Məhkəmə qərarları › İş №2(102)-705/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-705/2024

05.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-705/2024 05.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mülki iş üzrə QƏRARİ İş № 2(102)-705/24 (Açar sözlər: alqı-satqı müqaviləsinin hissəvi etibarsız hesab edilməsi barədə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı alqı-satqı müqaviləsinin hissəvi etibarsız hesab edilməsi, çıxarışın ləğvi və müqavilənin alıcı qismində iddiaçı ilə bağlanılmış hesab edilməsi barədə tələbinə dair mülki iş üzrə Bakı Apell yasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5488/2023 nömrəli, 06 oktyabr 2023-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 05 aprel 2024-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, ümumi sahəsi 0,25 ha olan 24/47 №-li bağ sahəsi (bundan sonra – mübahisəli bağ sahəsi) İddiaçı (bundan sonra iddiaçı) (0,1 ha), X2 (bundan sonra cavabdeh) (0,07 ha), Cavabdeh2 Böyükişi oğlunun(bundan sonra cavabdeh) (0,08 ha) paylı mülkiyyətlərindədir (daşınmaz əmlakın reyestr nömrəsi **********08, A seriyalı 708404 №-li torpaq sahəsinin plan və ölçüsü).

2. Cavabdeh2 Böyükişi oğlu adıçəkilən 0,08 ha torpaq sahəsini digər Cavabdeh1 satın almışdır (Bakı şəhəri 15 saylı notariat ofisində xx.xx.2022-ci il tarixdə bağlanmış AN-İ seriyalı ******* №-li alqı-satqı müqaviiləsi). İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci iş üzrə birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlər Cavabdeh2, qarşı N və Bakı şəhəri N saylı Notariat ofisi üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh1 ilə Cavabdeh2 arasında Bakı şəhəri 15 saylı Notariat ofisində xx.xx.2022-ci il tarixdə bağlanılmış AN-İ seriyalı ******* №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsinin qismən, yəni alıcı Cavabdeh2 aid hissəsində etibarsız hesab edilməsi, həmin müqavilə üzrə Cavabdeh2 adına aparılmış hüquqi nəticələrinin ləğv edilməsi, qeyd olunan müqavilənin alıcı qismində iddiaçı ilə bağlanılmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı iddia tələ bini onunla əsaslandırmışdır ki, mübahisəli bağ sahəsi faktiki olaraq özünə məxsus olmuş, sənəd üzrə isə mübahisəli torpağın 0,10 ha hissəsi xüsusi mülkiyyət hüququ ilə xx.xx.2022-ci ildə daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınmışdır. Mübahisəli bağın 0,08 ha hissəsi keçmiş mülkiyyətçi olan Cavabdeh1 ilə alıcı Cavabdeh2 arasında xx.xx.2022-ci ildə bağlanılmış AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsinə əsasən torpaq sahəsi 50000 manat ödənilməklə Cavabdeh2 satılmışdır. Həmin müqavilə hissəvi etibarsız hesab edilməklə iddiaçı ilə bağlanılmış hesab edilməlidir. Belə ki, 0,08 ha torpaq sahəsinin dəyərini təşkil edən 50000 manat faktiki olaraq iddiaçı tərəfindən bank vasitəsilə satıcı Cavabdeh1 ödənilmiş, lakin yaxın dostu N adlı şəxsin alıcı qismində iştirak etmiş Ca vabdeh2 17000 manat borcu olmasına görə, dostunun təklifi əsasında sənədləşmə İlhamın adına təminat kimi bağlanılmışdır. Bu halı məhkəmə araşdırmasında Cavabdeh2 ilə ortaq tanışları Namiq və müqavilə üzrə tərəflərin özləri də təsdiq edə bilərlər. Müqavilə bağlanandan bir müddət keçsə də, N Cavabdeh2 olan 17000 manat borcunu ödəməmiş, sonuncu isə torpaq sahəsinə çıxarış aldıqdan sonra iddiaçıya qarşı Xəzər rayon Məhkəməsində torpaq sahəsinin naturada bölünməsi barədə iddia qaldırmışdır. İddiaçı dəfələrlə dostu N Cavabdeh2 olan borcunu bağlamasını, sonuncunun da qeyd olunan torpaq sahəsini iddiaçının adına qaytarmasını tələb etsə də, N qeyd olunan borcunu ödəməyə maddi imkanının olmadığını bildirmiş, müxtəlif vədlər vermişdir. Cavabdeh2 da bu tərəfdən özünə çıxarış alandan sonra məhkəmədə id dia qaldırması onu sübut edir ki, bu şəxslər birləşib torpaq sahəsini əlindən almaq istəyirlər. Bu deyilənləri təsdiq edəcək kifayət qədər sübutları var.

5. Cavabdeh2 iddia ərizəsinə qarşı etiraz təqdim edərək göstərmişdir ki, mübahisəli bağ sahəsi üzərində mülkiyyət hüququ 0.08 hissədə ona, 0.10 hissədə iddiaçıya və 0.07 ha hissədə X1 məxsusdur. Cavabdeh həmin torpaq sahəsini 06 fevral 2022-ci il tarixli alqısatqı müqaviləsinə əsasən 50000 manat ödəniş etməklə Cavabdeh1 almışdır. İddiaçının iddia ərizəsində qeyd etdikləri mülahizələrdən ibarətdir və naturada bölgü ilə əlaqədar narazılıq olduğu üçün və bununla bağlı Xəzər rayon məhkəməsində olan naturada bölgü ilə bağlı mübahisəni uzatmaq niyyəti ilə hal-hazırki iddianı vermişdir. Belə ki, Xəzər rayon məhkəməsinin xx.xx.2023-cii il tarix li qətnaməsi ilə iddia tələbi təmin edilərək torpaq sahəsinin naturada bölünməsi qət edilmişdir. İşin hallarından da göründüyü kimi cavabdeh mübahisəli torpaq sahəsi ilə bağlı notariat kontorunda ödəniş etməklə alqı-satqı müqaviləsi bağladığından, həmçinin mülkiyyət hüquqlarının qeydiyyatı barədə qüvvədə olan çıxarışın mövcudluğu səbəbindən, mülkiyyət hüququnun qanuniliyinə şübhə ilə yanaşıla bilməzdi. Tərəflər arasında bağlanmış əqd (alqı-satqı müqaviləsi) qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmış və mülki qanunvericiliyin əqdlərin etibarsızlığı və ya ləğvi ilə bağlı nəzərdə tutulan hər hansı maddi hüquq normasının pozulmasına yol verilməmişdir. Bundan başqa, iddiaçı bu müqavilə bağlandığı andan cavabdehin mülkiyyət hüququnu tanımış və bir ildən artıq müddətdə bunu mübahisəl əndirməmişdir. Belə ki, əksinə olaraq digər mülkiyyətçini və onu dəfələrlə aldadaraq torpağın naturada bölgüsü ilə könüllü razılıq verəcəyi vədini versə də, könüllü razılıq vermək üçün gəlməmiş, hətta Xəzər rayon məhkəməsinin icraatında olan naturada bölgü ilə bağlı mülki iş üzrə dəfələrlə guya məhkəmə prosesində iştirak edəcəyini bildirərək məhkəmə prosesini təxirə saldırmağa cəhd etmişdir. İddia tələbinə dair iddiasının rədd edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Sabunçu Rayon Məhkəməsinin (hakim Tahirə Əsədova) 2(008)-2452/2023 saylı, 14 iyun 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir.

7. Məhkəmə hesab etmişdir ki, iddiaçının xx.xx.2022-ci il tarixdə bağlanılmış AN-İ seriyalı ******* №-li müqaviləsinin qismən etibarsız hesab edilməs i, aparılmış hüquqi nəticələrinin ləğv edilməsi barədə iddia qaldırmağa subyektiv hüquq mövcud olmamışdır və iddia həmin hissədə məhz bu əsasdan rədd edilməlidir.

8. Müqavilənin alıcı qismində iddiaçı ilə bağlanılmış hesab edilməsi barədə tələbinə dair məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilə bağlaya və bu müqavilələrin məzmununu müəyyənlənşdirə bilərlər, 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir.

9. Odur ki, məhkəmə hesab etmişdir ki, Cavabdeh1 müqavilə bağlamağa məcbur edilə bilməz.

10. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1,324.2,324.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat

11. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayətini işin hallarına və iddia ərizəsinə uyğun əsaslandırılmışdır.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Namiq Cəfərov (sədrlik edən və məruzəçi), İkram Şirinov və Elşən Kazımov) xx.xx.2023-cü il tarixli 2(103)5488/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının istinad etdiyi halın həqiqi olub-olmadığının müəyyən edilməsinə zərurət yoxdur, çünki belə hal müqavilənin qis mən – alıcıya aid hissədə etibarsız sayılmasına və müqavilənin alıcı qismində iddiaçı ilə bağlanmış hesab edilməsinə səbəb ola bilməz.

15. Belə ki, əqdin hissəvi etibarsız sayılması mümkündür. Belə ki, qanuna görə, əqdin bir hissəsinin etibarsızlığı onun qalan hissələrinin etibarsızlığına o halda səbəb olmur ki, əqd onun etibarsız hissəsi daxil edilmədən də bağlana bilərdi (Mülki Məcəllə, maddə 352). Göründüyü kimi, qanun əqdin hissəvi etibarsız sayılmasına imkan verir. Lakin əqdin hissəvi etibarsızlığı ilə bağlı mübahisələrin düzgün həlli üçün ilk növbədə aydınlaşdırılmalıdır ki, “əqdin hissəsi” deyiləndə nə nəzərdə tutulur. Ümumiyyətlə, “hissə” bir anlayış olaraq “tam”la bağlıdır, yəni tamın hissəsi. Bu zaman “tam” kimi əqdin özü çıxış edir, odur ki, “əqdin hissəsi” anlayışı əqdin anlayı şına əsasən müəyyən edilməlidir. Əqd - mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (Mülki Məcəllə, maddə 324.1). Odur ki, “əqdin hissəsi” deyiləndə mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş iradə ifadəsinin hissəsi nəzərdə tutulur. Məsələn, 2 müstəqil əşyaya dair vahid alqı-satqı müqaviləsi bağlanıbsa, bu zaman hər əşyaya dair hüquq münasibətinin əmələ gəlməsinə yönəlmiş iradə ifadəsi əqdin hissəsi hesab olunur. Əqdin tərəfi (məs., alıcı) heç bir halda “əqdin hissəsi” hesab olunmur, çünki iradəni ifadə edən tərəfin özüdür. Əgər daşınmaz əşyanın alqı-satqısına dair əqddə ”alıcı” kimi göstərilmiş şəxs alqı-satqı münasibətinin yaranmasına yönələn i radə ifadə etməyibsə, belə halda həmin əqd bütünlüklə əhəmiyyətsiz sayılır, çünki alıcının iradə ifadəsi olmadan alqı-satqı əqdi mövcud ola bilməz.

16. Beləliklə, “alıcıya aid hissəsi” əqdin hissəsi deyil, mövcud olmayan hissə isə etibarsız sayıla bilməz. Ona görə də birinci insansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur.

17. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1,324.2,324.4-cü maddələrinə istinadla əsaslandırmışdır Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə gönderilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

19. Kassasiya şikayətini iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmışdır. 20. 3-cü şəxs Bakı şəhəri N saylı Notariat ofisi kassasiya şikayətinə dair hər hansı etiraz və izahatı olmadığı barədə məktub göndərmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

21. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir,

22. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

23. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

24. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

25. Maddə

352. Əqdin bir hissəsinin etibarsızlığı onun qalan hissələrinin etibarsızlığına o halda səbəb olmur ki, əqd onun etibarsız hissəsi daxil edilmədən də bağlana bilərdi. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsi

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

33. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

34. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. Hazır kı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş material ları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

38. İddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi n əticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

40. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5488/2023 nömrəli, 6 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar