Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7039/2019 30.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Müabriz qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22.07.2019-cu il tarixli, 2(103)-9685/2019 nömrəli qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X2 Cavabdeh İB-nə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona məxsus Bakı şəhəri, Bilgəh qəsəbəsi, Al balılıq yaşayış sahəsində yerləşən evə dair 11.12.2017-ci il tarixli ******* saylı akta əsasən əsassız olaraq hesablanmış 85464 m3, yəni 17.092,30 manat məbləğində borcun silinməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Bakı şəhəri, Bilgəh qəsəbəsi, Albalılıq yaşayış massivi ünvanda yaşayır. 11.12.2017-ci il tarixdə Cavabdeh İB-nin əməkdaşları tərəfindən onun evinin qaz sayğacına baxış keçirilmiş və qaz sayğacı çıxarılaraq, yerinə yeni sayğac quraşdırılmışdır. Bu barədə akt tərtib edilmişdir. Həmin aktda sayğacın klapanın sınıq olması, sayğacın sərfiyyata uyğun olmaması qeyd edilmişdir. Bundan sonra 15.12.2017-ci il tarixdə həmin ünvanda onun yaşadığı evin təbii qazına görə əsassız olaraq itirilmiş təbii qazın dəyəri hesablanaraq 85.464 m3 qaz sərfıyyatı, yəni, 17.092,30 manat məbləğində borc hesablanmışdır. Hesab edir ki, borcun tələb edilməsi əsassızdır. Belə ki, qaz sayğacı evdən çöldə yerləşir, qaz sayğacı çıxarılarkən üstündə plombu olmuş və tərəfindən sayğaca heç bir müdaxilə edilməmişdir. Sayğac işləyərkən sərfiyyata uyğun olmaması, xarab olması, sayğacın klapanının qırıq olmasına görə o, cavabdehlik daşımır. O, yaşadığı evin həyətində istixana quraşdırmışdır. İstixanaya ayrıca qaz sayğacı qoyulmuşdur. Bundan başqa istixana həm qazla, həm də dizel yanacağı ilə işləyir. Qaz olmayanda o, istixananı dizel yanacağı ilə işlədir. Cavabdeh tərəfindən qaz sayğacına laborator müayinə keçirilən zaman o, dəvət edilməmiş və onun iştirakı olmadan sayğaca baxış keçirilmişdir. Bu da qanunvericiliyin tələblərinin pozulması de məkdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (İ.R.Burcayev) 27 mart 2019-cu il tarixli 2(008)2881/2019 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər V.N.Sadıqov, A.Q.Hüseynov və A.N.İmanov) 22 iyul 2019-cu il tarixli, 2(103)-9685/2019 saylı qətnaməsi ilə cavabdehin apelyasiyaşikayətitəminedilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22.07.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22.07.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, işin yeni apellyasiya b axışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə işin hallarına düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, iddiaçının həyətində mövcud olan istixanalar Cavabdeh İB-də rəsmi qeydiyyatdan keçməmiş, sayğac quraşdırılmamış və abonent kodu açılmamışdır (11.12.2017-ci il tarixədək. Həmin tarixdən sonra istixanaya iddiaçının vəsaiti hesabına G-100 markalı qaz sayğacı quraşdırılmışdır). İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, guya akt tərtib edilənədək istixana işləməmişdir, istixanaya qaz sayğacı quraşdırılan kimi plomblanmışdır. Lakin məhkəməyə təqdim etdiyimiz fotoşəkillərdən də müəyyən edilir ki, istixanalardakı məhsullar demək olar ki, yetişmiş vəziyyətdədir. Əgər istixana işləməmişdirsə məhsullar necə yetişmişdir?. Məhkəmə bu halları araşdırmamışdır. İddiaçı məhkəmədə verdiyi izahatda istixananın həm qazla həm də dizel yanacağı ilə işlədiyini, qaz olmadıqda dizel yanacağı ilə işlədiyini bildirmişdir. Lakin iddiaçı iddia ərizəsində təbii qazın verilişinin qısa müddət ərzində bərpa edilməyəcəyi təqdirdə əkdiyi məhsulların məhv olacağını bildirmişdir. Onda sual olunur əgər istixana dizel yanacğı ilə də işləyirsə qazın olmaması istixananın fəaliyyətinə heç bir təsir göstərməməlidir, yox əgər təsir göstərirsə deməli ümumiyyətlə istixanada dizel yanacağından istifadə edilmir. İddiaçının bütün bu mülahizələri məhkəmənin çaşdırmaq, qanunusz qazdan istifadə faktını pərdələmək üçündür. Ümumiyyətlə iddiaçı tərəfindən məhkəməyə istixanada dizel yanacağından istifadə e dildiyi barədə heç bir sübut təqdim etməmiş, məhkəmə də bu halı araşdırmamışdır. Məhkəmə iddia tələbini təmin edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə istinad etmiş, fiziki şəxs olan istehlakçılarının qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qay paylayıcısı daşıdığını əsas götürmüşdür. Məhkəmə düzgün maddi hüquq normaları tətbiq etməmişdir. Belə ki, dəymiş ziyan qaz sayğacının işləməməsinə görə deyil, fərdi yaşayış evi üçün nəzərdə tutulmuş G-4 markalı qaz sayğacının saatlıq maksimal qaz sərfinin istixanada istifadə olunan qaz işlədicilərinin maksimal saatlıq qaz sərfinə uyğun olmadığı üçün hesablanmışdır. PROSESSUAL MƏSƏLƏLƏR: Tərəflər işə baxılmas ının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 22.07.2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 mart 2019-cu il tarixli qətnaməsini dəyişdirmədən saxlayarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Cavabdeh İB tərəfindən tərtib edilmiş 11.12.2017-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akta əsasən, istehlakçının mülkiyyətində olan evə aid qaz sayğacına baxış keçirilmiş və “sayğacın klapanı sınıqdır, mexaniki və elektron göstəricilər arasında fərq var. Fərdi evin həyətyanı sahəsindəki istixanalarda istifadə olunan 1160 kw gücündə olan istilik qazanı evin G-4 itron tipli sayğacın sərfiyyatına uyğun deyil” qeyd edilmişdir. Akta əsasən dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. 15.12.2017-ci il tarixli akta əsasən itirilmiş qazın dəyəri (124.7- 6) = 118.7 x 12 x 60 = 85464) cəmi 85464 m3, y əni 17.092,30 manat həcmində hesablanmışdır. İş materiallarında olan abonent saldosuna əsasən iddiaçı X1 17.092,30 manat borc hesablanmışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əsaslandırarkən aşağıdakı maddi hüquq normalarına istinad etmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə is tehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan i stifadə Qaydalarf”nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Azərbaycan Respublikası M ülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Apellyasiya instanisyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh təşkilat mübahisələndirmir ki, iddiaçıya məxsus evin qaz təchizatı ilə hesablaşmasını təmin edən sayğac evdən kənarda quraşdırılmışdır. Belə olan halda isə həmin sayğacda yaranan problemə görə iddiaçının məsuliyyət daşıması qanunvericiliyin mənasına görə mümkün deyildir. Başqa sözlə, küçədə quraşdırılmış və işlək vəziyyətinə təchizatçı təşkilatın cavabdehlik daşıdığı sayğaca edilən müdaxilədə iddiaçının təqsirinin olması sübuta yetirilməmişdir. İddiaçının mənzilində istifadə etdiyi qaz sayğacı vasitəsilə istixanaya əlavə xətt çəkməsi və nasos vasitəsilə qazdan istifadə etdiyi üçün sayğacın yararsız hala düşmə si təsdiq olunmur. Əksinə, iddiaçı yaşadığı evin həyətində istixana quraşdırdığını və istixanaya ayrıca qaz sayğacı qoyulduğu bildirmişdir ki, bu hal da cavabdeh tərəfindən təkzib olunmamışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Belə ki, apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfin apellyasiya şikayətində iddiaçının həyətində istixananın olması, həmin istixanaların dizellə qızıdırlmasının mükünsüzlüyü ilə bağlı dəlillərinə müfəssəl qiymət vermədən, dəlillərə dair hər hansı əsaslandırma da təqdim etməmişdir. Apellyasiya instanisyası məhkəməsi iş üzrə yekun qərarın qəbul edilməsi üçün iddiaçının həyətində olan istixanaların mübahisəli dövrdə işləyib işləmədiyini, işləyibsə hansı yanacaq hesabına qızdır ıldığı, dizel yanacağı ilə qızdırılmaya dair iddiaçının istinad etdiyi qurğuların işlək vəziyyətdə olub-olmadığını aydınlaşdırmalı, zəruri hesab etdiyi halda qeyd edilən məsələlər bununla bağlı müvafiq mütəxəssis cəlb etməklə qiymət verməli olduğu halda etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir; 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Eyni zamanda S.Əliyevanın şikayəti ilə əlaqədar Az ərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarında nümayiş etdirilmiş hüquqi mövqeyə əsasən mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkə məsi (bundan sonra - Avropa Məhkəməsi) məhkəmələr tərəfindən məhkəmə aktlarına irəli sürülən əsaslılıq tələbinə əməl edilməməsinin ədalətli məhkəmə araşdırılması hüququnun pozulması kimi qəbul edir və özünün bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsi sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə belə dəlillərin rədd edilməsinə dair nəticəsinin əsaslandırmamasına dəlalət edir (Kuznetsov və digə rlərinin işi üzrə 21 yanvar 2007-ci il tarixli qərarı; Hiro Bilani işi üzrə 9 dekabr 1994-cü il tarixli qərarı). Göstərilənlərə əsasən Kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilmiş hissəsinə dair apellyasiya şikayətinin qeyd edilən dəlilləri baxımndan zəruri əsaslandırma aparmalı olduğu halda bunu etməmiş və nəticədə Mülki Prosessual Məcəlləsinin yuxarıda istinad edilən müddəalarını pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər; 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarını n pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Beləliklə, kassasiya kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətləri təmin edilməli, qətnamə ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən apellyasiya qaydasında baxılan zaman maddi və prosessual qanunvericiliyin istinad edilən tələbinə riayət olunmaqla mübahisənin düzgün həllinə dair qanuni və əsaslı qərar qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 418.1, 418.3, 419, 420, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22.07.2019-cu il tarixli, 2(103)9685/2019 nömrəli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7039/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7039/2019
30.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver