburi işburaxma müddətinə görə ona əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1728/2021 saylı, 18 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim: G.M.Abbasova) iddia təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə cavabdeh apellyasiya şikayəti verərək iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddətinin uzadılmasından imtina olunarkən onun fəaliyyətinin təhlili və qiymətləndirilməsi zamanı işə davamiyyətində, intizam qaydalarına riayət etməsində, ünsiyyət və kommunikasiya, həmçinin komandada işləmək potensia lında qüsurların olmasının nəzərə alınmasını, bundan başqa ləğv edilmiş mərkəzin işçilərinin hamısı ilə müddətli əmək müqaviləsinin bağlanmasını, iddiaçının ixtisasının əmək fəaliyyətinə uyğun olmamasını, yeni yaranmış Observatoriyanın iddiaçının əvvəllər işlədiyi mərkəzin fəaliyyətindən tam fərqlənməsini, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə uyğun olmasını, qətnamənin sübutlara düzgün qiymət verilmədən, qanunun tələblərinə uyğun əsaslandırılmadan çıxarılmasını və s. əsas göstərməklə ləğv edilməsini və iddianın rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6966/2021 saylı, 15 iyul 2021ci il tarixli qətnaməsi ilə (hakimlər – E.M.H əsənov (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və F.F.Babayev) apellyasiya şikayəti təmin edilərək Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1728/2021 saylı, 18 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və İddiaçı iddia tələbinin rədd olunmasına dair qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə İddiaçı iddia ərizəsinin dəlillərinə uyğun kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən və qanunun tələblərinə uyğun əsaslandırılmadan çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında iddiaçı və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Cavabdehin vəkili kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 45.4-cü hissə Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxış ının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzaki rə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsi İddiaçı iddia tələbini rədd edərkən Əmək müqaviləsinin 47-ci maddəsində əmək müqaviləsinin tərəflərin qarşılıqlı razılığı əsasında müddətli bağlanması imkanının nəzərdə tutulmasını və cavabdehin də qanunun tələbinə uyğun olaraq iddiaçı ilə müddətli əmək müqaviləsinin bağlanmasını və həmin müddətin bitməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsinin qanuni olmasını əsas göstərmişdir. Kollegiya aşağıdakı səbəblərdən apellyasiya instansiyası məhkəməsinin nəticəsi ilə razılaşmır və hesab edir ki, qətnamə işin həqiqi hallarına və hərtərəfli yoxlanılmış və qiymətləndirilmiş sübutlara uyğun əsaslandırılmadığından qanuni sayıla bilməz. İş materiallarından görünür ki, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzində 1998-ci ildən müddətsiz əmək müqaviləsi əsasında işləmiş və Azərbaycan Respublikası Prezidentinin 18 yanvar 2019-cu il tarixli Fərmanı ilə həmin mərkəzin ləğv edilməsi ilə bağlı bir ay müddətində tədbirlər görülməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri tərəfindən Azərbaycan Respublikası Prezidentinə 22 fevral 2019-cu il tarixdə məktub hazırlanmış və həmin məktubda ləğv ediləcək mərkəzin ixtisar olunan işçilərinin məşğulluğunun diqqət mərkəzində saxlanılması və sərbəstl əşən işçilərin yeni yaradılacaq publik hüquqi şəxsdə işlə təmin olunmasının həyata keçiriləcəyi bildirilmişdir. Bundan sonra Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” yaradılmışdır. İddiaçı yeni yaradılmış hüquqi şəxsdə işlə təmin olunarkən onunla müddətli əmək müqaviləsi (3 ay) bağlanmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinə görə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. İddi açı ilə bağlanmış müddətli əmək müqaviləsinin məzmunundan görünür ki, onun tutduğu vəzifə daimi xarakterə malik olmuşdur və işin həmin halı cavabdeh tərəfindən mübahisə olunmur. Belə olduqda, kollegiya hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğun olmamışdır. Nəticədə iddiaçı müqavilənin müddətinin bitməsi ilə əlaqədar işindən məhrum olunmuşdur. İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsinə dair 30 iyun 2020-ci il tarixli əmrdən görünür ki, həmin əmrin verilməsi üçün müqavilənin müddətinin qurtarması və “xidməti məruzə” əsas kimi götürülmüşdür. Həmin əmrdə əsas kimi istinad olunmuş “xidməti məruzə”nin nə barədə olması məlum deyildir. Belə ki, həmin məruzə işə əlavə edilməmiş və işə baxan məhkəmə instansiyaları tərəfindən tədqiq olunmamışdır. Cavabdehin birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətindən görünür ki, iddiaçı ilə əmək müqaviləsinin uzadılmaması işlə təmin edilmiş sərbəstləşən işçilərin fəaliyyətinin təhlili və qiymətləndirilməsinin nəticələrindən asılı olaraq həyata keçirilmişdir. İşə baxan apellyasiya instansiyası məhkəməsi iddianın əsassız olması barədə nəticəyə gələrkən iş üzrə həqiqətə nail olmaq və mübahisənin obyektiv həllini təmin etmək üçün həmin qiymətləndirmənin nəticələrini təsdiq edə bilən hər hansı bir sübut əldə etməmiş, həmin istiqamətdə heç bir araşdırma aparmamışdır. Kollegiya hesab edir ki, iddiaçı ilə qanunun tələbinə uyğun olmayan müddətli əmək müqaviləsinin bağlanması və ondan dərhal sonra işdən azad edilməsi iddiaçının Azərbaycan Res publikası Konstitusiyasının 35-ci maddəsində təsbit olunan və eləcə də əmək qanunvericiliyi ilə müdafiə olunan əmək hüququna ziddir. Kollegiya hesab edir ki, qətnamə mübahisənin düzgün və obyektiv həlli üçün əhəmiyyəti olan bütün sübutlara qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından ləğv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6966/2021 nömrəli iş üzrə 15 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar