Məhkəmə qərarları › İş №2(102)-702/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-702/2021

25.02.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-702/2021 25.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “xxxx” Məhdud Məhsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vurulmuş ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), X8 və X4 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavabdeh1 vəkili Vəkil iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2510/2019 nömrəli iş xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Azərbaycan Respubikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsi tərəfindən verilmiş seriya RX 1354711, 1354021, 1354709, ******* nömrəli çıxarışların surətindən görünür ki, həmin çıxarışlar əsasında Saatlı rayonunun Sımada kəndində yerləşən 30 ha, 1590 ha, 36 ha və 43 ha torpaq sahələri “xxxx” Məhdud Məhsuliyyətli Cəmiyyətinin icarəsinə verilmişdir. xx xxxxxx 2018-ci il tarixli əraziyə baxış aktından və imtina aktından görünür ki, Saatlı rayonunun Sımada kənd ərazisində “xxxx” Məhdud Məhsuliyyətli Cəmiyyətinin icarəsinə verilmiş otlaq və əkin torpaq sahələrinə baxış keçirilmiş və məlum olmuşdur ki, Sabirabad rayon Moranlı kənd sak inləri Cavabdeh3 və Cavabdeh2 məxsus 75-80 baş iri buynuzlu, 350-400 baş xırda buynuzlu heyvanlar həmin torpaq sahələrində otarılmışdır. Sabirabad rayon Moranlı kənd sakini Cavabdeh2 həmin akta imza etməkdən imtina etmişdir. Saatlı rayon Bitki Mühafizə İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, “xxxx” Məhdud Məhsuliyyətli Cəmiyyətinin icarəsində olan Saatlı rayonunun Sımada kəndində yerləşən 120 ha otlaq və 6 ha arpa əkin sahələrində iri buynuzlu heyvanların otarılması nəticəsində həmin ərazinin səhralaşmasına səbəb olan amil hesab edilərək örüş otlaqlarının istifadə qaydalarının kobud şəkildə pozulması halı kimi qiymətləndirilmişdir. Ona görə də, 120 ha otlaq sahəsinə vurulmuş ziyanın məbləği 8316 manat, 6 ha arpa əkin sahəsinə vurulmuş ziyanın məbləği 1080 manat, ümumili kdə hesablanmış ziyanın məbləği 9396 manat müəyyən edilmişdir. «xxxx» Məhdud Məhsuliyyətli Cəmiyyətinin oktyabr 2018-ci il tarixli təsisçinin qərarının surətindən görünür ki, «xxxx» Məhdud Məhsuliyyətli Cəmiyyətinin direktor vəzifəsinin müvəqqəti icra edilməsi X10 həvalə edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı “xxxx” Məhdud Məhsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respubikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş seriya RX 1354711, 1354021, 1354709, ******* nömrəli çıxarışlara əsasən icarəsində Saatlı rayonunun Sımada kəndində yerləşən 30 ha, 1590 ha, 36 ha və 43 ha torpaq sahəl ərində cavabdehlərə məxsus xırda və iri buynuzlu heyvanların otarılmasının və gələcəkdə də həmin torpaq sahələrinə daxil olmalarının qadağan edilməsi, vurulmuş 9396 manat maddi və 50000 manat mənəvi ziyanın cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Saatlı rayonunun Sımada kəndində yerləşən 30 ha, 1590 ha, 36 ha və 43 ha torpaq sahələri Azərbaycan Respubikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsi tərəfindən müvafiq qaydada verilmiş seriya RX 1354711, 1354021, 1354709, ******* nömrəli çıxarışlara əsasən rəhbəri olduğu “xxxx” Məhdud Məhsuliyyətli Cəmiyyətinin icarəsindədir. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 həmin t orpaq sahələrində özlərinə məxsus iri və xırda buynuzlu heyvanlarını otararaq yararsız hala salmışlar. Bununla bağlı cavabdehlərə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər bu hərəkətlərini hələ də davam etdirirlər. Bu səbəbdən Saatlı rayon İcra Hakimiyyətinə etdiyi şikayət ərizəsi əsasında yaradılmış komissiya tərəfindən tərtib edilmiş aktda və rəydə göstərilmişdir ki, cavabdehlərə məxsus 75-80 baş iri buynuzlu, 350-400 baş xırda buynuzlu heyvanların qeyd olunan torpaq sahələrində otarılması nəticəsində “xxxx” Məhdud Məhsuliyyətli Cəmiyyətinə 9396 manat ziyan dəymişdir. Bundan başqa cavabdehlər hərəkətlərini davam etdirərək iddiaçıya mənəvi ziyan da vurmuşlar. Odur ki, iddiaçı “xxxx” Məhdud Məhsuliyyətli Cəmiyyəti yaranmış dözülməz vəziyyətlə əlaqədar cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş məhkəmənin icraatında olarkən həmin ziyan vurulmuş əraziyə baxış keçirilmiş və baxış zamanı rəydə göstərilən arpa əkilmiş sahənin 6 hektar deyil, 3 hektar olması müəyyən olunmuşdur. Cavabdehlər icarəyə götürülmüş torpaq sahəsində əkdikləri arpa sahəsinin 6 hektar hissəsinə ziyan vurmuşlar və rəydə göstərilmiş 6 hektar torpaq sahəsinin 3 hektarı digər bir ərazidə yerləşir. Ona görə də göstərdiklərini nəzərə alaraq iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Saatlı Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, iddiaçı “xxxx” Məhdud Məhsuliyyətli Cəmiyyətinin istifadəsində olan, Azərbaycan Respubikası Əmlak Məsələləri Dö vlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş seriya RX 1354711, 1354021, 1354709, ******* nömrəli çıxarışlara əsasən Saatlı rayonunun Sımada kəndində yerləşən 30 ha, 1590 ha, 36 ha və 43 ha torpaq sahələrində cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 məxsus xırda və iri buynuzlu heyvanların otarılması və gələcəkdə də həmin torpaq sahələrinə daxil olmalarının qadağan edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ümumilikdə vurulmuş 8856 manat maddi ziyan və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 8886 (səkkiz min səkkiz yüz səksən altı) manatın bərabər qaydada alınaraq iddiaçı “xxxx” Məhdud Məhsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsinin şahid qism ində dindirdiyi X9 ifadəsində göstərmişdir ki, Azərbaycan Respubikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsi tərəfindən müvafiq qaydada verilmiş seriya RX 1354711, 1354021, 1354709, ******* nömrəli çıxarışlar əsasında iddiaçı “xxxx” Məhdud Məhsuliyyətli Cəmiyyətinin icarəsində olan Saatlı rayonunun Sımada kəndində yerləşən 30 ha, 1590 ha, 36 ha və 43 ha torpaq sahələrində cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 məxsus heyvanların cavabdehlər tərəfindən otarılaraq əkin sahələrinin yararsız hala salınması barədə iddiaçının Saatlı rayon İcra Hakimiyyətinə etmiş olduğu şikayət əsasında müvafiq qaydada komissiya yaradılaraq həmin əraziyə xx xxxxxx 2018-ci il tarixdə baxış keçirilmişdir. Həmin vaxt Saatlı rayon Bitki Müha fizə İdarəsinin aqronomu kimi komissiya üzvi olaraq baxışda iştirak etmişdir. Əraziyə baxış zamanı məlum olmuşdur ki, 75-80 baş iri buynuzlu, 350-400 baş xırda buynuzlu heyvanlar iddiaçının istifadəsində olan əkin sahəsində otarılmışdır. Ona görə bununla bağlı komissiya rəyində belə nəticəyə gəldi ki, iddiaçıya məxsus otlaq sahəsinə vurulmuş ziyanın məbləği 120 hektar otlaq sahəsinə görə 8316 manat, 6 hektar arpa əkin sahəsinə 1080 manat, ümumilikdə 9396 manat müəyyən edilmişdir. Lakin, sonradan həmin sahəyə yenidən baxış keçirilərkən aktda və rəydə göstərilən arpa əkin sahəsinin 6 hektar deyil, 3 hektar olması müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi X5 ifadəsində göstərmişdir ki, Saatlı rayon İHB-nın aparatının sosial-iqtisadi inkişafın təhlili və pro qnozlaşdırma şöbəsinin müdir müavini vəzifəsində işləyir. İddiaçının icarəsində olan Saatlı rayonunun Sımada kəndində yerləşən torpaq sahələrində cavabdehlərə məxsus mal-qaranın otarılaraq yararsız hala salınması ilə əlaqədar iddiaçının Saatlı rayon İcra Hakimiyyətinə etmiş olduğu şikayət ərizəsi əsasında yaradılmış komissiyanın üzvi kimi xx xxxxxx 2018-ci il tarixdə həmin əraziyə baxış keçirmişlər. Əraziyə baxış zamanı Cavabdeh2 da onlarla birlikdə olmuş və cavabdehlərə məxsus 75-80 baş iri buynuzlu, 350-400 baş xırda buynuzlu heyvanlar iddiaçının icarəsində olan torpaq sahələrinə ziyan vurması müəyyən edilmiş və bu barədə akt tərtib edilmişdir. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi X2 ifadəsində göstərmişdir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 məxsus mal -qaranın iddiaçının icarəsində olan torpaq sahələrində otarılaraq yararsız hala salınması barədə iddiaçının Saatlı rayon İcra Hakimiyyətinə etmiş olduğu şikayəti əsasında müvafiq qaydada komissiya yaradılaraq həmin əraziyə xx xxxxxx 2018-ci il tarixdə baxış keçirilmişdir. Baxış zamanı iddiaçı “xxxx” Məhdud Məhsuliyyətli Cəmiyyətinin nümayəndəsi kimi komissiya üzvi olaraq iştirak etmişdir. Əraziyə baxış zamanı məlum olmuşdur ki, həqiqətən də cavabdehlərə məxsus olan 75-80 baş iri buynuzlu, 350400 baş xırda buynuzlu heyvanlar iddiaçının istifadəsində olan torpaq sahələrində otarılmışdır. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi X3 ifadəsində göstərmişdir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 həmkəndli kimi tanıyır və aralarında olan yaxşı münasibətə görə cavabdeh lərin Sabirabad rayonunun Moranlı kəndi ərazisində icarələrində olan 230 ha torpaq sahəsinin bir hissəsində 2018-ci ilin aprel ayında pambıq əkmiş və əkdiyi pambığı 2018-ci ilin noyabrın 4-5-də yığarkən cavabdehlərə məxsus iri və xırda buynuzlu heyvanların Sabirabad rayon ərazisində cavabdehlərin icarələrində olan həmin torpaq sahəsində görmüşdür. Birinci instansiya məhkəməsi iddiaçının iddia tələbini əsaslandırdığı hallara qiymət verərək hesab etmişdir ki, cavabdehlərin iddiaçının qanini icarəsində olan torpaq sahəsində özlərinə məxsus iri və xırda buynuzlu heyvanları otarmaları və otarmaqda davam etmələri iddiaçının nümayəndəsinin izahatı və şahid ifadələri ilə öz təsdiqini tapır. Ona görə də iddiaçı cavabdehlərə məxsus xırda və iri buynuzlu heyvanların otarılmasının və gələcəkdə də hə min torpaq sahələrinə daxil olmalarının qadağan edilməsini tələb etməkdə haqlıdır. Tələb olunan ziyan məsələsinə gəldikdə isə iddiaçı tərəfindən təqdim edilmiş rəydə MMC-yə məxsus 6 hektar arpa əkini sahəsinə 1080 manat ziyan dəyməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçının nümayəndəsi, cavabdehlərin, rəyi tərtib etmiş mütəxəssisin iştirakı ilə həmin əraziyə yenidən baxış keçirilərkən ziyan dəymiş arpa əkin sahəsinin 6 hektar deyil, 3 hektar olması müəyyən edilmişdir. İddiaçının nümayəndəsinin məhkəmə baxışı zamanı digər 3 hektar arpa əkin sahəsinin başqa bir ərazidə yerləşməsini göstərməsi isə həmin əraziyə də cavabdehlər tərəfindən ziyan vurulması kimi qiymətləndirilə bilməz. Ona görə də birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddia ərizəsində tələb olunan 120 hektar otlaq sahəsinin otarılmasına görə 8316 manat ziyan tam şəkildə, 6 hektar arpa əkin sahəsinə görə isə tələb olunan 1080 manat ziyanın yarısı, yəni 540 manat hissədə cavabdehlərdən tələb olunmalıdır. Qətnamədən cavabdehlər apelyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələblərinin rədd edilməsini xahiş etmişlər, şikayətlərini belə əsaslandırmışlar ki, Saatlı rayonu Sımada kəndi ərazisində Cavabdeh1 məxsus 30 ha torpaq sahəsi vardır və qeyd edilən torpaq sahəsinə dair iddiaçı qanunsuz olaraq Çıxarış aldığı üçün bununla bağlı iddiaçıya həmin torpaq sahəsinin verilməsinə dair Saatlı rayon İcra Hakimiyyəti Başçısının sərancamının ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Bundan əlavə, Sabirabad rayonu, Moranlı kəndində Cavabdeh3 məxsu s 230 ha torpaq sahəsi vardır və Cavabdeh3 məxsus xırda və iribuynuzlu heyvanlar qeyd edilən torpaq sahəsindədirlər. 2018-ci ilin oktyabr ayının sonlarında digər cavabdehlərə məxsus xırda və iribuynuzlu heyvanlar da Cavabdeh3 məxsus Sabirabad rayonu, Moranlı kəndində yerləşən 230 ha torpaq sahəsində yerləşdirilmişdir. Cavabdeh1 məxsus 30 ha torpaq sahəsinin boş qalmaması üçün qeyd edilən torpaq sahəsində ümumilikdə 50 baş xırda buynuzlu, 2 baş iri buynuzlu heyvan qohumları Turqut tərəfindən otarılmışdır. Ümumiyyətlə Cavabdeh1 məxsus sahə ilə iddiaçıya məxsus torpaq sahələri arasında kollektor və qobu olduğuna görə heyvanların iddiaçıya məxsus torpaq sahəsinə keçməsi qeyri-mümkündür. İddiaçıya məxsus torpaq sahələrində iddiaçıya məxsus təxminən 3000 (üç min) baş xırda buynuzlu heyvan vardır və qeyd edilən heyvanlar vaxtaşırı Cavabdeh1 məxsus torpaq sahəsinə daxil olaraq otlamışlar. Bundan əlavə iddia ərizəsində qeyd edilmişdir ki, guya 120 ha qış otlaq sahəsinə ümumilikdə 8316 manat ziyan vurulmuşdur. Lakin qış otlaq sahəsinə vurulmuş ziyanın necə hesablanmasına dair qətnamədə heç bir izah verilməmişdir. Ümumiyyətlə onlara məxsus heyvanların iddiaçıya məxsus torpaq sahələrinə daxil olması və iddiaçıya ziyan vurması barədə iş materiallarında heç bir sübut yoxdur. Bundan başqa iddiaçı Cavabdeh1 məxsus 30 ha torpaq sahəsinin 2.40 ha hissəsinə qanunsuz daxil olaraq arpa əkmişdir, eləcə də Cavabdeh1 məxsus torpaq sahəsinin daxilində iddiaçı tərəfindən qanunsuz olaraq sərhəd çəkilmişdir. Ümumilikdə 2018-ci ilin may ayından iddiaçı onlara məxsus torpaq sahəsinə qeyri-qanuni daxil o laraq onlara həm maddi, həm də mənəvi ziyan vurmuşdur. Lakin buna baxmayaraq birinci instansiya məhkəməsi yalnız iddiaçı tərəfindən təqdim edilmiş sübutlara və şahid ifadələrinə istinad etmiş, tərəflərindən təqdim edilmiş şahid ifadələrinə heç bir əhəmiyyət verməmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Şirvan Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Fehruz Abbasov - sədrlik edən və məruzəçi, Tofiq Heydərov, Tale Kərimov) xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından aydın olur ki, birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçının icarəsində olan torpaq sahələrində cavabdehlərə məxsus iri və xırda buynuzlu heyvanların otlaması nəticəsində iddiaçıya ziyan dəymişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin Azərbaycan Respubikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş seriya RX 1354711, 1354021, 1354709, ******* nömrəli çıxarışlara əsasən Saatlı rayonunun Sımada kəndində yerləşən 30 ha, 1590 ha, 36 ha və 43 ha torpaq sahələrində cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 məxsus xırda və iri buynuzlu heyvanların otarılması və gələcəkdə də həmin torpaq sahələrinə daxil olmalarının qadağan edilməsi ilə bağlı gəldiyi qənaətlə razılaşaraq hesab etmişdir ki, məhkəmə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamən in ləğvi üçün əsas deyildir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini “maddi ziyan” hissəsində qismən təmin etməklə də mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı da düzgün nəticəyə gəlmişdir. Belə ki, mülki işin materiallarında olan Saatlı rayon Bitki Mühafizə İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, “xxxx” Məhdud Məhsuliyyətli Cəmiyyətinin icarəsində olan Saatlı rayonunun Sımada kəndində yerləşən 120 ha otlaq və 6 ha arpa əkin sahələrində iri buynuzlu heyvanların otarılması nəticəsində həmin ərazinin səhralaşmasına səbəb olan amil hesab edilərək örüş otlaqlarının istifadə qaydalarının kobud şəkildə pozulması halı kimi qiymətləndirilmişdir. Ona görə də, 120 ha otlaq sahəsinə vurulmuş ziyanın məbləği 8316 manat, 6 ha arpa əkin sahəsinə vurulmuş ziyanın məbləği 1080 manat, ümumilikdə hesablanmış ziyanın məbləği 9396 manat müəyyən edilmişdir. İddiaçı məhz bu rəyə istinadla cavabdehlər tərəfindən ona 9396 manat məbləğində maddi ziyan vurulduğunu iddia etmişdir. Birinci instansiya məhkəməsi iddiaçının “maddi ziyan” tələbini əsaslandırdığı hallara qiymət verərək hesab etmişdir ki, iddiaçının nümayəndəsi, cavabdehlərin, rəyi tərtib etmiş mütəxəssisin iştirakı ilə həmin əraziyə yenidən baxış keçirilərkən ziyan dəymiş arpa əkin sahəsinin 6 hektar deyil, 3 hektar olması müəyyən edilmişdir. İddiaçının nümayəndəsinin məhkəmə baxışı zamanı digər 3 hektar arpa əkin sahəsinin başqa bir ərazidə yerləşməsini göstərməsi isə həmin əraziyə də cavabdehlər tərəfindən ziyan vurulması kimi qiymətləndirilə bilməz. Ona görə də birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddia ərizəsində tələb olunan 120 hektar otlaq sahəsinin otarılmasına görə 8316 manat ziyan tam şəkildə, 6 hektar arpa əkin sahəsinə görə isə tələb olunan 1080 manat ziyanın yarısı, yəni 540 manat hissədə cavabdehlərdən tələb olunmalıdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iddiaçıya məxsus otlaq sahəsini və arpa əkin sahəsini otarmaqla vurduqları ümumilikdə hesablanmış ziyanın məbləği 8856 manat ziyanın alınıb iddiaçı “xxxx” Məhdud Məhsuliyyətli Cəmiyyətin verilməsinə dair iddia tələbi üzrə gəldiyi nəticə əsaslı olmuşdur. Məhkəmə apellyasiya şikayətinin “qış otlaq sahəsinə vurulmuş ziyanın necə hesablanmasına dair qətnamədə heç bir izah verilməməsi, ümumiyyətlə onlara məxsus heyvanların iddiaçıya məxsus torpaq sahələrinə daxil olması və iddiaçıya ziyan vurması barədə iş materiallarında heç bir sübutun olmaması barədə” dəlillərini əsassız hesab edərək qeyd edir ki, birincisi, yuxarıda qeyd olunduğu kimi, işə birinci instansiya məhkəməsində baxılarkən Saatlı rayon Bitki Mühafizə İdarəsinin tərəfindən mütəxəssis rəyi verilmiş, həmin rəyə əsasən “xxxx” Məhdud Məhsuliyyətli Cəmiyyətinin icarəsində olan Saatlı rayonunun Sımada kəndində yerləşən 120 ha otlaq və ha arpa əkin sahələrində iri buynuzlu heyvanların otarılması nəticəsində həmin ərazinin səhralaşmasına səbəb olan amil hesab edilərək örüş otlaqlarının istifadə qaydalarının kobud şəkildə pozulması, ona görə də, 120 ha otlaq sahəsinə vurulmuş ziyanın məbləği 8316 man at, 6 ha arpa əkin sahəsinə vurulmuş ziyanın məbləği 1080 manat, ümumilikdə hesablanmış ziyanın məbləği 9396 manat müəyyən edilmişdir; digər tərəfdən cavabdehlər, mübahisəsi gedən sahəyə az ziyan dəyməsinə əsas verə biləcək hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və ap ellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisələndirilən qətnamənin məzmunundan müəyyən edilir ki, məhkəmə icraatı dövründə şahid qismində ifadə vermiş X9, X5 oğlu və X1 Rayon İcra Hakimiyyətinin tabeliyində olan işçilər olmuşlar. Yəni qeyd olunan mübahisəli torpaq sahəsi ilə bağlı təyin olunmuş komissiya üzvləri reallıqda işin nəticəsi illə tam maraqlı olmuşdur. Belə ki, iş materiallarında Cavab deh1 Qoçu qızıının xeyrinə verilmiş 2000 və 2003-cü il tarixli sərəncamlar və 2009-cu il tarixli icarə müqaviləsi mövcuddur. Həmin sənədlər inzibati aktlar olmaqla ləğv edilməsmiş, bu aktlara əsasən Cavabdeh1 Saatlı rayonu ərazisində 30 hektar torpaq sahəsi ayrılmışdır. Buna baxmayaraq Saatlı rayon icra hakimiyyəti sözügedən torpaq sahəsinin müəyyən hissəsini qanunsuz və əsassız olaraq iddiaçı 'Rom– Alpinos Süd və ət Məhsulları" MMC-yə icarəyə vermişdir. Bununla bağlı Cavabdeh1 Qoçu qızı ilə "xxxx" MMC arasında məhkəmədən kənar və məhkəmə mübahisəsi yaranmışdır. Ona görə də 'Rom– Alpinos Süd və ət Məhsulları" MMC-nin rəhbərliyi Saatlı rayn İcra hakimiyyəti əlbir olub hazırkı iddianı qaldırmışdır. Rəy verən Bitki Mühafizə İdarəsi də Saatlı rayon İcra hakimiyyətinin tabeçiliyində olan qurumd ur. İddiaçı qanunu pozmaqlla sübutlar əldə etmiş və məhkəmədə bu sübutlardan istifadə olunmuşdur. Halbuki məhkəmə sözügedən zərəri, o cümlədən heyvanların hansı sahədə otarılmasını (iddiaçıının və ya cavabdehin sahəsində), ümumiyyətlə mövcud sayda heyvanlarinın göstərilən məbləğdə zərər vura bilməsi halının yoxlanılması və s. hallar üzrə məhkəmə ekspertizası təyin etməmiş, məhkəmə sübutlara düzgün hüquqi qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh1 vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılm asına baxmayaraq iş üzrə iddiaçı və digər cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə iddiaçının və digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Maddə

13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz; Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 152.1-ci Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə et mək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1110. Heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiy a instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırı lmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə Cavabdeh1 tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini, məhkəmə kollegiyasının iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətlərinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iş yen idən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Çünki apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla bərabər işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Belə ki, birinci instansiya məhkəməsini qətnaməsini dəyişdirmədən saxlayan apellyasiya məhkəməsi hesab etmişdir ki, cavabdehlərin iddiaçı MMC-nin qanini icarəsində olan torpaq sahəsində özlərinə məxsus iri və xırda buynuzlu heyvanları otarmaları və otarmaq da davam etmələri iddiaçının nümayəndəsinin izahatı və şahid ifadələri ilə öz təsdiqini tapır. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsinə 120 ha otlaq sahəsi və 3 hektar arpa əkini sahəsi yararsız hala düşmüş, Saatlı rayonu Bitki Mühavizəsi İdarəsi tərəfindən verilmiş rəyə görə 120 ha otlaq sahəsinin otarılmasına görə iddiaçıya 8316 manat, 3 hektar arpa əkini sahəsinin otaralmasına görə isə 540 manat ziyan dəymişdir. Həmin ziyan cavabdehlərdən iddiaçı MMC-nin xeyrinə tutulmalıdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsi tərəfindən müvafiq qaydada verilmiş seriya RX 1354711, 1354709, ******* nömrəli çıxarışların surətindən görünür ki, iddiaçı MMC-nin icarəsinə verilmiş həmin torpaq sahələri ehtiyat fondu torpaqları olmaqla Saatlı rayonu, Simada kəndi yaxınlığında dövlət qış otlaq sahələridir. Saatlı rayonu Bitki Mühafizə İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyində həmin torpaq sahələrinə ziyan vurulduğu müəyyən edilərkən hər hektarın məhsuldarlığı hesablanaraq ziyan müəyyən edilmişdir. Ziyan həm otlaq, həm də əkin sahələrinin hər hektarının məhsuldarılığına görə götürüləcək məhsulun (quru ot və arpa) dəyəri həcmində müəyyən edilmişdir. Lakin nəzərə alınmamışdır ki, ziyan dəymiş 120 ha torpaq sahəsi qış otlaq sahəsi olmaqla heyvanların otarılması üçündür, ot biçənəyi sahəsi deyildir, həmin sahədən quru otun yığılması nəzərdə tutulmur. Belə olan halda qış otlaq sahəsində heyvanların otarılması nəticəsində iddiaçıya dəyən ziyan həmin sahənin əldən çıxması, yəni özünə məxsus olan heyvanların otarılmaması nəticəsində dəyən real zərər formasında təzahür edə bilər (heyvanların aclıqdan ölməsi, çəki itirməsi, öz heyvanlarına quru yem alıb verməklə xərc çəkməsi və sair). Apellyasiya instansiyası məhkəməsi mütəxəssis rəyini sübut kimi qəbul edərkən 120 ha torpaq sahəsinin otlaq sahəsi olduğunu, vurulmuş zərərlə bağlı mütəxəssis rəyinin əkin sahəsinə aid olmasını diqqətdən qaçırmış, Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsi tərəfindən torpaq sahəsinə dair iddiaçı MMC-yə verilmiş hüquqmüəyyənedici sənədlərdə torpaq sahələrinin dövlət qış otlaq sahəsi kimi göstərilməsini nəzərə almamışdır. Qeyd olunan halları və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə yuxarıda göstərilən nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2510/2019 nömrəli iş xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar