Məhkəmə qərarları › İş №2(102)-7018/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7018/2019

12.11.2019 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7018/2019 12.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil3 və cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əmrin qanunsuz hesab edilərək ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 iyun 2019-cu il tarixli 2(103)-8499/19 saylı qətnaməsindən İddiaçı nümayəndəsi və vək ili Vəkil3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17.12.2018-ci il tarixli 2/422 nömrəli İddiaçı töhmət verilməsi əmrinin və İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi haqqında 01.02.2019-cu il tarixli 1/57 nömrəli əmrin qanunsuz hesab edilərək ləğv edilməsi və İddiaçı Cavabdeh Filologiya və Jurnalistika fakültəsinin dekanı vəzifəsinə bərpa edilməsi, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Ramin Xəlilov) 03 aprel 2019-cu il tarixli, 2(006)-2619/2019 saylı qətnaməsi ilə, İddiaçı Cavabdehnə qarşı “əmrlərin qanunsuz hesab edilməsi, işə bərpa və məcburi iş buraxmaya gör ə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Şərafət Məmmədova - sədrlik edən və məruzəçi, Vüqar Həsənov, Xəyal Sarıyev) 20 iyun 2019-cu il tarixli 2(103)-8499/2019 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 aprel 2019-cu il tarixli, 2(006)-2619/2019 saylı qətnaməsi iddiaçıya münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil3 oğlu tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 iyun 2019-cu il tarixli 2(103)-8499/2019 nömrəli qətnaməsindən kassasiya şikayəti verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil3 iddiadan imtina etməsi barədə ərizə təqdim edərək iş üzrə icr aata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili X2 iddiaçının işə bərpa edildiyi və aralarında heç bir mübahisənin qalmadığını qeyd edərək iş Üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Azərbaycan Respublikası MPM-in 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası MPM-in 417.1.5-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8-259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Məhkəmə kollegiyası İddiaçı nümayəndəsi və vəkili Vəkil3 iddiadan imtina etməsinə dair ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçıiddiadan imtinası qanuna zidd olmadığından və hər hansı şəxsin hüquq və mənafelərini pozmadığından qəbul edilməli, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 noyabr 2018-ci il tarixli 2(103)-12344 /2018 nömrəli qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261.0.4, 262.4, 416, 417.1.5, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı nümayəndəsi və vəkili Vəkil3 iddiasından imtinası qəbul edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 iyun 2019-cu il tarixli 2(103)-8499/19 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdehnə qarşı “əmrin qanunsuz hesab edilərək ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar