Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-705/2025 08.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: zərərin əvəzinin ödənilməsi, sübutların qiymətləndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 3710/2024 nömrəli iş üzrə 15 oktyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər: 2. “Azərbaycan Beynəlxalq Bankının” Sahil filialı ilə borcalan İddiaçı arasında bağlanmış 7 iyun 2013-cü il tarixli 065 №-li kredit müqaviləsinə əsasən, borc verən borcalana 55.000 ABŞ dolları kredit verməyi öhdəsinə götürür, kredit öhdəliklərinin icrasının təminat üsulu İddiaçı ilə "xxxx" ASC arasındakı xx.xx.2013-cü il tarixli depozit müqaviləsinə əsasən ABB-də 60 ay müddətinə yerləşdirilmiş 70.000 ABŞ dolları məbləğində, depozit çıxış edir. İddiaçı öhdəsinə götürmüşdür ki, borcalan kredit müqaviləsinə əsasən öhdəliklərini tam icra etməyincə, Bankın razılığı olamadan depozitdən istifadə edilməyəcəkdir. Kredit müqaviləsinə əsasən ödənilməli olan hər hansı bir məbləğlər borcalan tərəfindən ödənilmədiyi təqdirdə ******************** saylı depozit hesabında o lan vəsaiti akseptsis qaydada silinməlidir;
3. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1240/2017 saylı 28 dekabr 2017-ci il tarixli hökmünə əsasən, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Cavabdeh həbsdə olduğu 7 ay 20 gün təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 4 il 4 ay 10 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Cavabdeh təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 2 il sınaq müddəti ilə şərti hesab edilmiş, Cavabdeh üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulmuş, Cavabdeh davranışı üzərində nəzarəti Bakı şəhəri Xətai rayon İcra şöbəsi tərəfindən həyata keçirilməsi, Cavabdeh təyin edilmiş sınaq müddətinin əvvəlinin məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanması, Cavabdeh barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Cavabdeh məhkəmə iclas zalından dərhal həbsdən azad edilməsi, Azərbaycan Respublikas ının Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə cinayət işi icraata, Azərbaycan Respublikasının CinayətProsessual Məcəlləsinin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş əsasla – cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən xitam verilməsi, Cavabdeh tərəfindən vurulmuş ziyanın ödənilməsi məqsədi ilə "xxxx" ASC-nin Mərkəz filialına müvafiq hesaba yerləşdirilmiş cəmi 70270 manat pul vəsaitinin zərərçəkmiş şəxs İddiaçı verilməsi, depozit hesabına yerləşdirilmiş həmin məbləğin zərərçəkmiş şəxs İddiaçı verilməsinin təmin edilməsinin Nəsimi rayon İcra şöbəsinə həvalə edilməsi, zərərçəkmiş şəxs İddiaçı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun izah e dilməsi hökm edilmişdir;
4. İddiaçı hadisədə zərərçəkmiş şəxs qismində iştirak etmiş, məhkəmədə təsdiqini tapan iki dələduzluq cinayəti epizodları üzrə irəli sürülmüş ittihamdakı ziyanın məbləği müvafiq olaraq 42900 manat və 104700 manat təşkil etmişdir. İbtidai istintaq orqanı tərəfindən zərərçəkmiş şəxs İddiaçı təqsirləndirilən şəxs tərəfindən uzun müddət ərzində müxtəlif banklarda olmuş pul vəsaitlərinin, habelə banka qoymaq adı ilə ondan götürülmüş pul vəsaitlərinin, avtomobilin satışından əldə olunmuş pul vəsaitinin də ələ keçirilməsi ilə bağlı ifadələri üzrə ətraflı araşdırma aparılmış, təqsirləndirilən şəxs Cavabdeh tərəfindən İddiaçı adına "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Fizuli filialında depozitə qoyulmuş 120000 ABŞ dolları, «X10» Açıq Səhmdar Cəmiyyətinə depozitə qoymaq adı il ə 20000 ABŞ dolları və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə depozitə qoymaq adı ilə 30000 ABŞ dolları məbləğində pul vəsaitlərinin, eləcə də «Mitsubishi Pajero» markalı **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilin satılmasından əldə olunan pulun ələ keçirilməsi ilə həmin xüsusatlar təsdiq edilmədiyindən həmin hissələrdə cinayət işi üzrə icraata 19 avqust 2017ci il tarixli qərarla xitam verilmişdir. İbtidai araşdırma zamanı vurulmuş maddi ziyanın 77330 manatı zərərçəkmiş şəxsə ödənilmişdir. İrəli sürülmüş ittihamda göstərilən və məhkəmə istintaqında təsdiqini tapmış epizodlar üzrə məbləğlər son nəticədə təqsirləndirilən şəxs tərəfindən faktiki etiraf olunmuş və ziyanın qalan hissəsi ödənilməyə cəhd göstərilsə də, zərərçəkmiş şəxs qəbul etmədiyindən qalan bütün məbləğ, yəni 70270 manat pul vəsa iti İddiaçı ödənilməsi məqsədi ilə Nəsimi rayon İcra şöbəsinin "xxxx" ASCdəki müvafiq hesabına yerləşdirilmişdir;
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6559/2019 saylı 4 sentyabr 2019-cu il tarixli qətnaməsinə əsasən, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı (Əliyev X2 və İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “vurulmuş ziyanın ödənilməsi” barədə iddiası təmin edilmiş, 191567 manat 45 qəpik məbləğində pul və 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq, "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Qətnamə yuxarı instansiya məhkəmələrində dəyişdirilmədən saxlanılmışdır;
6. Həmin qətnamədə qeyd olunmuşdur ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 yanvar 2017-ci il tarixli 2(006)-466/2017 saylı qətnaməsinə əsasən Əliyeva X3 məxsus olan 100000 ABŞ dollar ı depozit vəsaitini müqavilə üzrə Əliyev X2 tərəfindən banka depozitə qoyulması səbəbindən sonuncunun iddiasının təmin edilərək, "xxxx" ASC-dən 103500 ABŞ dolları və 3000 manat pulun alınaraq M.S.Əliyevə ödənilməsi qət edilmişdir. Bank tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməyərək, yuxarıda qeyd edilən qətnamə dəyişdirilmədən saxlanılmışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə tam sübuta yetirilmişdir ki, Cavabdeh analığına məxsus olan sonuncunun qardaşı oğlunun adına depozitə qoymuş olduğu 100000 ABŞ dolları məbləği saxta etibarnamə yolu ilə bankdan çıxarmağa nail olmuş, bundan sonra isə bank həmin vəsaiti Mirismayıl Əliyevə ödənilməsi göstərilsə də, əslində İddiaçı ödəmişdir. Bundan əlavə həmin vəsaitə icra hərəkətləri üçün hesablanmış 7% icra ödənişi də bank tərəfindən Nəsimi rayon İcra və Probasiya şöbəsinin hesabına X5 müxbir hesabından köçürülmüşdür. Nəsimi Rayon Məhkəməsinin yuxarıda qeyd edilən qətnaməsinə əsasən Cavabdeh banka vurmuş olduğu 191567,45 manat maddi zərərin (7% icra ödənişi ilə birlikdə) Bank tərəfindən əmanətçi M.Əliyevə (faktiki olaraq İddiaçı) qaytarması işin mübahisəsiz halı olduğundan, bu günə qədər cavabdeh tərəfindən vurulmuş maddi zərər banka ödənilməmişdir;
7. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-389/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2579/2019 saylı 25 iyun 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia rədd edilmişdir;
8. Həmin icraat üzr ə keçirilmiş Məhkəmə-mühasibatlıq ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzinin 22 fevral 2022-ci il tarixli, 9/314 saylı ekspert rəyi ilə xx.xx.2013cü il tarixdən xx.xx.2018-ci il tarixə kimi ümumilikdə hesablanmış faizin məbləği isə 5 illik müddət üçün cəmi 39900 ABŞ dolları məbləğində hesablanmalı idi; 9. "xxxx" ASC-nin məhkəmənin sorğusuna əsasən verdiyi məlumatda qeyd olunmuşdur ki, əmanəti İddiaçı Mirismayil qızı ilə "xxxx" ASC arasında baglanmış xx.xx.2013-cü il tarixli klassik əmanət (depozit) hesabı haqqında müqaviləyə əsasən 70.000 ABS dolları vəsaiti Banka əmanət kimi goyulmuş, müqavilənin müddəti 5 illik, yəni xx.xx.2018-ci ilədək müəyyən edilmişdir. Qeyd edilən 5 illik müddət ərzində müştəriyə ümumilikdə 36.226,19 ABŞ dolları məbləgində faiz ödənişləri olmuş, həmin məbləğ mütəmadi olaraq müştəri tərəfindən istifadə edilmiş, müqavilə bitən zaman isa müştərinin depozit hesabında əsas depozit məbləgindən (70.000 ABŞ dolları) əlavə olaraq 116,67 ABS dolları faiz məbləgi qalmışdır. xx.xx.2019-cu il tarixdə müştəridən ümumilikdə 70.122,68 ABS dolları məbləğində pul akseptsiz gaydada xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən yaranmış borca (onun 44.761,99 dollar əsas borca, 25.360,69 dolları faiz borcuna) silinmişdir. Həmin 70.122,68 ABŞ dollarının 70.000 ABŞ dollar hissəsini müştərinin depozit hesabında olan əsas əmanət məbləği, 116,67 ABS dolları hissəsini yuxarıda qeyd edilən ve depozit hesabında son olaraq qalan faiz məbləği (əsas məbləğ; hesablanmiş), 3,75 ABŞ dolları hissəsini adi cari hesabında olan məbləğ, 2,26 ABS dolları olan hissəsini isə de pozit hesabına bağlı cari hesabında olan məbləğ təşkil edir. İddiaçı xx.xx.2013-cü il tarixli, 065 saylı kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixə "xxxx" ASCyə xx.xx.2017-ci il tarixə əsas borcu 52.300 manat, müqavilə müddətində ödənilməmiş faizlər üzrə 0 manat, müqavilə müddətindən sonra ödənilməmiş faizlər üzrə (5% həcmində) 43,58 manat təşkil etmişdir. İddiaçı hal-hazırda banka xx.xx.2024-cü il tarixə əsas borcu 7.538,01 manat, müqavilə müddətində ödənilməmiş faizlər üzrə 0 manat, müqavilə müddətindən sonra ödənilməmiş faizlər üzrə (5% həcmində) 2.099,13 manat təşkil etmisdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən "xxxx" ASC-nin xeyrinə Cavabdeh tutulmuş 191.567 manat məbləğində pulun hazırkı iş, yəni xx.xx.2013-cü il tarixli, 065 saylı kr edit müqaviləsinə her hansı aidiyyəti yoxdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh 109.000 ABŞ dolları məbləğində pulun tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən belə əsaslandırılmışdır ki, uzun sürən məhkəmə çəkişmələrindən sonra "xxxx" ASC tərəfindən depozitə qoyulmuş pul vəsaitinin akseptsiz qaydada silinməsi qanuni hesab olunmuş və İddiaçı 70000 ABŞ dolları məbləğində əsas və ona hesablanmış 39000 ABŞ dolları faiz məbləğindən, cəmi 109000 ABŞ dolları pul vəsaitindən məhrum olmuşdur. Beləliklə, cavabdehin cinayətkar qəsdi nəticəsində ona maddi zərər vurulmuş, odur ki, vurulan maddi zərər əvəzi on un hesabına ödənilməlidir.
12. Cavabdeh iddiaya etiraz edərək, məhkəmədən iddianın əsassız olduğu üçün rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, eyni zamanda bildirmişdir ki, o, onun tərəfindən dəyən ziyanı tam şəkildə ödəmiş, bununla bağlı hökmün və qətnamələrin surətlərini məhkəməyə təqdim etmişdir. Bununla yanaşı cavabdeh bildirmişdir ki, iddiaçının tələb etdiyi məbləğ ona bank tərəfindən tam ödənilmişdir və sonra ona qarşı bank tərəfində iddia qaldırılmış və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə bankın iddiası təmin edilmiş, ondan 191.567 manat 45 qəpik məbləğində pul vəsaiti tutulmuşdur. Həmin iş üzrə İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuşdur.
13. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan s onra – birinci instansiya məhkəməsi) 2(011)-1612/2024 saylı, 5 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakim İlahə Abbasova) iddia tələbi rədd edilmişdir.
14. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun etibarından sui-istifadə etmə və aldatma yolu ilə onun bankda olan depozit əmanətlərini ələ keçirmək yolu dələduzluq etdiyinə və bununla bağlı məhkum edildiyinə əsaslanaraq, cavabdehdən 109000 ABŞ dolları məbləğində pulun tutulmasını tələb etsə də, mülki işdə olan sübutlarla təsdiq edilir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 1240/2017 saylı 28 dekabr 2017-ci il tarixli hökmünə əsasən, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsə də, məhkəmədə təsdiqini tapan iki dələduzluq cinayəti epizodları üzrə irəli sürülmüş ittihamdakı ziyanın məbləği müvafiq olaraq 42900 manat və 104700 manat təşkil etmişdir. Həmin hökmlə təsdiq edilir ki, ibtidai araşdırma zamanı vurulmuş maddi ziyanın 77330 manatı İddiaçı ödənilmişdir, ziyanın qalan hissəsi ödənilməyə cəhd göstərilsə də, zərərçəkmiş şəxs qəbul etmədiyindən qalan bütün məbləğ, yəni 70270 manat pul vəsaiti İddiaçı ödənilməsi məqsədi ilə Nəsimi rayon İcra şöbəsinin "xxxx" ASC-dəki müvafiq hesabına yerləşdirilmiş və həmin hökmlə depozit hesabına yerləşdirilmiş həmin məbləğin zərərçəkmiş şəxs İddiaçı verilməsinin təmin edilməsinin Nəsimi rayon İcra şöbəsinə həvalə edilməsi hökm edilmişdir. Bununla yanaşı mülki i şdə olan qətnamələrin surətlərində olan sübutlarla təsdiq edilmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 yanvar 2017-ci il tarixli 2(006)- 466/2017 saylı qətnaməsinə əsasən Əliyeva X3 məxsus olan 100000 ABŞ dolları depozit vəsaitini müqavilə üzrə Əliyev X2 tərəfindən banka depozitə qoyulması səbəbindən sonuncunun iddiasının təmin edilərək "xxxx" ASC-dən 103500 ABŞ dolları və 3000 manat pulun alınaraq M.S.Əliyevə ödənilməsi qət edilmişdir. Bank tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməyərək yuxarıda qeyd edilən qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı (Əliyev X2 və) “vurulmuş ziyanın ödənilməsi” barədə iddiası Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə təmin edilmiş, 191567 manat 45 qəpik məbləğində pul və 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq, "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi həmin işə baxılarkən bankın əsaslandığı əsas hal ondan ibarət olmuşdur ki, Nəsimi Rayon Məhkəməsinin yuxarıda qeyd edilən qətnaməsinə əsasən Cavabdeh banka vurmuş olduğu 191567,45 manat maddi zərər (7% icra ödənişi ilə birlikdə) Bank tərəfindən əmanətçi M.Əliyevə - faktiki olaraq İddiaçı qaytarılmışdır.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 386.1, 1096 və 1097.1-ci maddələrinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına istinadl a əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Şikayət işin faktiki hallarına və iddia ərizəsinin dəlillərinə istinadən belə əsaslandırılmışdır ki, işi araşdırmadan, bir hazırlıq iclası ilə baxış təyin edən hakim işdə olan sübutlara düzgün qiymət verməmişdir. İddiaçı hazırda da xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən banka 15.000 ABŞ dollarına yaxın məbləğdə borcu qalmaqdadır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-389/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (ekspert rəyi ilə) müəyyən edilmiş depozit məbləği və ona hesablanmış faizlər yenidən sübut edilməməlidir. Lakin birinci instansiya məhkəməsi mü lki qətnamədəki sübutları deyil, cinayət işi üzrə qəbul edilmiş hökmü əsas götürdüyündən prosessual pozuntuya yol vermişdir. Sübutları düzgün qiymətləndirməmişdir.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3710/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər C.C.Musayeva - sədrlik edən və məruzəçi, F.F.Babayev və F.V.Abdıyev) apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, qeyd etmişdir ki, analığı İddiaçı etibarından sui-istifadə etmə və aldatma yolu ilə adına olmuş depozit məbləğini girov qoymaqla 7 iyun 2013-cü il tarixdə 55.000 ABŞ dolları (həmin dövrün məzənnəsinə uyğun 42.900 manat) kredit götürərək ələ keçirməsi, habelə rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla qanunsuz hazırlayıb, həmin saxta sənəddən istifadə etməklə aldatma və etibardan suiistifadə yolu ilə depozitə qoyulmuş 100.000 ABŞ dolları (həmin dövrün məzənnəsinə uyğun 104.700 manat) pul vəsaitini 22 iyun 2015-ci il tarixdə ələ keçirməsi ilə bağlı cinayət epizodları üzrə Cavabdeh təqsirli olması məhkəmədə tam şəkildə sübuta yetirilmişdir. Zərərçəkmiş şəxsə ayrı-ayrı cinayət epizodları üzrə vurulmuş ziyanın faktiki həcminin daha artıq olması, ümumiyyətlə təqsirləndirilən şəxsin ona daha böyük məbləğlərdə əlavə ziyanlar vurması halları cinayət işinin məhkəmədə araşdırılması zamanı öz təsdiqini tapmamışdır.
20. Bundan başqa xx.x x.2019-cu il tarixdə iddiaçıya aid depozit məbləğindən xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən yaranmış borca görə akseptsiz qaydada ümumilikdə 70.122,68 ABS dolları məbləğində (onun 44.761,99 dollar əsas borca, 25.360,69 dolları faiz borcuna) pul vəsaiti silinmişdir. İddiaçıya xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixə kimi ümumilikdə ödənilməli faiz məbləğindən (39.900 ABŞ dolları) 36.226,19 ABŞ dolları məbləğində ödənişlər edilmiş və iddiaçı tərəfindən həmin məbləğdən istifadə edilmişdir (hökmlə də müəyyən olunur – iş vərəq 56-57). İddiaçı cinayət işinin məhkəmə araşdırılması zamanı cavabdehin ələ keçirdiyi puldan faktiki olaraq 77.330 manat (həmin dövrün məzənnəsinə uyğun 74.000 ABŞ dolları) qaytardığını etiraf etmiş, 70.270 manat (həmin dövrün-dekabr 2017-ci ilin mə zənnəsinə uyğun 41.335 ABŞ dolları) iddiaçının adına Nəsimi rayon İcra şöbəsinin "xxxx" ASC-dəki müvafiq hesabına yerləşdirilmişdir. Qeyd edilməlidir ki, manatla edilmiş ödənişlərödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə nəzərə alınmalıdır.
21. Məhkəmə hesab etmişdir ki, İddiaçı banka olan borcu xx.xx.2024-cü il tarixə (əsas borc üzrə 7.538,01 manat, müqavilə müddətindən sonra ödənilməmiş faiz borcu üzrə (5% həcmində) 2.099,13 manat) 9.637,14 manat (hazırki dövrün məzənnəsinə uyğun 5.668,91 ABŞ dolları) təşkil etdiyi nəzərə alınsa belə qeyd edilməlidir ki, cavabdehin iddiaçıya zərər olaraq ödədiyi məbləğlə qeyd olunan məbləğin tam əhatə olunduğu müəyyən edilir.
22. Beləliklə cavabdehin iddiaçıya münasibətdə mülki hüquq pozuntusuna görə maddi məsuliyyətin yaranması üçün mülki qanun vericilikdə nəzərdə tutulan şərtlərin - törədilmiş əməlin hüquqa zidd olması, hüquq qaydasının pozulması halının baş verməsi; əməlin təqsirli olaraq törədilməsi; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində iddiaçıya zərər vurulması; zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması hallarının mövcudluğu öz təsdiqini tapsa da, hazırkı vəziyyətdə onun təqsirli olaraq törətdiyi hüquq pozuntusu (delikt) nəticəsində vurduğu zərərin əvəzi tam şəkildə ödənilmiş, bununla iddiaçının cavabdeh tərəfindən pozulmuş hüququ tam şəkildə bərpa edilmişdir. Cavabdehdən əlavə pulun tutulması isə iddiaçının əsassız varlanmasına səbəb olacaqdır.
23. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 439.1, 439.2, 1096, 1097.1, 1097.3-cü maddələrinə istinadən əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. İddiaçı (vəkil X7) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
25. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmaqla əlavə olaraq göstərilmişdir ki, məhkəmə təcrübəsinin vahidliyi barədə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəmənin 2(102)-3351/2023 saylı, xx.xx.2023 tarixli qərarı ilə müəyyən edilmişdir ki, cinayət prosesində zərərçəkən şəxsin təqsirləndirilən şəxslə barışması və ona qarşı hər hansı şikayət və tələbinin olmaması barədə məhkəməyə təqdim etdiyi və qanuni qüvvəyə minmiş hökmdə cəza təyin edilərkən n əzərə alınan ərizəsi bu şəxslər arasında həmin vaxta qədər mövcud olmuş tələblərin qarşılıqlı güzəştlər əsasında həll olunması kimi qiymətləndirilməlidir. Lakin bu hal zərərçəkmiş həmin vaxtdan sonra yaranmış zərərlə bağlı tələb irəli sürmək hüququnu istisna etmir. Göründüyü kimi bu hal yalnız zərərçəkən şəxsin təqsirləndirilən şəxslə barışması və ona qarşı hər hansı şikayət və tələbinin olmaması halında tələb hüququnu olmamasına dəlalət edir. İddiaçı ilə cavabdeh arasında belə bir barışıq əldə edilməmişdir.
26. Bundan əlavə, məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən məhkum olunduğu cinayət işi üzrə icra şöbəsinin depozitinə qoyduğu 70.270 manat pul onun vurduğu maddi ziyanı qarşılayır. Təbii ki, bu belə deyildir, 70.270 manat pul hazırda 41.335 ABŞ dollarına bərabərdir ki, bu heç gö türülmüş 55.000 ABŞ dolları məbləğində kredit məbləğini kompensasiya etmir. Belə çıxır ki, cavabdeh taladığı 55.000 ABŞ dollarına qarşılıq 41.335 ABŞ dolları ödəməklə, iddiaçı qarşısında mülki öhdəlikərini ödəmiş olur. Halbuki, cavabdehin cinayət əməli nəticəsində İddiaçı məxsus 70.000 ABŞ dolları və ona hesablanmış 39.000 ABŞ dolları akspetsiz qaydada silinmiş, həmçinin banka hələ də 15.000 ABŞ dolları məbləğində borcu yaranmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
28. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
29. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
30. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
31. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və y a zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
32. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
33. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
34. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslan dırılmalıdır.
40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması k imi qiymətləndirilməməlidir.
42. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. İddiaçı bildirir ki, cavabdehin ona qarşı törətdiyi dələduzluq cinayəti nəticəsində banka qoyduğu 70.000 ABŞ dolları əmanətdən və bu məbləğə hesablanmalı olan 39.000 ABŞ dolları faizdən məhrum olmuşdur. Belə ki, cavabdeh onun adından qanunsuz şəkildə bankdan 55.000 ABŞ dolları kredit götürmüş, yuxarıda qeyd edilən əmanət pulunu bu kreditin təminatı kimi girov qoymuşdur. Cavabdeh kredit məbləğini taladığı və qaytarmadığı üçün bank tərəfindən ona məxsus əmanət akseptsiz qaydada silinmişdir. Bu səbəbdən düşdüyü zərərin əvəzi kimi əmanət və faizin ümumi məbləği olan 109.900 ABŞ dollarını cav abdehdən tələb edir (§ 10-11).
44. Cavabdeh isə iddiaya etiraz edərək bildirir ki, iddiaçıya vurduğu ziyanı tam şəkildə ödəmiş, bununla bağlı hökmün və qətnamələrin surətlərini məhkəməyə təqdim etmişdir (§ 12).
45. Məhkəmələr iddianı o əsasla rədd etmişlər ki, cavabdeh iddiaçıya vurduğu zərərin əvəzini ödəmişdir (§ 14, 20-21).
46. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir.
47. Cavabdehin törətdiyi mülki hüquq pozuntusu (delikt) nəticəsində iddiaçıya maddi zərər vurması işin müəyyən edilmiş halıdır.
48. Mülki Məcəllənin 1096 və 1097.1-ci maddələrinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
49. İşin mübahisəli halı iddiaçıya vurulmuş zərərin əvəzinin tam şəkildə ödənilibödənilməməsi ilə bağlı olmuşdur.
50. Məhkəmələr müəyyən etmişlər ki, İddiaçı etibarından sui-istifadə etmə və aldatma yolu ilə adına olmuş depozit məbləğini girov qoymaqla 7 iyun 2013-cü il tarixdə 55.000 ABŞ dolları (həmin dövrün məzənnəsinə uyğun 42.900 manat) kredit götürərək ələ keçirməsi, habelə rəsm i sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla qanunsuz hazırlayıb, həmin saxta sənəddən istifadə etməklə aldatma və etibardan sui-istifadə yolu ilə depozitə qoyulmuş 100.000 ABŞ dolları (həmin dövrün məzənnəsinə uyğun 104.700 manat) pul vəsaitini 22 iyun 2015-ci il tarixdə ələ keçirməsi ilə bağlı cinayət epizodları üzrə Cavabdeh təqsirli olması məhkəmədə tam şəkildə sübuta yetirilmişdir (§ 19).
51. Cinayət prosesində bu epizodlar üzrə irəli sürülmüş ittihamdakı ziyanın məbləği 42.900 manat və 104.700 manat olmaqla, cəmi 147.600 manat təşkil etmişdir.
52. Bununla yanaşı işdə olan hökmdən görünür ki, cavabdeh ibtidai araşdırma zamanı vurulmuş maddi ziyanın 77.330 manatı zərər çəkmiş şəxsə ödənilmiş, 70.270 manat məbləğində pul isə İddiaçı ödənilməsi məqsədilə Nəsimi rayon İcra şöbəs inin "xxxx" ASCdəki müvafiq hesabına yerləşdirilmişdir. Bu məbləğin cəmi 147.600 manat təşkil edir.
53. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, qeyd edilən ödənişlərin cavabdehin törətdiyi mülki hüquq pozuntusu nəticəsində iddiaçıya vurduğu zərərin tam ödənilmiş olması, apellyasiya məhkəməsi tərəfindən lazımi şəkildə əsaslandırılmamışdır.
54. Əvvəla, mülki hüquq pozuntusuna görə vurulmuş zərər və onun həcmi eyni əmələ görə təqsirləndirilmiş şəxsə elan olunmuş ittihamda göstərilən məbləğlə deyil, Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən müəyyən edilir. Həmin normaya görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəx sin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (§ 28).
55. İddiaçı bildirir ki, cavabdehin qanunsuz götürdüyü 55.000 ABŞ dollarını talaması nəticəsində 70.000 dollar əmanətindən və 39.000 dollar faizdən məhrum olmuşdur. Bu səbəbdən düşdüyü zərərin ümumi həcmi 109.900 ABŞ dollarıdır.
56. Zərərin bu məbləğdən daha az olduğu iddia və sübut edilmədiyi təqdirdə cavabdeh, 109.900 ABŞ dolları məbləğində zərəri iddiaçıya ödədiyini sübuta yetirməlidir.
57. Cavabdeh tərəfindən cinayət prosesində iddiaçıya ödənilmiş 147.600 manatın 42.900 manatı bu iddia üzrə tələb olunan zərərin ödənilməsinə aid olduğu nəzərə alındıqda (çünki, qalan 104.700 manat digər bir cinayət əməli üzrə vurulmuş zərərin həcmi ilə eynilik təşkil edir), 42.900 manatın hazırkı mülki işdə tələb edilən zərərin ödənişinə hesablanması əsaslı görünür.
58. Bundan əlavə, apellyasiya məhkəməsi bildirir ki, bankın verdiyi məlumatlara görə xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixə kimi ümumilikdə ödənilməli faiz məbləğindən (39.900 ABŞ dolları) 36.226,19 ABŞ dolları məbləğində ödənişlər edilmiş və hökmlə müəyyən olunur ki, iddiaçı tərəfindən həmin məbləğdən istifadə edilmişdir (§ 20).
59. Sözügedən hökmdə (cild 1, səh.56-57) iddiaçının müvafiq faiz məbləğlərini alması barədə məlumatlar olsa da, bu məbləğinin konkret miqdarı dəqiqləşdirilməmişdir.
60. Nəzərə alınmalıdır ki, 39.900 ABŞ dolları faizin iddiaçıya tam şəkildə verildiyi onun tərəfindən mübahisələndirilmədiyi halda həmin məbləğin ödənildiyi qənaətinə gəlinə bilər. Lakin iddiaçı bu halı mübahisə etdiyi təqdirdə faiz məbləğinin tam ödənilməsi barədə iddia ümumi sübutetmə qaydaları çərçivəsində etibarlı və kifayətedici sübutlarla (bankın ödənişməxaric qəbzləri və s.) təsdiq edilməlidir.
61. Kollegiya onu da nəzərə alır ki, apellyasiya məhkəməsi öz əsaslandırmasında birinci instansiya məhkəməsinin iddianın rədd edərkən istinad etdiyi digər hala “Cavabdeh banka vurmuş olduğu 191.567,45 manat zərərin Bank tərəfindən əmanətçi M.Əliyevə - faktiki olaraq İddiaçı qaytarılması” barədə məlumata iddianın rədd edilməsinə əsas verən dəlil kimi istinad etməmişdir.
62. Belə olan halda, yuxarıda göstərilən 42.900 manat və məbləği dəqiq olmayan faiz ödəmələri ilə iddiaçıya vurulmuş ziyanın (iddia olunan 109.900 ABŞ dollarının) tam şəkildə ödənilməsi barədə gəlinən qənaət qanuni və əsaslı sayıla bilməz.
63. Qeyd edilənl ər ona dəlalət edir ki, məhkəmə tərəfindən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılması, sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsinə, qətnamənin işin hallarına, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarına riayət edilməmişdir (§ 34-39).
64. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında dəfələrlə qeyd edilmişdir ki, tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarix li qərarlar).
65. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarix li, N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarlar).
66. Qeyd olunanları nəzərə alaraq, kassasiya kollegiyası bu qənaətə gəlir ki, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir.
67. Təkrar apellyasiya tərəflərin izahatları və dəlilləri dinlənilməli, mübahisəli hallar, habelə bu hallar üzrə sübutetmə yükü düzgün müəyyən edilməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, tərəflərin dəlillərinin hansı səbəbdən qəbul edilib-edilməməsi əsaslandırılmalı, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla mübahisəyə qanunvericiliyə uyğun qaydada yekun hüq uqi qiymət verilməlidir.
68. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 3710/2024 nömrəli iş üzrə 15 oktyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.