Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7042/2019 04.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər V000yeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X4 oğlunun katibliyi, İddiaçı, Cavabdeh və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 iyun 2019-cu il tarixli 2(103)-7528/2019 nömr000 qətnaməsindən İddiaçıvə vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməs inə müraciət edərək, Cavabdeh borclu olduğu 135.000 ABŞ dolları məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə bir-birlərini uzun müddətdir ki, tanıyırlar. O, 000 2013-cü ildə köhnə tanışı X3 vasitəsilə tanımışdır. Belə ki, Cavabdeh ilə 000 tələbə yoldaşı olmuşdurlar. Cavabdeh “AzTürkMed” firması vardır. Həmin firmanın ofisi Bakı şəhəri, 9 mkr-da yerləşir. Həmin firmanın fəaliyyəti ondan ibarətdir ki, onlar Türkiyədən tibbi ləvazimatların idxalı və satışı ilə məşğul olurlar. Bir dəfə Cavabdeh dostu 000a müraciət edir ki, Türkiyədən həmin malların gətirilməsi üçün 100.000 manat pul lazımdır. 000 isə həmin pulun onda olmadığını bildirmişdir. 000 ona deyib ki, “aaa pul var, mənə pul versin qaza ncımdan müəyyən hissəsini ona verərəm.” Bundan sonra o, 000, 000 və 111 birlikdə 000n 9 mkr-dakı ofisində görüşmüşlər. Həmin şəxslərin yanında 000 deyib ki, ona 100.000 manat versin, o da hər dəfə mal gələndə qazancın 7 faizini ona versin. O, şərik olmağı ona təklif etsə də, razılaşmamışdır. O, isə onun təklifi ilə razılaşmışdır. O, həmin pulu 000yə onun ofisində 111 yanında vermişdir. Bu məsələdən 000 Musayevin də xəbəri olmuşdur. Cavabdeh ilk dəfədən verdiyi vədə əməl etməyərək birinci dəfə Türkiyədən gələn malların qazancından ona cəmi 5 faiz qazanc (yəni 5000 manat) vermişdir. Daha sonra 3 dəfə gətirdiyi malların qazancının 4 faizini vermişdir (yəni hər dəfə 4000 manat). Bu hadisələr 2014-cü ilin yanvar, fevral, mart və aprel aylarında baş verib. 100.000 manatdan əlavə o, ona 2014-cü i l ərzində əlavə olaraq, onun istəyi ilə hissə-hissə olmaqla 40.000 manat, 60.000 manat pul, 25.000 manat dəyərində yod və 15.000 manat pambıq, əlavə olaraq 40.000 manat pul vermiş, iddiaçıya uzun müddət pul verməyəndə o cavabdehdən bunun səbəbini soruşdu, o isə ona “nə fərqi var, ümumi pulun üzərinə g000r deyərək” iddiaçını inandırmışdır. 01.04.2015-ci il tarixdə onların arasındakı borcu hesabladığı zaman anlaşıldı ki, Cavabdeh ona 300.000 ABŞ dolları borcu vardır. Cavabdeh də bununla razılaşmışdır. Aralarında razılaşdılar ki, o ona olan borcunu 2 ay müddətinə tam bağlayacaq. Bundan sonra, o, ona müxt000f vaxtlarda borcunun bir hissəsini qaytarmışdır. 30.11.2015-ci il tarixdə Cavabdehlə ikinci dəfə haqq-hesab edərkən məlum olmuşdur ki, onun ona 150.000 ABŞ dolları borcu qalıb. O ondan pulu n qaytarılmasını tələb etmişdir. 000 isə ona o pulu birdəfəyə qaytara bilməyəcəyini bildirmişdir. Bundan sonra iddiaçı obyektlərindən birinin ona verilməsini və ya obyektini banka qoyaraq pul çıxarıb onun borcunun qaytarılmasını tələb etmişdir. 000 isə ona bankdan pul verməyəcəklərini demiş və ona təklif etmişdir ki, həmin pulu o bankdan götürsün və onun yerinə 000 ödəyəcək. O, ona inanıb “xxxx” QSC-dən 150.000 ABŞ dolları götürdü və 000 onun birinci aylıq ödənişi olan 15.000 dolları ödəsə də, bundan sonra ödəniş etmədi. Bundan sonra 000 ona pul verməyəcəyini bildirdi və əvəzinə ona 9 mkr-dakı ofisini verə biləcəyini dedi. O makler gətirdi və makler həmin obyektin 100.000 ABŞ dollarından artıq satıla bilməyəcəyini ona bildirdi. O, 000yə obyektini özü satmasını və onun borcunun qaytarması nı bildirmişdir. Bundan sonra 000n tanışları ona zəng edərək, ona hədə-qorxu gəlmiş və pulu 000n qaytarmayacağını bildirmişlər. Aralarında olan uzun danışıqlardan sonra o, AR DİN BMCMİ-nə və AR DİN Binəqədi rayon Polis İdarəsinə müraciət etsə də, aralarındakı mübahisənin mülki xarakterli olduğunu bildirərək, ona məhkəməyə müraciət etmək tövsiyə olundu. O, Cavabdeh ona borclu olduğu 135.000 ABŞ dollarını dəfələrlə istəsə də, ona olan borcunu ödəməkdən yayınır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Ayaz Məmmədov) 14 mart 2019-cu il tarixli, 2(004)-675/2019 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “borc tələbi barədə” iddia ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Ş.Məmmədova - sədrlik edən və məruzəçi, V.Həsənov, X.Sarıyev) 20.06.2019 -cu il tarixli 2(103)-7528/2019 nömr000 qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 mart 2019-cu il tarixli, 2(004)-675/2019 saylı qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh qarşı “135.000 ABŞ dolları məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə” tələbinin təmin edilməməsi qət edilmişdir. İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20.06.2019-cu il tarixli 2(103)-7528/2019 nömr000 qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayətinin d000lləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmələr tərəfindən iş üzrə formal araşdırılma aparılmış, iddiaçının təqdim etdiyi sü butlara qiymət verilməmiş, hadisənin şahidləri olmuş şəxslərin məhkəmə iclasında dindirilmələri barədə iddiaçının vəsatəti təmin edilməmiş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Prosessual məsələlər: Məhkəmə kollegiyası iclasında İddiaçı vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-cı maddəsinə əsasən məhkəmə kollegiyası onun izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh və vəkili E.000yarov kassasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbi nə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən ir000 gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməm000dir. Apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarından görünür ki, İddiaçı cavabdeh Cavabdeh tərəfindən aldadılaraq 135.000 ABŞ dollarının ələ keçirilməsinə istinad edərək cavabdeh barəsində Binəqədi Rayon Polis İdarəsinə şikayət etmişdir. Araşdırma zamanı iddiaçı izahatında bildirmişdir ki, 2013-cü ilin dekabr ayında o, Cavabdeh Türkiyədən gətirdiyi tibbi ləvazimatların satışından əldə ediləcək qazancın 7%-ni verməsi şərti ilə 100.000 manat vermişdir. Cavabdeh həmin pulu verəndən sonra o, Türkiyədən dediyi malları gətirməyə başlamışdır. Birinci dəfə gətirdiyi malların qazancından 000 ona qazancın 5%-ni, yəni 5000 manat, daha sonra üç dəfə gətirdiyi malların qazancından əldə olunmuş g000rin 4%-ni, yəni hər dəfə 4000 manat pul vermişdir. Bunlar 2014-cü ilin yanvar, fevral, mart və aprel aylarında olmuşdur. 100.000 manat puldan əlavə 2014-cü il ərzində o, Cavabdeh əlavə olaraq onun istəyi ilə hissə-hissə iki dəfə, hər dəfə də 20.000 manat olmaqla 40.000 manat, daha sonra bir neçə dəfəyə 60.000 manat pul və 20.000 manat dəyərində yod vermişdir. 100.000 manatla birgə o, Cavabdeh 220.000 manat məbləğində pul vermişdir. Bu pulları o, Cavabdeh Türkiyədən tibbi ləvazimatlar gətirdikcə lazım olan zaman ona etdiyi müraciətlər əsasında vermişdir. Cavabdeh Türkiyədən gətirdiyi malların qazancından dörd dəfə ona pul verəndən sonra daha pul verməmişdır. Hər dəfə istəyəndə isə Cavabdeh ona deyirmiş ki, qazancdan ona çatası məbləğ pulunun üstünə hesablanır. O da onun dediklərinə tam inanmış və arxayın olmuşdur. 01.04.2015-ci ildə Cavabdehlə o, aralarında hesab-kitab etmişlər və məlum olmuşdur ki, Cavabdeh ona 300.000 ABŞ dolları məbləğində borcu var. Cavabdeh özü də bununla razılaşmışdır. Cavabdehlə danışıb belə qərara gəlmişlər ki, 2 ay ərzində o, ona olan borcunu tam şəkildə qaytarsın. Cavabdeh onun dedikləri ilə razılaşmış və 2 ay müdd ətində ona olan borcunu tam şəkildə qaytaracağını bildirmişdir. Cavabdeh 01.09.2015-ci ildə ona 73.600 ABŞ dolları, 11.09.2015-ci ildə 12.300 ABŞ dolları, 18.09.2015-ci ildə 6.350 ABŞ dolları, 02.10.2015-ci ildə 20.200 ABŞ dolları, 02.11.2015-ci ildə 28.600 ABŞ dolları, 10.11.2015-ci ildə 2000 ABŞ dolları məbləğində pul qaytarmışdır. 30.11.2015-ci ildə o, qardaşı oğlu Rizvan Sadıqov və Cavabdeh iştirakları ilə Cavabdehlə aralarında ikinci dəfə hesabkitab etmişlər və məlum olmuş ki, Cavabdeh ona 150.000 ABŞ dolları məbləğində borcu qalmışdır. Cavabdeh 150.000 ABŞ dollarını bir dəfəyə ona qaytara bilməyəcəyini bildirmişdir. Belə olan halda o, Cavabdeh obyektlərindən birini banka girov qoyub, pul götürməklə ona olan borcunu qaytarmasını bildirmişdir. Cavabdeh isə ona kredit verməyəcəklərini, onun özünün bankdan 150.000 ABŞ dollarını kredit kimi götürməsini, əvəzində banka olan borcunu hər ay ödəyərək borcu bağlayacağını bildirmişdir. O da Cavabdeh dediklərinə və səmimiyyətinə tam inanaraq, onu aldatmasını ağlına gətirməyərək "xxxxa" müraciət edərək öz adına 150.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Ondan sonra Cavabdeh faizlə birgə banka ödəmək üçün ona bircə dəfə 19.500 ABŞ dolları məbləğində pul vermişdir. Sonrakı aylarda isə banka olan borcu ödəməkdən qəti imtina etmişdir. Aralarında faizlər də nəzərə alınmaqla 135.000 ABŞ dolları məbləğində borc pul qalmışdır. Binəqədi Rayon Polis İdarəsində həmin araşdırma çərçivəsində, cavabdeh izahatında göstərmişdir ki, Türkiyə Respublikasından Azərbaycan Respublikasına tibbi ləvazimatların alveri ilə məşğul olmaq üçün ona pul lazım olduğundan tanışlarına müraciət etmişdir. Həmin ərəfələrdə 000 Musayev tanışı aaaadlı şəxsin ona faizlə pul verə biləcəyini bildirmişdir. Aralarında olan razılaşmaya əsasən aaaona ayı 5 faiz olmaqla 100.000 manat pul vermişdir. O, aaan 100.000 manat pulu alandan iki ay sonra ABŞ dollarının məzənnəsi qalxdığından aaaondan aldığı pulu ABŞ dollarına çevirərək ondan əsas borc pulu və aylıq 5 faiz pulu dollarla ödəməyini tələb etməyə başlamışdır. İki il ərzində o, özünə aid əmlakı və qohumlarından götürdüyü pulla Şəmşirə həm ondan götürdüyü pulun aylıq faizini və əsas borcu bağlamışdır. 2016-cı ilin may ayının əvvəllərində o, aralarında olan borcun bağlanmasına aydınlıq gətirmək istədikdə aaaonun 135.000 ABŞ dollar borcunun olmasını əsas gətirərək borcu istədikdə o, aldığı 100.000 manat pulu və aylıq 5 faizinin ABŞ dolları ilə artıqlaması ilə ödəyərək ona artıq borcunun qalmamasını bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsindən ibarət birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə yaranmış borcun tutulmasına dair iddia tələbi ilə, cavabdeh tərəfindən edilmiş son ödəniş vaxtından (cavabdeh 2013-cü ilin dekabr ayında aldığı 100.000 manat pulu faizi ilə birlikdə 2 il müddətində, 2015-ci ilin dekabr ayında qaytardığını qeyd etmişdir ki, belə olan halda, iddia müddətinin başladığı vaxtın 2015-ci ilin dekabr ayı olması aydın olur) 3 il müddət keçmədən (21.11.2018-ci il tarixdə) müraciət edildiyindən, Azərbaycan Respublik ası Mülki Məcəllənin 373-cü maddəsinin tələblərinə əsasən bu tələblə bağlı iddia müddəti ötürülməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh iddiaçının istinad etdiyi hallardan aylıq 5 faizlə 100.000 manat almasını etiraf etmiş; bu isə o deməkdir ki, iddiaçı iddia tələblərinin həmin hissəsi üzrə sübutetmə vəzifəsindən azad olmaqla göstərilən məbləğdə pulu geri qaytarmış olduğunu sübut etmək bilavasitə cavabdehin üzərinə düşməkdədir. iddiaçı isə öz növbəsində cavabdehin 2014-cü ilin yanvar ayında 5000 manat, daha sonra həmin ilin fevral, mart və aprel aylarında isə hər ay 4000 manat olmaqla, ümumilikdə 17.000 manat pul verməsini, həmçinin 01.04.2015-ci ildən 30.11.2015-ci ilədək olan müddət ərzində 150.000 ABŞ dolları qaytarmasını etiraf etmişdir (iddiaçının bildi rməsinə görə tərəflər arasında birinci hesablaşmada müəyyən edilən borc 300.000 ABŞ dolları olduğu halda, ikinci hesablaşmada 150.000 ABŞ dolları borc qalmışdır). İddiaçı cavabdehdən tələb etdiyi 135.000 ABŞ dollarını özünün bildirdiyinə görə cavabdehlə arasında olan birinci hesablaşmada (01.04.2015-ci il tarixdə) müəyyən etdikləri 300.000 ABŞ dollarından ödənilməmiş qalan məbləğ kimi göstərsə də, həmin 300.000 ABŞ dollarının hansı qaydada hesablandığını qeyd etməmiş, cavabdehə verdiyi 100.000 manat pul vəsaitinə hansı qaydada faizlər hesablaması aydın olmadığından, cavabdehin aldığı 100.000 manat pul vəsaitinin qarşılığında ödədiyi (iddiaçı tərəfindən etiraf olunan) 17.000 manat və 150.000 ABŞ dolları nəzərə alındığında cavabdehin borcunu tam şəkildə qaytarması qənaətinə gəlmək mümkündü r. İddiaçı Cavabdeh 2014-cü il ərzində əlavə olaraq, hissə-hissə olmaqla 40.000 manat, 60.000 manat pul, 25.000 manat dəyərində yod və 15.000 manat pambıq, əlavə olaraq 40.000 manat pul verməsini iddia etsə də, bununla bağlı ümumiyyətlə heç bir sübut təqdim etməmişdir, həmçinin Binəqədi Rayon Polis İdarəsində iddia ərizəsinə uyğun olmayan izahat verməklə 2014-cü il ərzində Cavabdeh əlavə olaraq onun istəyi ilə hissə-hissə iki dəfə, hər dəfə də 20.000 manat olmaqla 40.000 manat, daha sonra bir neçə dəfəyə 60.000 manat pul və 20.000 manat dəyərində yod verdiyini bildirmişdir, qeyd edilənlər isə cavabdeh tərəfindən təkzib edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsasl ı qətnamə qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləm000dirlər. - 740-cı maddəsinin tərəflər arasında münasibətlər yaranan dövrdə qüvvədə olan redaksiyas ına əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. - 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. - 385.1-ci maddəsinə əsasən öhd000yə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etm000dir, məsələn, pul ödəm000, əmlak verm000, iş görm000, xidmətlər göstərm000 və i.a. və ya müəyyən hərəkətdən çəkinm000dir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlarda n istifadə etm000dir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etm000dir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilm000dir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfində n tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin borcun verilməsi barədə məlumatlı olan, yanlarında pul verilən və son haqq-hesabda iştirak edən şəxslərin şahid qismində dindirilməsi barədə vəsatətin hər iki instansiya məhkəməsi tərəfindən təmin edilməməsi barədə d000lləri əsassızdır. Belə ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid iş üzrə ona məlum olan məlumatları və halla rı məhkəməyə şifahi bildirməyə, düzgün ifadə verməyə borcludur. (MPM-nin 62-ci və 104.1-ci maddələri) Həmin Məcəllənin 104.6-cı maddəsinə əsasən şahidin çağırılması barədə vəsatət qaldıran şəxs şahidin soyadını, adını, atasının adını və yaşadığı yeri göstərməyə borcludur. İş materiallarından görünür ki, iddiaçı birinci instansiya məhkəməsində hər hansı şahidin dindirilməsi barədə vəsatət verməmiş, apellyasiya instansiya məhkəməsinə isə R.Tarıverdiyev,A.Qasımov, R.Sadıqov, Ə.Hacıyev və E.Musayevin yazılı ərizələrini sübut kimi təqdim etmişdir. Halbuki şahid iş üzrə ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirm000dir. Mülki Prossesual Məcəlləsinin 175.1-ci maddəsinə əsasən məhkəmə işə baxarkən iş üzrə sübutları bilavasitə tədqiq etməyə, tərəflərin və üçüncü şəxslərin izahatl arını, şahidlərin ifadələrini, ekspertlərin rəylərini dinləməyə, yazılı sübutlarla tanış olmağa, maddi sübutları müayinə etməyə, səs yazılarına qulaq asmağa, video yazılara baxmağa və işə baxılması ilə əlaqədar digər hərəkətləri etməyə borcludur. Kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu göstərsə də, bu pozuntunun nədən ibarət olduğunu əsaslandırmamış, sübutların qiymətləndirilməsi ilə bağlı öz mülahizələrini qeyd etmişdir. Mülki iş üzrə tam və hərtərəfli araşdırma aparılmayaraq işin hallarının düzgün müəyyən edilməməsi barədə qeyd edilən d000llərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxt000f qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiya yeni sübut qəbul etmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntular ının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsi barədə nəticəyə gələrkən hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilm000 olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Kassasiya şikayətinin d000lləri əsassızdır, həmin d000llər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməm000, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.06.2019-cu il tarixli 2(103)-7528/2019 nömr000 qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7042/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7042/2019
04.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver