Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7022/2019 14.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 may 2019-cu il tarixli 2(103)6030/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon məhkəməsinin 20 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim T.C.Xəlilova, iş № 2(004)-8487/2018) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilərək cavabdehdən 17.000 ABŞ doll arının ödəniş gününə olan məzənnəyə uyğun olaraq manatla alınıb iddiaçıya verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 may 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: İ.K.Xəlilov, X.A.Cəmilova və E.Y.Şamayev) cavabdehin apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Yasamal rayon məhkəməsinin 20 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi rədd edilmişdir. İşin halları: 2018-ci ilin oktyabr ayında İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək başqa ölkədə icra edilməli olan tapşırığa görə cavabdehin ona 25.000 avro ödəməsini və bundan əlavə həmin tapşırığın icrası nəticəsində əldə olunacaq qazancdan pay kimi cavabdehin sifarişi əsasında “xxxx” MTK tərəfindən inşa olunan N saylı mənzillərinin ona verilməsini, lakin tapş ırığın icrasının cavabdehin təqsiri üzündən mümkün olmaması ilə əlaqədar ona verilmiş 25.000 avronun 17.000 avro hissəsini cavabdehə qaytarmasını, lakin cavabdehin 34 və 35 saylı mənzillərin ona kirayəyə verilməsini əsas göstərməklə onun tərəfindən ödənilmiş 17.000 manatı kirayə haqqı hesab edib əlavə kirayə haqqı kimi ondan tutulması barədə məhkəmədə iddia qaldırmasını və son nəticədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə iddianın rədd olunmasını, nəticədə cavabdehin heç bir qanuni əsas olmadan ödədiyi 17.000 avronu ələ keçirməklə əsassız varlanmasını əsas göstərməklə cavabdehdən onun xeyrinə 17.000 avronun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzr ə İddiaçı kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya inst ansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, iddiaçı son nəticədə icrası baş tutmamış tapşırığa görə cavabdehdən 25.000 avro almış, həmin məbləğdən 17.000 avronu qaytarmış və 07 noyabr 2015-ci il tarixdə verdiyi iltizamda qalan məbləği də 25 noyabr 2015-ci il tarixə kimi ödəyəcəyini vəd etmişdir. Hazırkı iddia tələbi ilə isə 18 oktyabr 2018-ci il tarixdə məhkəməyə müraciət olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddəsinə görə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşd irilir. İddiaçı əsassız varlanmağa görə hazırkı tələblə məhkəməyə qanunda müəyyən olunmuş müddəti ötürməklə müraciət etdiyindən məhkəmə kollegiyası tərəfindən iddia rədd olunmuşdur. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, qətnamə müəyyən olunmuş sübutlara, maddi və prosessual hüquq normalarının tələblərinə uyğun çıxarıldığından kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 29 may 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə mi
Məhkəmə qərarları › İş №2(102)-7022/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7022/2019
14.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver