Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7020/2019 14.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 may 2019-cu il tarixli 2(103)5372/2019 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 28 dekabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim A.S.Məmmədov, iş 2(004)-1506/2017) İddiaçı-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit borcunun tutulması v ə borcun ipoteka predmetlərinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək 22.05.2014-cü il tarixli M 224/F-14 saylı kredit müqaviləsi üzrə 602.380,27 manat əsas, 8674,31 manat faiz, 300 manat cərimə borcu olmaqla, cəmi 611.354,58 manat məbləğində pulun, ipotekaya tutmanın yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilmiş 180 manat rüsumun, eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh1 iddiaçının xeyrinə tutulması, tutmanın Cavabdeh1 məxsus ilkin satış qiyməti 69.000 manat qiymətləndirilməklə, N küçəsində istifadədə olan 0,16161 ha torpaq sahəsində yerləşən 3 nömrəli binada 135 nömrəli mənzilə, ilkin satış qiyməti 300.000 manat qiymətləndirilməklə Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 1,6744 h a torpaq sahəsinə, ilkin satış qiyməti 54.000 manat qiymətləndirilməklə, ünvan ünvanda yerləşən mülkiyyətində olan 0,12 ha torpaq sahəsinə, Cavabdeh2 məxsus ilkin satış qiyməti 205.000 manat qiymətləndirilməklə, N küçəsində istifadədə olan 0,02247 ha torpaq sahəsində yerləşən 31 nömrəli fərdi yaşayış evinə, Cavabdeh3 məxsus ilkin satış qiyməti 330.000 manat qiymətləndirilməklə N küçəsində yerləşən 20 nömrəli evin 32 nömrəli mənzilinə yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracda satılması, əldə olunan vəsaitin hesabına banka olan borcun ödənilməsi, vəsait kredit borcunun ödənilməsinə kifayət etmədikdə çatışmayan məbləğin ümumi qaydada Cavabdeh1 tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 may 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: İ.Ə.Kərimli, V.N. Sadıqov və İ.K.Xəlilov) Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmaması, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 28 dekabr 2017-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşin halları: İddiaçı-nin Müştəri Xidmətləri Departamenti ilə Cavabdeh1 arasında bağlanmış 22 may 2014-cü il tarixli M 224/F-14 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən kredit alana illik 13,5% olmaqla 57 ay müddətinə 865.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi müvafiq ipoteka müqavilələri bağlanmış, Cavabdeh1 məxsus N küçəsi 3 nömrəli binada 135 nömrəli mənzil, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 1,6744 ha torpaq sahəsi, ünvan ünvanda yerləşən mülkiyyətdə olan 0,12 h a torpaq sahəsi, Cavabdeh2 məxsus N küçəsində istifadədə olan 0,02247 ha torpaq sahəsində yerləşən 31 nömrəli fərdi yaşayış evi, Cavabdeh3 məxsus N küçəsində yerləşən 20 nömrəli binada 32 nömrəli mənzil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. 2017-ci ilin yanvar ayında bank iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməməsi səbəbindən banka cəmi 782.062,41 manat məbləğində borcunun yaranmasını əsas göstərərək həmin borcun tutulmasını, tutmanın cavabdehlərin mülkiyyətindəki ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaklara yönəldilməsi və s. dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh2 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 may 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsi tərəfindən işə maddi və prosessual hüquq normalarının pozulması ilə baxılmasını əsas göstərməklə qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh Nın vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının vəkili isə kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişlər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüqu qi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki İddiaçı-nin Müştəri Xidmətləri Departamenti ilə Cavabdeh1 22 may 2014-cü il tarixli kredit müqaviləsini bağlamaqla üzərlərinə qarşılıqlı surətdə öhdəliklər götürmüş və həmin öhdəliyin təminatı kimi digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 məxsus daşınmaz əmlaklar ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Mül ki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bank iş üzrə müəyyən olunduğu kimi, kredit müqaviləsi üzrə öhdəliyini icra edərək müqavilədə nəzərdə tutulmuş kreditin Cavabdeh1 verilməsini təmin etmiş və tərəflərin ümumi razılığına əsasən kreditin qaytarılma müddətini və şərtlərini müəyyən edən ödəniş cədvəli tərtib olunmuşdur. Lakin işdən göründüyü kimi Cavabdeh1 kreditin qaytarılması qaydası və şərtləri ilə əlaqədar üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və nəticədə onun banka əsas, faiz və c ərimə borcu yaranmışdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 307.7 və 309.1-ci maddəsinə əsasən ipoteka müqaviləsi notariatda təsdiq olunmalı və dövlət qeydiyyatına alınmalıdır. İşdən görünür ki, bankla bağlanmış ipoteka müqaviləsi qanunun yuxarıda göstərilən normalarının tələblərinə müv afiq olaraq notariatda təsdiq olunmuş və ipoteka hüququ dövlət qeydiyyatına alınmışdır. Mülki Məcəllənin 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsi qanunun həmin normalarının müddəalarına əsaslanaraq birinci instansiya məhkəməsi tərəfindən bankın iddia tələbinin qismən təmin olunmasını əsaslı hesab etmişdir. Kollegiya yuxarıda göstərilənlərlə əlaqədar apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisə maddi və prosessual hüquq normalarının tələblərinə və müəyyən olunmuş sübutlara uyğun həll edilməklə qətnamə tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırıldığ ından kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7020/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7020/2019
14.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver