Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-703/2025 13.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" QSC-yə qarşı “torpağın boşaldılması, yolun açılması, maddi və mənəvi ziyanın tutulması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin zəbtdən azad edilməsi, torpaq sahəsinə gedən yolun açılması, mənəvi ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsin in Mülki kollegiyasının 16 oktyabr 2024-cü il tarixli, 2(103)198/2024 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 24 may 2012-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Qələbə küçəsində turizm obyektinin tikintisi üçün 2,8 ha torpaq sahəsi "xxxx" MMC-nin istifadəsinə verilmişdir. Həmin sərəncam əsasında MMC 2,53672 ha torpaq sahəsini mülkiyyət hüququ üzrə özəlləşdirmiş və 29 may 2013-cü il tarixli müqaviləsi ilə torpaq sahəsini Cavabdeh2 satmaqla, sonuncunun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 05 iyun 2013-cü il tarixdə qeydiyyata alınmışdır. 2. 2 saylı İnzibati-İqtisadi Məhkəməsinin 14 iyun 2013-cü il tarixli qərarı ilə iddia tələbləri qismən təmin edilmiş, cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin 24 may 2012-ci il tarixli, 209 saylı sərəncamı - X2 mərhum atası Məcid Nuru oğlunun mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsi 21-ci döngədəki 1 saylı yaşayış evinin və İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsi, 21-ci döngədəki 2 saylı yaşayış evinin həyətyanı sahələrlə (texniki pasporta uyğun ölçüdə) birlikdə yerləşdiyi ərazi hissəsində ləğv edilmişdir. Həmin qərardan verilmiş müvafiq olaraq apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 noyabr 201 5-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı və X2 ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilmiş, "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 29 may 2013-cü il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin iddiaçılara aid hissədə (Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsi, 21-ci döngədəki 2 saylı yaşayış evi, texniki pasporta uyğun ölçüdə həyətyanı sahələrlə birlikdə) etibarsız hesab edilməsi, həmin müqavilə əsasında DƏDR-də 424 nömrəli reyestr kitabının 40164 nömrəli vərəqəsində aparılmış qeydiyyatın iddiaçılara aid hissədə ləğv edilməsi, müqavilə əsasında Cavabdeh2 verilmiş 05 iy un 2013-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarışın iddiaçılara aid hissədə ləğv edilməsi, AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən DƏDR-də bu barədə müvafiq dəyişiklik aparılması qət edilmişdir.
4. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0,2 torpaq sahəsi İddiaçı mülkiyyəti kimi 07 fevral 2017-ci il tarixdən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0,2 torpaq sahəsinin (DƏDRX tərəfindən verilmiş Çıxarış, reyestr nömrəsi **********16, qeydiyyat nömrəsi **********, q eydiyyat tarixi xx.xx.2017-ci il, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A №528864 və DƏDRX tərəfindən verilmiş torpaq sahəsinin plan və ölçüsü) cavabdehlər tərəfindən boşaldılması və ona təhvil verilməsi, həmin torpaq sahəsinə maneəsiz gediş-gəlişin təmin edilməsi, həmin gediş-gəlişin təmin edilməsi məqsədilə yolun üzərində olan dəmir darvazanın, şlaqbaumun, parklanma avadanlıqlarının cavabdehlər tərəfindən sökülməsi; vurulmuş maddi zərərin əvəzi olaraq (manatın devalvasiyası və inflyasiya nəzərə alınmaqla) 3.000.000 manatın cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi; xüsusi mülkiyyətində olan evin yerləşdiyi torpaq sahəsindən dayanacaq kimi istifadə edərək cavabdehlərin altı il ərzində əldə etdiyi 540.000 manat pulun cavabdehlərdən müştərək qaydad a alınaraq ona ödənilməsi; daşınmaz əmlaklar sökülərkən dağıdılmış daşınar əşyalar (stol-stullar, mebel, soyuducu, qabyuyan, iki ədəd kondisioner, iki ədəd televizor və digər) 96.000 manat pulun cavabdehlərdən müştərək qaydada tutulması; vurulmuş mənəvi zərərə görə 1.000.000 manatın cavabdehlərdən müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, keçmiş A.Salahzadə, indiki Qələbə küçəsi, 21-ci döngədə yerləşən iddiaçıya məxsus olan 2 saylı bağ sahəsi Cavabdeh1 tərəfindən zəbt edilmiş və burada mövcud olmuş iki və üç mərtəbəli evləri, hovuzu, palma və digər növ ağacları (bağ sahəsinin ətrafı daş hasarla əhatə olunmuşdur) 2012-2015-ci illər ərzində bu şəxs tərəfindən məh v edilmişdir. Bununla bağlı iddiaçı neçə ildir ki, müxtəlif orqanlara müraciət edir. Belə ki, torpaq sahəsinin ona məxsusluğu mülki məhkəmə icraatı qaydasında həll olunaraq, məhkəmə qərarları ilə təsdiqlənmişdir. Ona məxsus torpaq sahəsinin zəbt edilmiş hissəsinə bitişik torpaq sahəsi Əliabbas Salahzadənin həyat yoldaşının adına rəsmiləşdirilmişdir. Göstərilən işlə bağlı 16 iyul 2018-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.4.1, 186.2.1, 320.1 və 322-ci maddələri ilə cinayət işi başlanmış, cinayət işi istintaqın aparılması DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı şöbəsinə göndərilmişdir. 14 mart 2020-ci il tarixdə iddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət icr aatı öz yerində, hazırda ona məxsus torpaq sahəsindən həmin şəxslərin çıxarılmasını, onların hesabına daşınmaz əmlakın qaytarılması, illərlə daşınmaz əmlakından istifadə edə bilmədiyinə görə vurulmuş ******* manat mənəvi ziyan zərərin ödənilməsini tələb edir. Dağıdılmış evin 2012-ci ilə qiymətləndirilməsi ******* manat təşkil edir, bu barədə müvafiq audit rəyini hazırkı şikayətə əlavə edir. Həmin dağıdılmış yerdə və onun torpaq sahəsində altı ildir ki, pullu dayanacaq fəaliyyət göstərir və həmin pullu dayanacağı iş üzrə Cavabdeh2 və əri Əliabbas Salahzadə işlədirlər. Gündə ən azı 150-200 maşın gəlir. Ancaq yay aylarında hər maşına görə beş manatdan hesablayanda günə 1000 manat, ayda 30000 manat, bir ilə ancaq yay ayları üçün 90000 manat edir. Altı il ərzində 540000 manat edir. Həmin şəxslə r ər-arvad olduğundan birgə məsuliyyət daşıyırlar.
7. Cavabdeh1 birinci instansiya məhkəməsində iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək qeyd etmişdir ki, iddia ərizəsində göstərildiyi kimi, iddiaçıya məxsus əmlakın məhv edilməsi, torpaq sahəsindən istifadəyə dair maneələr kimi hərəkətlər guya onun tərəfindən 2012-ci ildə törədilmişdir. Ancaq həmin vaxtdan ötən 6 ildən artıq müddət ərzində bu münasibətlər iddiaçı tərəfindən məhkəmə qaydasında mübahisələndirilməmişdir. Belə ki, hüquqi normaların tələblərinə görə İddiaçı ona qarşı iddia irəli sürmək üçün müəyyən olunmuş iddia müddətini ötürmüş və belə olan hal iddiaçının iddia tələbindən imtina edilməsi barədə məhkəmə tərəfindən qərar qəbul edilməsi üçün əsasdır.
8. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məh kəmə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 dekabr 2022-ci il tarixli rəyinə əsasən vahid elektron kadastr baza məlumatlarına və Kadastr və Yerquruluşu Layihə Təhqiqat Mərkəzi MMC-nin tərtib etdiyi mövcud sxemə əsasən İddiaçı məxsus 0,2 ha torpaq sahəsinin (ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş kadastr planının arxiv materiallarına əsasən) cənub-qərb tərəfdən sərhəd boyu, Zağulba prospektinə birbaşa çıxışı olan asfalt örtüklü yol mövcuddur. Qeyd olunan yol əvvəlki vəziyyətdə Cavabdeh2 məxsus 2,53672 ha (sonradan yerdə qalan 2,1487 ha) torpaq sahəsinin daxilində yerləşir. Faktiki vəziyyətdə yolun Zağulba prospektindən giriş hissəsində mühafizə postu mövcud olmaqla şəbəkə restora nına və çimərlik ərazisinə xidmət edir. İddiaçı mülkiyyətində olan 0,2 ha torpaq sahəsinə digər sərbəst giriş-çıxış mövcud deyil.
9. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 2(008)198/2023 nömrəli qətnaməsi ilə (hakim T.Əsədova) iddia qismən təmin edilmiş, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0,2 torpaq sahəsinin (DƏDRX tərəfindən verilmiş Çıxarış, reyestr nömrəsi **********16, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2017-ci il, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A №528864 və DƏDRX tərəfindən verilmiş torpaq sahəsinin plan və ölçüsü) Cavabdeh2 tərəfindən boşaldılması və İddiaçı təhvil verilməsi, həmin torpaq sahəsinə maneəsiz gediş-gəlişin təmin edilməsi, həmin gediş-gəlişin təmin edilməsi məqsədilə yolun üzərində olan dəmir darvaza, şlaqbaum, parklanma avadanlıqlarının Cavabdeh2 tərəfindən sökülməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçıya məxsus torpaq sahəsi və ona gedən yol Cavabdeh2 tərəfindən zəbt edilmiş və bu əsasdan iddiaçının birinci tələbi qismən təmin olunmalı, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0,2 torpaq sahəsi (DƏDRX tərəfindən verilmiş Çıxarış, reyestr nömrəsi **********16, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2017-ci il, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A №528864 və DƏDRX tərəfindən verilmiş torpaq sahəsinin plan və ölçüsü) Cavabdeh2 tərəfindən boşaldılmalı və ona təhvil verilməli, həmin torpaq sahəsinə maneəsiz gediş-gəliş təmin ed ilməli, həmin gediş-gəlişin təmin edilməsi məqsədilə yolun üzərində olan dəmir darvaza, şlaqbaum, parklanma avadanlıqları sökülməli, iddia Cavabdeh1 qarşı rədd edilməlidir. Belə ki, Cavabdeh1 bu tələbə cavab verməli olduğuna dair iddiaçı tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir.
11. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının tələbi Mülki Məcəllənin 384.0.4cü maddəsinin təsiri altına düşdüyündən iddia müddəti tətbiq edilə bilməz.
12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia qalan hissədə rədd edilməlidir. Belə ki, iddiaçı digər tələblərini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.
13. Məhkəmə mənəvi zərərlə bağlı qeyd etmişdir ki, iddiaçı özünün mənəvi zərər çəkməsi, eyni zamanda həmin zərərin ******* manat olmasına dair sübut təqdim edə bilməmiş dir.
14. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Torpaq Məcəlləsinin 67 və 68-ci; Mülki Məcəllənin 23.1, 23.2, 23.4, 152.1, 152.5, 157.1, 157.2, 164.1, 164.2, 165.1, 180.1, 180.4, 372.1, 372.2, 373.2, 375.1, 375.2, 384.0.4-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
15. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və iddianın hər iki cavabdehə münasibətdə tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Həmçinin Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilməsi və iddianın tam rədd edil məsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. İşin apellyasiya baxışı zamanı alınmış Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin 11 sentyabr 2024-cü il tarixli məktubundan görünür ki, AYNA tərəfindən ödənişli parklanma yerləri “Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023cü il 25 iyun tarixli, 213 nömrəli Qərarı ilə müəyyən olunmuş zonalar daxilində dövlət avtomobil yollarında təşkil edilir və hər bir zona üzrə parklanmaya görə ödənişin məbləği sözügedən qərarda öz əksini tapmışdır. Belə ki, Bakı şəhərinin ərazisində parklanmanın 1 saatına görə Mərkəz zonası üçün 1 manat, İ zona üçün 0,70 manat, İİ zo na üçün 0,40 manat, İİİ zona üçün 0,30 manat, İV zona üçün isə ödənişsiz olması müəyyən olmuşdur; müraciətdə qeyd olunan ərazi dövlət avtomobil yollarına aid olmadığından və parklanmanın ödənişsiz olduğu İV zonada yerləşdiyindən həmin ərazidəki qiymətlər barədə məlumatların təqdim olunması imkan xaricindədir.
18. İşin apellyasiya baxışı zamanı İddiaçı tərəfindən təqdim edilmiş “X3”-ə aid parkinq biletindən görünür ki, qiymətlər - 15 dəqiqəyə qədər pulsuz; 1 saata qədər 1 manat; 2 saata qədər 2 manat; 3 saata qədər 3 manat; 3 saatdan 5 saata qədər 4 manat; 5 saatdan 10 saata qədər 5 manat; 10 saatdan sutka sonuna qədər 10 manat müəyyən edilmişdir.
19. İşin apellyasiya baxışı zamanı alınmış Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 iyul 2024-cü il tarixli ekspert rəyinə əsasən şla qbaumdan İddiaçı (**********16 reyestr nömrəsi ilə) mülkiyyətində olan torpaq sahəsindən dənizə doğru istiqamətdə olan torpaq sahəsi Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində olduğu; tərəflərin mülkiyyətində olan torpaq sahələrinin sərhədləri daxilində əlavə istifadə edilən torpaq sahəsinin aşkarlanmadığı; iddiaçıya məxsus torpaq sahəsindən əsas yola çıxışın naturada və elektron baza məlumatlarına əsasən nəzərdə tutulmadığı; iddiaçıya məxsus torpaq sahəsindən əsas yola çıxışın Cavabdeh2 mülkiyyətində olduğu; İddiaçı (**********16 reyestr nömrəsi ilə) mülkiyyətində olan 0,2 ha torpaq sahəsinə digər sərbəst giriş-çıxışının mövcud olmadığı; İddiaçı (**********16 reyestr nömrəsi ilə) mülkiyyətində olan 0,2 ha torpaq sahəsindən avtodayanacaq kimi istifadə olunmadığı müəy yən edilmişdir.
20. İşin apellyasiya baxışı zamanı alınmış Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 sentyabr 2023-cü il tarixli ekspert rəyinə əsasən İddiaçı **********16 reyestr nömrəsi ilə 0.20 ha torpaq sahəsinin mülkiyyətində olduğu; həmçinin Cavabdeh2 **********23 reyestr nömrəsi ilə 2,1487 ha torpaq sahəsinin mülkiyyətində olduğu; mübahisəli yolun Cavabdeh2 mülkiyyətində olduğu (**********23 reyestr nömrəli sahə 2,1487 ha təşkil edir); İddiaçı mülkiyyətində olan 0,2 ha torpaq sahəsinə digər sərbəst giriş-çıxışının mövcud olmadığı müəyyən edilmişdir.
21. Apellyasiya şikayətində göstərilən dəlillərin yoxlanılması məqsədilə apellyasiya kollegiyası tərəfindən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin mütəxəssisin iştirakı ilə mübahisəli ərazi yerində müayinə edi lmişdir. Baxış keçirilən zaman müəyyən edilmişdir ki, ictimai avtomobil yolundan iddiaçının torpaq sahəsinə gedən yol Cavabdeh2 mülkiyyətindədir. Bununla belə iddiaçıya məxsus olan torpaq sahəsinin müəyyən hissəsindən cavabdehin özü də yol olaraq istifadə edir. Mübahisəli torpaq sahəsinə əsas yol tərəfdən daxil olduğu zaman sahənin sol tərəfində cavabdehə məxsus transformatorun quraşdırıldığı və onun bir hissəsinin də iddiaçıya məxsus torpaq sahəsinə düşdüyü, sağ tərəfinin isə (qayalığın üst hissəsi) yol kimi istifadə edildiyi müəyyən edilmişdir. İddiaçıya aid torpaq sahəsi bir tərəfdən qayalıq, digər tərəfdən isə “Şaurma 1” restoranının yerləşdiyi sahə ilə mübahisəli sahəni ayıran daş hasarın olması müəyyən edilmişdir. Bundan başqa mübahisəli əraziyə yerində baxış keçirilərkən, İddiaçı mü lkiyyətində olan 0,2 ha torpaq sahəsinə sərbəst giriş-çıxışın mövcud olmadığı, mübahisəli yolun üzərində darvaza, şlaqbaum və digər avadanlıqların mövcud olduğu aşkar edilmişdir. Hansı ki, həmin darvaza və şlaqbaum Cavabdeh2 mülkiyyətində olan 2,1487 ha torpaq sahəsində yerləşir. İddiaçıya məxsus torpaq sahəsinə başqa sahədən zəruri keçidin verilməsinin mümkün olmadığı aşkardır
22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 oktyabr 2024-cü il tarixli, 2(103)-198/2024 nömrəli qətnaməsi ilə (hakim C.Musayevanın sədrliyi və məruzəsi ilə, hakimlər F.Babayev və G.Axundova) İddiaçı və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinin qismən təmin edilməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-198/2023 saylı, 02 fevral 2023-cü il tarixli qətnaməsi qismən – parklanma ava danlıqlarının sökülməsi, mənəvi zərərin tutulması, zəruri keçidin verilməsi, əmlakdan gəlir əldə etməsi nəticəsində yaranmış zərər hissələrində ləğv edilməsi, həmin hissələrdə iddia Cavabdeh2 münasibətdə qismən təmin edilməsi, gediş-gəlişin təmin edilməsi məqsədilə yolun üzərində olan dəmir darvaza, şlaqbaum və digər parklanma avadanlıqlarının yalnız İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0,2 torpaq sahəsinə düşən hissəsi Cavabdeh2 tərəfindən sökülməsi, ictimai avtomobil yolundan İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0,2 torpaq sahəsinə İddiaçı zəruri keçidin verilməsi vəzifəsi Cavabdeh2 üzərinə qoyulması, zəruri keçid - Zağulba prospektindən hazırda cavabdehə məxsus torpaq sahəsinə giriş hissəsind ən iddiaçının torpaq sahəsinə doğru istiqamətdə, yolun sol tərəfi ilə iddiaçıya məxsus torpaq sahəsinin eni 11 metr olan hissəsindən, ünvan 1 ünvanına dair tərtib edilmiş reyestr nömrəsi 6921, inventar nömrəsi 197 olan Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunda təsvir edilən formada və ölçüdə (iş vərəq 14) verilməsi, mənəvi zərər olaraq 10.000 manat məbləğində pul Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi, İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsindən dayanacaq kimi istifadə etdiyi üçün Cavabdeh2 16.200 manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi, iddia tələblərinin Cavabdeh2 münasibətdə digər hissələrdə rədd edilməsi, iddianın Cavabdeh1 münasibətdə rədd edilməsi qət edilmişdir.
23. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya mülkiyyət hüq uqu ilə məxsus torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyində olması, bu sahənin müəyyən hissəsinin də hələ də cavabdehin sahibliyində qalmaqda davam etməsi, sonuncunun həmin sahədən ümumi yol olaraq istifadə etməsi və mövcud vəziyyətdə bu sahəni iddiaçıya tam şəkildə təhvil verməkdən imtina etməsi öz təsdiqini tapmışdır. Cavabdehin, iddiaçının mülkiyyətində olan torpaq sahəsindən hər hansı formada istifadə etməsi, sahibliyində saxlanılması sonuncunun mülkiyyət hüququnu məhdudlaşdırdığından iddianı bu hissədə təmin edən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, cavabdehin mübahisəli torpaq sahəsini sahibliyində saxlamasına hüquqi əsas ola biləcək heç bir hal müəyyən edilməmişdir.
24. İddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə apellyasiya kollegiyası qeyd etmişdir ki, iddia tələbi Mülki Məcəllənin 384-cü maddəsi ilə iddia müddəti şamil edilmədiyi tələblərin dairəsinə düşür.
25. Apellyasiya kollegiyası birinci instansiya məhkəməsinin mənəvi zərərin ödənilməsi tələbinə dair mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçının, mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0,2 torpaq sahəsinə (DƏDRX tərəfindən verilmiş Çıxarış, reyestr nömrəsi **********16, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2017-ci il, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A №528864 və DƏDRX tərəfindən verilmiş torpaq sahəsinin plan və ölçüsünə uyğun şəkildə) sahiblik və ondan istifadə etmək hüquqlarını həyata keçirməkdən məhrum edildiyi nəticəsində mənəvi zərər çəkməsi şübhəsizdir.
26. Məhkəmə kollegiyası mülkiyyət hüququnun qanunla qorunduğunu, hər bir fiziki və hüquqi şəxsin öz mülkiyyətindən istifadə etmək, həmin əmlaka sahiblik etmək hüququna malik olduğunu, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, şəxsin öz mülkiyyətindən məhrum edilməsinin yolverilməz olduğunu nəzərə alaraq hesab etmişdir ki, cavabdehin iddiaçıya məxsus torpaq sahəsini əsassız olaraq sahibliyində saxlaması ilə əlaqədar yol verdiyi qanunsuz hərəkətsizliyi nəticəsində iddiaçıya vurulmuş mənəvi zərər ödənilməlidir.
27. Məhkəmə, dəymiş mənəvi zərərin məbləği ilə əlaqədar qeyd etmişdir ki, mənəvi zərərin iddia tələbində göstərilən məbləği çox olmaqla real qiymətləndirilmir. Mənəvi zərərin tələb olunan məbləğdə deyil, 10.000 manat məbləğində təmin olunmasını isə məhkəmə daha ədalətli və ağlabatan hesab etmişdir.
28. Məhkəmə eyni zamanda zərərin məbləği ilə bağlı gəldiyi qənaəti ona görə əsaslı hesab etmişdir ki, hazırkı mübahisə çərçivəsində həmin cavabdeh tərəfindən iddiaçının istinad etdiyi digər hallar üzrə hər hansı hüquqa zidd əmələ (hərəkət, hərəkətsizliyə) yol verildiyi müəyyən edilməmişdir.
29. Beləliklə, apellyasiya kollegiyası birinci instansiya məhkəməsinin mənəvi zərərin ödənilməsi ilə bağlı hissədə müfəssəl araşdırma aparmadan onun sübuta yetirilmədiyi əsası ilə iddianı bu hissədə rədd etməkdə haqlı olmadığı, tətbiq etməli olduğu normaları tətbiq etmədiyi, bununla da hüququn tətbiqində səhvə yol verdiyi qənaətinə gəlmişdir.
30. İddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə kollegiya qeyd etmişdir ki, iddia t ələbi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 384-cü maddəsi ilə iddia müddətinin şamil edilmədiyi tələblərin dairəsinə düşür.
31. Apellyasiya instansiyası məhkəməsi iddianın “torpaq sahəsinə maneəsiz gedişgəlişin təmin edilməsi məqsədilə yolun üzərində olan dəmir darvazanın, şlaqbaumun, parklanma avadanlıqlarının cavabdehlər tərəfindən sökülməsi” hissəsi ilə qismən razılaşaraq hesab etmişdir ki, qeyd olunan avadanlıqların məhz iddiaçıya məxsus torpaq sahəsinə düşən hissəsi sökülməlidir. Tələbin bu hissədə təmin olunması həm də qətnamənin mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0,2 torpaq sahəsinin (DƏDRX tərəfindən verilmiş Çıxarış, reyestr nömrəsi **********16, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2017-ci il, Dövlət Torpaq və Xə ritəçəkmə Komitəsi tərəfindən verilmiş A №528864 və DƏDRX tərəfindən verilmiş torpaq sahəsinin plan və ölçüsü) cavabdeh tərəfindən boşaldılmasına dair hissəsi ilə uzlaşır.
32. İddianın bu hissədə tam şəkildə təmin olunması cavabdehin mülkiyyət hüququna ziddir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, avadanlıqların cavabdehin mülkiyyətində olan torpaq sahəsinin üzərində olması, bu avadanlıqların iddiaçının öz torpaq sahəsinə gedən yolun üzərində olması da ona bunların sökülməsini tələb etmək hüququnu vermir. Göründüyü kimi birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bu halı, yəni sökülməsi tələb olunan avadanlıqların iddiaçının və ya cavabdehin mülkiyyətində olan torpaq sahəsində yerləşib-yerləşməməsi ilə əlaqədar hallara düzgün hüquqi qiymət verməmiş, bununl a da iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir.
33. İddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə apellyasiya instansiyası məhkəməsi eyni qadada hesab etmişdir ki, iddia tələbi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 384-cü maddəsi ilə iddia müddətinin şamil edilmədiyi tələblərin dairəsinə düşür.
34. Bundan əlavə, iddiaçı məhkəməyə müraciət edərək mülkiyyətində olan torpaq sahəsindən istifadəsinin məhdudlaşdırılmasını aradan qaldırmaq üçün torpaq sahəsinə maneəsiz gediş-gəlişin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Belə ki, əvvəllər ümumi istifadədə olan və ictimai yol kimi istifadə olunan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsi, həmin sahənin üzərində müvafiq avadanlıqların (dəmir darvaza, şlaqbaum, parklanma avadanlıqları) quraşdırılması onun öz torpaq sahəsinə gedib-gəlməsinə məhdudiyyət yaradır. Cavabdeh isə iddiaçının mübahisələndirdiyi yolun onun torpaq sahəsindən keçdiyini, gediş-gəlişin bu formada təmin edilməsinin onun mülkiyyət hüququnu məhdudlaşdıracağını qeyd etmişdir.
35. İş materiallarından da müəyyən edilmişdir ki, istinad olunan torpaq sahəsi cavabdehin xüsusi mülkiyyətindədir, o, həmin torpaq sahəsindən özünə məxsus istirahət kompleksinə gedən avtomobil yolu kimi istifadə edir.
36. Apellyasiya kollegiyası hesab etmişdir ki, hazırkı məsələnin düzgün həlli üçün mülkiyyət hüququ, qonşuluq hüququ çərçivəsində bu hüququn məhdudlaşdırılma imkanları və tərəflərin öhdəlikləri nəzərdən keçirilməlidir.
37. İddiaçı mübahisəli torpaq sahəsinin bir hissəsindən yol kimi istifadə etmək niyyəti üçün cavabdehin mülkiyyət hüququna müdaxilə halı mövcuddur. Bununla belə, həmin müdaxilənin qanunda nəzərdə tutulması və qanuni məqsəd daşıması, mülkiyyətçinin həddən artıq məhrumiyyətə məruz qalıb-qalmaması da yoxlanılmalıdır. Belə ki, Mülkiyyət hüququnun məhdudlaşdırılmasının qanunda nəzərdə tutulmuş əsaslarından biri özgənin sahibliyində olan sahədən zəruri yol və keçidin verilməsidir.
38. Baxılan işdə iddiaçının mülkiyyətində olan torpaq sahəsinə ərazinin əvvəlki vəziyyətində avtomobil yolunun mövcud olduğu, zəruri keçid verilməsi tələb olunan sahənin cavabdehin mülkiyyətinə keçənədək təyinatı bütün hüquqi və fiziki şəxslərin zəruri tələbatının ödənilməsi olan yol kimi istifadə edildiyi, lakin bu yolun hazırda cavabdehin mülkiyyətində olmasının iddiaçının öz torpaq sahəsindən istifadəsinə maneə yaratdığı, həmçinin ümum i yoldan iddiaçıya məxsus torpaq sahəsinə yolun başqa tərəfdən açılmasının mümkün olmadığı müəyyən edilmişdir. Mübahisəli sahənin əvvəllər yol olaraq istifadə edildiyi aidiyyəti dövlət orqanlarının tərtib etdiyi plan-cizgi sənədləri ilə təsdiq olunmuşdur.
39. Beləliklə, apellyasiya kollegiyası iddiaçıya cavabdehin mülkiyyətində olan torpaq sahəsindən keçid verilməsinin zəruriliyini müzakirə edərək hesab etmişdir ki, ümumi avtomobil yolundan iddiaçının mülkiyyətində olan torpaq sahəsinə giriş və çıxışın olmadığı, iddiaçının torpağına gedən başqa, daha uyğun olan yolu olmadığı nəzərə alınmaqla, iddiaçıya zəruri keçidin mübahisəli sahədən (cavabdehin adına çıxarış verilənədək istifadə etdiyi formada) verilməsi əsaslı hesab edilməlidir. Belə ki, tərəflər arasında yoldan istifadə ilə bağlı mü bahisənin artıq yarandığı və iddiaçının bu mübahisəni məhkəmə qaydasında həll edilməsi məqsədilə iddia ilə müraciət etdiyi, iddiaçının başqa yolu olmadığına görə zəruri keçidlə təmin edilməsi məsələsi Mülki Məcəllənin 175.1-ci maddəsində nəzərdə tutulan qaydada həll edilməlidir.
40. Məhkəmə kollegiyası həmçinin vurğulamışdır ki, məqsədə çatma vasitəsi kimi hər hansı hüququn məhdudlaşdırılma dərəcəsi həmin məqsədə uyğun olmalı və hədsiz olmamalıdır. Tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasibliyini tələb edir. Əgər müvafiq şəxs xüsusi və həddən artıq məhrumiyyətə məruz qalıbsa, mütənasibliyin müəyyən edilməsindən söhbət gedə bilməz. Belə ki, zəruri keçid müəyyənləşdirilərkən tərəflərin qarşılıqlı mənafeləri nəzərə alınmalıdır.
41. İşdə olan İddiaçı məxsus Bakı şəh əri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0,2 torpaq sahəsinə dair tərtib edilmiş sənədlərdən göründüyü kimi iddiaçının torpaq sahəsinə girişinin əvvəllər mövcud olduğu forması Zağulba prospektindən hazırda cavabdehə məxsus torpaq sahəsinə giriş hissəsindən yolun sol tərəfi ilə iddiaçının torpaq sahəsinə doğru istiqamətdə (iş vərəq 14, torpaq sahəsinin eni 11 metr olan tərəfindən) olmuşdur.
42. Beləliklə də, ictimai avtomobil yolundan - Zağulba prospektindən hazırda cavabdehə məxsus torpaq sahəsinə giriş hissəsindən iddiaçının torpaq sahəsinə doğru istiqamətdə, yolun sol tərəfi ilə iddiaçıya məxsus torpaq sahəsinin eni 11 metr olan hissəsindən, ünvan 1 ünvanına dair tərtib edilmiş reyestr nömrəsi 6921, inventar nömrəsi 197 olan Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunda təsvir edilən formada və ölçüdə (iş vərəq 14) verilməlidir.
43. Nəzərə alınsa ki, hesabına zəruri keçid təmin edilən sahədən cavabdeh özü tərəfindən fərdi qaydada deyil, məhz ona məxsus Şəbəkə restoranına, həmçinin çimərlik ərazisinə xidmət etməsi üçün istifadə edilir. Ona görə də hazırkı halda iddia tələbinin bu formada təmin edilməsi cavabdehin xüsusi və həddən artıq məhrumiyyətə məruz qalması ilə nəticələnməsi istisna edilir.
44. Apellyasiya instansiyası məhkəməsi iddianın “vurulmuş maddi zərərin əvəzi olaraq (manatın devalvasiyası və inflyasiya nəzərə alınmaqla) 3.000.000 manatın cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi; daşınmaz əmlaklar sökülərkən dağıdılmış daşınar əşyalar (stol-stullar, mebel, soyuducu, qabyuyan, iki ədəd kondisioner, iki ədəd televizor və digər) 96.000 manat pulun cavabdehlərdən müştərək qaydada tutulması” hissəsi ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşmış və göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Qələbə küçəsində yerləşən 2,53672 ha torpaq sahəsi Cavabdeh2 adına mülkiyyət hüququ ilə 05 iyun 2013-cü il tarixində qeydiyyata alınmışdır. İddiaçı tərəfindən dəymiş maddi zərərin qiymətləndirilməsi ilə bağlı məhkəməyə təqdim olunmuş aktın tarixi isə 04 mart 2012-ci il tarixinə təsadüf edir. Həmçinin işdə olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 mart 2013-cü il tarixli qətnaməsindən görünür ki, mübahisəli torpaq sahəsi Cavabdeh2 mülkiyyətinə keçənədək iddiaçı hazırda istinad etdiyi faktiki hallara əsaslanmaqla məhkəməyə müraciət etmiş, Bakı şəhəri, Sabunçu rayonu, Bil gəh qəsəbəsi, A.Salahzadə küçəsində yerləşən tikilinin sökülməsinə görə dəymiş zərərin başqa cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin işə baxılan zaman keçirilmiş yerli baxış nəticəsində mübahisəli ərazidə "xxxx" MMC tərəfindən tikinti işlərinin aparılması müəyyən edilmişdir.
45. Digər cavabdehə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, Cavabdeh1 bu məsələyə aidiyyəti ümumiyyətlə müəyyən edilmədiyindən ona münasibətdə mənəvi və maddi zərərin ödənilməsi barədə iddia rədd edilməlidir.
46. Beləliklə iş materiallarından göründüyü kimi iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşdığı müəyyən edilmir. Çünki iddiaçı tərəfindən zərərin məhz cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində əmələ gəl məsini təsdiq edən sübutlar təqdim edilməmiş və beləliklə də o, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişlər.
47. Qeyd edilənlərə əsasən apellyasiya kollegiyası birinci instansiya məhkəməsinin iddianın bu hissədə əsassız olduğundan rədd edilməli olması barədə gəldiyi qənaət ilə razılaşaraq qeyd etməyi zəruri sayır ki, hazırkı işdə cavabdehlər tərəfindən zərərin yaranmasına səbəb ola biləcək hərəkətə (hərəkətsizliyə) yol verilməsi və beləliklə də onların məsuliyyət daşımaları faktını iddiaçının məhkəməyə təqdim etdiyi sübutlara əsasən müəyyən etmək mümkün olmamışdır.
48. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı iddia tələbi üzrə iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilmədiyindən və iddia bu hissədə əsassız o lması səbəbi ilə rədd edildiyindən iddia müddətinin tətbiqindən məhkəmə tərəfindən imtina edilməlidir.
49. İddianın “xüsusi mülkiyyətində olan evin yerləşdiyi torpaq sahəsindən dayanacaq kimi istifadə edərək cavabdehlərin altı il ərzində əldə etdiyi 540.000 manat pulun cavabdehlərdən müştərək qaydada alınaraq ona ödənilməsi” hissəsi ilə əlaqədar apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı ona dəymiş zərər qismində bu məbləğin hansı əsasla (özünün adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən əldən çıxmış faydadan məhrum olduğuna və ya bu müddət ərzində qarşı tərəfin həmin əmlakdan gəlir əldə etdiyinə görə) tutulmalı olduğunu göstərməsə də, məhkəmə kollegiyası Mülki Məcəllənin 21.2, 1092.1 və 157.5-ci maddələrinin məzmununa istinadən iddianın bu hissəsini qiymətlən dirmiş, sübutetmə vəzifəsinin bölgüsü baxımından zərər dəydiyini sübut etmək vəzifəsinin onu iddia edən şəxsə aid olmasını qeyd etmişdir.
50. Belə ki, iddiaçı cavabdehlərin qanunsuz olaraq mülkiyyətində olan torpaq sahəsindən beş il ərzində istifadə etdiklərini bildirir. İşin hallarından aydın olmuşdur ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 noyabr 2015-ci il tarixli qətnaməsi ilə "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 29 may 2013-cü il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi iddiaçıya aid hissədə (Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsi, 21-ci döngədəki 2 saylı yaşayış evi, texniki pasporta uyğun ölçüdə həyətyanı sahələrlə birlikdə) etibarsız hesab edilmiş, həmin müqavilə əsasında DƏDR-də 424 nömrəli reyestr kitabının 40164 nömrəl i vərəqəsində aparılmış qeydiyyatın iddiaçıya aid hissədə ləğv edilməsi, müqavilə əsasında Cavabdeh2 verilmiş xx.xx.2013-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarışın iddiaçıya aid hissədə ləğv edilməsi, AR ƏMDK yanında DƏDRX-nin bakı şəhər Ərazi İdarəsi tərəfindən DƏDR-də bu barədə müvafiq dəyişiklik aparılması qət edilmişdir. Həmin qətnamə 06 aprel 2016-cı il tarixində qanuni qüvvəsini almışdır.
51. Qeyd edilən məhkəmə aktı ilə Cavabdeh2 həmin torpaq sahəsini vicdanlı əldə edən kimi qəbul edilməmişdir. Belə ki, məhkəmələr, cavabdehin, iddiaçının mülkiyyətində olan yaşayış evlərinin yerləşdiyi torpaq sahələri ilə əlaqədar gedən məhkəmə mübahisələrindən məlumatlı olduğu, hətta həmin məhkəmə qərarlarını apellyasiya və kassasiya qaydasında mübahisələndirdiyi üçün bu nəticəyə gəlmişdir.
52. Göründüyü kimi mülkiyyətçi (iddiaçı) özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, qarşı tərəfin (faktiki sahibin) əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb etmək hüququna sahibdir. Belə olan halda iddiaçı sübut etməlidir ki, cavabdeh ona məxsus torpaq sahəsini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, digər şəkildə gecikdirməsi nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyr əldə etmiş və ya o, öz növbəsində əldə edə biləcəyi gəlirdən məhrum olmuşdur.
53. Apellyasiya kollegiyası iş materialları əsasında müəyyən etmişdir ki, cavabdeh buna hüququ olmadığı və mübahisəli torpaq sahəsinin iddiaçıya məxsus olmasını bildiyi halda heç bir qanuni əsas və ya müqavilə əsası olmadan iddiaçının hesabına əsassız varlanmışdır. Qeyd edilən bu hallar işdə olan sübutlarla (fotoşəkillər, parklanma talonu, parklanma yerlərinin təşkili – xətlənməsi və s. ilə) öz təsdiqini tapır. Cavabdehin torpaqdan avtodayanacaq olaraq istifadə etməsi nəticəsində varlandığı məbləğin dəqiq hesablanması mümkün olmasa da (ekspertizanın keçirilməsindən imtina edilmişdir), məhkəmə kollegiyası hesab etmişdir ki, qeyd edilən bu hal hazırkı iddia tələbinin rədd edilməsi üçün əsas deyildir.
54. Beləliklə məhkəmə kollegiyası iddianın Mülki Məcəllənin 1091 və 1092.1-ci maddələrinə istinadən qeyd etmişdir ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi hazırkı işdə qeyd olunan maddələrin dispozisiya şərtlərinin mövcudluğu müəyyən olunur. Çünki iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin maddələrinin məzmununa görə, əsassız varlanmaya əsasən “varlanmış” borclunun hüquqi əsas olmadan artmış əmlakın əvvəlki vəziyyətə qaytarılmasını tələb etmək hüququna yalnız həmin əmlakdan məhrum olan şəxs malikdir və bu iddia üzrə cavabdehlik daşıyan şəxs məhrum olan kreditorun hesabına heç bir hüquqi əsas olmadan varlanmış şəxsdir.
55. Apellyasiya kollegiyası mübahisəyə iddia müddətinin tətbiq olunması məsələsini müzakirə edərək nəzərə almışdır ki, hazırkı işdən müəyyən olunduğu kimi iddiaçı azı 2016-cı ilin aprel ayından (Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı 06 aprel 2016-cı il tarixdə qəbul edilmişdir) cavabdehin o nun hesabına əsassız varlandığını bilmiş, lakin qanunvericiliklə müəyyən olunmuş müddət ərzində müvafiq iddia ilə məhkəməyə müraciət etməmişdir. Hazırkı iddia yalnız 04 may 2021-ci il tarixdə məhkəməyə verilmişdir. Buna baxmayaraq iddiaçının hüquqlarının pozulması vəziyyəti ən azı onun məhkəməyə müraciət etdiyi tarixə qədər davam etmişdir.
56. Beləliklə də, apellyasiya instansiyası məhkəməsi iddia müddətinə münasibətdə qeyd etməyi zəruri saymışdır ki, iddiaçı ən azı son iki il ərzində cavabdehin hesabına varlandığı məbləğə münasibətdə iddia müddətini buraxmamışdır.
57. Məhkəmə parklanma talonunda qeyd edilənləri nəzərə alaraq, müvafiq illər üçün müqayisəyə gələ bilən hallarda oxşar şəraitdə göstərilən xidmətlər üçün adətən alınan qiymət üzrə, yəni ünvan 2 ünvanında yerləşən sahəsi 0,20 ha olan torpaq sahəsindən dənizkənarı avtodayanacaq kimi istifadə edilməklə əldə edilməsi mümkün olan gəlir həcminin (yay ayları (90 gün)) təxmini hesablama yolu ilə nə qədər təşkil etdiyini müəyyən edərək, həmin ölçüdə torpaq sahəsinin gün ərzində əhatə edə bildiyi avtomobillərin təxmini sayını, həmin avtomobillərin sahiblərinin dənizkənarı istirahət etməsinin ən azı 3 saata qədər davam etməsini nəzərə alaraq hesab etmişdir ki, son iki il üçün Cavabdeh2 əsassız varlandığı məbləğ olaraq (3 manat x 30 avtomobil x 90 gün = 8.100 manat x 2 = 16.200 manat) 16.200 manat həddində pul iddiaçının xeyrinə tutulmalıdır.
58. Digər cavabdehə münasibətdə isə məhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabdeh1 bu məsələyə aidiyyəti müəyyən edilmədiyindən ona münasibətdə iddia rədd edilməlidir.
59. Beləliklə də, məhkəmə kollegiyası iddia müddətinə münasibətdə qeyd etməyi zəruri saymışdır ki, iddiaçı ən azı son iki il ərzində cavabdehin hesabına varlandığı məbləğə münasibətdə iddia müddətini buraxmamışdır.
60. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 139.1, 152.1, 152.5, 157.2, 157.5, 169.1, 170.2, 175, 384.0.1, 384.0.4,386.1, 1091, 1092.1, 1095, 1096, 1097.1, 1097.3-cü, Torpaq Məcəlləsinin 110, 111-ci maddələri, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarına və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
61. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apel lyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 oktyabr 2024-cü il tarixli, 2(103)-198/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
62. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 6, 23-cü, Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddələrinin tələbləri pozulmuşdur.
63. Belə ki, məhkəmə tərəfindən mənəvi zərərə görə təzminatın miqdarını müəyyən edərkən hüquqazidd əməlin növünü, dərəcəsini, davam etdiyi müddəti, hansı şəraitdə, mühitdə baş verməsini və digər amilləri nəzərə almamışdır. Belə ki, cavabdehlər torpaq sahəsini 2013-cü ildə əldə edərək, 11 il ərzində iddiaçının konstitusion hüquqlarını pozmuşdur.
64. Həmçinin, Cavabdeh2 kassasiya şikayəti ver ərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən – iddianın təmin edildiyi hissələrində - ləğv edilməsi və iddianın rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
65. Həmin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Mülki Məcəllənin 21, 157.1, 157.2, 157.4, 157.5, 175, 1091.1, 1091.2-ci, Mülki Prosessual Məcəllənin 9.3, 14.2, 88, 217, 218.3-cü maddələrinin tələbləri pozulmuşdur.
66. Belə ki, cavabdeh iddiaçının torpaq sahəsini zəbt etməmiş, iddiaçının torpaq sahəsi 29 may 2013-cü il tarixdə "xxxx" MMC-nin mülkiyyətində olmuş, bundan sonra "xxxx" MMC tərəfindən cavabdehə satılmışdır. Cavabdeh həmin torpaq sahəsindən mülkiyyətində olan torpaq sahəsi kimi istifadə etmişdir. Sonradan "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında verilmiş mülkiyyət haqqında çıxarış qismən etibarsız hesab olunduqdan sonra iddiaçının torpaq sahəsi, qərbdən Cavabdeh2 qalan, cənub-şərqdən X2, şimal-şərqdən digər bir qonşunun torpaq sahələri ilə, şimal-qərbdən isə “Şaurma 1” restoranının binası ilə əhatə olunmuş bir vəziyyətdə qalmışdır. Belə bir vəziyyətdə “iddiaçının torpaq sahəsi Cavabdeh2 qanunsuz sahibliyindədir” kimi nəticə çıxarılması qanunsuz və əsassız olmuşdur. Belə olan halda, digər 3 qonşuya münasibətdə də eyni nəticə, yəni, “iddiaçının torpaq sahəsi digər qonşuların da qanunsuz sahibliyindədir” kimi nəticə çıxarılmalıdır. O ki qaldı, cavabdehin xüsusi mülkiyyətində olan torpaq sahəsinin şlaqbaum, dəmir d arvaza və parklanma avadanlıqları quraşdırılan hissəsinə, həmin hissədən iddiaçının torpaq sahəsinə qədər olan hissə cavabdehin xüsusi mülkiyyətində olan torpaq sahəsinin tərkib hissəsidir. İddiaçının özünün izahatı ilə, həmçinin yerli baxış zamanı da müəyyən edilmişdir ki, iddiaçıya məxsus 0,2 ha torpaq sahəsi ilə cavabdehin mülkiyyətində olan torpaq sahəsinin şlaqbaum, dəmir darvaza və parklanma avadanlıqları quraşdırılmış hissəsinin, həmin hissədən iddiaçının torpaq sahəsinə qədər olan hissəsinin yer səthi arasında qayalıq var və həmin qayalıq təxminən, iddiaçının özünün də məhkəmə iclasında bildirdiyi kimi, 11-12 metr, yaxud 33-34 pillə hündürlüyündədir. Başqa sözlə iddiaçıya məxsus 0,2 ha torpaq sahəsi Cavabdeh2 xüsusi mülkiyyətində olan torpaq sahəsinin qeyd edilən hissəsinin yer sət hindən 1-12 metr aşağıda yerləşir. Bu cür hündürlük fərqi olan torpaq səthlərinin eyni ümumi yola çıxışının olduğunu təsəvvür etmək çox çətindir. Bu səbəbdən iddiaçının belə bir yoldan əvvəllər istifadə etmiş olması da inandırıcı deyil. Belə ki, ümumi yola çıxışını iddiaçı məhkəmə iclasında belə izah etmişdir ki, o, ümumi yoldan özünün əvvəllər mövcud olmuş fərdi yaşayış evinə, yoldan fərdi yaşayış evinin çardağına keçib, daha sonra isə 33-34 pillədən ibarət olan pilləkənlə torpaq sahəsinə düşüb çıxmaqla istifadə etmişdir. Lakin iddiaçıya məxsus olmuş fərdi yaşayış evinin texniki pasportundan fərdi yaşayış evinin torpaq sahəsinin yer səthi ilə ümumi istifadədə olan yolun yer səthi arasında belə bir fərqin olduğu görənimədiyi halda, apellyasiya instansiyası məhkəməsi bütün digər sübutlar ki mi işdə olan bu sübuta da düzgün qiymət verməmiş, texniki pasportda göstərilənlə faktiki vəziyyət arasındakı kəskin fərqi araşdırmamış, iş üzrə qanuni və əsaslı qətnamənin qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən halı qətnamədə müzakirə belə etməmişdir. İddiaçının, ona “zəruri keçidin verilməsi” ilə bağlı hər hansı iddia tələbi olmadığı halda, apellyasiya instansiyası məhkəməsi iddia üzrə irəli sürülmüş tələblərdən kənara çıxaraq, qətnamə qəbul etmişdir. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi iddianın mənəvi zərərin ödənilməsi tələbinə dair hissəsi ilə bağlı bu nəticəyə gəlmişdir ki, cavabdehin iddiaçıya məxsus torpaq sahəsini əsassız olaraq sahibliyində saxlaması ilə əlaqədar yol verdiyi qanunsuz hərəkətsizliyi nəticəsində iddiaçıya vurulmuş mənəvi zərər ödənilməlidir. La kin iddiaçıya məxsus torpaq sahəsinin hər hansı hissəsinin cavabdeh tərəfindən qanunsuz sahiblikdə saxlanıldığını təsdiq edən hər hansı mötəbər sübut iş materiallarında yoxdur.
67. Kassasiya şikayətlərinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
68. Kassasiya şikayətlərinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
69. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurəti ndən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
70. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tərəflərlə müvafiq olaraq iddianın təmin olunan və rədd olunan hissələr mübahisələndirildiyindən, hazırkı kassasiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin kassasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
71. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Az ərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
72. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müq avilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı göt ürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.5-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götür düyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörm ət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 175-ci maddəsinə əsasən əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilə rkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir. Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər. Əgər torpaq sahəsi ilə artıq mövcud olmuş əlaqə xətləri mülkiyyətçinin özbaşına hərəkətləri nəticəsində ləğv edilərsə, zəruri yola və ya birləşdirici xəttə dözmək vəzifəsi əmələ gəlmir. 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçiri lməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya və əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə da şamil edilir.
73. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçü n əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 74. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidir lər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
75. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mənəvi ziyan tələbi istisna olmaqla, iddianın digər tələbləri üzrə maddi və ya prosessual hüquq normaları pozulmamışdır. Lakin, iddianın mənəvi ziyanın ödənilməsi hissəsi təmin olunarkən maddi hüquq normaları pozulmuş, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.
76. Belə ki, ilk olaraq cavabdehin kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin cavabdehin sahibliyində olması, sonuncunun həmin sahədən ümumi yol və avtomobil dayanacağı kimi istifadə etməsi və bu sahibliyin qanunsuz olm ası, bununla da iddiaçının mülkiyyət hüququnun pozulması apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edildiyindən, torpaq sahəsinin boşaldılması və iddiaçıya təhvil verilməsi, habelə torpaq sahəsində quraşdırılmış avadanlıqların sökülməsi hissələrində qanuni və əsaslı nəticəyə gəlmişdir.
77. Həmçinin, məhkəmə iddiaçının mülkiyyətində olan torpaq sahəsinə əvvəllər avtomobil yolunun mövcud olduğunu, zəruri keçid verilməsi tələb olunan sahənin cavabdehin mülkiyyətinə keçənədək təyinatı bütün hüquqi və fiziki şəxslərin zəruri tələbatının ödənilməsi olan yol kimi istifadə edildiyini, lakin bu yolun hazırda cavabdehin mülkiyyətində olmasının iddiaçının öz torpaq sahəsindən istifadəsinə maneə yaratdığını, iddiaçıya məxsus torpaq sahəsinə başqa yolun olmamasını müəyyən etdiyindən, iddiaç ıya cavabdehin mülkiyyətində olan torpaq sahəsindən keçid verilməsi Mülki Məcəllənin 175.1ci maddəsinə uyğun olmuşdur.
78. Eyni ilə, cavabdehin iddiaçının torpaq sahəsindən parklanma kimi istifadə etməklə, əsassız varlandığını müəyyən edildiyi üçün, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 1091 və 1092.1-ci maddələrinə əsasən son 2 il üçün cavabdehdən iddiaçının xeyrinə 16.200 manat pul tutmaqda haqlı olmuşdur.
79. Bununla belə, məhkəmə kollegiyası mənəvi ziyanla bağlı cavabdehin kassasiya şikayətinin dəlili ilə razılaşır.
80. Belə ki, apellyasiya instansiyası məhkəməsi bu hissədə nəticəyə gələrkən, mülkiyyətində olan torpaq sahəsinə sahiblik və ondan istifadə etmək hüquqlarını həyata keçirməkdən məhrum edilməsi nəticəsində iddiaçının mənəvi zərər çəkməsini şübhəsiz hesab etmiş və həmin ziyanı 10.000 manat məbləğində müəyyən etmişdir.
81. Lakin, apellyasiya instansiyası məhkəməsi iddiaçının mülkiyyət hüququnun pozulması nəticəsində ona mənəvi zərərin vurulmasını, yəni cavabdehin hərəkətləri nəticəsində iddiaçının mənəvi sarsıntı keçirməsini əsaslandırmamışdır. 82. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağla mlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.
83. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş ver məsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.
84. Hazırkı işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 noyabr 2015-ci il tarixli qətnaməsi ilə bərpa edilməklə, həmin qətnamə Ali Məhkəmənin 06 aprel 2016-cı il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Buna baxmayaraq, qeyd olunan tarixdən hazırkı iddia verildiyi 04 may 2021-ci il tarixədək, iddiaçının torpaq sahəsini cavabdehin sahibliyindən qaytarılması üçün tədbirlərin görülməsi müəyyən olunmur.
85. Məhkəmə kollegiyasının qənaətinə görə şəxsin əşya hüququnun pozulması (h azırda torpaq sahəsi üzərində mülkiyyət hüququnun həyata keçirməsinə məhdudiyyətlər, sahiblik və istifadənin qeyri-mümkünsüzlüyü) özü-özlüyündə mənəvi ziyanın vurulması kimi qiymətləndirilə bilməz. Bu tələbin təmini üçün iddiaçı əşya hüququnun bərpası üçün tədbirlər görməsini, o cümlədən hüququnu pozan şəxsə, müvafiq dövlət orqanlarına müraciətlər etməsini, bunun cavabdehin qanunsuz hərəkətləri nəticəsində uğurlu olmamasını və məhz bunun nəticəsində mənəvi sarsıntıya məruz qalmasını sübut etməlidir ki, bu istiqamətdə hazırkı qətnamədə əsaslandırma aparılmamışdır.
86. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamə si qeyd olunan hissədə maddi və prosessual hüquq normalarının tələblərinə cavab vermir.
87. Odur ki, mənəvi ziyanın ödənilməsi hissəsində qətnamə ləğv edilməli və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilməlidir.
88. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən yuxarıda qeyd olunan məsələləri araşdırmalı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.
89. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddiaçı kassasiya şikayətində iddiasının tam təmin olunmasını xahiş etsə də, dəlill ərdə yalnız tutulan mənəvi ziyanın məbləğinin az olmasından şikayət verdiyindən, yuxarıda təsbit olunan hallara görə, iddiaçının kassasiya şikayəti təmin olunmamalıdır.
90. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 oktyabr 2024-cü il tarixli, 2(103)198/2024 nömrəli qətnaməsi qismən, mənəvi zərər olaraq 10000 manat məbləğində pulun tutulması hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildi