Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7045/2019 18.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı və onun vəkili X2 iştirakı ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-8376/2019 nömrəli iş üzrə 08 iyul 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nərimanov rayon məhkəməsinin (hakim Kəmalə Əmirxanova) 22 noyabr 2018-ci il tarixli qətnaməsi i lə iddia tələbi təmin edilmiş, Cavabdeh ünvan, 47 a saylı evi, 8 nömrəli mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər İsmayıl Xəlilov - sədrlik edən və məruzəçi, Xəyalə Cəmilova, İlham Kərimli) 08 iyul 2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 22 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, ilk iddia tələbi rədd edilmiş, qarşılıqlı iddia təmin edilərək, Cavabdeh ünvan, 47 a saylı evin, 8 nömrəli mənzilinə köçürülməsi qət edilmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilməsi və qeydiyyatdan çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandır ılmışdır ki, ünvan 1 ünvanda yerləşən mənzil iddiaçının adına atası X1 14.08.1996-cı il tarixli vəsiyyətnaməsi əsasında rəsmiləşdirilmişdir. Bununla bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 04.05 2017-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, ünvan ev 47a, mənzil 8 tam mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 76-15 nömrəli reyestr kitabının 246557 nömrəli vərəqində qeydiyyata alınmışdır. Lakin buna baxmayaraq cavabdehin günahı üzündən mənzil üzərində sahib olmaq, istifadə etmək və sərəncam vermək hüquqlarını tam həyata keçirə bilmir. Belə ki, cavabdeh göstərilən ünvandakı mənzildə yaşamasa da, formal olaraq orada qeydiyyatda qalmışdır. Cavabdehin iddiaçıya məxsus xüsusi mülkiyyətində olan yaşayış sahəsindən qeydiyyatdan çıxmaması nəticəsində mülkiyyət hüququ kobud şəkildə pozulmuş və pozulmaqda davam edir. Cavabdehin günahı üzündən mənzil üzərindəki sahib olmaq, istifadə etmək və sərəncam vermək hüquqlarını həyata keçirməkdə maneələrlə üzləşir və əlavə kommunal ödənişlərə cəlb olunur. Qeyd edilənlərə əsasən, Cavabdeh Bakı şəhəri, ünvan ev 47a, mənzil 8-də yerləşən, İddiaçı xüsusi mülkiyyətində olan yaşayış sahəsindən istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək Bakı şəhəri, ünvan ev 47a, mənzil 8-də yerləşən mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, 1994 -cü ildə iddiaçı ilə rəsmi nikaha daxil olaraq mübahisəli mənzildə yaşamağa başlamış və həmin mənzildə qeydiyyata alınmışdır. Aralarında mənzildən istifadəyə dair hüquq munasibətləri 2000-ci ilədək yaranmışdır. Lakin şəkərli diabet xəstəliyinin ağır formasına düçar olduqdan sonra iddiaçının onunla münasibətləri pisləşmiş, ona baxmaqdan və qulluq etməkdən imtina etmiş, hətta xəbəri olmadan 2011-ci ildə “nikahın pozulmasına dair” idddia ilə Nərimanov rayon məhkəməsinə müraciət etmiş və nikahın pozulmasına dair qətnamə qəbul edilmişdir. Lakin mübahisəli mənzildə yaşamağa davam etmiş və iddiaçı ilə birgə təsərrüfat aparmışlar. 2017-ci ildə baxımsızlıq nəticəsində şəkərli diabet xəstəliyi kəskinləşərək sol ayağında olan aşağı ətrafın sol baldırın total diabetik yaş qanqrenası diqaqnozu ilə xəst əxanaya yerləşdirilmiş və sol baldırın yuxarı 1/3 hissəsi amputaiya olunmuşdur. Xəstəxanadan çıxdıqdan sonra mübahisəli mənzildə yaşamağa davam etmişdir. 2018-ci ilin aprel ayında sağ ayağında olan aşağı ətrafın sağ baldırın total diabetik yaş qanqrenası diaqnozu ilə xəstəxanaya yerləşdirilmiş və 25 aprel 2018-ci ildə sağ baldırın yuxarı 1/3 hissəsi amputasiya olunmuş və ambulator müalicə üçün evə yazılmışdır. Bu əməliyyatdan sonra iddiaçı başqa yaşayış yerinin olmamasına və hər iki ayağının kəsilmiş vəziyyətdə olmasına baxmayaraq, yaşadığı mənzildən qovmuşdur. Həmin vaxtdan iki ayağı amputasiya olunmuş vəziyyətdə müxtəlif şəxslərə məxsus mənzillərdə müvəqqəti məskunlaşmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayət inə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 08 iyul 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Bakı Apellyasiya Məhkəməsi qətnaməsini əsaslandırmaq üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli qərarına istinad etmişdir. Halbuki məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərarını tətbiq etməli idi. Apellyasiya məhkəməsi mülki işin xüsusatlarmı tam araşdırmamış, bu isə m əhkəmənin gəldiyi nəticə ücün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlasdırılmadığını sübut edir. Məhkəmə qətnamənin əsaslandırıcı hissəsində ziddiyyətli bir nəticəyə varmış yalnız iki şahidin verdiyi ifadəyə istinad etməklə qarşılıqlı iddianın təmini barədə səhv nəticəyə gəlmişdir. Tərəflərin izahatları: İddiaçı və onun vəkili X4 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəç ini, iddiaçının və vəkilinin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 08 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki,tərəflər 1994-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Aralarındakı nikah 2011-ci ildə pozulmuşdur. Bakı şəhəri, ünvan 47a saylı evi, 8 nömrəli mənzil 14.08.1996-cı il tarixli vəsiyyətnamə ilə İddiaçı vəsiyyət olunmuş, 2017-ci il tarixdə onun mülkiyyət hüququ rəsmi reyestrdə qeydiyyata alınmışdır. Cavabdeh hazırda həmin mənzildə qeydiyyatdadır. Apellyasiya instansiyası məhkəməsinin icla sında iştirak edən şahid Cavabdeh Əlicabbar oğlu bildirmişdir ki, Kübra ilə 10 il bir məktəbdə oxumuş, Zakiri də tanıyır. Tərəflər 1997-ci ildən rəsmi nikaha girmişlər və o vaxtdan daimi olaraq birlikdə yaşamışlar. Bildiyi qədər cavabdehin birinci ayağı 2017-ci ildə, ikinci ayağı isə 2018-ci ildə amputasiya olunmuşdur. Əməliyyatla bağlı onu xəstəxanaya aparmışdır. O zaman ona qonşular köməklik etmişlər. Birinci əməliyyatda Kübra xəstəxanaya getmiş, lakin ikinci dəfə getməmişdir. Sonuncu əməliyyatdan sonra xəstəxanadan çıxanda Zakir bacısıgilə getmişdir. Hazırda 8-ci mikrorayonda yaşayır. Apellyasiya instansiyası məhkəməsinin iclasında iclasında iştirak edən şahid X3 bildirmişdir ki, Zakir onun qardaşıdır. Hazırda bir otaqlı evdə oğlu və həyat yoldaşı ilə birlikdə yaşayır. Ona görə də qarda şının onunla birlikdə yaşaması mümkün deyil. Zakir Kübranın evində 19 il yaşamışdır. İkinci əməliyyatdan sonra Kübra rayona gedəcəyini demiş, buna görə də bir müddət bacısının evində qalmışdır. Hazırda isə nə bacısının, nə də onun evində Zakirin daimi yaşaya bilməsi üçün şərait yoxdur. İddiaçının dəlili ondan ibarət olmuşdur ki, cavabdeh uzun müddətdir ki, həmin mənzildə yaşamır və buna görə də o, istifadə hüququna xitam verilməklə qeydiyyatdan çıxarılmalıdır. Apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını, apellyasiya şikayətinin və qarşılıqlı iddia ərizəsinin dəlillərini, şahid ifadələrini və digər sübutları tədqiq edərək, iş materiallarını hərtərəfli, tam, obyektiv araşdıraraq hesab etmişdir ki, cavabdehin həmin mənzildə uzun müddət yaşamaması və onun həmin yaşayış sahəsinə e htiyyacının aradan qalxması barədə iddiaçının dəlili əsaslı deyil. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, cavabdehin başqa yaşayış yeri yoxdur. Cavabdeh nikaha daxil olandan mübahisəli mənzildə yaşamış və sonuncu dəfə ikinci ayağı amputasiya olunduqdan sonra müvəqqəti olaraq bacısının və sonra isə qardaşının yanında qalmağa məcbur olmuşdur. Qısa müddətlik bacısı və qardaşı ilə qalsa da, onlar da yaşayış şəraiti ilə əlaqədar birlikdə yaşamalarına razı olmamışlar. Göründüyü kimi cavabdehin başqa yaşayış yeri yoxdur və onun həmin mənzildən istifadə etməsi zərurəti aradan qalxmamışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh iddiaçı ilə nikah münasibətlərinə girərək, həmin evə köçərək daimi orada yaşamış və bununla da 01 oktyabr 2009-cu il tarixədək qüvvəd ə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 123-cü maddəsinin müddəalarına əsasən onun mübahisəli mənzilə istifadə hüququ yaranmışdır. Belə ki, həmin normaya görə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən, icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Cavabdehin həmin mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı müraciəti və müraciətdə qeyd olunmuş hallar özü-özlüyündə istifadə hüququnun xitamı üçün əsas deyil. Çünki iddiaçı cavabdehin mənzili öz iradəsi ilə daimi olaraq tərk etməsini, özünə başqa yaşayış yeri seçməsini sübuta yetirə bilməmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehin həmin mənzilə istifadə hüququnun yaranması işin mübahisəsiz və təsdiq olunmuş halıdır. Bu halda istifadə hüququna yalnız tərəflər arasında istifadə hüququna xitam verilməsi haqqında notarial qaydada bağlanmış yazılı razılaşma və ya müvafiq kompensasiya verməsi yolu ilə məhkəmə qərarı əsasında xitam verilə bilər. Mənzil Məcəlləsinin 123-cü maddəsində istifadə hüququnun xitamı ilə bağlı məsələlər tənzimlənmədiyi üçün apellyasiya instansiyası məhkəməsi aşağıda qeyd olunmuş Kontsitusiya Məhkəməsinin qərarını rəhbər tutaraq, hesab etmişdir ki, hazırkı iş ü zrə istifadə hüququna kompensasiya verilməklə xitam verilə bilər. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli qərarı ilə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaranmış yaşayış sahəsindən istifadə hüququnun kompensasiya verilməklə xitamına dair bu Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş normanın əvvəllər yaranmış və uzanan xarakter daşıyan münasibətlərə tətbiqini mümkün hesab etmiş və qeyd etmişdir ki, mənzil qanunvericiliyində müə yyən münasibətlərin tənzimlənməməsi, öz əlamətlərinə görə mülki hüququn predmetinə aid mülki münasibətlərin mövcudluğu və mülki qanunvericilikdə oxşar münasibətləri tənzimləyən normanın olması bütövlükdə dövlətin iradəsinin ifadəsindən çıxış edərək boşluğun tamamlanması məqsədi ilə qanunun analogiyasının tətbiqi üçün əsas götürülə bilər. Apellyasiya instansiyası məhkəməsi Kontsitusiya Məhkəməsinin göstərilən qərarını əsas tutaraq hesab etmişdir ki, cavabdehin istifadə hüququna xitam verilməsinə qüvvədə olan Mülki Məcəllənin tələbləri baxımından hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında t əsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı ilə Cavabdeh ailə münasibətlərinə xitam verildiyindən, keçmiş ailə üzvünün, yəni Cavabdeh həmin yaşayış sahəsindən istifadə hüququ saxlanılmalıdır. Çünki tərəflər arasında mənzildən istifadə hüququna xitam verilməsi barədə razılaşma yoxdur və ilk iddia üzrə İddiaçı tərəfindən mənzilə görə müvafiq kompensasiya təklif edilməmişdir. Cavabdehin mənzilə istiadə hüququ olduğundan apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia tələbini də təmin edərək hesab etmişdir ki, Cavabdeh ünvan, 47 a saylı evi, 8 nömrəli mənzilə köçürülməlidir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasındakı münasibətlər 2000-ci ilə qədər yarandığından apellyasiya instansiyası məhkəməsi 01 oktya br 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 123-cü maddəsinin müddəalarına istinad etməkdə haqlı olmuş, məhkəmə maddi hüquq normalarını hazırki mübahisəyə düzgün tədbiq etmişdir. Bundan başqa cavabdehin mənzilə istifadə hüququnun olmasını iddiaçı özü də dolayısı ilə iddia tələbində etiraf etmiş, lakin cavabdehin uzun müddət mənzildən getməsi əsası ilə hazırki iddia tələbini irəli sürərək istifadə hüququnun itirilməsini tələb etmişdir. Apellyasiya instansiyası məhkəməsi isə bu hal düzgün qiymət verərək cavabdehin iki ayağının amputasiya olunduqdan sonra müvəqqəti olaraq bacısının və sonra isə qardaşının yanında qalmağa məcbur olmasını müəyyən etmişdir. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 08 iyul 2019-cu il tarixli qətnaməsi dəyiş dirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-8376/2019 nömrəli iş üzrə 08 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-7045/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7045/2019
18.11.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver