Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7046/2019 21.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu, Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı və vəkili Vəliyev Ramil Əmirxan oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.06.2019-cu il tarixli, 2(103)7311/2019 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal r ayon Məhkəməsinin (hakim F.Əyyubov) 15.02.2019-cu il tarixli, 2(004)-1267/2019 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 02.07.2018-ci il tarixli, **********0 nömrəli əmrinin qanunsuz hesab edilərək ləğv edilməsi, İddiaçı Şirvan şəhər X14 Mərkəzinə baş həkim vəzifəsinə işə bərpa edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qətnamə icra edilən günə qədər İddiaçı Şahmal qızına məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kol legiyasının (hakimlər X.Sarıyev, V.Həsənov, Ş.Məmmədova) 19.06.2019-cu il tarixli, 2(103)-7311/2019 nömrəli qətnaməsi ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 15.02.2019-cu il tarixli, 2(004)-1267/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.06.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödən ilməsi” tələbinə dair iddia ərizəsi ilə 09.01.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 02.07.2018-ci il tarixli, **********0 nömrəli əmrinin ləğv edilməsi, onun Şirvan şəhər X14 Mərkəzinə baş həkim vəzifəsinə bərpa edilməsi və bərpa olunan günə qədər məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəkili İbrahimov Taleh Vəli oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, tətbiq edilməli hüquq normaları tətbiq edilməmişdir. Apellyasiya kollegiyası işə baxarkən Azərbaycan Respublikasının MPM-nin 14.1, 14.2 və 217-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin **********0 nömrəli, 02 iyul 2018-ci il tarixli əmrinə görə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Şirvan şəhər X8 baş həkimi İddiaçı əmək vəzifələrini kobud şəkildə pozduğuna görə 02 iyul 2018-ci il tarixdən tutduğu vəzifədən azad edilmiş və onunla 05 iyun 2017-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir, həmçinin Nazirlik yanında Dövlət Tibb i-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi İ.Qurbanova İddiaçı ilə təhvil-təslim işlərinin və son haqq-hesabın aparılması və Nazirliyin Aparatının Ümumi şöbəsinin müdiri L.Abdullayevaya əmrin surətinin göndərilmə siyahısına uyğun olaraq çatdırılmasının təmin edilməsi tapşırılmışdır. Həmin əmr AR Əmək Məcəlləsinin tələbərinə uyğun tərtib edilmişdir, əmrin ləğv edilməsi üçün heç bir qanuni əsas mövcud deyildir. İş materiallarına əlavə edilmiş 06 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 00006 seriaylı, 039111 nömrəli əmək qabiliyyətinin olmamasına dair vərəqəsindən görünür ki, İddiaçı 02 iyul 2018-ci ildən N.S.D hiper tip diaqnozu ilə 05 iyul 2018-ci ilə qədər əmək qabiliyyətin itirmiş, ona yataq rejimi müəyyən edilmiş, işə başlama tarixi 05 iyul 2018-ci il müəyyən edilmişdir. Bildir irik ki, əvvəla, İddiaçı bülleteni, əmək qabiliyyətli olmasına dair vərəqəsini 02.07.2018-ci ildən məhkəmədə iddia qaldıranadək ƏƏSMN-nə təqdim etməmişdir. Bu barədə ƏƏSMN-nin heç bir məlumatı olmamışdır. Bundan əlavə bu xəstəlik vərəqəsinin həqiqəti əks etdirməsi də inandırıcı deyil. Belə ki, necə ola bilər ki, 02.07.2018-ci ildə guya İddiaçı xəstəliyi ilə bağlı müalicədə və xəstəxanada olur, müalicə və müayinə olunur. Həmin gün isə o həm də işdə olur. Belə ki, işə əlavə olunan 02.07.2018-ci il tarixli 155 və 156 saylı məktublardan görünür ki, Şirvan şəhər X8 baş həkimi İddiaçı tərəfindən imzalanmış və möhürlənmiş məktublar Şirvan şəhər X12, DSMF Şirvan şəhər Şöbəsinə göndərilmişdir. Göründüyü kimi, 02.07.2018-ci ildə İddiaçı işdə olmuş, xəstəxanada olmamışdır. Yəni, İddiaçı işdən azad ol unan gün əmək qabiliyyətli olmaqla işdə olduğuna görə onun həmin gün işdən azad olunmasında heç bir qanun pozuntusuna yol verilməmişdir. Lakin məhkəməyə müraciət etdiyi günə qədər iddiaçı heç bir zaman səhhətində problemlər olduğunu, bülletendə olduğunu şirkətə bildirməmiş, əmək qabiliyyətinin olmaması barədə xəstəlik vərəqəsini Nazirliyə təqdim etməmişdir. İddiaçı özü də məhkəmə iclasında bunu etiraf etmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi xəstəlik vərəqəsini işdən çıxandan və əmr imzalandıqdan sonra almışdır və həmin vaxt da artıq o, işdən azad edildiyi üçün onun məhkəməyə təqdim etdiyi xəstəlik vərəqəsinin heç bir hüquqi əhəmiyyəti yoxdur. Belə xəstəlik vərəqəsi mövcud olsaydı onu Nazirliyə təqdim etməli idi. Lakin o, əmək qabiliyyətinin olmaması barədə Nazirliyə xəstəlik vərəqəsi təq dim etməmişdir. Belə xəstəlik vərəqəsinin təqdim olunmadığı halda işəgötürən onun əmək qabiliyyətinin olmamasını necə müəyyən edə bilərdi? İddiaçıdan izahat tələb olunduğu vaxt o heç bir üzürlü səbəb göstərməmiş, izahat vermədən şirkətin inzibati binasını tərk etmişdir. İddiaçının işdən azad edildikdən sonra, əmr yazılandan sonra bülletenə çıxması, xəstəlik vərəqəsinin yazılmasının heç bir əhəmiyyəti yoxdur. İddiaçı 02 iyul 2018-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir. İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-SosialEkspertiza və Reablitasiya Xidmətinin Şirvan şəhər X8 baş həkimi olduğu müddətdə baş vermiş pozuntular barədə həmin müəssisənin əmək kollektivi tərəfi ndən Azərbaycan Respublikası Prezidenti Administrasiyasına, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Şirvan Şəhər İcra Hakimiyyətinə çoxsaylı kollektiv müraciətlər göndərilmişdir. Azərbaycan Respublikası Prezidenti Administrasiyasından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olmuş 8 iyun 2018-ci il tarixli 21/kol-1879-008 nömrəli məktubda müraciətdə yazılanları araşdırıb Prezident Administrasiyasına və vətəndaşlara məlumat verilməsi göstərilmişdir. Bununla bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Daxili nəzarət şöbəsində araşdırma qrupu yaradılmış və Şirvan şəhər X13 ezam edilmişlər. Sözügedən araşdırma nəticəsində kollektiv müraciətlərdə qeyd edilən faktların və İddi açı tərəfindən həqiqətə uyğun olduğu çoxsaylı qanun pozuntularına yol verdiyi aşkar edilmişdir, bununla bağlı bütün sənədlərin və mötəbər sübutların məhkəməyə təqdim olunmasına o cümlədən, şahid ifadələri verilməsinə baxmayaraq, məhkəmə əsassız olaraq, qətnamədə “cavabdeh tərəfin apellyasiya şikayətinə əlavə etdiyi sənədlər AR MPM-nin 371-ci maddəsinə əsasən sübut kimi qəbul edilə bilməz. Belə ki, cavabdeh tərəf həmin sənədlərin birinci instansiya məhkəməsində təqdim edilməsinin mümkünsüzlüyünü təsdiq edən heç bir mötbər sübut təqdim etməmişdir” qənaətinə gəlmişdir. Halbuki həmin sənədlər tərəfimizdən işə birinci instansiya məhkəməsində baxdan zaman da təqdim edilmiş, birinci instansiyası məhkəməsi isə yanlış olaraq “iddiaçının kobud səhvə, hüquq pozuntusuna yol verməsini təsdiq edən hər h ansı sübut məhkəməyə təqdim edilməmişdir.... ” qeyd etməklə həmin sübutlara düzgün hüquqi qiymət verməmişdir. Halbuki, araşdırma nəticəsində İddiaçı tərəfindən Şirvan şəhər X8 əməkdaşlarından qeyri-qanuni tələblər etməsi, qanunsuz pul yığması, mükafatın ödənilməsi zamanı əsassız pul tələb etməsi və yığması, Mərkəzdə əlilliyi olmayan şəxslərə göstərilən pullu xidmətlərdən əldə olunan vəsaitin rəsmi qeydiyyata almaması, işçilərin işə qəbulu zamanı qanunvericiliyin tələblərini nəzərə almaması, bir nəfər əməkdaşın Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə zidd olaraq işdən azad etməsi, Mərkəzin qazanxanasında olan bir ədəd istilik qazanının 3-cü şəxsə verildiyi, eyni zamanda qida məhsullarının normalara müvafiq alınması və bəzi ərzaq məhsullarının saxlanılmasının mövcud tələblər ə uyğun olmadığı aşkarlanmışdır. Bu faktlar isə araşdırmanın nəticələrinə dair tərtib olunmuş Arayışla, əlavə olunan Şirvan şəhər X8 əməkdaşlarının izahatları ilə, habelə ən yüksək dövlət orqanlarına edilən müraciətlər ilə, digər maliyyə, hüquqi ədlər ilə öz təsdiqini tapmışdır.akı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-1267/2019 nömrəli 15.02.2019-cu il tarixli qətnaməsində şahid ifadələri təhrif edilmiş və ya natamam qeyd edilmişdir. Bütün bu qanunsuzluqlara apellyasiya instansiyası məhkəməsi münasibət bildirməmişdir. Qətnamədə Şirvan şəhər X8 iddaçının vəsaiti hesabına bərpa olunmasının cavabdeh tərəfindən etiraf olunduğu göstərilsə də, bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi tərəfindən nəinki etiraf edilməmiş, tam əksi ifadə edilmiş və protokola imza atılmamışdır. Bundan əlavə, apellyasiya məhkəməsi İddiaçı dövlət orqanını öz vəsaiti hesabına bərpa etdirməsinin yolverilməz və qanunazidd olduğuna diqqət yetirməmiş, bu barədə işdə heç bir sübut olmadığı halda qanunsuz nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin 4-cü səhifəsində şahid qismində ifadə verən X6 ifadəsində İddiaçı ona tikinti materialları ilə bağlı qəbzlərdə alınmış malların artıq qiymətlərlə yazdırmaq istəməsi ilə bağlı məlumatlar öz əksini tapmamışdır. Qətnamənin 4cü səhifəsində X5 ifadəsi təhrif edilmişdir. O ifadəsində İddiaçınm onu mətbuat katibi təyin etmə vədi ilə Nazirliyin Daxili nəzarət şöbəsinə verdiyi izahatı dəyişdiyini qeyd etmişdir. Qətnamənin 5-ci səhifəsində X4 ifadəsi natamam verilmiş və İddiaçı işə qəbul olunmaq üçün 2000 (iki min) mana t pul verməsi ilə bağlı dedikləri öz əksini tapmamışdır. Qətnamənin 5-ci səhifəsində X2 ifadəsi natamam verilmiş əlilliyi olmayan şəxslərə xidmətlə bağlı dedikləri öz əksini tapmışdır. Qətnamənin 5-ci səhifəsində X3 ifadəsi natamam verilmiş və İddiaçı işə qəbul olunmaq üçün 1500 (min beş yüz) manat pul verməsi ilə bağlı dedikləri öz əksini tapmamışdır. Qətnamənin 5-ci səhifəsində X1 ifadələri tam qeyd edilməmişdir.Qətnamənin 11-ci səhifəsində İddiaçı bayram pulları və əmək haqlarını işçilərdən istəməsinin ilə bağlı yazılanlar aydın deyildir. Plalbuki, bütün şahid ifadələrində, o cümlədən əmək kollektivinin yazılı izahatlarında onlardan həmin pulların iddiaçı tərəfindən zorla, hədə-qorxu ilə tələb edildiyi və alındığı qeyd edilmişdir. Bundan başqa, Şirvan şəhər X8 təhvil-təslim prosesi za manı da bir sıra aşağıda göstərilən pozuntular aşkar edilmişdir:- Mərkəzin böyük tibb bacısı vəzifəsində çalışan Cəbrayılova Vəsilə yazılı izahatında İddiaçı tərəfindən 2018-ci ilin mart ayında Mərkəzdə dərman olduğu halda Mərkəzdə həyata keçirilən müalicə tədbirlərinin təyinatına uyğun olmayan yeni dərman preparatları tələb etməyə məcbur edilmişdir; mərkəzin anbar müdiri vəzifəsində çalışan Şərifova Səma yazılı izahatında 2018-ci ilin aprel ayında işə götürülmək müqabilində İddiaçı ondan 2500 (iki beş yüz) manat pul tələb etdiyini və aldığını qeyd edir; mərkəzin qazanxana maşinisti vəzifəsində çalışan Xudayeva Əfsanə yazılı izahatında 2017-ci ilin noyabr ayında İddiaçı tərəfindən aldadıldığını, 2000 (iki min) manat müqabilində onu kompyuter işi ilə təmin edəcəyini bidirmiş, lakin sonradan qazanxana maşinisti təyin etdiyini qeyd edir, Qətnamənin 11-ci səhifəsində Şirvan şəhər X8 iddaçının vəsaiti hesabına bərpa olunması ilə bağlı məhkəmənin gəldiyi nəticə və bunun əsasında iddia tələbinin təmin edilməsinin heç bir hüquqi əsası yoxdur. Çünki məhkəmə ən azından bilməli idi ki, dövlət orqan və təşkilatlarında yalnız dövlət büdcəsi vəsaitləri hesabına təmir və tikinti işləri aparıla bilər. Məhkəmə həmçinin onu da bilməli idi ki, dövlət büdcəsinin vəsaiti hesabına təmir və tikinti işlərinin aparılması üçün ilk növbədə qüsur aktı tərtib olunmalı, layihə və smeta sənədləri hazırlanmalı, bu sənədlər dövlət ekspertizasından keçirilməli, dövlət satınalmaları haqqında qanunvericiliyə uyğun olaraq tender əsasında icraçı şirkət müəyyən olunmalı, onunla müqavilə bağlanılmalı, işlərin nət icələri müvafiq aktlarla təsdiq olunmalıdır. Buna baxmayaraq, qanunvericiliyin bütün bu tələbləri pozulmuş, yuxarıda sadalanan sənədlər tərtib olunmadan Şirvan şəhər X11 özbaşına təmir və tikinti işləri aparılmışdır. Halbuki, bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İddiaçı heç bir göstəriş verilməmişdir. İddiaçı Məhkəməyə 06 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 00006 seriyalı, 111 nömrəli əmək qabiliyyətli olmama vərəqəsi təqdim etmişdir. Lakin tərəfimizdən məhkəməyə təqdim edilmiş İddiaçı baş həkim kimi imzaladığı 02.07.2018-ci il tarixli 2 (iki) ədəd məktubdan (Şirvan şəhər Kapital Bank filialına və Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsinə yazılmış) görünür ki (həmin məktubların əsli iş materiallarındadır), iddiaçı 02 iyul tarixində işdə olmuşdu r. Eyni zamanda bunu əmək kollektivinin tərtib etdiyi akt da sübut edir. 06 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına şifahi sorğu verilmiş və sorğu zamanı bəlli olmuşdur ki, əmək qabiliyyətli olmama vərəqəsi xəstəxanadan dekabr ayında götürülmüş və Nazirliyə bu sənəd təqdim edilməmişdir. Məhkəmə tərəfindən bu faktlara da biganə yanaşılmış, bununla bağlı xəstəxanaya hər hansı sorğu verilməmişdir. Bundan əlavə, Əmək Məcəlləsinin 80-ci maddəsinə əsasən, Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Şirvan Şəhər X8 baş həkimi işəgötürən statusunda olduğu üçün işdən azad olunarkən həmin müəs sisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur. Həmçinin AR ƏƏSMN yanında DTSERX Şirvan şəhər X8 D 08 nömrəli, 12 fevral 2019-cu il tarixli Şirvan şəhər Polis İdarəsinə ünvanladığı sorğuna əsasən, 2017-ci ilin iyul- dekabr aylarında mərkəzin qazanxana qazanının itməsi barədə mərkəz rəhbərliyi tərəfindən Polis İdarəsinə məlumatın verilib-verilməməsi barədə rəsmi məlumatın verilməsi xahiş edilmişdir. AR DİN Şirvan şəhər Polis Şöbəsinin 13.02.2019-cu il tarixli, 305-4134-1219 nömrəli cavab məktubunda göstərilir ki, mərkəzin qazanxana qazanının itməsi barədə Şöbəyə məlumat daxil olmamışdır. Birinci instansiya məhkəməsinin qətnaməsinin 10-cu səhifəsində cavabdeh tərəfindən iddiaçının kobud səhvə, hüquq pozuntusuna yol verdiyini təsdiq edə n hər hansı sübutun Məhkəməyə təqdim edilmədiyi qeyd edilmişdir. Lakin,məhkəmə tərəfindən tələb edilən sənədlər, o cümlədən əmək kollektivinin yazılı izahatları, Daxili nəzarət şöbəsinin araşdırması, iddiaçınınizahatı, iddiaçının şəxsi işi, Şirvan şəhər Polis Şöbəsinin arayışı, Mərkəzin Nizamnaməsi, əmrlərin surəti məhkəməyə təqdim edilmişdir. Mərkəzdə kənar şəxslərə xidmətlə bağlı Qətnamənin 11-ci səhifəsində göstərilir ki, Mərkəzin Nizamnaməsinin 5.4-cü bəndində Mərkəzin Nizamnamə fəaliyyətinə zərər gətirmədən qanunvericiliyə uyğun olaraq fiziki və hüquqi şəxslərə pullu bərpa müalicəsi xidmətləri göstərmək hüququ verilmişdir. Bununla bağlı məhkəmə tərəfindən gəlinən nəticə də tam qanunsuz və əsassız olmuşdur. Belə ki, məhkəmə bilməlidir ki, bu xidmətlər göstərilməsi zamanı müvafiq qanu nvericiliyin tələblərinə əməl olunmalı, əldə olunan vəsaitlər maliyyə və mühasibat uçotuna alınmalı, ciddi uçot sənədləri ilə rəsmiləşdirilməli, əldə olunan gəlirlərdən vergilər ödənilməli idi. Lakin İddiaçı baş həkim olduğu dövrdə Mərkəzdə kənar şəxslərə pullu xidmət göstərilsə də həmin şəxslərə pullu xidmətlə bağlı qəbzlər verilməmiş, əldə olunan gəlirlər uçota alınmamış, müəssisənin büdcədənkənar vəsaiti hesabına köçürülməmiş, vergidən yayındırılmış və iddiaçı tərəfindən faktiki mənimsənilmişdir. Sadalanan bütün pozuntular apellyasiya instansiyası məhkəməsində araşdırılmamış, əksinə birinci instansiya məhkəməsinin qeyd etdikləri ilə razılaşmaqla kifayətlənmişdir. Ona görə də o, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.06.2019-cu il tarixli, 2(103)-7311/2019 nömrəli qət naməsinin ləğv edilməsi və İddiaçı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəkili İbrahimov Taleh Vəli oğlu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan onların iştrakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili Vəliyev Ramil Əmirxan oğlu kassasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19. 06.2019-cu il tarixli, 2(103)-7311/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarıının nəzərə alınması və onlara istinad olunma sı vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Apellyasiya kollegiya hazırki mübahisə ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının əmək müqaviləsinə xitam verilmənin qadağan edildiyi şəxslər kateqoriyasına aid olduğu tələbini əsaslı hesab etməklə düzgün qənaətə gəlmişdir ki, Əmək Məcəlləsinin “əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar” başlıqlı 79-cu maddəsinə görə, işəgötürən tərəfindən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin, Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Həmin Məcəllənin 189-cu maddəsinin 2-ci hissəinə görə isə, intizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz. Apellyasiya kollegiyası eyni zamanda hesab etmişdir ki, tutduğu vəzifədən azad edilərkən həmkarlar ittifaqının müvafiq razılığının alınmamış olması səbəbindən mübahisələndirilən əmrin qanunsuz olması barədə iddiaçının dəlilini də əsaslı hesab etməklə birinci instansiya məhkəməsi düzgün qənaətə gəlmişdir. Həmçinin apellyasiya kollegiyası hesab etmişdir ki, cavabdeh Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə iddiaçının əmək müqaviləsinə xitam verərkən həmin Məcəllənin 71-ci maddəsinin 2-ci və 3-cü hissəsinin və 72-ci maddəsinin “e” bəndinin şərtlərinə əməl etməli idi. Belə ki, Azərbaycan Respublik ası Əmək Məcəlləsinin “işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları” başlıqlı 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin “əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər” başlıqlı 71-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək v ə icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Əmək Məcəlləsinin 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanmış və həmin maddənin “e” bəndində, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi, işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hallardan biri kimi göstərilmişdir. Azərbaycan Respubli kası Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə görə əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin maddənin 2-ci hissəsinə görə isə, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Beləliklə apellyasiya kollegiyası işin halları ilə müəyyən etmişdir ki, İddiaçı əmək müqaviləsinə Azərbaycan Respubliksı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək vəzifələrini kobud şəkildə pozulmasına əsasən xitam verilsə də, həmin əmrdə kobud pozuntunun Əmək Məcəlləsinin 72-ci maddəsinin hansı bəndi ilə əhatə odunduğu qeyd olunmamış, yəni əmr əsaslandırılmamış, yalnız apellyasiya şikayətində ƏM-nin 72-ci maddəsinin e) və f) bəndlərinin tələblərinin pozulduğu qeyd olunmuşdur. Bununla da, ƏM-nin 71-ci maddəsinin tələbləri pozulmuş, cavabdeh tərəfindən iddiaçının kobud səhvə, hüquq pozuntusuna y ol verməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Yalnız Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanlanmış kollektiv müraciətə əsasən Nazirlik yanında Dövlət Tibb-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Şirvan şəhər X14 mərkəzində araşdırmanın nəticəsinə əsaslanmışlar. Əmək qanunvericiliyinin tələbinə görə əmək müqaviləsinə xitam verilməsi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir, lakin iddiaçıya, əmrdə qeyd olunduğu kimi, rəsmi qaydada surətinin göndərilmə siyahısına uyğun olaraq çatdırılmasının təmin edilməsi tapşırılsada, iddiaçıya rəsmi qaydada təqdim edilməmişdir. Bu barədə də cavabdeh hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bundan əlavə İddiaçı ilə təhvil-təslim işlərinin və son haqq-hesabın aparılması əmrdə qeyd olunsada buna da riayət olunmamışdır və cavabdeh tərəfindən hər hansı sübüt təqdim edilməmişdir. Əmr 02 iyul 2018-ci ildə verilsə də, iddiaçının həmin müddətdə əmək qabiliyyətinin olmaması nəzərə alınmamışdır, bu baxımnan da qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Şahid ifadələri, həmçinin iş materiallarına əlavə edilmiş fotoşəkillərdən də aydın şəkildə görünür ki, iddiaçı öz hesabına həmin mərkəzdə təmir işləri aparmışdır. Cavabdehin təqdim etdiyi şahid ifadələrinin təhlilindən məhkəmə belə qənaətə gəlmişdir ki, bu ifadələr arasında ziddiyətlər vardır və qərəzli xarakter daşıyır. Belə ki, şahid ifadələrinin əksəriyyətindən görünür ki, bu şəxslərin İddiaçı qarşı vaxtı ilə izahat verməsinin səbəbi işgüzar münasibətlərin deyil, şəxsi münasibətlərinin korlanması olmuşdur. Belə ki cavabdehin təqdim etdiyi şahidlərdən Vidadi Paşayev İddiaçı ona 20 manat pul verməməsinə görə onunla arasının dəydiyini, Ramin Şərifov İddiaçı onu Mətbuat Şurasına rəhbər təyin edəcəyinə görə sözünün üstündə durmadığını və buna görə münasibətinin pisləşdiyini, şahidlərdən Bədəlov Seymur onun həyat yoldaşını İddiaçı işdən çıxartmasına görə ondan incik olduğunu etiraf etmişdirlər. Həmçinin məhkəmə cavabdeh tərəfin İddiaçı işçilərdən bayram pulu yığması, qazanxanadakı qazanın birinin satılması, işçilərdən əmək haqqının bir qismini tələb etməsi ilə bağlı gətirdiyi faktlara münasibət bildirərək qeyd etmişdir ki, bu məsələlər komissiyanın arayışında qeyd olunmasına baxmayaraq, Nazirlik bu məsələyə heç bir münasibət bildirməmiş və müvafiq korrupsiya faktlarının araşdırılması üçün və iş üz rə müvafiq halların müəyyən olunması üçün aidiyyatı hüquq mühafizə orqanlarına müraciət etməmiş və sübut olunmamış faktlara əsaslanmaqla İddiaçı işdən bu əsaslarla çıxarılması halını əssassız hesab edir. Həmçinin İddiaçı bayram pulları və əmək haqlarını işçilərdən istəməsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, bu haqlar işçilərin hesabına köçürülür və hədə-qorxu ilə tələb etmə və könüllü verilmə halları istisna olmaqla, bu məbləğin işçilərdən alınması qeyri-mümkündür. Həmçinin məhkəmə iddia müddətinin keçməsi ilə bağlı cavabdehin verdiyi vəsatətə münasibət bildirərək qeyd etmişdir ki, İddiaçı əmək müqaviləsinə xitam verilərkən qanunun tələblərinin ziddinə olaraq ona rəsmi qaydada əmrin surəti, əmək kitabçası və son haqqhesab sənədləri təqdim edilməmiş və hər hansı sübut cavabdeh tərəfindən v erilməmişdir və əmrin surətinin təqdim edilməməsi və ya rəsmi qaydada iş yerinə göndərilməməsi işçinin işdən çıxarılması halının mübahisələndirməsi və hüquqlarının bərpası üçün müraciət etmək hüququnu kobud surətdə məhdudlaşdırır və cavabdeh tərəfin bu hala istinad etməsini məhkəmə əsassız hesab edir. Həmçinin cavabdeh tərəfin işçiləri İddiaçı işdən kütləvi şəkildə çıxarılması ilə bağlı gətirdiyi hala da, münasibət bildirərək qeyd etmişdir ki, İddiaçı müəssisədəki əmək fəaliyyəti dövründə 14 nəfər işdən çıxarılmış, bunlardan 10 nəfəri öz ərizələri ilə, 2 nəfəri Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə, bir nəfər isə yaş həddinə çatma əsası ilə, digər 1 nəfər isə səhhətinə görə 75.2-ci hissəsinin “b” bəndi ilə işdən çıxarıldığından bu halı da məhkəmə əsassız hesab edərək qeyd etmişdir ki, İddiaçı bu hərəkətləri baş həkim olaraq onun səlahiyyət çərçivəsinə aiddir və bu müqavilələrin qanunsuz xitamı halları yalnız məhkəmə tərəfindən müəyyən oluna bilər ki, cavabdeh tərəf də baş həkimin əmək müqaviləsinə xitam verərkən bu hala istinad edə bilməz. Həmçinin məhkəmə cavabeh tərəfin İddiaçı fəaliyyəti dövründə kənar şəxslərə xidmət göstərməsi ilə bağlı gətirdiyi dəlili də əsassız hesab edərək qeyd etmişdir ki, bu xidmətin göstərilməsi qanunidir və müəssisənin nizamnamsində birbaşa göstərilmişdir. Həmçinin məhkəmə arayışda göstərilən digər pozuntulara da münasibət bildirərək qeyd etmişdir ki, bu hallar intizam xətasına səbəb olan hallara aiddir ki, məsələn, kifayət qədər təhsili olmayan şəxsin masajist vəzifəsinə götürülməsi digər intizam tənbehinə də səbəb ola bilərdi ki, bir başa ən ağır tənbehin verilməsi, (əvvəllər tənbeh olunmayan şəxsə), əsassız və ədalətsizdir. Qeyd olunan hallar onu göstərir ki, işəgötürən tərəfindən Azərbaycan Respublikası Konstitusiyası, Əmək Qanunvericiliyi ilə təsbit edilmiş əmək münasibətinin tərəfi olan iddiaçının bərabərlik hüququ pozulmuş, işəgötürən tərəfindən ona qarşı qərəzli mövqe nümayiş etdirilmişdir. Cavabdeh tərəf bunun əksini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, etirazının əsası kimi göstərdiyi halları sübut edə bilməmişdir. Kassasiya kollegiyası apellyasiya kollegiyasının qeyd edilən mövqeyi ilə razılaşmayaraq bildirir ki, iş materiallarından da görünür ki, apellyasiya şikayətinin də dəlilləri hazırda kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. Lakin yuxarıda qeyd edilmi ş kassasiya şikayətinin dəlilləri ilkin olaraq apellyasiya şikayətinin dəlillərini təşkil etdiyi halda, apellyasiya kollegiyası həmin dəlillər üzrə tam və ətraflı araşdırma aparmamış, yalnız bir abzasda ümumi formada ötəri münasibət bildirməklə şikayətin əsassız olması, iddiaçıya qarşı cavabdeh təşkilatın qərəzli mövqedə olması qənaətinə gəlmişdir. Halbuki mübahisənin ədalətli həlli və obyektiv nəticəyə gəlinməsi, ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsi üçün kassasiya şikayətinin dəlilləri olaraq yuxarıda qeyd edilmiş hallar təkrar formada sadalanmamaq şərti ilə qeyd edilməlidir ki, həmin dəlillər üzrə araşdırma aparılması qanunçuluq və ədalət baxımından zəruri hesab edilməlidir. Kassasiya şikayətinin dəlilləri əsasında və iş materialları üzrə kassasiya kollegiyası belə qən aətə gəlir ki, məhkəmə araşdırması tam aparılmamış, ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur. Çünki kassasiya şikayətində göstərilmiş hallar məhkəmə araşdırmasının davam etdirilməsinə kifayət qədər əsas verir. Azərbaycan Respublikasının MPM-nin 9-cu maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız t ərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi vasitəsi kimi qəbul olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-o lmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan son ra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Kassasiya kollegiyası hesab edir ki, prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkə məsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini m üdafiə edən akt kimi çıxış etməlidir». Göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmış, nəticədə mahiyyətcə qanuni və əsaslı olmayan qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq, kassasiya kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.06.2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən k assasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 418.1, 418.3, 419, 420, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.06.2019-cu il tarixli 2(103)-7311/2019 nömrəli qətnaməsi ləğv edilsin və mülki iş yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7046/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7046/2019
21.11.2019 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver