Məhkəmə qərarları › İş №2(102)-701/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-701/2022

22.02.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-701/2022 22.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı cavabdeh Məcidova Nərminə Əbdül qızına qarşı iş üzrə QƏRARİ iş № 2(102)-701/22 (Açar sözlər: torpaq sahəsindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 sentyabr 2021-ci il tarixli, 2(105)-2040/2021 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə 22 fevral 2022ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etd i: İşin hallar İşin hallarına görə, İddiaçı məhkəmədə Cavabdeh1 qarşı iddia qaldıraraq, cavabdehin yetkinli yaşına çatmayan övladı Cavabdeh2 ilə birlikdə onun mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən ümumi sahəsi 0,025 ha olan torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Abşeron Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim E.T.Məmmədov) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,025 ha torpaq sahəsi Sevil Rzayevanın mülkiyyətində olub, sonuncu həmin torpaq sahəsini 3.000 mana ta iddiaçıya satıb. 18 dekabr 2018-ci il tarixli Çıxarışa əsasən torpaq sahəsi mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınıb. 09 sentyabr 2003-cü ildə iddiaçının atası Əlirza Məcidov rəsmi nikah əsasında Cavabdeh1 ilə ailə qurub və onların birgə nikahından xx xxx 2003-cü il tarixdə Ləman adlı uşaqları doğulub. 17 yanvar 2018-ci il tarixdə Əlirza Məcidov ölüb. Qanuni qüvvəyə minmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 may 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 İddiaçı qarşı “torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin torpaq sahəsinə dair Çıxarışın ləğv edilməsi barədə” iddiası rədd edilib. İşə əlavə edilmiş çoxsaylı arayışlara görə cavabdeh həqiqətən 2015-ci ildən hazırki vaxtadək Abşeron rayonu, Məmmədli kəndində övladları X1 və Cavabdeh2 ilə birlikdə yaşayır. Mübahisəli ev özbaşına tikili olmaqla cavabdehlə mərhum əri Əlirza Məcidov tərəfindən inşa edilib. Belə olan halda, mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətində olsa da, cavabdehin övladları ilə birlikdə həmin torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evindən çıxarılması qanuni və əsaslı sayıla bilməz. Eyni zamanda, mübahisə predmeti olan fərdi yaşayış evi tərəflərin hər hansı birinin adına qeydə alınmadığından, habelə cavabdehin bu evin tikintisində iştirakı istisna edilmədiyindən, onların hər ikisinin bu evlə bağlı hüquqları bərabər hesab edilir. Ona görə də iddia rədd edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 33, 43-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.R.Abasov sədrlik edən, məruzəçi, S.A.Qafari və T.Q.Məmmədov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Abşeron Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya in stansiyası məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 25, 43-cü maddələrinin, həmçinin Mülki Məcəllənin 164.1, 164.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarş ı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadın baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyanın 43-cu maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Yəni, şəxsin yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsi bütün şəxslərə qadağan edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Həmin Məcəllənin 164.2-ci maddəsinə görə, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş mat eriallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin Heybət Abbasova münasibətdə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normaları nın tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın rədd edilməsi üçün əsasların olmadığını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,025 ha torpaq sahəsi Sevil Rzayevanın mülkiyyətində olub, sonuncu həmin torpaq sahəsini 3.000 manata iddiaçıya satıb. 18 dekabr 2018-ci il tarixl i Çıxarışa əsasən torpaq sahəsi mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınıb. 09 sentyabr 2003-cü ildə iddiaçının atası Əlirza Məcidov rəsmi nikah əsasında Cavabdeh1 ilə ailə qurub və onların birgə nikahından xx xxx 2003-cü il tarixdə Ləman adlı uşaqları doğulub. 17 yanvar 2018-ci il tarixdə Əlirza Məcidov ölüb. Qanuni qüvvəyə minmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 may 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 İddiaçı qarşı “torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin torpaq sahəsinə dair Çıxarışın ləğv edilməsi barədə” iddiası rədd edilib. İşə əlavə edilmiş çoxsaylı arayışlara görə cavabdeh həqiqətən 2015-ci ildən hazırki vaxtadək Abşeron rayonu, Məmmədli kəndində övladları X1 və Cavabdeh2 ilə birlikdə yaşayır. Mübahisəli ev özbaşına ti kili olmaqla cavabdehlə mərhum əri Əlirza Məcidov tərəfindən inşa edilib. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları, o cümlədən iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətində olsa da, cavabdehin övladları ilə birlikdə həmin torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evindən çıxarılması qanuni və əsaslı sayıla bilməz. Eyni zamanda, mübahisə predmeti olan fərdi yaşayış evi tərəflərin hər hansı birinin adına qeydə alınmadığından, habelə cavabdehin bu evin tikintisində iştirakı istisna edilmədiyindən, onların hər ikisinin bu evlə bağlı hüquqları bə rabər hesab edilir. Azərbaycan Respublikası Konstitusiyanın 43-cu maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Yəni, şəxsin yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsi bütün şəxslərə qadağan edilir. Maddənin mənasına görə, hüquqi dövlətdə bütün məhrum etmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzildən və digər bu kimi evdən köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə üç hal aydınlaşdırılmalıdır: birincisi, şəxs çıxarılması tələb olunan evdə yaşayıbmı; ikincisi, şəxs yaşadığı evdən məhrum edilibmi; üçüncüsü, məhrum edilmə qanunidirmi. Hazırki işdə, birinci və ikinci hallar mövcuddur, yəni cavabdeh çıxarılması tələb olunan evdə yaşayıb və hazırki iddia onun yaşadığı evdən məhrum edilməyə yönəlib. Tərəflər arasın da gərgin münasibətlər yarandığı üçün iddiaçı, cavabdehin və övladlarının evdən və torpaq sahəsindən çıxarılmaları barədə iddia qaldırıb. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmayıb hesab edir ki, mübahisəli torpaq sahəsində yerləşən fərdi yaşayış evi sonradan mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınsa da, onun cavabdehə hər hansı kompensasiya ödəmədən evdən çıxarmağa çalışması, başqa sözlə cavabdehin və övladlarının mübahisəli evdə yaşamasına iddiaçının imkan verməməsi məhrumetmə hesab olunur. Bu baxımdan, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, mübahisəli ev üzərində iddiaçının sonradan mülkiyyət hüququnun əmələ gəlməsi və cavabdehin mə ruz qaldığı məhrumetmə (evdən çıxarma) ilk vaxtdan qanunsuz olub və nəzərə almaq lazımdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Mülki Məcəllənin 164.1-ci maddəsinə əsasən, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Həmin Məcəllənin 164.2-ci maddəsinə görə, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. İşdən görünür ki, apellyasiya icraatı mərhələsində işə baxılarkən iddiaçı hazırki mübahisənin barışıqla başa çatdırılması üçün cavabdehə 10.000 manat pul təklif edib, lakin sonuncu bununla razılaşmayıb. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən sonra isə 07 dekabr 2021-ci il tarixli Çıxarışa əsasən 0,0250 ha torpaq sahəsi ilə yanaşı onun üzərində inşa edilmiş ümumi sahəsi 59 kv.metr olan fərdi yaşayış evi də mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınıb. Belə olan halda kassasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan hüququ əmələ gəlmiş olur. Həmin maddənin mənasına görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. Bu baxımdan, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, evdən çıxması üçün cavabdehə iddiaçının 10.000 manat kompensasiya təklif etməsi də iddianın əsaslı olması qənaətinə gəlməyə əsas vermir. Kassasiya instansi yası məhkəməsi bu nəticəyə gələrkən Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İddiaçı, kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət vermədiyini və sair göstərsə də, tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77. 1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Bu baxımdan kassasiya instansiyası məhkəmə si, yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin digər dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 sentyabr 2021-ci il tarixli, 2(105)-2040/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanıl

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar