Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7030/2019 13.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 13 noyabr 2019-cu il İş № 2(102)-7030/2019 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 iyun 2019-cu il tarixli 2(103)-8632/2019 nömrəli qətnaməsindən Cavabdeh İB-nin nümayəndəsi və vəkili Vəkil tərəfin dən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən tərtib edilmiş aktların ləğv edilməsi və təbii qazdan istifadəyə görə əsassız hesablanmış 3357,80 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim Samir Talıbov) 2(008)-1031/2019 saylı, 31 yanvar 2019-cu il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilmiş, İddiaçı qaz sərfiyyatına görə tələb etdiyi 19.05.2017-ci il tarixli, ******* saylı, 31.01.2018-ci il tarixli, ******* saylı, 23.02.2018-ci il tarixli, ******* saylı, 27.03.2018-ci il tarixli, ******* saylı, və 24.04.2018-ci il tarixli, ******* saylı aktlar əsasında tərtib edilmiş 3357,80 manatın sil inməsi vəzifəsinin Cavabdehnə həvalə edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (sədrlik edən və məruzəçi –Raqib Qurbanov, hakimlər –Etibar Qəzənfər, Aida Hüseyn) 2(103)-8632/2018 nömrəli, 18 iyun 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(088)-1031/2019 saylı, 31 yanvar 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 iyun 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin də lilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı yaşadığı sözü gedən ünvana Cavabdeh İB-nin əməkdaşları tərəfindən baxış keçirilən zaman qaz xəttində sayğacdan kənar əlavə xətt aşkar olunmuş və bu barədə 19.05.2017-ci il tarixli, ******* saylı, 31.01.2018-ci il tarixli, ******* saylı, 23.02.2018-ci il tarixli, ******* saylı, 27.03.2018-ci il tarixli,0150109 saylı və 24.04.2018-ci il tarixli, ******* saylı aktlar tərtib olunmuşdur. Aşkar edilmiş sayğacdan kənar qanunsuz qaz xətti Birliyin əməkdaşları tərəfindən “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinin tələblərinə uyğun olaraq dərhal qazpaylayıcı şəbəkədən ayrılmışdır. Abonent isə öz qanunsuz əməllərini davam etdirilməklə Birliyin əməkdaşları tərəfindən qanunsuz qaz xəttinin ayrılmasına baxmayaraq təkrar qanunsuz qaz x əttinə qoşulmuşdur. Məhkəməyə təqdim olunmuş abonent saldosunda abonentin ödənişlərindən görünür ki, abonentin ödənişləri qənaətbəxş deyildir. Abonent bundan öncə də dəfələrlə sayğacdan kənar xəttə qanunsuz qoşularaq qazdan istifadə etmişdir. Apellyasiya instansiya məhkəməsi Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayətini təmin etməməklə maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Apellyasiya instansiya məhkəməsi Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayətini təmin etməməklə maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Apellyasiya şikayətinin əsasını abonent İddiaçı tərəfindən qaz xəttinə qanunsuz qoşulma nəticəsində dəymiş ziyanın ödənilməsi təşkil etmişdir. İddiaçı isə iddia ərizəsində həm də borcun ona sayğaca qanunsuz müdaxilə əsasında hesablan dığını bildirmişdir. Lakin, Apellyasiya instansiya Məhkəməsi abonent İddiaçı tərəfindən qaz xəttinə qanunsuz qoşulma nəticəsində tərtib olunmuş aktlara hüquqi qiymət verməmiş, ümumiyyətlə abonentə hesablanmış borc məbləğinin əsasını təşkil edən halları tam araşdırmamışdır. Prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, kassasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında İddiaçı vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-cı maddəsinə əsasən məhkəmə kollegiyası onun izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelly asiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında təbii qazın alqı-satqısı müqaviləsi bağlanmışd ır. Cavabdeh İB-nin nümayəndələri tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 19.05.2017-ci il tarixli, 31.01.2018-ci il tarixli, 23.02.2018-ci il tarixli, 27.03.2018-ci il tarixli və 24.04.2018-ci il tarixli aktlar tərtib edilmişdir. Aktlara əsasən abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni olaraq istifadə etdiyi aşkar olunmuş və dəymiş ziyanın hesablanması tələb olunmuşdur. Cavabdeh tərəfindən itirilmiş qazın dəyərini təşkil edən 3357,80 manat iddiaçıdan tələb olunmuşdur. İddiaçı bildirir ki, qaz xəttinə onun tərəfindən heç bir müdaxilə edilməmiş və o, təbii qazdan sayğacdan kənar qeyri-qanuni olaraq istifadə etməmişdir. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, təbii qazdan sayğacdan kənar qeyri-qanuni olaraq istifadə edildiyinə görə itirilmiş qazın də yəri iddiaçı tərəfindən ödənilməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçının təbii qazdan sayğacdan kənar qeyri-qanuni olaraq istifadə edildiyini təsdiq edən sübutlar təqdim edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə apellyasiya instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, bu zaman maddi və prossesual hüquq normalarının tələblərini pozmamışdır. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 №-li qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci bəndinə görə qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olara q həmin şəxsdən tələb etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, təbii qazdan sayğacdan kənar qeyri-qanuni olaraq istifadə edildiyinə görə itirilmiş qazın dəyərinin iddiaçıdan tələb etməsi qanunsuzdur. Çünki cavabdeh tərəfindən iddiaçının təbii qazdan sayğacdan kənar qeyri-qanuni olaraq istifadə edildiyini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Halbuki MPM-nin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Beləliklə də məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanu nvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh İB-nin kassasiya şikayəti təmi n edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 iyun 2019-cu il tarixli 2(103)8632/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7030/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7030/2019
13.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver