Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7038/2019 19.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əzimova Səbinə Yaşar qızı, İddiaçı, vəkili X1 və cavabdeh 3 saylı “Asan xidmət” mərkəzinin notariat kontorunun xüsusi notariusu Ş6 vəkili X3 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 may 2019-cu il tarixli, 2(103)6689/2019 saylı qətnaməsindən cavabdeh 3 saylı “Asan xidmət” mərkəzinin notariat kontorunun xüsusi notariusu Ş6 kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 07 mart 2019-cu il tarixli, 2(004)1997/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim E.Ə.Mehdiyev) İddiaçı cavabdeh 3 saylı “Asan xidmət” mərkəzinin notariat kontorunun xüsusi notariusu Şahgəldiyev Rasim Mövsüm oğluna qarşı “notariusun hərəkətinin qanunsuz hesab edilməsi” barədə iddiası rədd edilib. İddiaçı qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 may 2019-cu il tarixli, 2(103)6689/2019 saylı qətnaməsi ilə (hakimlər F.Ş.Talışinski sədrlik edən, məruzəçi, Z.Ə.Əliyev və R.Ə.Eyvazov) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 07 mart 2019-cu il tarixli qətnaməsi ləğv edilib, iddia ərizəsi təmin edilərək, əmlakı üzərində sərə ncam vermək hüququnun bərpa edilməsi üçün mənzilinin qanuna uyğun olaraq sığorta tələb edilmədən iddiaçı tərəfindən oğluna bağışlanılması barədə notarial hərəkətinin aparılmasının cavabdehə həvalə edilməsi qət edilib. Cavabdeh qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq “əmlakı üzərində sərəncam vermək hüququnun bərpa edilməsi üçün mənzilinin qanuna uyğun olaraq sığorta tələb edilmədən tərəfindən oğluna bağışlanılmasına dair notariat hərəkətinin aparılmasının cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş edib və tələbini onunla əsaslandırıb ki, özünə məxsus olan mənzili oğluna bağışlamaq üçün cavabdehə müraciət edib və sonuncu öz şəxsi mülahizələrinə əsaslanaraq mənzilin icbari sığortası olmadığı üçün bundan imtina edib və bununla da onun mənzili üzərində sərəncam vermək hüququnu qərəzli olaraq pozub. Belə ki, cavabdehdən etdiyi hərəkətlərin sübutu kimi hansı qanuna istinad etdiyini soruşduqda o, heç bir qanuna istinad etmədiyini bildirib. Cavabdehin mənzilə dair bağışlama müqaviləsini təsdiq etmək üçün ondan mənzilin sığortalanmasını tələb etməsi qanunsuz olmuşdur. Çünki, Qanunda sığortanın olub-olmamasının mülkiyyətçinin mənzili üzərində şərəncam vermək hüququnu məhdudlaşdıran müddəa yoxdur və notarial hərəkətlərin aparılmasının qadağan edilməsi nəzərdə tutulmayıb. Qanuna görə, sığorta işi sırf sığorta təşkilatlarına aiddir. Əgər sığorta təşkilatlarının onunla hər hansı bir mübahisəsi vardırsa, bu qanuna əsasən məhkəmə yolu həll edilə bilər. Ona görə də iddia ərizəsinin təmin edilm əsini xahiş edir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi hüquq normalarının tələblərini pozaraq, onların tətbiqində və təfsirində səhvə yol verib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. İddiaçı kassasiya şikayətinə dair etiraz ərizəsində kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunub. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında cavabdeh 3 saylı “Asan xidmət” mərkəzinin notariat kontorunun xüsusi nota riusu Ş6 vəkili kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. İddiaçı və vəkili məhkəmə iclasında kassasiya şikayətinin dəillləri ilə razılaşmayıb izahatlarında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən, kassasiya şikayətinin təmin edilmədən saxlanılmasını xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya insta nsiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə qəbul edərkən, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 3.1.1, 4.1, 35.2, 37-ci maddələrinin, “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 2, 40, 46-cı maddələrinin, Mülki Məcəllənin 666674-cü maddələrinin, həmçinin MPM-nin 14.2, 76.1, 77.1, 80- 82, 106.2, 217.4, 220.5, 372, 385, 386, 388, 390-cı maddələrinə əsasən iddia tələbinin əsaslı olmasına, birinci instansiya məhkəməsinin qətnaməsinin maddi, prosessual hüquq normalarına riayət edilmədən qəbul edilməsinə, cavabdehin sübut etmək vəzifəsinə istinadən onun hərəkətlərini n qanuni əsaslarının müəyyən edilməməsinə, notariusun diskression səlahiyyətindən kənar normalara istinad edilməklə imtinanın əsasını əks etdirən imperativ normaların qanunvericiliklə müəyyən edilməməsinə və məhkəmə tərəfindən tətbiqetmədə münasibətlərə dair dispozitiv səciyyəsi olmayan qanunvericilik normalarına istinad edilməsinin yolverilməz olmasına istinad edib. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtəfli və obyektiv araşdırmayıb. Belə ki, iddiaçı, iddia ərizəsində cavabdehin onun mülkiyyəti üzərində sərəncam vermək hüququnu kobud şəkildə pozmasını və mənz ili üzərində bağışlama müqaviləsini notariat qaydasında təsdiq etməkdən əsassız olaraq imtina etməsini göstərsə də, kassasiya instansiyası məhkəməsi bununla razılaşmır. Belə ki, əvvəla, hüquq ədəbiyyatında sığorta- (ing.insurance- sözündən olub) şəxslərin əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, həmçinin qanunverciliklə qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəliyyəti ilə əlaqədar olan əmlak mənafelərinin müdafiəsi sahəsində riskin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanan münasibətlər sistemidir. Göründüyü kimi sığortanın məqsədi- şəxslərin əmlakını, həyatını, sağlamlığını və sair əmlak mənafelərini təsadüfi risklərdən qorumaqdan ibarətdir. Sığorta könüllü və icbari formalarda həyata keçirilə bilər. Könüllü sığorta sağortaçı ilə sığortalı arasında müqavilə əsasında həyata keçirilir. İcbari sığorta isə qanunun qüvvəsi ilə həyata keçirilən sığortadır. Digər tərəfdən, işin hallarından görünür ki, cavabdeh əslində iddiaçıya mənzilini oğluna bağışlamasına dair notariat hərəkətlərini aparmaqdan imtina etməyib, sadəcə ona məxsus mənzil “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada icbari sığortalanmadığına görə, onun üzərində texniki səbəblərdən notariat hərəkətlərinin aparılmasının qeyri-mümkün olduğu bildirilib. Halbuki, həmin Qanunun 3.1.1-ci maddəsinə əsasən, icbari sığortaların müvafiq sığorta növü üzrə sığorta marağı olan hər kəsə şamil edilməsi və məcburiliyi bu Qanunda nəzərdə tutulan icbari sığortaların əsas prinsiplərindən biridir. Həmin Qanunun 35.2-ci maddəsinə görə, bu Fəslin məqsədləri üçün hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə dövlət əmlakının sığortası icbaridir. Həmin Qanunun 37-ci maddəsinə əsasən, mülkiyyətində bu Qanunun 35.2-ci maddəsində nəzərdə tutulmuş hər hansı daşınmaz əmlak olan və ya ona faktiki sahibliyi həyata keçirən şəxslər həmin əmlakı bu Qanunun 8.3-cü maddəsini nəzərə almaqla, icbari qaydada sığorta etdirməlidir. Həmin Qanunun 75-ci maddəsində göstərilir ki, bu Qanunun Xüsusi bölməsində icbari qaydada sığorta etdirmək vəzifəsi müvafiq olaraq müəyyən edilmiş şəxslərin icbari qaydada sığortalanmasını təmin etmələrinə nəzarət maliyyə bazarlarına nəzarət orqanı ilə birlikdə həm də hər bir icbari sığorta növünün özünəməxsus xüsusiyyətləri nəzərə almaqla müvafiq icra hakimiyy əti orqanları tərəfindən həyata keçirilir. Həmin Qanunun 77.1-ci məddəsinə əsasən, bu Qanunun tələblərinin pozulmasına görə hüquqi və fiziki şəxslər qanunla müəyyən edilmiş məsuliyyət daşıyırlar. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini pozaraq, icbari sığortanın hər kəsə şamil edilməsini, onun məcburiliyinin icbari sığortanın əsas prinsiplərindən biri sayılmasını, həmçinin qanunla fiziki şəxslərə məxsus mənzillərin sığortasının icbari qaydada həyata keçirilməsini və bunun üçün müvafiq nəzarəti maliyyə bazarlarına nəzarət orqanı ilə birlikdə, həm də hər bir icbari sığorta növünün özünəməxsus xüsusiyyətlərini nəzərə almaqla müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilməsini nəzərə almadan, qanunda nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanların ın dairəsini müəyyən etmədən, notariat hərəkətlərini həyata keçirən orqanların bura daxil olub-olmamasını araşdırmadan, yalnız iddiaçının gətirdiyi arqumentlərə əsaslanaraq iddia tələbini əsaslı hesab etmişdir və nəzərə amamışdır ki, məhz İnzibati Xətalar Məcəlləsinin 469-cu maddəsində icbari sığorta müqaviləsinin bağlanmamasına görə, fiziki, hüquqi və vəzifəli şəxslərin inzibati məsuliyyəti nəzərdə tutulmuşdur. Eyni zamanda “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasında notariat dedikdə- bu Qanunla nəzərdə tutulmuş hüquqi hərəkətləri aparmağa müvəkkil edilmiş şəxslər birlikdə başa düşülür. Həmin Qanunun 2-ci maddəsində göstərilir ki, notariat hərəkətlərinin aparılması zamanı Azərbaycan Respublikasının Konstitusiyası, bu Qanun, Azərbaycan Respublikasının digər qanunları, habelə bu Qanuna zidd olmayan müvafiq icra hakimiyyəti orqanlarının öz səlahiyyətləri daxilində qəbul etdikləri normativ aktlar rəhbər tutulur. Həmin Qanunun 8-ci maddəsinə görə, notarius bu Qanunda nəzərdə tutulan hərəkətləri apara bilər, əqdlərin və digər sənədlərin layihələrini tərtib edə bilər, sənədlərin surətlərini və onlardan çıxarışları hazırlaya bilər, notariat hərəktələrinin aparılması ilə əlaqədar məsləhətlər verə bilər, fiziki və hüquqi şəxslərdən həmin hərəkətlərin aparılması üçün sənədləri və məlumatları tələb edə bilər. Həmin Qanunun 27-ci maddəsinə əsasən, notariat hərəkətlərinin aparılması qaydaları bu Qanun, Azərbaycan Respublikasının digər qanunvercilik aktları və onların əsasında Azərbaycan Respublikası müvafiq icra hakimiy yəti orqanının təsdiq etdiyi müvfiq təlimatla...müəyyən edilir. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin təfsirində səhvə yol verərək, notariusun- notariat hərəkətlərinin aparılması zamanı Azərbaycan Respublikasının Konstitusiyasını, bu Qanunu, Azərbaycan Respublikasının digər qanunlarını, habelə bu Qanuna zidd olmayan müvafiq icra hakimiyyəti orqanlarının öz səlahiyyətləri daxilində qəbul etdikləri normativ aktları rəhbər tutmasını və bu zaman notariusun- notariat hərəktələrinin aparılması ilə əlaqədar məsləhətlər vermək; fiziki və hüquqi şəxslərdən həmin hərəkətlərin aparılması üçün sənədləri və məlumatları tələb etmək və sair hüquqlarının olmasını nəzərə almadan, qətnamədə, notariusun diskression səlahiyyətindən kənar normalara istinad etməsini və birinci i nstansiya məhkəməsi tərəfindən tətbiqetmədə münasibətlərə dair dispozitiv səciyyəsi olmayan qanunvericilik normalarına istinad edilməsini göstərməklə səhv nəticəyə gəlmişdir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 40-cı maddəsinin 1) və 6)-cı bəndlərinə görə, hərəkətin aparılması qanuna zidd olduqda; həmçinin notariat hərəkətinin aparılması üçün təqdim olunan sənədlər qanunverciliyin tələblərinə zidd olduqda və sair hallarda notarius və notariat hərəkətlərini aparan digər vəzifəli şəxslər notariat hərəkətlərini aparmaqdan imtina etməlidirlər. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan maddənin tələbinə uyğun olaraq, iddiaçının icbari sığorta olunmayan mənzilini oğluna bağışlamaq istəməsinə dair hərəkətin aparılmasının qanuna uyğunluğunu, həmçinin mənzilə dair bağışlama müq aviləsinin təsdiq edilməsi üçün iddiaçı tərəfindən notariusa təqdim edilən sənədlərin qanunverciliyin tələblərinə uyğun gəlib-gəlməməsini kifayət qədər araşdırmadan və ümumiyyətlə, daşınar və daşınmaz əmlaklar barədə əqdlərin təsdiq edilməsinə dair artıq notariat orqanlarında təşəkkül tapmış təcrübəni nəzərə almadan, mənzili üzərində sərəncam vermək hüququnun bərpa edilməsi üçün mənzilin qanuna uyğun olaraq sığorta tələb edilmədən iddiaçı tərəfindən oğluna bağışlanılmasına dair notarial hərəkətinin aparılmasının cavabdehə həvalə edilməsi barədə səhv nəticəyə gəlmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 305.1.8-ci maddəsinin mənasına görə, notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər o, vaxt əsaslı sayıla bilər ki, notarius tərəfindən nota riat hərəkətlərinin aparılmasından qanunsuz olaraq imtina edilmiş olsun. Həmin Məcəllənin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda göstərilən faktiki hallarını nəzərə alıb, sadalanan maddi, prosessual hüquq normalarının tələblərini əsas tutub, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən, sadalanan nöqsanlar arad an qaldırılmaqla yanaşı, işin halları tam, hərtəfləri və obyektiv araşdırılmaqla, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün hüquqi qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Cavabdeh 3 saylı “Asan xidmət” mərkəzinin notariat kontorunun xüsusi notariusu Ş6 kassasiya şikayəti qismən təmin edilsin, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 may 2019-cu il tarixli, 2(103)-6689/2019 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7038/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7038/2019
19.11.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver